Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-53/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Kazımov Elşən Cələdin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı1 nümayəndəsi-vəkili, (İddiaçı2 vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-248/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 528, X5, Bina Q ünvanında yerləşən 39 saylı mənzil Cavabdeh adına xx.xx.2012ci il tarixində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
2. İcarəyə verən İddiaçı2 ilə icarəçi İddiaçı1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən, icarayə verən Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 528, X5, Bina Q ünvanında yerləşən ümumi sahəsi 164.4 kv.m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə ona məxsus olan göstərilən hissədə icarəçi İddiaçı1 xx.xx.2021-ci il tarixədək aylıq 400 manata icarəyə vermişdir. xx.xx.2020-ci il tarixdə sı sızma nəticəsində qeyd edilən qeyriyaşayış sahəsi, eləcə də orada yerləşən avadanlıqlara ziyan dəymiş və bu barədə 21 saylı MKİS-in möhürü ilə arayış tərtib edilmişdir.
3. Dinar firmasının xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən tavandan sızmış suya görə dəymiş ziyanın məbləği 4112 manat təşkil etmişdir.
4. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/10 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 528, X5, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsində su sızması nəticəsində yaranan qüsurlar ilkin vəziyyətdə saxlanılmadığından və iş üzrə cavabdeh şəxsə məxsus Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 528, X5, Bina Q ünvanında yerləşən 39 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
5. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24.1.2022-ci il tarixli, 10/5649 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 528ci məhəllə, X5, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 39 saylı mənzildən su axıdıldığı və nəticədə qeyriyaşayış sahəsinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 39 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin su kanalizasiya xəttlərinin üzərində hər hansı bir qüsurun olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, qeyri-yaşayış sahəsinə su sızması 39 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 39 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, X5, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1920 manat məbləğində müəyyən olunmuşdur.
6. İşin apellyasiya baxışı zamanı alımış Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/6528-9/6865/2024 nömrəli 05 iyun 2025-ci il tarixli ekspert rəyinə əsasən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus qeyri-yaşayış sahəsi binanın zirzəmisində, cavabdehə məxsus 39 saylı mənzilin isə qeyri yaşayış sahəsinin üstündə 1-ci mərtəbədə yerləşdiyini, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, X5, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 39 saylı mənzildən su axıdıldığı və nəticədə qeyri-yaşayış sahəsinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Lakin susızmasından uzun müddət keçməsini və daha sonra su xətlərində təmir işlərinin aparıldığını, o cümlədən baxış zamanı faktiki olaraq su sızması müşahidə edilmədiyindən susızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci, üçüncü və dördüncü sualları üzrə qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən mənzildən su sızması nəticəsində İddiaçı2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 528, X5, Bina Q ünvanında yerləşən ümumi sahəsi 164.4 kv.m olan qeyri-yaşayış sahəsinə dəymiş maddi ziyanın-4112 manat məbləğində pulun cavabdehdən tutularaq 2182 manat məbləğində hissəsinin İddiaçı2, 1930 manatlıq hissəsinin və əlavə 300 manat qiymətləndirmə haqqının də İddiaçı1 ödənilməsi və cavabdehin öz mənzilində olan su və kanalizasiya xətlərində olan nasazlıqların aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2016- cı il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 528, X5, Bina Q ünvanında yerləşən ümumi sahəsi 164.4 kv/m olan qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. İddiaçı1 həmin obyekti “playstation” oyun zalı kimi istifadə etmişdir. Həmin qeyri-yaşayış sahəsinə Yasamal rayonu, 528-ci Məhəllə, ev “Q” mənzil 39-un mülkiyyətçisi Cavabdeh mənzilinin hamam və mətbəxinin su borusunun nasazlığı səbəbindən aşağı mərtəbədə yerləşən “Playstation” oyun zalına su axıdılmış və nəticədə iddiaçılara maddi ziyan vurulmuşdur. Nəticədə aşağı mərtəbədə yerləşən oyun zalının otaqlarının tavanı qopub tökülmüş, döşəməsi (laminatı) yararsız hala düşmüş, elektrik xətləri sıradan çıxmış, 3 (üç) ədəd PS-3 (playstation-3) aparatı, 1 (bir) ədəd LG markalı televizor və digər əşyalar sıradan çıxmışdır. Yuxarıda qeyd edilən məsələlər Yasamal rayonu 21 saylı MKİS əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli Aktda da öz təsdiqini tapmışdır. Məsələ ilə bağlı olaraq “Dinar” firması tərəfindən qiymətləndirilmə aparılmışdır. 09 fevral 2021-ci il tarixli “əmlakın qiymətləndirilməsi və keçirilən baxışın nəticələri haqqında AKT-la müəyyən olunmuşdur ki, qeyri-yaşayış sahəsinə tavandan sızmış suya görə dəymiş ziyanın məbləği 4112 (dörd min yüz on iki) manat təşkil edir. Qiymətləndirilmə Aktından da göründüyü kimi, İddiaçı1 1930 manat (divan(otaq l)-60 man., divan(otaq 2)- 270 man., Tv smart Hoekran 1300 man., Playstation 3-300 man.)), digər İddiaçı2 2182 manat (4112-1930=2182) məbləğində maddi ziyan vurulmuşdur. Hesab edir ki, Cavabdeh vurduğu ziyana görə 4112 manat məbləğində pulun alınaraq, iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
9. Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Belə ki, 21 saylı MKİS-in tərtib etdiyi akt qərəzlidir. Onlar on ildir jekə ödəniş etmir, çünki binanın yaxşılaşdırılması üçün heç bir iş görməmişlər. Bundan başqa onun mənzilinə baxış keçirilərkən hər hansı qüsur aşkar olunmamışdır. Akt tərtib olunarkən onların bundan ümumiyyətlə xəbərləri olmamiş, onların evinə baxış keçirilməmişdir. Ümumiyyətlə, bina köhnə bina olduğundan, istismar müddəti keçdiyindən hesab edir ki, su sızması kimi problemlər hər zaman yaşanmağa davam edəcək və bu problem hələ də həll edilməmiş qalacaqdır. Problemin həlli üçün binanın yenidən sökülüb-tikilməsi zərurəti var və bütün qonşular eyni problemlə üzləşmək məcburiyyətində qalmışdır. Günün bu gündə şaxtalarında nəmişlik var. Binanın isitmə sisitemini və su təhcizatını təmin edən borular köhnə olduğundan daim su sizmaları olur və bu borular binanın zirzəmi hisəssinin tavanından keçir ki, hansı ki, o zirzəmidə də, iddiaçının bildirdiyi sahə yerləşir. MKİS belə bir arayış tərtib etməklə məsuliyyəti öz üzərindən atır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
10. Birinci instasniya məhkəməsində dindirilmiş ekspert X3 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixli 10/3539 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd etdiyi “Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, X5, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 39 saylı mənzildən su axıdıldığı və nəticədə qeyri-yaşayış sahəsinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 39 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin su-kanalizasiya xəttlərinin üzərində hər hansı bir qüsurun olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, qeyri-yaşayış sahəsinə su sızmasının səbəbi dəqiqliklə müəyyən etmək mümkün olmamışdır” ifadələrində texniki səhvə yol verilmişdir. Belə ki, onların icraatında bu tip işlər çoxdur, hər düşündüyünü yazmağa imkan olmur. Əslində o rəydə qeyri-yaşayış sahəsinə su axıdıldığı və nəticədə qeyri-yaşayış sahəsinin tikililərinə ziyan vurulduğunun müəyyən olunmasını, lakin həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 39 saylı mənzildən su axıdılmasının müəyyən edilmədiyini yazmaq istəmişdir. Nəzərə çatdırmaq istəyir ki, o, ilk növbədə iddiaçının mənzilinə baxış keçirmiş və qərardadda da qeyd olunduğu kimi iş materiallarını da nəzərdən keçirərək rəy vermişdir. Qeyd etmək istəyir ki, iddiaçının evində bəzi otaqlarında su sızma faktı olmuş, otaqlara ziyan dəymiş, lakin daha sonra iddiaçı tərəfindən təmir edilmişdir. Yerində baxış zamanı iddiaçının özü də orada iştirak etmiş və ifadəsində qeyd etmişdir ki, həqitətən də təmir işləri aparmışdır. Daha sonra su sızma faktını müəyyən etmək üçün və qərardadda sırf 39-cu mənzillə bağlı sual qoyulduğundan, yuxarı mərtəbədə yerləşən 39-cu mənzilə baxış keçiriləndə su-kanalizasiya xəttlərində hər hansı bir qüsurun olmadığını və su sızması halının baş vermədiyini müəyyən etmişdir. Bundan başqa, rəyin nəticə hissəsində texniki səhvə yol verərək 39-cu mənzili göstəmiş olsa da, burada söhbət ümumi binadan gedirdi. Belə ki, sözügedən binalar köhnə olduğundan və istismar müddəti başa çatdığından ümumi kanalizasiya xəttlərində qüsurlar ortaya çıxa bilər. İddiaçının mənzilində isə artıq təmir işləri aparıldığından həmin mənzilə su sızması halını, yaxud su sızmasının mənbəyini müəyyən etmək mümkün olmamışdır. Əgər su 39 saylı mənzildən axsaydı mənzildə korroziya, yaxud pas izləri olardı, lakin izlərə rast gəlinməmişdir. Həmin binada pilləkənlə aşağı düşdükdə yarımzirzəmi və onun üzərində isə mənzillər yerləşir. Ümumi binanın su kanalizasiya xəttlərinin isə zirzəmi ilə binadakı mənzillərin arasından panellərdən keçməsi ehtimalı var və orada nasazlıqlar və su sızması halları yarana bilər. Lakin tavanla 1-ci mərtəbədəki mənzil arasına baxış keçirilməsi və orada su sızması halının olmasını müəyyən etmək mümkün deyil. Ona görə də hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsinə su sızmasının səbəbi ümumi binadakı su-kanalizasiya xəttlərində yaranmış qüsurlar səbəbindən ola bilər.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(00)-1010/2023 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar onlara məxsus qeyriyaşayış sahəsinə və orada yerləşən əmlaka cavabdehə məxsus mənzildən su axıldılması nəticəsində ümumilikdə 4.112 manat məlbəğində ziyanın dəyməsini iddia etsələr də, bu barədə məhkəməyə hər hansı tutarlı sübutlar təqdim edə bilməmişlər. Bunun əksi olaraq məhkəmə iclasında dindirilmiş ekspertiza mərkəzinin ekspertinin izahatına əsasən sözügedən qeyri-yaşayış sahəsinə su axıdılması nəticəsində maddi ziyanın dəyməsi, lakin həmin ziyanın yaranmasına cavabdehə məxsus mənzildən suyun axıldılmasının səbəb olmaması müəyyən edilmişdir.
13. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, müvafiq ekspertiza rəyinin bəndləri arasında ziddiyyətlər olduğundan məhkəmə tərəfindən ekspert məhkəmə iclasına dəvət edilmiş və ekspert İsa Eyvazzadə izahatında bildirmişdir ki, iş çoxluğundan rəy verilərkən ümumi cümlələrə görə texniki səhvə yol verilmişdir. Belə ki, onun niyyəti rəyi tərtib edərkən qeyri-yaşayış sahəsinə suyun 39 saylı mənzildən axdılmamasının müəyyən edilməsi olmuşdur.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına; «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(00)-1010/2023 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən sözügedən normanı düzgün təfsir etməmiş və yanlış nəticəyə gəlmişdir. Məhkəmə X2 məhkəmədə ifadəsini əsas gətirərək belə qənaətə gəlmişdir ki, bəs suyun yuxarı mənzildən sızması müəyyən olunmur. Çünki yuxarı mərtəbədə yerləşən 39-cu mənzilə baxış keçiriləndə su-kanalizasiya xətlərində hər hansı bir qüsurun olmadığını və su sızması halının baş vermədiyini müəyyən etmişdir. Ekspertin bu ifadəsi mülki işə əlavə edilmiş Yasamal rayonu 21 saylı MKİS əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020ci il tarixli Akt ilə uyğun gəlmir və məhkəmə bu hala diqqət yetirməmişdir. Məhkəmə sanki belə qənaətə gəlmişdir ki, yuxarı mərtəbədən suyun sızması ancaq su kanalizasiya xətlərində hər hansı bir qüsur olanda mümkün olur və mülkiyyətçi o halda məsuliyyət daşıyır. Lakin suyun sızması müxtəlif hallardan da yarana bilər, məsələn evdə suyun açıq qalması suyun sızmasına səbəb ola bilər və s. Bu səbəblə də qeyd edilən Aktla təsdiq olunur ki, cavabdehə məxsus evdən su iddiaçıların mənzilinə sızmış və kifayət qədər zərər vurulmuşdur. Bu sadəcə məhkəmənin hansısa səbəbdən yuxarıda qeyd edilən Aktı görməzdən gəlməsi deməkdir. Məhkəmə iş materiallarında olan sübutlara deyil yalnız ekspertin məhkəmədə verdiyi ifadəyə istinad etməklə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili, (İddiaçı2 vəkili) Vəkil1 apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsivəkili Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiklərini bildirərək təmin edilməməsini xahiş etmişdirlər.
Apellyasiya baxışının hədləri
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən qətnamədən apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
24.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 25.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 26.1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 27.1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəməzərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
28.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda hazırki apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia həmin hissədə təmin edilməlidir. 31.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 32.Hazırki mübahisənin ibarət olduğu faktiki hallardan göründüyü kimi, tərəflər arasında hər hansı formada müqavilə münasibətləri yaranmamış, iddiaçılara ziyan vurulmuşdur və onlar da vurulmuş zərərin ödənilməsini tələb edirlər. 33.Belə ki, iddiaçılardan İddiaçı2 mülkiyyətində, İddiaçı1 isə istifadəsində olan qeyriyaşayış sahəsinə suyun axıdılması nəticəsində zərərə uğraması işin mübahisəsiz halıdır. Mübahisə iddiaçılara məxsus qeyri-yaşayış sahəsinə suyun axıdılması nəticəsində dəymiş zərərə görə kimin məsuliyyət daşıması ilə bağlıdır. 34.Mübahisəyə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərək hər hansı maddi hüquq normasına istinad olunmamış, cavabdeh qismində cəlb edilmiş üst mərtəbədə yerləşən mənzilin mülkiyyətçisi olan Cavabdeh suyun axıdılmasına görə məsuliyyət daşımadığı qənaətinə gəlinmişdir. 35.Məhkəmə kollegiyası hesab edir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsi, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, mübahisənin Mülki Məcəllənin 1096, 1097.1 və1111.2-ci maddələrinə əsasən düzgün həlli üçün işin bütün faktiki hallarının bu mübahisəyə uyğun gələn qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmamasını yoxlamamışdır. 36.Bununla əlaqədar da ilk öncə qeyd edilməlidir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 37.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 38.Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Zərərvuran şəxsin təqsirindən asılı olmayaraq (1108, 1101, 1128 və s.) maddi məsuliyyət (təqsirsiz məsuliyyət) daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 39.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsi də təqsirsiz olaraq mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü barədə bəhs edir. Belə ki, bu məsuliyyət şəxsin nəzarəti altında olan otağı lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə saxlamamasından irəli gəlir. Məqsəd - otağı tutan şəxsi, ehtiyatlı davranmadığı təqdirdə yaranmış zərərləri aradan qaldırmağa, yaxud da yarana biləcək arzuolunmaz nəticələr üzrə önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri qorumaqdır. Beləliklə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Məsuliyyətdən azad olunmaq üçün isə otağı tutan şəxs zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etməlidir. 40.Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 24.1.2022-ci il tarixli, 10/5649 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, X5, Bina Q ünvanında yerləşən qeyriyaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 39 saylı mənzildən su axıdıldığı və nəticədə qeyri-yaşayış sahəsinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunmuşdur ki, 39 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzilin su kanalizasiya xəttlərinin üzərində hər hansı bir qüsuru olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, qeyriyaşayış sahəsinə su sızmasının 39 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 39 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bildiyi göstərilmişdir. Həmçinin Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, X5, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1.920 manat təşkil etdiyi müəyyən olunmuşdur.
41. Birinci instansiya məhkəməsi, müvafiq ekspertiza rəyinin ziddiyyətli olduğunu nəzərə alaraq müzakirə predmeti olan rəyi tərtib etmiş eksperti məhkəmə iclasına dəvət etmiş, ekspert İsa Eyvazzadə izahatında iş çoxluğundan rəy verilərkən ümumi cümlələrə görə texniki səhvə yol verdiyini, niyyətinin rəyi tərtib edərkən qeyri-yaşayış sahəsinə suyun 39 saylı mənzildən axdılmamasının müəyyən edilməsinin olduğunu qeyd etmişdir.
42. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması və apellyasiya şikayətinin dəlillərinin yoxlanılaraq düzgün qiymətləndirilməsinin təmin edilməsi məqsədilə məhkəmə kollegiyası işin halları üzrə təkrar tikinti-texniki ekspertizasını təyin etmiş, ekspertizanın aparılmasını ziddiyyətli rəy vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinə həvalə etmişdir. 43.Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq eksperti tərəfindən tərtib olunmuş 3-16-16/2-10/6528-9/6865/2024 nömrəli 5 iyun 2025-ci il tarixli rəyə əsasən müəyyən edilmişdir ki, tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin binanın zirzəmisində, cavabdehə məxsus 39 saylı mənzilin isə qeyri-yaşayış sahəsinin üstündə 1-ci mərtəbədə yerləşdiyinə, həmçinin mülki iş materiallarındakı məlumatlara əsasən, Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, X5, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 39 saylı mənzildən su axıdıldığı və nəticədə qeyriyaşayış sahəsinin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Lakin susızmasından uzun müddət keçdiyindən və daha sonra su xətlərində təmir işləri aparıldığından, o cümlədən baxış zamanı faktiki olaraq su sızması müşahidə edilmədiyindən susızmasının texniki səbəbinin dəqiqliklə müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. 44.Sonuncu ekspert rəyindən görünüdüyü kimi Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, X5, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinə susızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmasa da, tədqiq olunan sahələrin planlı yerləşməsi, yəni iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 39 saylı mənzilin isə qeyri-yaşayış sahəsinin üstündə yerləşdiyi, həmçinin mülki iş materiallarındakı məlumatlara əsasən, Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, X5, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyriyaşayış sahəsinin üst mərtəbəsində yerləşən 39 saylı mənzildən su axıdıldığı və nəticədə qeyri-yaşayış sahəsinə ziyan vurulduğu qənaətinə gəlmək mümkündür. 45.Yuxarıda qeyd edildiyi kimi, iddia tələblərinə uyğun gələn qanuni əsasının, Mülki Məcəllənin 1096, 1097.3 və 1111.2-ci maddələrinin dispozisiya şərtlərinə görə müvafiq otaqdan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulan zərərə görə məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. 46.Göstərilənlərdən də müəyyən edilir ki, iddiaçıların sahibliyində olan qeyri-yaşayış sahəsinə suyun axıdılmasına səbəb olan otağı tutan, bu otağı (mənzili) öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edən şəxs - hazırkı cavabdehdir. Müəyyən edilən bu hal da baş vermiş hadisəyə görə cavabdeh üçün müvafiq vəzifələrin yaranmasına əsas verir. Belə ki, Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən, müvafiq otaqdan suyun axıdılması nəticəsində vurulan zərərə görə üçüncü şəxslər qarşısında dayanan məsuliyyət məhz zərərin vurulmasına səbəb olan əmlaka faktiki sahiblikdən irəli gəlir. 47.Yuxarıda qeyd edilənlərə əsasən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətləri tənzimlənərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Müəyyən edilənlər isə məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir. 48.Halbuki məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 49.Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 50.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi, qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün tamamilə ləğv edilməli, iddia qismən təmin edilməlidir. 51.Belə ki, işdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 24.1.2022-ci il tarixli, 10/5649 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 528ci məhəllə, X5, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1.920 manat təşkil edir. 52.Həmçinin işdə olan sübutlardan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, X5, Bina Q ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəçisi olan İddiaçı1 məxsus olmuş və zərərə uğramış əşyaların qiyməti ümumilikdə 1.930 (1.300+300+270+60) manat təşkil edir. İddiaçı “Dinar” firmasına xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktının tərtib edilməsinə görə 300 manat məbləğində pulun ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu hal işdə olan sübutlara əsasən müəyyən edilmir. 53.Belə olan halda iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia qismən təmin edilməklə Cavabdeh İddiaçı2 xeyrinə 1.920 manat, İddiaçı1 xeyrinə 1.930 manat məbləğində pul tutulmalıdır. 54.Əksini, yəni onun yuxarıda qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşımadığını, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini, həmçinin dəymiş zərərin daha az məbləğdə olduğunu təsdiq etmək üçün hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. 55.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 56.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 57.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-248/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı2 xeyrinə 1.920 manat, İddiaçı1 xeyrinə 1.930 manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manatın 26 manatı məbləğində pul Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 (50+50) manatın 87 manatı Cavabdeh, 13 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov