Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5311/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və cavabdehin iştirakı ilə, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-924/2022 saylı işi üzrə 27 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçının cavabdehdən əsas borc üzrə 1525,41 manat, faiz borcu üzrə 55,83 manat olmaqla ümumilikdə 1581,24 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 35,81 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair iddiası Səbail Rayon Məhkəməsinin 2(009)-924/2022 saylı işi üzrə 27 may 2022-ci il tarixli qətnaməsi ilə (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 377.1, 385.1, 442-ci maddələrinə; E.Həkimovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarına; Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına; Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadən) iddia müddətinin ötürülməsi ilə əlaqədar əsassız olduğu üçün təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə digər tərəfdən Cavabdeh arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 336/13 saylı "Vakala” Borc müqaviləsinə əsasən bank tərəfindən borcalana 20%-lə 24 ay müddətinə "Kirby” firmasının istehsalı olan "Sentria” modelli ********** seriya No-li avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə 3110 manat, (-xx.xx.2013-cü il tarixli məxaric orderinə 3078 manat) məbləğində vəsait vermişdir; -"X6” MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi haqqında razılaşmaya əsasən tərəflər arasında xx.xx.2013-cü il tarixdə "Kirby” markalı, "Sentria” modelli ********** seriya No-li yuyucu maşının və onun tərkib hissələrinin - hissə satılması barədə alğı-satqı müqaviləsi alıcının müraciəti əsasında və müqavilə şərtlərinə uyğun olaraq ləğv, ödədiyi ödənişlər müqavilə şərtlərinə uyğun olaraq geri, əmlak onun tərkib hissələri ilə birlikdə işlək vəziyyəti yoxlanılaraq satıcıya qaytarılmış, təhvil alınması barədə akt tərtib olunmuşdur; -xx.xx.2013-cü il tarixdə tərtib edilmiş təhvi-təslim aktının surətinə əsasən "X6” MMC və Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanılmış alğı-satqı müqaviləsinin ləğv edilməsi haqqında razılaşmaya uyğun olaraq "Kirby” firmasının istehsalı olan, "Sentria” modelli ********** seriya No-li avtomatik yuyucu aparatı və ona əlavə olunan aksessuarlar satıcının nümayəndəsinə alıcı tərəfindən təhvil verilmişdir. Satıcı təhvil almamışdan əvvəl əmlakın işlək vəziyyətdə olmasını alıcının iştirakı ilə yoxlamışdır. Satıcı əmlakın keyfiyyəti, komplektliliyi, saz vəziyyətdə olması barəsində heç bir pretenziyalarının olmadığını təsdiq etmişdir. Alıcı ödənilmiş və satıcı tərəfindən geri qaytarılmamış pul məbləği barəsində heç bir pretenziyasının olmadığını təsdiq etmişdir; - "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, Cavabdeh kredit müqaviləsinə əsasən gecikmədə olan borcu əsas borcu üzrə 1525,41 manat, faiz borcu üzrə 55,83 manat, cəmi 1581,24 manat təşkil etmişdir. (iş.səh.9-31, 42, 72).
3. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, müqavilənin xx.xx.2013cü il tarixində bağlanılsa və müqavilə müddəti 2 il nəzərdə tutulsa da, ona qarşı tələb 6 il, 5 aydan sonra qaldırılmışdır, məhkəmə tərəfindən hazırkı münasibətə iddia müddəti tətbiq edilməli, qaldırılan iddia iddia müddətin ötürülməsi ilə əlaqədar əsassız olduğundan rədd edilməlidir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-924/2022 saylı qətnaməsinin l ə ğ v edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 385; Mülki Prosessual Məcəlləsinin 14.2, 384.0.2-cü maddələrinə; iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanına; Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına istinadən qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-119 saylı, 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmanı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - "xxxx" QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Həmçinin iş materiallarına əlavə edilmiş “X4 Edilməsi Agentliyi” MMC-nin Nizamnaməsinin 1.1-ci bəndində göstərilir ki, “X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra “Aqrarkredit QSC” adlanacaq) tabeliyində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanı ilə İddiaçı QSC-yə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədilə yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödənişi xx.xx.2015-ci il tarixdə 273 manat məbləğində kredit ödənişi icra etmişdir. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında xx.xx.2013-cü il tarixdə, 336/13 saylı “Vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 3110 manat məbləğində pul vəsaiti verilmişdir.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla işə baxmışdır. Buna baxmayaraq məhkəmə cavabdehin iddianı qəbul etməsini nəzərə almadan, onun iddia müddətinin tətbiqi barədə ərizəsi ilə kifayətlənmişdir. İşin hallarından da görünür ki, Cavabdeh qəsdən kredit ödəməkdən yayınmış və onun adına əsas borc üzrə 1525.41 manat, faiz borcu üzrə 55.83 manat olmaqla, ümumilikdə 1581.24 manat məbləğində kredit borcu hesablanmışdır. AqrarKredit” QSC Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “əsas və faiz borcunun tutulması” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirilmişdir ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd edirlər ki, iddiaçının əsas məqsədi həmin Fərmanın icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehdən əsas borc üzrə 1525.41 manat, faiz borcu üzrə 55.83 manat olmaqla, ümumilikdə 1581.24 məbləğində kredit borcunun alınaraq dövlət büdcəsinə ödəməkdir. Yuxarıda qeyd edilən əsaslardan göründüyü kimi cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmiş, işə baxmış məhkəmə də bunu qəbul etməklə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsaslanmaqla kifayətlənmiş, işin hallarının obyektiv araşdırılmasına təşəbbüs göstərməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istənilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Səbail rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-3294/2019 saylı Qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən mülki mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə mülki iş üzrə icraat dayandırılmışdır.İddiaçı xx.xx.2021-ci il tarixində Səbail rayon məhkəməsinə ərizə ilə müraciət edərək, icraatın təzələnməsini xahiş etmiş, lakin Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-3294/2019 saylı Qərardadı ilə ərizə təmin edilməyərək iddiaçıya ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmiş, həmçinin həmin Qərardadda analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası sözügedən Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş müddət iddia müddətinə daxil olmaması da qeyd edilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq 2(009)-3294/2019 saylı mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslinin Cəmiyyətə qaytarılması ilə bağlı xx.xx.2021-ci il tarixdə Səbail rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bildirilmişdir ki, Səbail rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri “X4 Edilməsi Agentliyi” MMC-yə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bundan başqa, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, hesab edir ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq iddia tələbi üzrə məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər.
Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat verərək cavabdeh tərəfindən xx.xx.2015-ci ildə son ödənişin edildiyini, iddiaçı tərəfindən isə xx.xx.2019-cu ildə məhkəməyə müraciət edildiyini, lakin Prezident fərmanına əsasən mülki işin baxılmamış saxlanılması barədə qərar qəbul edildiyini, xx.xx.2021-ci ildə məhkəməyə yenidən müraciət etdiklərini, iddia müddətinin ötürülmədiyini bildirmişdir.
6. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək tozsoranı 100 manat ödəyərək əldə etdiyini, 1 aydan sonra geri qaytarıb ödənilmiş məbləği geri aldığını və ona banka dair məsələlərin şirkət tərəfindən həll ediləcəyinin bildirildiyini qeyd etmişdir.
Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 324, 372- 390, 477, 550-554, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80- 82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına əsasən, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.
9. Diqqətə çatdırılmalıdır ki, Mülki Məcəllənin 377-ci maddəsinə görə: iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
10. Məcəllənin 378-ci maddəsinə görə: Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
11. Məcəllənin 379.1-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. 12.Məcəllənin 379.2-379.6-cı maddələrinə əsasən: Fiziki şəxslərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi haqqında iddialar üzrə iddia müddətinin axımı həmçinin fiziki şəxsin müvafiq orqana pensiya və müavinət təyin edilməsi haqqında müraciəti ilə əlaqədar olaraq pensiya və ya müavinət təyin edilənədək və ya təyin etməkdən imtina olunanadək dayandırılır. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir Nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. Uşaqlar yetkinlik yaşına çatanadək uşaqlarla valideynlər arasındakı tələblər üzrə, habelə bütün qəyyumluq dövründə qəyyumlarla (himayəçilərlə) qəyyumluqda (himayədə) olanlar arasındakı tələblər üzrə də eyni qayda tətbiq edilir.Əgər tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs irəli sürürsə, iddia müddəti həmin şəxs tam fəaliyyət qabiliyyətli olanadək və ya onun üçün təmsilçi təyin edilənədək dayandırılmış sayılır.
13. Məcəllənin 380-ci maddəsinə görə: Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
14. Məcəllənin 382-ci maddəsinə görə: İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarına əsasən: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
16. Kollegiya diqqətə çatdırır ki,iş materiallarından və iddiaçının şikayətinin özündən 3 illik iddia müddətinin başlanğıc anı, xx.xx.2015-ci il tarix, müqavilə müddətinin bitdiyi zamandan hesablanması artıq ilk dəfə iddianın verdiyi məqamda iddia müddətinin ötürüldüyünü sübut edir. Öhdəlikdə şəxslərin dəyişilməsi belə iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Ona görə mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir.
17. Bundan əlavə diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 18.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-924/2022 saylı işi üzrə 27 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.