Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-530/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İlk iddia üzrə cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" (Bakı Tehran Klinikası) MMC-nin Cavabdeh qarşı özgəsinin qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə pulun tutulması tələbinə dair ilkin, Cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı maddi və mənəvi ziyanın tutulması, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılma ilə bağlı son haqq-hesabın ödənilməsi tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı əmlak tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(009)-35/2020 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı "xxxx" (Bakı Tehran Klinikası) MMC, müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı (Bakı Tehran Klinikası) MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə dəyəri olan 30.000 (otuz min) manat pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (hazırki İddiaçı MMC) klinikasında təmir işləri getdiyi zaman cəmiyyətə məxsus əmlaklar saxlanılması üçün, "166 yük daşıma xidməti” ilə 17 avqust 2016-cı il tarixdə o zaman Klinikanın baş həkimi vəzifəsində çalışmış Cavabdeh məxsus bağ evinə aparılmışdır. Əmlak daşınmasına nəzarəti İddiaçı MMC-nin təsərrüfat müdiri Fəraməz Dərvişi etmişdir. Daha sonra İddiaçı MMC-nin təsərrüfat müdiri Fəraməz Dərvişi əmlakın təhvil-təslim aktını imzalamaq üçün Cavabdeh müraciət etsə də o, aktı imzalamaqdan imtina etmişdir. Həmin dövrdə "xxxx" MMC-nin (hazırki "Nur Şərur” MMC) direktoru vəzifəsində çalışmış Kasım Çapariyə aktın imzalanması üçün Cavabdeh göstəriş verilməsi xahiş edilsə də o, bundan imtina etmişdir. Daha sonra İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən K.Çapariyə və Cavabdeh əmlakın könüllü şəkildə qaytarılması ilə bağlı pretenziya məktubu göndərilsə də, onlar "Nur Şərur” MMC-yə məxsus əmlakı geri qaytarmamışlar. Hesab edirlər ki, Cavabdeh qanunsuz sahibliyində olan əmlak geri qaytarılmalı və ya əmlak olmadığı təqdirdə dəyəri kimi 30.000 (otuz min) manat pul İddiaçı MMC-yə ödənilməlidir. Eyni zamanda Cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi və əlavə ərizələr verərək cavabdeh İddiaçı MMC-dən ona 65.400 manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 50.000 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsinin təmin olunması, cavabdeh “Nur Şərur' MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə məhkəməyə təqdim etdiyi layihəyə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin İİ hissəsinə, 68-ci maddənin «ç» bəndinə, 77-ci maddəsinin 7-ci hissəsinə, 83,84 və 85-ci maddələrinə əsasən dəyişiklik edilməsi, 02 fevral 2016-cı il tarixdən 11 noyabr 2016-cı il tarixinə kimi 23.250 manat əmək haqqının, 2016-cı ilin avqust ayından 20 oktyabr 2016-cı ilə kimi xəstələrə göstərdiyi xidmətlərə görə (həkim bonusu) 10.000 manat, 3 aylıq müavinat üçün 7.500 manat, cəmi 40.750 manat məbləğində son haqq hesabının ödənilməsini məcbur edən qətnamə qəbul edilməsini və cavabdeh İddiaçı MMC-nin direktoru X10 əməlində Azərbaycan Respublikası CM-nin 322ci maddəsinin əlamətləri olmasını nəzərə alıb, bu barədə xüsusi qərardad çıxarılmaqla ibtidai istintaq araşdırması aparılması üçün prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, onun hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda hansı əmək vəzifələrini kobud şəkildə pozmağı aydınlaşdırılmamış, bu barədə sənədləşmə aparılmamış, onun izahatı alınmamış və əmək funksiyası ilə bağlı qanunda nəzərdə tutulan digər hallar araşdırılmamışdır. Bununla da İlqar Həsənov tərəfindən səlahiyyəti olmadan onun haqqında vəzifədən azad olunması barədə əmr verərkən, ƏM-nin göstərilən normalarının tələblərini kobud surətdə pozmuşdur. İlqar Həsənov "xxxx" MMC-nin mülkiyyətçilərinin dəyişilməsi yolu ilə, saxtakarlıqla və özbaşınalıqla yeni İddiaçı MMC yaratmışdır. Belə olduqda onunla əmək münasibətləri Azərbaycan Respublikasının ƏM-nin 63-cü maddəsinin 2-ci hissəsi ilə tənzimlənməlidir. O, ilk gündən İddiaçı MMC-nin rəhbərliyinə bildirmişdir ki, onunla əmək münasibətimi davam etdirmək istəmirlərsə, Azərbaycan Respublikasının ƏM-nin 63-cü maddəsinin 2-ci hissəsini və 68-ci maddənin “ç” bəndini rəhbər tutmaqla əmək müqaviləsinə xitam versinlər. X9 qərəzli münasibətdə olduğundan, ondan intiqam almaq məqsədilə vəzifədən azad olunması barədə səlahiyyəti olmadan 11 noyabr 2016-cı il tarixli 291-k No-li əmr imzalamışdır. Həmin əmr qanunsuz və əsassızdır. Ona görə də ləğv olunmalı və mülkiyyətçinin əsaslarına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsi, 68-ci maddəsinin “ç” bəndi, 77-ci maddəsinin 7-ci bəndi rəhbər tutulmaqla, həmin Məcəllənin 83, 84, 85-ci maddələrində nəzərdə tutulan qaydada rəsmiləşdirilməklə baş həkim vəzifəsindən azad olunmalı idi. Bu zaman son haqq-hesab kəsilməklə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilməli idi. İşdən azad olunarkən qanunun bu tələbləri də ciddi pozulmuşdur. Bildirir ki, 2 fevral 2016-cı ildə "xxxx" MMC-də X3 direktor olan dövrdə onların təklifi ilə və öz ərizəsi əsasında baş həkim təyin edilmişdir və kollektivə təqdim olunmuşdur. Onun vəzifə maaşı 2.500 manat olmuşdur. Lakin dəfələrlə məhkəmədə vəsatət qaldırsa da, İddiaçı MMC-nin nümayəndəsi və səlahiyyətli şəxsləri həmin əmri məhkəməyə təqdim etməmişlər. Onun 9 ay 9 gün üzrə 2 fevral - 11 noyabr 2016-cı ilə kimi hər ay 2.500 manat olmaqla 23.250 manat, göstərdiyi xidmətlər üzrə avqust - 11 noyabr 2016-cı il tarixə kimi faizlər üzrə 10.000 manat, 3 aylıq müavinət üçün orta aylıq əmək haqqının məbləğində 7.500 manatı hesablanıb, əmək kitabçasında yuxarıda göstərdiyi layihə əsasında əmək müqaviləsinə xitam edilməsində dəyişiklik olunmaqla əmək kitabçasının ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin (Bakı Tehran Klinikası) Cavabdeh qarşı əmlak tələbi əsassız olduğundan rədd edilməsini və İddiaçı MMC-nin qanunsuz sahibliyindən ona məxsus əmlakın, əmlak olmadıqda 80.383 manat məbləğində pulun İddiaçı MMC-dən (Bakı Tehran Klinikası) alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını, eləcə də İddiaçı MMC-nin (Bakı Tehran Klinikası) qanunsuz yaradılması və fəaliyyətində yol verilən hərəkətlər haqqında xüsusi qərardad çıxarmaqla aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (Bakı Tehran Klinikası) qanunsuz olaraq onun direktor olduğu "xxxx" MMCnin hüquqi varisi kimi onun iştirakı və razılığı olmadan yaradılmışdır. Balansında olan əmlaklar isə onun mülkiyyətindədir. Lakin İddiaçı MMC-nin icraçı direktoru X13 özbaşına olaraq başqa şəxslərlə birlikdə "xxxx" MMC-nin əmlakını və direktor səlahiyyətlərini mənimsəmişdir. X13 heç vaxt "xxxx" MMC-nin direktoru olmamışdır. Çünki "xxxx" MMC-in təsisçisi Seyidmohəmməd Moenifard, o, "xxxx" MMC-də işləyərkən 21 iyun 2016-cı il tarixli təhvil-təslim aktı ilə "xxxx" MMC-nin nizamnaməsini, nizamnaməyə edilən dəyişikliyi, "xxxx" MMC-nin dövlət reyestrindən çıxarışını, "xxxx" MMC-nin VÖEN-ni, "xxxx" MMC-nin möhürünü, tibbi fəaliyyət göstərə bilməsi üçün lisenziyanı, "xxxx" MMC-yə məxsus ASAN imzanı (***-***-**-**), "xxxx" MMC-nin klinikasına olan maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyyənin istifadə təyinatının aparılmamasını və nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər ona verilmiş və akt hər ikisi tərəfindən imzalanmışdır. Eyni zamanda 08 iyun 2016-cı ildə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən "xxxx" MMC-nin klinikasının direktoru Seyidmohəmməd Moenifard, onun həyat yoldaşı Nəsrin Cavidfər və Məxdumi Hosein və onun tərəfindən qarşılıqlı razılaşmaya dair imzaladıqları müqaviləyə əsasən tibbi və qeyri-tibbi avadanlıqlar ona satılmışdır. Rəsmi sənədlərlə o, "xxxx" MMC-nin rəsmi təsisçisi və təmsilçisi olmuşdur. Direktor işləyərkən onun təşəbbüsü ilə klinikada həkim pediatr işləyən Cavabdeh öz ərizəsinə əsasən 23 fevral 2016-ci il tarixli, 239 nömrəli əmrlə "xxxx" MMC-nin “Təbriz Mehr” klinikasında xx.xx.2016-cı il tarixindən baş həkim vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin direktoru kimi o, müəyyən işlərin görülməsi, təmir işlərinin aparılması, vergi borclarının ödənilməsinin təmin edilməsini, müəssisənin gəlirlə işləməsinə köməklik göstərməsini baş həkim Cavabdeh həvalə edib 2016-cı ilin oktyabrın 15-dən sonra Türkiyə Respublikasına getmişdir. O, Türkiyə Respublikasına getdikdən sonra X13 onun "xxxx" MMC-nin tam pay sahibi olduğuna baxmayaraq qanunsuz olaraq 279 nömrəli, xx.xx.2016cı il tarixli əmrlə direktor vəzifəsini ələ keçirmiş və qanunsuz olaraq Cavabdeh 11 noyabr 2016-cı il tarixli, 291-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad etmiş və onun hüquqlarını qanunsuz mənimsəyərək məhdudlaşdırmışdır. İdarəçilikdə baş verən qanunsuzluqlar və özbaşınalıqlar barədə onun məlumatı olmadan və onunla razılaşdırılmadan belə bir hərəkət törətməklə klinikanın normal işini pozmuş, qanunsuz əmrlər vermiş, iddiaçıya ciddi maddi və mənəvi zərər vurmuşdur. X13 bununla kifayətlənməyib, hansı yollarla "xxxx" MMC-nin adının dəyişdirilməsi ilə əlaqədar 20 dekabr 2016-cı ildə İddiaçı MMC yaratmış və Vergilər Nazirliyində qeydiyyatdan keçirməyə nail olmuşdur. Eyni zamanda ona məxsus payların 18,5 %-ni İran İslam Respublikası vətəndaşı X2 adına, 5%-ni X14 (İran İslam Respublikası vətəndaşı) adına, 8,5 %-ni X4 (İran İslam Respublikası vətəndaşı) adına, 2%-ni X6 (İran İslam Respublikası vətəndaşı) adına, 3%-ni X7 (İran İslam Respublikası vətəndaşı) adına, 13 %-ni X5 (İran İslam Respublikası vətəndaşı) adına, 50%-ni isə öz adına sənədləşdirmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Qurumunun Dövlət Reyestrindən çıxarış almışdır. İddiaçı MMC iddia ərizəsini verməkdə subyektiv hüquqlara malik olmamışdır. İddiaçı MMC iddia ərizəsində göstərdiyi əmlak və onun balansında olan başqa əmlaklar onun mülkiyyətindədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(009)-35/2020 saylı qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək 1.530 (bir min beş yüz otuz) manat məbləğində maddi zərər və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, dövlət rüsumunun 15 (on beş) manat hissəsinin qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi almadığı əmək haqqı və işdən azad edilərkən aldığı əmək haqqına uyğun son haqq-hesabın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən hesablanmaqla qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, Cavabdeh məxsus əmək kitabçasının İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən ona qaytarılması qət edilmiş, qarşılıqlı iddia qalan hissələrdə təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Bakı Tehran Klinikası) MMC apellyasiya şikayəti verərək, Səbail rayon Məhkəməsinin 2(009)-35/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli, qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin tam həcmdə təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh tərəfindən MMC-yə göndərilmiş xx.xx.2017-ci il tarixli pretenziya məktubunda tələb edilən əşyaların onda olması və İddiaçı MMC ("xxxx" MMC) ilə bağlı çəkilən bütün xərclər ona ödəniləcəyi təqdirdə həmin əşyaların qaytarılmasına etiraz etməyəcəyi göstərilmişdir. Bu isə birbaşa Cavabdeh iddianı qəbul etməsini sübut edir. Lakin sonradan məhkəmə iclaslarında Cavabdeh pretenziya məktubunda yazılanların həqiqətə uyğun olmadığını bildirmişdir. Həmin pretenziya məktubunun vəkil, bacarığı və savadı ilə tanınan Taleh İbrahimov tərəfindən Cavabdeh səlahiyyətli nümayəndəsi olaraq imza etməsini bildirəndən sonra sonuncu həmin əşyaların Kasım Çapariyə məxsus olduğunu bildirmişdir. Cavabdeh bu hərəkəti mülki məsuliyyətdən yayınmaq məqsədi daşısa da, məhkəmə bu halı düzgün qiymətləndirməyərək əmlakların kimə məxsus olmasının müəyyən olunmadığı qənatinə gəlmişdir. Əslində isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən mötəbərlik baxımından digər sübutlardan üstün qiymətləndirilməli və qəbul edilməli idi. Məhkəmə əmlakların kimə məxsus olmasının müəyyən olunmadığı qənatinə gəlməsini Kasım Çapari ilə "xxxx" MMC (indiki İddiaçı MMC) arasında xx.xx.2016-cı il tarixdə “qarşılıqlı razılaşmaya dair” imzalamış müqavilə ilə əsaslandırmışdır. Həmin hissədə qeyd edir ki, Kasım Çapari "xxxx" MMC (indiki İddiaçı MMC) ilə xx.xx.2016-cı il tarixdə “qarşılıqlı razılaşmaya dair” müqavilə imzalamış, müqavilə üzrə nəzərdə tutulan 420.000 ABŞ dolları məbləğində pul vəsaiti 40 gün ərzində Kasım Çapari tərəfindən MMC-yə yatırım edilməli idi. Hansı ki, müqavilə imzalanan vaxt təhvil-təslim aktı da imzalanaraq MMC-nin borclu olduğu şəxslərin siyahısı da Tərəflər tərəfindən imzalanaraq müqaviləyə əlavə olunmuşdur. Lakin müqavilə və təhvil-təslim aktı imzalansa da Kasım Çapari tərəfindən nəzərdə tutulan yatırım edilmədiyindən MMC-nin təsisiçisi X1 tərəfindən Kasım Çapari qanuni təmsilçilikdən çıxarılmış, həmçinin də ödəniş olmadığı üçün heç bir əmlak təhvil verilməmişdir. Həmin vaxt MMC-nin X11 icarə haqqı üçün külli miqdarda borcu olduğundan Seyedmohammad Moenifard öz təsis payının bir hissəsini İlqar Həsənova satmış və onu qanuni təmsilçi təyin etmişdir. Həm Cavabdeh, həm də Kasım Çaparinin iddia ərizəsi əsassız olmaqla yanaşı, formal mülahizələrə əsaslanır ki, formal mülahizələrə əsasən iddianın təmin edilməsi isə Mülki Prosessual Qanunvericilikdə nəzərdə tutulmamışdır. Onların hər ikisi MMC-nin iddia tələbində iddia etdiyi əmlakları mənimsəmək məqsədilə ortaq hərəkət edərək hazırki iddialarını irəli sürmüşlər. Əgər həqiqətən də MMC-yə qarşı hər hansı tələbləri olsaydı, MMC məhkəməyə müraciət etməmişdən qabaq onlar MMC-yə qarşı iddia irəli sürərdilər. Hansı ki, onların hər ikisinin iddia etdiyi məbləğ MMC-nin iddia tələbindən ən azı iki dəfə çoxdur. Üstəlik, Kasım Çapari iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da apellyasiya şikayəti verərək, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari apellyasiya şikayəti verərək, qətnamənin ləğv etməklə, Kasım Çaparinin iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət müstəqil iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(103)-1977/2021 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Nur Şərur” (Bakı Tehran Klinikası) MMC, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-35/2020 saylı işi üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli, 2(102)- 5236/2021 saylı qərarı ilə, İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1977/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsinin ilk iddianın rədd olunan, qarşılıqlı iddianın təmin olunan hissələrində və məhkəmə xərclərinə aid hissələrdə ləğv olunması, işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin nümayəndəsi və vəkili Vəkil2 İddiaçı MMC-nin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə iddiaçı "xxxx" (Bakı Tehran Klinikası) MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddiaçının apellyasiya şikayəti əsaslı olduğu üçün qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunan hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətinə münasibətdə qətnamənin ilkin iddianın rədd və qarşılıqlı iddianın qismən təmin edilməsi hissələrində yoxlanılması təşkil edir, çünki AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli, 2(102)-5236/2021 saylı qərarı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin “Təbriz Mehr” klinikasında həkimpediatr vəzifəsinə işə qəbul edilmişdir. Müqavilədə işçiyə hər ay ştat cədvəli üzrə əmək haqqı ödənilməsi qeyd olunmuşdur. (4.1.1 bəndi) “Təbriz Mehr” Tibb Mərkəzinin 23 fevral 2016-cı il tarixli 239-k nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin “Təbriz Mehr” klinikasında xx.xx.3016-cı il tarixdən baş həkim vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, 30ZB5H8000103 nömrəli məlumatın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin “Təbriz Mehr” klinikasında baş həkim vəzifəsinə keçirilməsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. “Təbriz Mehr” Tibb Mərkəzi tərəfindən verilmiş işçilərin əmək haqqlarının ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 2016-cı ilin fevral ayından avqust ayına kimi hər ay 121,3 manat məbləğində əmək haqqı almışdır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğu bildirilmişdir. "xxxx" MMC-nin direktoru X3 ilə Qasım Çapari arasında bağlanmış xx.xx.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru X2 borcunun əvəzinə Qasım Çapari 420.000 ABŞ dolları məbləğində maliyyə yatırımı etməklə, əvəzində "xxxx" MMC-nin 75,5 faiz payını və ona məxsus avadanlıqları alır və qeyd olunan cəmiyyətin 75,5 faizinin təsisçisi olur. "xxxx" MMC-nin direktoru X3 və Qasım Çapari tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2016-cı il tarixli təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" MMC-nin Nizamnaməsi, "xxxx" MMC-nin Nizamnaməsinə edilən dəyişiklik, "xxxx" MMC-nin Dövlət Reyestrindən çıxarışı, "xxxx" MMC-nin VÖEN-i, "xxxx" MMC-nin möhürü, "Mehr“ MMC-nin tibbi fəaliyyət göstərə bilməsi üçün Lisenziyası, “Mehr" MMC-nə məxsus ASAN İmza 01 (bir) (050) 229 40 41) ədəd, "xxxx" MMC-nin klinikasının maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyyənin istifadə təyinatı və "xxxx" MMC-nin nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər xx.xx.2016-cı il tarixdə Qasım Çapariyə təhvil verilmişdir. "xxxx" MMC-nin 19 oktyabr 2016-cı il tarixli 279-k nömrəli əmrinin surətindən görünür ki, X13 xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin 11 noyabr 2016-cı il tarixli, 291-k nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh 11 noyabr 2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, 30ZB5H80001X0 nömrəli məlumatın surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “xx.xx.2016” tarixli, “291-k” nömrəli, “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, tələbnamədən görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 2000 manat məbləğində pul ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 1509 nömrəli “xəzinədən ödəmə forması”ndan görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 1092,7 manat məbləğində pul ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 904 nömrəli “xəzinədən ödəmə forması”ndan görünür ki, 12 ədəd kondisionerin alınması görə 8379 manat məbləğində pul ödənilmişdir. “Bakı Sədərək” Ticarət Mərkəzi tərəfindən verilmiş qaimə-fakturadan görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 89 manat məbləğində pul ödənilmişdir. “Bakı Sədərək” Ticarət Mərkəzi tərəfindən verilmiş qaimə-fakturadan görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 75 manat məbləğində pul ödənilmişdir. 09 iyul 2012-ci il tarixli qaimə-fakturadan görünür ki, yeməkxana üçün ləvazimatların alınmasına görə 353,40 manat məbləğində pul ödənilmişdir. “Təbriz Neda” Tibb Mərkəzi tərəfindən verilmiş 04 avqust 2016, 19 avqust 2016 və 19 sentyabr 2016-cı il tarixli kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh klinikaya 500 manat, 330 manat və 700 olmaqla, cəmi 1530 manat məbləğində borc vermişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, cavabdehin iddiaçıya ünvanladığı pretenziyada onun tərəfindən İddiaçı MMC ilə bağlı çəkilən bütün xərclər ödənildiyi təqdirdə həmin əşyaların qaytarılmasına etiraz etmir. Bundan sonra qarşılıqlı iddiaçı iddia ərizəsi ilə tələb olunan əşyaların ilk iddiaçıya deyil, üçüncü şəxs Kasım Çapariyə məxsus olmasını qeyd edir və qaytarılmasını mümkünsüz hesab edir. Hər iki halda ilk iddia üzrə cavabdehin mövqeyindən aydın olur ki, iddia ərizəsində göstərilən əmlaklar mövcuddur, tələb olunan sayda və ada məhz onun nəzarətində olan saxlanc yerində saxlanılır. Belə olan halda məhkəmələrin həmin əmlaklarının mövcud olmaması və cavabdehdə olmamasına dair mövqedən çıxış etmələri anlaşılan hesab edilmir. Bundan sonra əmlakların qaytarılmasından imtina edən cavabdeh ona dəymiş zərərin ödənilməsi müqabilində əmlakların geri qaytarıla biləcəyini qeyd edir, bu halda isə məhkəmələr nəzərə almalı idilər ki, qarşılıqlı iddiaçının maddi və mənəvi zərərlə bağlı iddia tələbinin əhəmiyyətli hissəsi əsassız hesab edilmişdir. Bununla yanaşı o da qeyd edilməlidir ki, əmlakların mövcudluğu və faktiki olaraq qarşılıqlı iddiaçının sahibliyində olmasının müəyyən edilməsi halında məhkəmələr sona qədər araşdırmanın aparılmasını təmin etməmiş və mübahisə predmeti olan əmlakların taleyini həll etməmiş, mülkiyyətçini haqqı çatanlardan məhrum edilməsinə şərait yaradan mövqedən çıxış etmişlər. Əmlak faktiki olaraq onlara sahibliyi qanuni əsaslarla etməsi təsdiq olunmayan şəxsdə saxlanmışdır. Bütün bunlar isə ilk iddia tələbinin rədd edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəsi ilə razılaşmağı mümkün etmir. Məhkəmə qarşılıqlı iddianın təmin olunan hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının bir neçə dəfə iddia tələbinin həcmini artırmasını və ya dəqiqləşdirmə aparmasını və sonda onun tələbinin aşağıdaklardan ibarət olmasını qeyd etmişdir. «…dörd dəfə iddia tələbinin dəqiqləşdirilməsindən sonra qarşılıqlı iddia üzrə tələb konkret olaraq 65.400 (altmış beş min dörd yüz) manat maddi, 50.000 (əlli min) manat məbləğində mənəvi ziyan tələbi, cavabdeh İddiaçı MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə məhkəməyə təqdim etdiyi layihəyə uyğun olaraq dəyişiklik edilməsi, 02 fevral 2016-cı il tarixdən 11 noyabr 2016-cı il tarixinə kimi 23.250 (iyirmi üç min iki yüz əlli) manat əmək haqqının, 2016-cı ilin avqust ayından 20 oktyabr 2016-cı ilə kimi xəstələrə göstərdiyi xidmətlərə görə (həkim bonusu) 10000 (on min) manat, 3 aylıq müavinət üçün 7500 (yeddi min beş yüz) manat, cəmi 40750 (qırx min yeddi yüz əlli) manat məbləğində son haqqhesabın ödənilməsi olmuşdur.» Birinci instansiya məhkəməsi iddia tələbində əmək kitabçasının verilməsi ilə bağlı tələbin olmamasını nəzərə almamış, lakin həmin hissədə iddianın təmin olunmalı olması nəticəsinə gəlmişdir. İddiaçı (Bakı Tehran Klinikası) MMCyə qarşı qarşılıqlı iddia qismən təmin edilərək 1.530 (bir min beş yüz otuz) manat məbləğində maddi ziyan və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMCdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, dövlət rüsumunun 15 (on beş) manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi almadığı əmək haqqı və işdən azad edilərkən aldığı əmək haqqına uyğun son haqq-hesab qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən hesablanmaqla qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi ilə bağlı hissələr üzrə nəticəyə gələrkən isə apellyasiya instansiya məhkəməsinin hansı mötəbər sübutlara əsaslanması və faktiki olaraq cavabdeh tərəfindən göstərilən məbləğlərin (əmək haqqı) ödənilməsi ilə bağlı izahatının mövcud olmasına baxmayaraq və iddiaçının cavabdehlə əmək münasibətlərini davam etdirməsindən imtina etməsini nəzərə almadan, 2016-cı ildə xitam verilmiş əmək münasibətləri üzrə yaranmış əmək haqqı borcunun bundan uzun müddət sonra (halbuki əmək haqqı ilə bağlı tələblər üzrə iddia müddəti 1 il müəyyən olunur) tələb irəli sürməsinə mövcud qanunverciliyin tələbləri baxımından qiymət verməmiş, zərər olaraq tutulmuş məbləğə münasibətdə təqdim olunan ödəniş sənədlərində göstərilən qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olan pul məbləğinin MMC-yə və Cavabdeh aid olmasını müəyyən etməmişdir. Bu halda nəzərə alınmalı olan hal ondan ibarətdir ki, pul məbləğlərinin ödənilməsi zamanı Cavabdeh MMC-də maddi məsul şəxs olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Apellyasiya baxışının predmeti olan hissədə mübahisənin mahiyyəti ilə bağlı Kollegiyanın mövqeyi aşağıdakı kimidir: İlkin iddia tələbinə münasibətdə Kollegiya qeyd edir ki, İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən Cavabdeh və Qasım Çapariyə ünvanlanmış xx.xx.2016-cı il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh və Qasım Çapari xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-yə məxsus əmlakları təhvil alaraq təhvil-təslim haqqında müqaviləni imzalamış və həmin əmlaklar “166” yük daşıma xidməti vasitəsilə 17 avqust 2016-cı il tarixdə Cavabdeh məxsus bağ evinə aparılmışdır. 2016-cı ilin oktyabr ayında "xxxx" MMCnin direktorunun və baş həkimin dəyişməsi ilə əlaqədar olaraq Cəmiyyətin əmlakı 21 oktyabr 2016-cı il tarixdə MMC tərəfindən reviziya olunmuşdur. Reviziya zamanı siyahıda göstərilmiş əmlakın bir hissəsinin Cavabdeh məxsus bağ evinə aparıldığı aşkar olunmuş, digər siyahıda göstərilmiş əmlak isə "xxxx" MMC-nin klinikasında baş həkim işlədiyi dövrdə 203 A nömrəli otaqda aşkar edilməmişdir. Odur ki, əmlakların geri qaytarılması xahiş olunmuşdur. - İddiaçı MMC-nin direktoru M.Cəfərovun imzaladığı 110 adda Cavabdeh tələb edilən əmlak siyahısında onların dəyəri ümumilikdə 22436 manat olması göstərilmişdir. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında BVD-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, X13 xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nin qanuni təmsilçisi kimi dövlət qeydiyyatına alınmışdır. Əvvəlki qanuni təmsilçi Çapari Kasım omuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Dərvişi Faramarz ifadəsində göstərmişdir ki, hal-hazırda İddiaçı MMC-də işləyir. Əvvəllər təsərrüfat müdiri vəzifəsində işləsə də, hal-hazırda həmin vəzifəni icra etmir. Əlavə olaraq bildirmişdir ki, onun iştirakı ilə Cavabdeh ustalara 1-2 dəfə vəsait ödəmiş, bundan başqa klinikada təmir işləri aparıldığı üçün orada olan əşyaları direktor Kasım Çaparinin göstərişi ilə Badamdar qəsəbəsində yerləşən saxlanc yerinə aparmışlar. Əşyalar 166 yük daşıma xidməti vasitəsilə aparılmış, həmin əşyalar saxlanc yerinə bağlamalarda aparılmışdır. İşin materiallarından müəyyən edilir ki, İddiaçı MMC əvvəlki "xxxx" MMC-nin hüquqi varisidir və hazırda 50%-i X10 adına olmaqla, MMC-nin qanuni təmsilçisi X8r. İddiaçı MMC əvvəlki "xxxx" MMC-nin hüquqi varisi olmaqla "Nur Şərur” MMC-yə məxsus əmlakının "xxxx" MMC-nin “Təbriz Mehr” klinikasında baş həkimi vəzifəsində çalışmış Cavabdeh qanunsuz sahibliyində olmasını iddia edərək əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə dəyəri olan 30.000 (otuz min) manat pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İşin materiallarından o da görünür ki, İddiaçı tərəfindən MMC "xxxx" MMC-nin direktoru vəzifəsində çalışmış Kasım Çapariyə və Klinikanın baş həkimi vəzifəsində çalışmış Cavabdeh MMC-yə məxsus əmlakın könüllü şəkildə qaytarılması ilə bağlı pretenziya məktubu da göndərilmişdir. Lakin Cavabdeh ərizələrində gah göstərilmiş əmlakın bir hissəsinin ona məxsus bağ evində, gah da saxlanc yerində olmasını, bəzi halda isə həmin əşyaların harada saxlanması barədə heç bir sübut olmamasını göstərmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli pretenziya məktubunda ilk iddiaçı aşağıdakıları qeyd etmişdir: «..Odur ki, MMC tərəfindən bu məktuba əlavə edilmiş siyahıda göstərilən əmlakları 07 gün ərzində İddiaçı MMC-yə (hazırki İddiaçı MMC) geri qaytarmağı tələb edilmişdir. Onun tərəfindən İddiaçı MMC-yə xx.xx.2017-ci il tarixli pretenziya yazılaraq bildirilmişdir ki, saxlanc yerinə aparılan əşyalar hal-hazırda da orada yerləşir. Hətta həmin qablaşdırmalarda nəyin olduğundan belə onun məlumatı olmamışdır. Həmin saxlanc yerlərinə görə hər ay 300 manat icarə haqqı ödənilir. Artıq neçə aydır ki, həmin icarə haqqı ödənilmir.Hazırda onun tərəfindən İddiaçı MMC ilə bağlı çəkilən bütün xərclər ödənildiyi təqdirdə həmin əşyaların qaytarılmasına etiraz etmir.» Daha sonra qarşılıqlı iddiaçı iddia ərizəsi ilə tələb olunan əşyaların ilk iddiaçıya deyil, üçüncü şəxs Kasım Çapariyə məxsus olmasını qeyd etmiş və qaytarılmasını mümkünsüz hesab etmişdir. Hər bir halda ilk iddia üzrə cavabdehin mövqeyindən aydın olur ki, iddia ərizəsində göstərilən əmlaklar mövcuddur, tələb olunan sayda və adda məhz onun nəzarətində olan saxlanc yerində saxlanılır. Bu isə onu deməyə əsas verir ki, harda saxlanmasından asılı olmayaraq, həmin əşyalar faktiki olaraq məhz ilk iddia üzrə cavabdehin əməli sahibliyindədir. Belə olan halda birinci instansiya məhkəməsinin həmin əmlaklarının mövcud olmaması və cavabdehdə olmamasına dair mövqeyi əsassız olmuşdur. Belə ki, mübahisəli əmlakların müəssisənin istifadəsində olması, Cavabdeh tərəfindən baş həkim işlədiyi dövrdə aparılması işin mübahisəsiz halıdır. Bu səbəbdən kollegiya hesab edir ki, əşyaların harada (cavabdehə məxsus bağ evində, yaxud anbarda) saxlanmasının mübahisənin həlli üçün əhəmiyyəti yoxdur. Əmlakların dəyərinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, apellyasiya instansiyası məhkəməsində icraat zamanı tədqiq edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2022-ci il tarixli, 9/9314 nömrəli ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan istifadədə olmuş əşyaların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri, təxminən 4853,0 manat müəyyən olunmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın təmin olunmayan hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Qarşılıqlı iddia aşağıdakı tələblərə münasibətdə təmin olunmuşdur: 1) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi almadığı əmək haqqı və işdən azad edilərkən aldığı əmək haqqına uyğun son haqq-hesabın İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən hesablanmaqla iddiaçıya Cavabdeh ödənilməsi; 2) Cavabdeh məxsus əmək kitabçasının İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən ona qaytarılması; 3) maddi ziyan tələbinin qismən təmin olunan hissəsi (1530 manat). 1-ci tələblə bağlı birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etmiş, mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf qarşılıqlı iddiaçıya 2016-cı ilin sentyabr, oktyabr və noyabr aylarının əmək haqqını və işdən azad edilərkən son haqqhesabını da ödəmələrini təsdiq edən sübutların olmasını bildirsələr də, onları təqdim etmədikləri üçün qarşılıqlı iddiaçının iddiasının göstərilən müddətlər üzrə əmək haqqı və işdən azad edilərkən son haqq hesabının verilməməsinə dair dəlilləri əsaslı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticəni əsaslı sayır. Belə ki, iş materiallarında qarşılıqlı iddiaçının da adı qeyd edilmiş 2016-cı ilin fevral ayından avqust ayına kimi əmək haqqı cədvəlləri olsa da, sonrakı ayların, yəni sentyabr, oktyabr və noyabr aylarının əmək haqqı cədvəlləri cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, cavabdeh tərəf qarşılıqlı iddiaçının işlədiyi bütün aylar üçün əmək haqqını, son-haqq hesabını ödəmələrini, hətta əmək kitabçasını da verdiyini bildirmişdir. Bundan başqa, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qərardadı ilə Cavabdeh ödənilməli olan son haqq-hesab və əmək haqqının hesablanması barədə ekspertiza təyin olunmuş, ekspert qarşısında qoyulmuş sualları cavablandırmaq üçün ekspert tərəfindən vəsatət verilərək mühasibatlıq sənədlərinin təqdim edilməsi xahiş olunmuş, bununla bağlı məhkəmə tərəfindən MMC-yə zəruri maliyyə sənədlərinin təqdim edilməsi təklif edilmiş, lakin vəsatətində qeyd olunan sənədlər MMC tərəfindən təqdim olunmadığından, ekspertizanın keçirilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Beləliklə, kollegiya hesab edir ki, sübutetmə yükü cavabdehin üzərində olsa da, cavabdeh qarşılıqlı iddiaçının işlədiyi bütün aylar üçün əmək haqqını, son-haqq hesabını ödəməsini bildirsə də, bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. 2) Cavabdeh məxsus əmək kitabçasının İddiaçı (Bakı Tehran Klinikası) MMC tərəfindən ona qaytarılması ilə bağlı kollegiya qeyd edir ki, bu tələb qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizədə əks olunmamışdır. Lakin bundan əvvəl verilmiş qarşılıqlı iddia ərizəsi və onun dəqiqləşdirilməsinə dair ərizələrdə bu tələb göstərilmişdir. Belə ki, Cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı "maddi və mənəvi ziyanın tutulması, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılma ilə bağlı son haqq-hesabın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə ilk dəfə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-dən (X15) 62.400 (altmış iki min dörd yüz) manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılması ilə bağlı son haqq-hesabın İddiaçı MMC (X15) tərəfindən hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli ərizə verərək, cavabdeh İddiaçı MMC-dən (X15) Klinikada baş həkim işlədiyi müddətdə (2016-cı ilin fevral-oktyabr aylarında) almadığı həkim bonusları təxminən 10.000 manat, plastik qapı-pəncərə ustasına ödənilən xidmət haqqı - 1800 manat (təmir üçün), plastik qapı-pəncərə ustasına ödənilən əlavə pul - 300 manat (təmir üçün), Klinikanın bayır giriş qapısının dəyişdirilməsi üçün - 200 manat (təmir üçün), Klinikada elektrik işlərinin aparılması üçün - 1000 manat (təmir üçün), Klinikada təmirlə bağlı kafel ustasına ödənilən pul - 1000 manat (təmir üçün), rəngsaza ödənilən məbləğ — 2000 manat (təmir üçün), mebel ustası — 500 manat (təmir üçün), söküntü işinə ödənilən pul - 500 manat (təmir üçün), Kərpic, qum, sement alınması üçün - 300 manat (təmir üçün), Fəhlələrə ödənilən gündəlik əl haqqının cəmisi - 1000 manat (təmir üçün), 166 daşıma xidməti və fəhləsinə ödənilən pul - 500 manat (təmir üçün), server sisteminin yerdəyişməsi üçün - 1500 manat (təmir üçün), kondisionerlərin sökülməsi və yenidən frionlaşdırılması və bərpası üçün - 400 manat (təmir üçün), klinikadan daşınan əşyaların yerləşdiyi ünvanın icarə haqqı (aylıq 300 manat) - 11 ay 3300 manat (təmir üçün), vergi borcunun ödənilməsi (öz şəxsi məbləği) - 9700 manat, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi üçün - 1000 manat, həkim bonusu üçün öncədən verilən məbləğ - 3000 ABŞ dolları, həkimlər üçün öncədən ödənilən marketinq - 2000 manat, 8 aylıq həkim əmək haqqı (aylıq 2500 manat) - 20000 manat, cəmisi 62400 (altmış iki min dörd yüz) manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh “Nur Şərur' MMC tərəfindən ona əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılması ilə bağlı son haqq-hesabın cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli ərizə verərək cavabdeh İddiaçı MMC-dən ona 65.400 (altmış beş min dörd yüz) manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh “Nur Şərur' MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə düzəliş edilməklə əmək kitabçasının qaytarılması, işdən çıxarılmağı ilə bağlı son haqq-hesabın dəqiqləşdirməklə ona ödənilməsini məcbur edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu dəfə isə qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli ərizə verərək, cavabdeh İddiaçı MMC-dən ona 65.400 (altmış beş min dörd yüz) manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsinin təmin olunması, cavabdeh “Nur Şərur' MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə məhkəməyə təqdim etdiyi layihəyə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin İİ hissəsinə, 68ci maddənin «ç» bəndinə, 77-ci maddəsinin 7-ci hissəsinə, 83, 84 və 85-ci maddələrinə əsasən dəyişiklik edilməsi, 02 fevral 2016-cı il tarixdən 11 noyabr 2016-cı il tarixinə kimi 23.250 manat əmək haqqının, 2016-cı ilin avqust ayından 20 oktyabr 2016-cı ilə kimi xəstələrə göstərdiyi xidmətlərə görə (həkim bonusu) 10.000 manat, 3 aylıq müavinat üçün 7500 manat, cəmi 40.750 manat məbləğində son haqq hesabının ödənilməsini məcbur edən qətnamə qəbul edilməsini və cavabdeh İddiaçı MMC-nin direktoru X10 əməlində Azərbaycan Respublikası CM-nin 322-ci maddəsinin əlamətləri olmasını nəzərə alıb, bu barədə xüsusi qərardad çıxarılmaqla ibtidai istintaq araşdırması aparılması üçün prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir. Göründüyü kimi Cavabdeh qarşılıqlı iddia qaldırdıqdan sonra 3 dəfə tələbini dəqiqləşdirmiş, yalnız sonuncu ərizəsində əmək kitabçasının geri qaytarılması barədə tələbini qeyd etməmiş, qarşılıqlı iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə əvvəlki ərizələrində isə əmək kitabçasının geri qaytarılması barədə tələbini göstərmişdir. Apellyasiya mərhələsində araşdırma zamanı qarşılıqlı iddiaçının vəkili-nümayəndəsi də izahat verərək onların əmək kitabçasının geri qaytarılması barədə tələbdən imtina etmədiklərini, tələbin dəqiqləşdirilməsi barədə sonuncu ərizəni verərkən yalnız əvvəlki ərizələrdəki tələblərinə əlavə və düzəlişlər etdiklərini, həmin ərizənin məzmununda da əmək kutabçasının qaytarılmalı olmasını göstərdiklərini bildirmişdir. Коллеэийа гейд едир ки, гаршылыглы иддиачы тяряфиндян иддиа тялябинин дягигляшмясиня даир яризяляр МПМ-нин 53-ъц маддясиня ясасян верилмишдир. Щямин маддяйя эюря, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işini məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Бу маддянин диспозисийа шяртиндян мцяййян едилир ки, иддиачы бу маддяйя истинад етмякля йалныз иряли сцрцлмцш иддиа тялябинин щяъмини артырыбазалтмаьа, йахуд иддианын ясасыны вя йа предметини дяйишмяйя щаглыдыр. Коллеэийа гейд едир ки, гаршылыглы иддиачынын ямяк китабчасынын гайтарылмасы барядя тяляби юзлцйцндя мцстягил бир тяляб олмагла, гаршылыглы иддиачы тяряфиндян диэяр тяляблярля йанашы, илк иддиачыйа гаршы иряли сцрцлмцшдцр. Сонрадан вермиш олдуьу дягигляшмя яризяляриндя ися гаршылыглы иддиачы иддиа яризяси цзря тяляб олунан пул мябляьляринин дягигляшдирилмясини апармыш, щабеля ишдян азад едилмя барядя ямрдя дяйишиклик едилмяси вя мцхтялиф ясасларла илк иддиачыдан пул тутулмасына даир йени тялябляр иряли сцрмцшдцр. Эюрцндцйц кими, гаршылыглы иддиачы ямяк китабчасынын гайтарылмасы барядя тялябиндян имтина етмямиш, йахуд бу тялябин бахылмамыш сахланмасыны хащиш етмямишдир. Бу сябябдян биринъи инстансийа мящкямясинин МПМ-нин 218.3-ъц маддясиндян иряли эялян вязифя боръуна уйьун олараг щямин тяляб цзря арашдырма апарараг гятнамя гябул етмясини мящкямя коллеэийасы гануни вя ясаслы щесаб едир. Birinci instansiya məhkəməsi Cavabdeh məxsus əmək kitabçasının ona qaytarılmasını cavabdeh tərəf sübut edə bilmədiyi üçün həmin əmək kitabçasının onun tərəfindən Cavabdeh qaytarılmalı olması nəticəсинə gəlmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə görə, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Həmçinin, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli Qərarının 6.1-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən doldurulmuş və doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu aşağıdakı qaydada aparılır: Əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir. Həmin Qərarın 9.2-ci bəndinə əsasən doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılır. Əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verir. Гейд едилян ганунвериъилик нормаларынын диспозисийа шяртляринядян дя эюрцндцйц кими, ямяк китабчасынын долдурулмасы, сахланылмасы, ишчи иля ямяк мцгавилясиня щяр щансы сябябдян хитам верилдикдя ися онун ишчийя тящвил верилмяси ишяэютцрянин вязифяси олараг мцяййян едилмишдир. Ганунвериъи щямчинин ямяк китабчасынын ишчийя тящвил верилмясинин хцсуси гайдасыны мцяййян етмишдир. Бу гайдайа ясасян ямяк китабчасы бу барядя шяхси вярягядя вя ямяк китабчаларынын цчоту китабында ишчийя имза етдирмякля, йахуд ишчинин юз разылыьы иля почт васитясиля тящвил верилир. Эюрцндцйц кими, ямяк китабчасынын тящвил верилмяси ишяэютцрян тяряфиндян мцяййян щярякятлярин иъра едилмяси йолу иля щяйата кечирилир. Бу бахымдан коллеэийа гейд едир ки, щазыркы вязиййятдя ямяк китабчасынын ишчийя тящвил верилмяси ющдялийини ишяэютцрян «Нур Шярур» ММЪ дашыдыьындан, щабеля ямяк китабчасынын гайтарылмасына даир сянядляр – шяхси вярягя, ямяк китабчаларынын учоту китабы вя йа почт эюндяришиня даир сяняд ММЪ-дя сахланылмалы олдуьундан, бу вязифялярини иъра етмяйи сцбут етмяк йцкцнц дя ММЪ дашыйыр. Лакин мящкямя арашдырмасы заманы гаршылыглы иддиа цзря ъавабдещ «Нур Шярур» ММЪ ямяк китабчасынын гаршылыглы иддиачы Севинъ Ялийевайа гайтарылмасы иля баьлы щяр щансы сцбут тягдим едя билмямишдир. Son haqq-hesabın və əmək kitabçasının qaytarılmasına dair qarşılıqlı iddia tələbinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddətlər çərçivəsində qaldırılması məsələsinə qiymət verərək kollegiya qeyd edir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə İddiaçı MMC-nin 291-k saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2017-ci il tarixdə isə maddi və mənəvi ziyanın ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılması ilə bağlı son haqq-hesabın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə tələblərlə bağlı məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi, qarşılıqlı iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 8 ay 27 gün sonra hazırkı iddianı irəli sürmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (2-ci hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (3-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (4-cü hissə). Эюстярилянляря ясасян коллеэийа щесаб едир ки, биринъи инстансийа мящкямяси ямяк китабчасынын гаршылыглы иддиачы Севинъ Ялийевайа гайтарылмасы ющдялийини гаршылыглы иддиа цзря ъавабдещ «Нур Шярур» ММЪнин цзяриня гоймагла дцзэцн нятиъяйя эялмишдир. 3) 1530 manat maddi ziyanın tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə gəldikdə, Kollegiya qeyd edir ki, məhkəmə həmin hissədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, “Təbriz Neda” Tibb Mərkəzi tərəfindən verilmiş 04 avqust 2016, 19 avqust 2016 və 19 sentyabr 2016-cı il tarixli kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh klinikaya 500 manat, 330 manat və 700 olmaqla, cəmi 1530 manat məbləğində borc vermişdir. Həmin kassa mədaxil orderləri ciddi hesabat sənədi olmaqla, baş həkimlə yanaşı müəssisənin mühasibi tərəfindən də təsdiqlənmişdir. Habelə birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X12 halhazırda İddiaçı MMC-də mühasib vəzifəsində işlədiyini, Cavabdeh klinikanın təmiri zamanı ayrı-ayrı vaxtlarda 700 manat, 330 manat, 500 manat, ümümilikdə isə 1530 manat vəsait ödədiyini göstərmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı həmin borclat verilən zaman klinikanın baş həkimi kimi fəasliyyət göstərməklə, maddi məsul şəxs olmuşdur. Bununla yanaşı, kollegiya onu da nəzərə alır ki, pulun verilməsinə dair kassa məxaric orderləri qarşılıqlı iddiaçı ilə yanaşı, mühasib tərəfindən də imzalanmışdır və müəssisənin mühasibi şahid qismində verdiyi ifadəsində bu pulların Cavabdeh tərəfindən borc olaraq verildiyini bir daha təsdiq etmişdir. Göründüyü kimi, qarşılıqlı iddiaçıya 1530 manat zərər vurulduğu kassa mədaxil orderləri və şahid ifadəsi ilə mübahisəsiz qaydada öz təsdiqini tapmışdır. Bu baxımdan həmin zərərin qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılmaması üçün əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76). Беляликля, коллеэийа биринъи инстансийа мящкямясинин гятнамясини щазыркы апеллйасийа бахышынын предметини тяшкил едян щиссядя (илк иддианын тямин олунмадыьы вя гаршылыглы иддианын гисмян тямин олундуьу щиссялярдя) илк иддиачы тяряфиндян верилмиш апеллйасийа шикайятинин дялилляри ясасында йохлайараг, щямин дялилляри гисмян ясаслы щесаб едир вя бу гянаятя эялир ки, илк иддиа тяляби гисмян тямин едилмяли, биринъи инстансийа мящкямясинин гятнамяси илк иддианын тямин едилмямяси щиссясиндя ляьв едилмяли, щямин щиссядя йени гятнамя гябул едилмякля илк иддиа тяляби гисмян тямин едилмяли, гятнамя йохланылан диэяр щиссялярдя дяйишдирилмядян сахланылмалыдыр. Mülki Prosessual Məcəllənin 384.0.2 və 384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər və ya qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İlk iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(009)-35/2020 saylı qətnaməsi qismən – ilk iddianın rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilsin. İddia ərizəsində göstərilən əşyalar (1 ədəd soyuducu vertikal, 1 ədəd soyuducu rainford, 1 ədəd mikrodalğalı soba, 1 ədəd ben marin qızdırıcı nerjaveyka, 1 ədəd neryaveyka rəf böyük, 1 ədəd neryaveyka rəf kiçik, 1 ədəd şkaf qapılı nerjaveyka, 2 ədəd ətçəkən, 11 ədəd çörək qabı, 29 ədəd kasa böyük, 19 ədəd kasa balaca, 11 ədəd qab balaca, 7 ədəd nəlbəki, 23 ədəd dərin qab, 1 ədəd ət taxtası, 4 ədəd salfetka qabı, 8 ədəd qazan, 1 ədəd şirəçəkən, 1 ədəd kartof əzən, 5 ədəd taxta qaşıq, 1 ədəd ət döyən, 1 ədəd plastmas mikser, 1 ədəd kartof soyan, 1 ədəd qənd qıran, 1 ədəd bpyük qaşıq, 2 ədəd tava, 2 ədəd plastmas vanna, 1 ədəd sürtgəc, 39 qaşıq qabı, 1 qaşıq, 33 ədəd çəngəl, 12 ədəd dəmir bıçaq, 5 çəngəl limon, 2 ədəd çay qaşığı, 16 ədəd padnos, 3 süzgəc, 12 ədəd qənd qabı, 10 ədəd duz qabı, 1 ədəd çömçə. 1 ədəd kəfkir, 10 ədəd şkaf, 30 ədəd oturacaq stul, 5 ədəd masa, 1 ədəd soyuducu 1metrlik prilavka, 1 ədəd havakeş (nerjaveyka-4 sepli), 1 ədəd qaz plitəsi (3 qaz,1 elektrik), 7 ədəd şkaf divar laboratariya, 2 ədəd şkaf rentgen, 3 ayaqlı dekor, 1 ədəd balaca ayaqlı dekor, 3 ədəd rakavina kran, 1 ədəd şkaf 3 polkalı laboratoriya, 1 ədəd dördsürməli divar şkafı şüşəli, 1 ədəd şkaf mebeli laboratoriya, 1 ədəd pilləkən rentgen, 1 ədəd resepşn fizioterapiya, 5 ədəd divan krem rəngi, 2 ədəd Samsung markalı kondisioner, 1 ədəd tumbuçka fizioterapiya, 1 ədəd əlüzyuyan güzgülü, 1 ədəd stol təkərli fizioterapiya, 1 ədəd divar şkafı ikipolkalı, 1 ədəd divar şkafı üçpolkalı, 1 ədəd tumbuçka, 1 reklam taxtası, 4 ədəd alkopan, 1 ədəd şkaf divar, 1 ədəd şkaf yer, 1 ədəd şkaf rentgen, 1 uzun taxta, 2 ədəd kran komplekt, 1 ədəd turba, 1 ədəd rukavina nerjaveyka, 1 ədəd təkərli nerjaveyka ,1 ədəd şkaf iki kranlı nerjaveyka laboratoriya, 1 ədəd uzun taxta mebel üçün, 1 ədəd kondisioner rentgen samsung, 1 nerjaveyka stol, 1 ədəd kondisioner üçün turba, 1 ədəd rakovina üçün kran, 1 ədəd şlang), onlar mövcud olmadıqda isə onların dəyəri olan 4853 (dörd min səkkiz yüz əlli üç) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" (Bakı Tehran Klinikası) MMCyə ödənilsin. Qətnamə ilk iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-530/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-530/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver