Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5301/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(011)-1566/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 59.248,4 manat, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınan 6.451,84 manat və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq olunan 4.132,54 manat indeksasiya məbləği, Bakı Apellyasiya Məhkəməsinin 2(103)520/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qət edilən 2.349,10 manat, ümumilikdə 72.181,88 manatın 5%, yəni 2023-cü il üzrə geçikdirilmiş vaxt üçün 3.609 manat maddi zərər, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 3.669 manat tutularaq iddiaçıya ödənilməsinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1566/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1566/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətləri vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(011)-1566/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1556/2024 nömrəli qətnaməsindən verdiyi xx.xx.2024-cü il və xx.xx.20024-cü il tarixli apellyasiya şikayətlərinin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(011)-1566/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət həmin məhkəməninin 08 avqust 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsi xx.xx.2024-cü və xx.xx.2024cü il tarixli apellyasiya şikayətlərinin forma və məzmun tələblərinə uyğun olmadığına istinad edir, amma konkret olaraq nəyi pozmağını, hansı qaydalara əməl etməməyini, necə, hansı forma və hansı məzmunu apelyasiya şikayətlərində qeyd etməli olduğunu, lakin yalnış qeyd etdiyini məhkəmə açıq-aşkar göstərmir ki, iddiaçı öz növbəsində onlarla razışlaşsın, razılaşdığı təqdirdə aradan qaldıra bilsin. Nə qədər ki, məhkəmənin yanaşması formaldır, bu vəziyyət vətəndaşın məhkəməyə müraciət etmək imkanının məhdudlaşdrılması kimi qiymətləndirilməlidir. Məhkəmə Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatarı nəzərdən keçirməyib, materialı düzgün araşdırmayıb (və ya diqqət etmək arzusunda olmayıb). Belə ki, şəxsi kabinet vasitəsi ilə ünvanlanmış sənəd (apelyasiya şikayəti) elektron qaydada imza icra edilmədiyi təqdirdə 04 iyul və 05 iyul tarixlərdə EMS-də yerləşdirilə bilməzdi, və ya yerləşdirilməyən sənədi EMS-də məhkəmə görə bilməz və eyni tarixlə geri qaytara bilməzdi. Apellyasiyaşi kayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; Məhkəmə bu halıistinad etsə də açıq-aydın fikrini əsaslandıra bilməmişdi. O, sadəcə MPM maddəsinin şərtlərini qərardadda əks etdirmiş, 04 iyul və 05 iyul tarixli apelyasiya şikayətləri verilərəkən normanın hansı şərtlərinə əməl edilməməsi, pozuntunun nə ilə ifadə olunması, nəyə riayət olunmamasını mübahisəli qərardaddan müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(011)-1566/2024 saylı qərardadı ləğv edilməli, mülki iş materialları apellyasiya şikayətlərinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə apellyasiya şikayətlərini geri qaytararkən qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayəti elektron qaydada imzalanmamış, qətnamədən verilmiş hər iki apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun və MPM-ə 2 saylı Əlavəyə uyğun formada verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: -361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; -361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; -361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; -361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; -361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; -361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; -361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Həmin məcəllənin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: -363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. -363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Bu forma MPM-ə 2 saylı Əlavədə müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sisemindən görünür ki, hər iki apellyasiya şikayəti İddiaçı tərəfindən elektron qaydada imzalanmışdır. Hətta, iş materiallarına əlavə edilmiş iddiaçının müraciətinə cavab olaraq verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 28 avqust 2024-cü il tarixli məktubundan görünür ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1566/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti göstərilən tarixdə elektron kabinetdə “Məhkəmə işlərim bölməsi”ndə “Əlaqəli yeni sənəd əlavə etmək” hissəsindən yüklənilərək asan imza ilə təsdiqlənmişdir. Birinci instansiya məhkəməsi iddiaçının apelyasiya şikayətlərinin forma və məzmun tələblərinə uyğun olmadığına istinad etsə də, amma konkret olaraq nəyi pozmağını, hansı qaydalara əməl etməməyini, necə, hansı forma və hansı məzmunu apellyasiya şikayətlərində qeyd etməli olduğunu, lakin yalnış qeyd etdiyini əsaslandırmamışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı pozulduğunu və ya düzgün tətbiq edilmədiyini iddia etdiyi maddi və prosessual hüquq normalarını göstərmiş, onun qarşısına düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair izah verilmişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, birinci instaniysa məhkəməsi hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərini geri qaytararkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(011)-1566/2024 saylı qərardadı ləğv edilməli, mülki iş materialları apellyasiya şikayətlərinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 397, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(011)- 1566/2024 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5301/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5301/2024
06.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver