Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5311/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İlkin iddia üzrə Cavabdeh iştirakı ilə İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı aktın etibarsız hesab edilməsi və maddi zərərin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli qərardadından ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli 2(005)-404/2020 nömrəli qətnaməsinə ilə ilkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi”nə dair iddia tələbinin təmin edilməməsi, ilkin iddia üzrə İddiaçı MMC-dən 1126 manat məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İlkin iddia üzrə İddiaçı MMC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli 2(005)-404/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir İlkin iddia üzrə İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə dəftərxana vasitəsi ilə 30.11.2020-ci il tarixdə vəsatət təqdim edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli 2(005)-404/2020 nömrəli qətnaməsindən apelyasiya icraatı qaydasında baxılması məqsədi ilə apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi səbəblərini üzürlü hesab etməklə bu müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(0050-404/2020 saylı, 19.01.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli 2(005)-404/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı MMC tərəfindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmamış hesab edilməsi qərara alınmışdır. İlkin iddia üzrə Cavabdeh 19.02.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə şikayət verərək, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-404/2020 saylı 19.01.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə ilkin iddia üzrə İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iş üzrə ilkin iddia üzrə İddiaçı MMCnin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Kollegiya iş materiallarını nəzərdən keçirib, şikayəti müdafiə edərək, təmin olunmasını xahiş edən İlkin iddia üzrə Cavabdeh izahatını dinləyib, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli qərardadından ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər(395.1): bu Məcəllədə göstərilən hallarda(395.1.1); məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda(395.1.2). Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətinə daxil edə bilərlər(395.2). Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarından mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız MPM-də birbaşa göstərilən hallarda həmçinin qəbul edilən qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Cavabdehlərin nümayəndəsi tərəfindən verilmiş vəsatət üzrə qəbul edilmiş qərardaddan şikayət verilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Eləcə də, həmin vəsatət üzrə qəbul edilmiş qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş qərardaddan şikayət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli qərardadından ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5311/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5311/2021
27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver