Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5317/2025 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Məmmədov Məmməd Allahverdi oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsinin iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “bağlanmış razılaşma müqaviləsinin etibarsız hesab edilməsi, kart hesabına daxil olub başqa karta köçürülən pulun iddiaçı tərəfindən ödənilməli olması öhdəliyindən azad olması, təqaüd kartından çıxarılmış pulun ona geri qaytarılması və debet kartının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh Cavabdeh ASC ilə iddiaçı İddiaçı arasında ilkin kredit xətti limitinin 6.400 manat olmasına dair ##.##.2022-ci il tarixli BRCB*******A*** saylı “Birbank Cashback” debet kartı müqaviləsi, daha sonra isə ##.##.2022-ci il tarixli həmin müqavilə üzrə limitin 500 manat həddində müəyyən edilməsi məqsədilə razılaşma bağlanmışdır. İddiaçının ##.##.2022-ci il tarixdə müqavilə bağlanarkən iradə ifadəsi bankla öhdəlik həddinin 6.400 manat təşkil etməsi olmuşdur. Müqavilə üzrə müştərinin mobil telefon nömrəsi +994-55-223-03-03 qeyd edilmişdir. Müqavilə fiziki olaraq şəxsi imza ilə imzalanmaqla tərtib edilmişdir. Sonradan isə iddiaçının iradə ifadəsinə uyğun olaraq həmin məbləğin 500 manat həddində müəyyən edilməsi üçün onun müraciətinə əsasən öhdəlik bu həddə tənzimlənmişdir. Müqavilə üzrə müştərinin mobil telefon nömrəsi qeyd edilməmişdir. Lakin, ##.##.2023-cü il tarixli müqavilə şərtində kredit xəttinin istifadə ediləcək məbləğinin 15.000 manat həddində dəyişdirilə bilməsi (##.##.2022-ci il tarixli müqavilənin müvafiq şərti qüvvədə saxlanılmışdır) razılaşdırılmışdır. Müqavilə üzrə müştərinin mobil telefon nömrəsi qeyd edilməmişdir. Müqavilə fiziki olaraq şəxsi imza ilə imzalanmaqla tərtib edilmişdir. ##.##.2024-cü il tarixdə sanki iddiaçının müraciəti əsasında tərəflər arasında yeni razılaşma (elektron qaydada) bağlanmaqla kredit xətti limiti artırılmış və iddiaçının hesabına 6.887 manat məbləğində pul daxil olmuşdur. Müqavilə üzrə müştərinin mobil telefon nömrəsi +994-55-201-20-50 qeyd edilmişdir. Qeyd edilən kredit xətti limitinin artırılması bank tərəfindən müvafiq qaydalarla müəyyən edilmiş zəruri əməliyyatlar aparılmadan həyata keçirilmişdir. Belə ki, bank tərəfindən müştərilərin bankda mövcud olan hesabları üzrə yeni kredit limitinin artırılmasına müraciətləri qəbul edilərkən video çəkilişin aparılması həyata keçirilməmişdir. Nəticə etibarilə bank iddiaçının həqiqi iradə ifadəsini müəyyən etmədən, bank əməliyyatlarının aparılması qaydalarına riayət etmədən kredit limitinin artırılması barədə əlavə sazişi rəsmiləşdirmişdir. Hazırda iddiaçı, cavabdeh Cavabdeh ASC ilə onun arasında olan ## #### 2022-ci il tarixli BRCB*******A*** saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilməsi üçün əlavə ##.##.2023-cü il tarixdə bağlanmış razılaşmanın etibarsız etibarsız hesab edilməsi, onun hesabına daxil olan və həmin vaxt başqa karta köçürülən 6.887 manat borc pulun onun tərəfindən ödənilmə olması öhdəliyindən azad edilməsi, ona məxsus olan təqaüd kartından cavabdeh tərəfindən tutulmuş 1.130 (580+550) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi (ona geri qaytarılması) və debet kartın ləğv edilməsi barədə qətnamə çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “kart hesabına daxil olan artıq məbləğin kart hesabından silinməsi, təqaüd və kredit kartından çıxarılmış məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC ilə onun arasında bağlanmış ##.##.2022-ci il tarixli BRCB*******A*** saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsi barədə əlavə razılaşma müqaviləsinin şərti pozulmaqla onun kart hesabına daxil olan artıq 6.400 manat pulun kart hesabından silinməsi və ona məxsus olan təqaüd kartından 1.180 manat, “Birbank” kartından isə 265 manat pulun onun hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC ilə onun arasında olan ## #### 2022-ci il tarixli BRCB*******A*** saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilməsi üçün əlavə ##.##.2023-cü il tarixdə bağlanmış razılaşmanın etibarsız etibarsız hesab edilməsi, onun hesabına daxil olan və həmin vaxt başqa karta köçürülən 6.887 manat borc pulun onun tərəfindən ödənilmə olması öhdəliyindən azad edilməsi, ona məxsus olan təqaüd kartından cavabdeh tərəfindən tutulmuş 1.130 (580+550) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi (ona geri qaytarılması) və debet kartın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Son olaraq iddiaçı texniki səhv olaraq ərizəsində göstərdiyi ##.##.2023-cü il tarixli müqavilənin ##.##.2024-cü il tarixli müqavilə olaraq nəzərə alınmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsilli hüquqşünasdır, halhazırda isə təqaüddədir. Təqaüdə çıxdıqdan sonra hər bir ailədə olduğu kimi ona da pul lazım idi. Ona görə də, belə qənaətə gəlmişdir ki, özünə bir kredit kartı açdırmışdır. Onunla Cavabdeh ASC Binəqədi filialı arasında BRCB*******A*** saylı ##.##.2022-ci il tarixli kredit kartına dair müqavilə üzrə kredit xətti açılmışdır. Həmin kredit kartında 6.400 manat pul olmuşdur. Kredit kartında olan bəzi miqdar pullar tərəfindən xərclənəndən sonra ödənilməsinin çətin olduğunu başa düşüb, pulun məbləğinin azaldılması üçün yenidən Cavabdeh ASC-nin Təbriz filialına müraciət etmişdir. Bank əməkdaşları əvvəlcə pulun tam məbləğdə karta yüklənməsini, sonradan isə kartın xəttinin yenilənərək azaldılmasının mümkün olduğunu bildirmişlər. O, 6.400 manat kredit xəttinin tam bağlanması üçün ## #### 2023-cü il tarixdə “xxxx” QSC Nərimanov filialına müraciət etmiş və 12.000 manat pul kredit götürmüşdür. Həmin puldan 4.304 manatını ## #### 2023-cü il tarixdə TT****************** saylı qəbzlə 410100D9446780322115 hesaba ödəmiş və Cavabdeh ASC olan kreditin tam ödənişi barədə qəbzi götürmüşdür. Qəbzi götürdükdən sonra, yəni həmin gün ## #### 2023cü il tarixdə Cavabdeh ASC-nin Təbriz filialının müdiri X1 şəxsində təmsil olunan və bundan sonra bank adlanacaq və digər tərəfdən İddiaçı şəxsində təmsil olunan müştəri qismində ##.##.2022-ci il tarixli BRCB*******A*** saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsi barədə əlavə razılaşma müqaviləsi imzalanmış və kredit xətti azaldılaraq 500 manat olmuşdur. Müqavilənin 1-ci bəndində göstərilmişdir ki, tərəflər razılığa gəlirlər ki, müqavilə üzrə kredit xəttinin yeni məbləği 500 manatdır. Tərəflər razılığa gəlirlər ki, 6.2-ci bəndində qeyd edilən və sonradan banka bildirildiyi mobil nömrəsinə SMS vasitəsi ilə göndərilmiş bildirişi SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji vasitələrdən müvafiq qaydada istifadə etməklə, artıra və azalda bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsi ilə göndərilmiş bildiriş, müştəri tərəfindən təsdiq edilmişdir. ## ###### 2024cü il tarixdə onun telefonuna mesaj gəlmiş və bildirilmişdir ki, “sizin müraciətiniz əsasında kredit xəttiniz artırılmış, limit 6.887 manat olmuşdur”. O, kreditin artırılması barədə müraciət etmədiyinə görə dərhal “Birbank” sisteminə baxmaq istəmişdir. Lakin sistemin 15 dəqiqəlik bloklandığını aşkar etmişdir. Onun banka heç bir müraciəti olmadığı üçün dərhal Cavabdeh ASC-nin 196 Mərkəzini və DİN 102 xidmətini yığmış və ona məxsus kartlar yenidən Cavabdeh ASC tərəfindən bloklanmışdır. Sonradan ona məlum olmuşdur ki, ona bəlli olmayan şəxs və şəxslər tərəfindən müqavilə ilə olan 500 manatlıq kredit kartının limiti artırılaraq 6.400 manat olmuş, digər təqaüd kartından isə 550, debet kartından isə 265 manat çıxarılmışdır. Onun aparılmış bank əməliyyatlarından, limitin artırılması, ona məxsus təqaüdün çıxarılmasından xəbəri yoxdur. Heç kimə kart nömrəsi verməmişdir. Fakt ilə əlaqədar araşdırma aparılması üçün Cavabdehın Baş Ofisinə və onun Binəqədi filialına yazılı ərizə ilə müraciət etməsinə, rəhbərliyin qəbulunda dəfələrlə olmasına baxmayaraq, ona yazılı verilmiş cavablar formal olmasına baxmayaraq biri birindən fərqli olmuşdur. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin baş təhqiqatçısı Elçin adlı polis əməkdaşı ilə Cavabdehın filialında olmuşlar. Bank əməkdaşı bildirmişdir ki, Cavabdehın Gənclik Mol filialında müdaxilə olmuş, dələduzluq yolu ilə kartın pul limiti artırılmış və sonradan kartdan həmin pullar başqa üçüncü şəxsin kartına vurulmuşdur. Üçüncü şəxsin kartından isə pulların çıxarılması barədə xəbəri yoxdur. Polis araşdırması hal-hazırda davam edir. Limitin artırılması və təqaüdün çıxarılması üçün Cavabdeha o, heç bir SMS, bildiriş, müraciət etməmişdir, ona məxsus olan mobil telefondan zəng olunmamış, SMS göndərilməmişdir. Kartları həmişə özündə olmuşdur. Heç kimə kod verməmiş və özü də həmin pulları çıxarmamışdır. Bankın əməkdaşları onu polis orqanlarına yönəltmələrinə baxmayaraq, ona cavab vermək istəməmişlər və həmin məbləğin onun təqaüd kartından hər ay tutulacağını bildirmişlər. Onun kredit şöbəsinə getməsini və həmin məbləğin aylara bölünərək onun tərəfindən ödənilməsini məsləhət bilmişlər. Əks təqdirdə onun Cavabdeh vasitəsi ilə aldığı təqaüddən hər ay pulun tutulacağını demişlər. ## ### 2024-cü il tarixdə o, təqaüdü çıxararkən onun təqaüd kartından 580 manatın bank tərəfindən tutulduğunu müəyyən etmişdir. Polis tərəfindən araşdırılma bitməmiş artıq qanunsuz olaraq bank tərəfindən ona məxsus olan pensiya kartından pul tutulur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “bağlanmış razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Cavabdeh ASC ilə iddiaçı İddiaçı arasında ##.##.2022-ci il tarixdə bağlanmış BRCB*******A*** saylı Birbank cashback debet kartı müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli əlavə razılaşmanın etibarsız hesab edilməsi, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli əlavə razılaşma əsasında onun hesabına daxil olan və həmin vaxt başqa karta köçürülən 6.887 (altı min səkkiz yüz səksən yeddi) manat borc pulun ödənilməsi öhdəliyindən azad olunması, ##.##.2024-cü il tarixli əlavə razılaşma əsasında iddiaçı İddiaçı təqaüd kartından akseptsiz qaydada tutulmuş 580 (beş yüz səksən) manat pul vəsaitinin cavabdeh Cavabdeh ASC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat ekspertiza xərcinin cavabdeh Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı istifadəsində olan mobil telefona, bank (kart) hesablarına və bank (hesab) kartlarının qeydə alındığı mobil tətbiqə kibermüdaxilə faktı üzrə xüsusi qərardad çıxarılmışdır. Birinci instansiya məhkəməsin mövqeyini onunla əsaslandırmışdır ki, “tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit xətti müqaviləsində müştərinin eyniləşdirilməsi məqsədilə qeydlə alınmış telefon nömrəsi qeyd edilmiş, ##.##.2023-cü il tarixli müqavilədə isə bu məlumat yenilənməmişdir. ##.##.2022-ci il tarixli və ##.##.2023-cü il tarixli müqavilələr rəsmiləşdirilərkən müştəri şəxsən müqavilə bağlanmasında iştirak edərək iradə ifadəsini müqaviləni fiziki olaraq əl imzası ilə imzalamaqla təsdiqləmişdir. Müştərinin iradə bəyanı ardıcıl 2 müqavilədə bu şəkildə icra edilsə də, sonradan müştərinin mobil telefon nömrəsi və onunla bağlı mobil tətbiq başqa bir (özü də xarici ölkədə qeydiyyatdan keçmiş İP ünvanına malik) mobil cihazda qeydiyyata alınmaqla ##.##.2024-cü il tarixdə kredit limitinin yenidən artırılması barədə əlavə razılaşma rəsmiləşdirilmişdir. Müvafiq qaydada təqdim edilmiş mütəxəssis arayışlarında və ekspert rəyində iddiaçının istifadəsində olan mobil tətbiqə müdaxilə halı təsbit edilmişdir. Müəyyən edildiyi kimi kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli əlavə razılaşma iddiaçının məlumatı, xəbəri, razılığı olmadan, iradəsinə zidd olaraq bağlanmış,bank tərəfindən müvafiq təhlükəsizlik təmin edilməmiş, iddiaçı tərəfindən hər hansı təhlükəsizlik kodu üçüncü şəxslərə ötürülməmişdir. Həmin əlavə razılaşma əsasında iddiaçının hesabına daxil olan 6.887 manat pul vəsaiti iddiaçı tərəfindən qəbul edilməmiş, qeyd olunan məbləğ iddiaçının razılığı, xəbəri, məlumatı olmadan götürüldüyü kimi, eyni şəkildə başqa kart hesabına köçürülmüşdür. Odur ki, iddiaçını zədələnmiş iradə ifadəsindən irəli gələn və bank tərəfindən müvafiq qaydalara əsasən müştərinin eyniləşdirilməsi üçün zəruri əməliyyatlar icra edilmədən bağlanmış müqavilə etibarsız hesab edilməli və bununla əlaqədar məsələlər öz həllini tapmalıdır. Məhkəmə qeyd olunanlara əsasən vurğulamışdır ki, iddia tələbi ##.##.2024-cü il tarixli razılaşmanın etibarsızlığı hissəsində əsaslı hesab edilməklə iddiaçı qeyd edilən məbləğin ödənilməsi öhdəliyindən də azad edilməlidir. Həmçinin, bank tərəfindən hüquqi və faktiki baxımdan etibarsız razılaşma olan ##.##.2024-cü il tarixli əlavə razılaşma əsasında iddiaçının təqaüd kartından akseptsiz qaydada tutulmuş 580 manat pul cavabdeh Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Lakin məhkəmə qeyd etmişdir ki, iddiaçının təqaüd kartından eyni anda başqa kart hesabına edilmiş köçürmədə bankın hər hansı təqsirli hərəkəti yoxdur. Odur ki, iddia tələbi iddiaçının təqaüd kartından ##.##.2024-cü il tarixdə edilmiş 550 manat məbləğində pulun üçüncü şəxslər tərəfindən əldə edilməsi hissəsində hazırki iddia tələbi üzrə bank cavabdehlik daşıya bilməz. İddiaçıya izah edilmişdir ki, kibercinayət qurbanı kimi kibermüdaxilə həyata keçirən şəxs (yaxud şəxslər) müəyyən edildikdən sonra, ona (onlara) qarşı 550 manat maddi ziyanın vurulması tələbinə dair iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. İddia tələbinin tərəflər arasında qeyd edilən müqavilə üzrə debet kartının ləğv edilməsi hissəsi özlüyündə prosessual məqam hesab edilməklə şəxsin banka müraciəti əsasında ləğv edilə bilər. Hazırda belə bir tələbin irəli sürülməsinə və təmin edilməsinə zərurət yoxdur. Odur ki, iddia tələbi bu hissədə də əsassızdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh ASC apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan 13 ay sonra yekunlaşmış və iddiaçı tərəfindən son iki iclasda (baxış iclasında) iki dəfə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilmişdir. Bundan başqa məhkəmə ##.##.2022-ci il tarixli və ##.##.2023-cü il tarixli müqavilələr rəsmiləşərkən iddiaçı şəxsən müqavilə bağlanmasında iştirak edərək iradə ifadəsini müqaviləni fiziki olaraq əl imzası ilə imzalamaqla təsdiqləmişdir. Müştərinin iradə ifadəsi ardıcıl 2 müqavilədə bu şəkildə icra edilmişdir. Məhkəmə sanki bu qənaətə gəlmişdir ki, əvvəlki 2 müqavilə fiziki formada bağlanmışdırsa, müqaviləyə əlavə də eyni qaydada bağlanmalıdır. Sözügedən məhsul üzrə bağlanılmış müqaviləyə nəzər yetirilsə, müəyyən edilir ki, müqavilədə kredit şərtləri (kredit xətti məbləğinin yuxarı həddi, kredit xəttinin müddəti, illik faiz dərəcəsi, taksit və qeyri-taksit əməliyyatlarına dair məlumat, faizlərin hesablanması, ödənişlərin edilməsi forması, müddəti və s.) də öz əksini tapmışdır. Daha sonra müştəri həmin kredit xəttindən istifadə etmək istəsə, qeyd olunan müqavilə şərtinə əsasən müəyyən edilmiş qaydada texnoloji vasitələrlə Banka kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün Banka müraciət edə və kredit xəttinin yeniləyə (kredit xəttinin limitinin artıra) bilər. İddiaçı İddiaçı Cavabdeh ASC-nin mobil bank tətbiqi olan “Birbank” tətbiqindən istifadə edir. İddiaçı özünün istifadəsində olan +************ mobil nömrə ilə “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə istifadə etmişdir. Lakin ##.##.2024-cü il tarixdə onun “Birbank” qeydiyyatı başqa cihaza dəyişmişdir. Qeyd edilməlidir ki, “Birbank” mobil tətbiqinin qeydiyyatını dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişikliyin baş tutmaması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun iddiaçının +************ mobil nömrəsinə ##.##.2024-cü il tarixində göndərildiyi məlum olmuşdur. Nəzərə alınmalıdır ki, “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçərkən müştəri eyniləşdirilir, eyniləşdirmə təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu aparılır, daha sonra hər dəfə müştəri tətbiqə daxil olarkən paroldan/üztanıma/barmaq izindən istifadə edir. İddiaçı tərəfindən “Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış BRCB*******A*** nömrəli ##.##.2022-ci il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq limit artımı üçün müraciət edilmiş və ##.##.2024-cü il tarixli “Birbank Cashback” kredit xətti “Birbank Cashback” debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən kredit xəttinin məbləği 6.887 AZN müəyyən olunmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanmış BRCB*******A*** nömrəli ##.##.2022-ci il tarixli “Birbank Cashback” debet kart müqaviləsi ilə istehlak kreditinin verilməsinin bütün şərtləri (kredit xəttinin müddəti, kredit xəttinin maksimal məbləği, ilik faiz dərəcəsi və s.) müəyyən edilmişdir. Yəni həmin müqaviləyə əsasən Bank müştəriyə kredit xəttini açmışdır. Sonradan müştəri tərəfindən həmin müqavilənin 4.1-ci bəndinə əsasən texnoloji vasitələrlə tərəflər arasında əlavə razılaşma imzalanaraq sadəcə həmin müqavilə ilə müəyyən edilmiş kredit şərtlərinə dəyişiklik edilərək eyniləşdirilmiş mövcud müştərisinin kredit xəttinin yeni məbləğini yeniləmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, həmin kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmanın bağlanılmasına iddiaçının iradə ifadəsi olmamış, aldadılmış və üçüncü şəxs tərəfindən həmin əməliyyatlar aparılmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə bu qənaətə gələrkən iddiaçının mülahizələrinə, onun tərəfindən aidiyyəti orqanlara müraciətlərin edilməsinə və hüquq-mühafizə orqanı tərəfindən cinayət işinin başlanılmasına əsaslanmışdır. Cinayət işinin başlanılması və həmin cinayət işi üzrə araşdırmanın aparılması iddiaçının aldadılmasını, onun bu əməliyyatların aparılması zamanı məlumatının olmamasını və iradə ifadəsinin olmamasını, həmin əməliyyatların özü tərəfindən aparılmamasını təsdiq etmir. Həmçinin, iddiaçının mübahisələndirilən əməliyyatların aparılmasından xəbəri və iradə ifadəsi olmuşdur. Belə ki, “Birbank” mobil tətbiqi vasitəsi ilə limit artımı ilə bağlı edilmiş müraciətlərə dair məlumatları əks etdirən sistemdən çıxarışdan müəyyən edilir ki, limit artımı ilə bağlı uğurlu müraciət ##.##.2024-cü il tarixdə edilmiş, yəni proses başladılmış, yekunlaşmış və buna dair sms vasitəsi ilə iddiaçının istifadəsində olan +************ mobil nömrəyə məlumat göndərilmişdir. Bununla da kredit xəttinin məbləği 6.887 AZN müəyyən edilmiş, daha sonra isə iddiaçının istifadəsində olan +************ mobil nömrəyə ##.##.2024cü il tarixdə göndərilmiş 3D təhlükəsizlik kodları vasitəsi aparılmış əməliyyatlar nəticəsində pul vəsaitləri köçürülmüşdür (3D təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış iş materialarına əlavə edilmişdir). İşin faktiki hallarından və həmin halları təsdiq edən iş materialarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, sözügedən əməliyyatlar məxfi saxlanılmalı olan məlumatlardan istifadə edilməsi, təhlükəsizlik kodlarının göndərilməsi, həmin kodların təsdiq edilməsi yolu ilə, yəni bank hesab sahibinin sərəncamına əsasən aparılmışdır. İddiaçı həmin əməliyyatın onun tərəfindən aparılmamasını bildirsə də, buna dair məhkəməyə hər hansı bir subut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, əgər sözügedən əməliyyatların iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatların aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və onun mobil nömrəsinə göndərilmiş təhlükəsizlik kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. İş materiallarına əlavə edilmiş təhlükəsizlik koldarının göndərilməsini təsdiq edən çıxarışlardan müəyyən edilir ki, sms mətnlərində təhlükəsizlik kodları, xəbərdarlıq ifadələri ilə yanaşı əməliyyatın məbləği və əməliyyatın aparıldığı platforma barədə məlumatlar da öz əksini tapır. Nəzərə alınmalıdır ki, həmin təhülkəsizlik kodları təsdiq edilmədiyi təqdirdə müvafiq əməliyyatların aparılması mümkün deyildir. Göründüyü kimi iddiaçı aparılan əməliyyatlar barədə məlumatlı olmuş və həmin kodlar təsdiq edildiyi üçün müvafiq əməliyyatların aparılması mümkün olmuşdur. Mübahisələndirilən əməliyyatların (“Birbank” mobil tətbiqinin qeydiyyatının dəyişdirilməsi, hesab üzrə sərəncam verilməsi ilə əlaqədar və s. əməliyyatların) aparılması məxfi saxlanılmalı olan məlumatların daxil edilməsi, təhülkəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə mümkündür. İş materialarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, məxfi saxlanılmalı olan məlumatlar daxil edilmiş, təhülkəsizlik kodları göndərilmiş və təsdiq edildiyi üçün əməliyyatlar uğurla həyata keçirilmişdir. İddiaçı həmin əməliyyatların onun tərəfindən aparılmamasını bildirsə də, buna dair hər-hansı bir sübut təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin əməliyyatların özü tərəfindən deyil, üçüncü şəxs tərəfindən aparılması halı öz təsdiqini tapsa belə, nəzərə alınmalıdır ki, bu halın baş verməsi iddiaçının təqsiri ucbatından baş vermiş olacaqdır. Belə ki, həmin məxfi saxlanılmalı olan məlumatlar və onun tərəfindən təqdim edilən və onun istifadəsində olan mobil nömrələrə smslə göndərilmiş birdəfəlik təhlükəsizlik kodları yalnız iddiaçıya məlumdur, üçüncü şəxs tərəfindən daxil edilirsə, bu o deməkdir ki, iddiaçının özü təqdim edib və ya iddiaçının özü həmin məlumatların əldə edilməsinə şərait yaratmışdır. Nəzərə alınmalıdır ki, hal-hazırda mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilmiş ##.##.2024-cü il tarixli “Birbank Cashback” kredit xətti “Birbank Cashback” debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmaya əsasən iddiaçının istifadəsində olan kart üzrə ayrılmış kredit xəttinin məbləği 6.887 AZN müəyyən olunmuş və istifadəçinin sərəncamına verilmişdir. Bundan sonra iddiaçı tərəfindən istifadəsində olan həmin kart üzrə ayrılmış kredit xəttindən istifadə edilərək iddiaçının istifadəsində olan +************ mobil nömrəyə 3D təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə köçürmə əməliyyatları aparılmışdır. Yəni iddiaçı olan müştəri tərəfindən Azərbaycan Respublikasının Mülki Məcələsinin 957.3-cü maddəsinə əsasən özünə məxsus hesaba sərəncam vermişdir. Göründüyü kimi faktiki olaraq kredit xətti Bank tərəfindən üçüncü şəxsin deyil, hazırki iş üzrə iddiaçı olan müştərinin özünə məxsus olan hesabına ayrılmış, bununla da kredit vəsaiti müştərinin sərəncamına verilmiş və müştəri tərəfindən həmin hesaba sərəncam verilməklə kredit vəsaiti hesabına köçürmə əməliyyatları icra edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, əgər ##.##.2024-cü il tarixli “Birbank Cashback” debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmanı etibarsız hesab edilirsə, bu zaman həmin razılaşmaya əsasən iddiaçının sərəncamına verilmiş krediti vəsaiti Banka iddiaçı tərəfindən qaytarılmalı idi. Belə ki, həmin pul vəsaitlərinə sərəncam iddiaçının özü tərəfindən təhlükəsizlik kodlarının təsdiq edilməsi yolu ilə verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi əqdi etibarsız hesab etmiş, lakin əqdin etibarsızlığının nəticəsi olaraq restitusiya qaydasında tərəflərin ilkin vəziyyətə qaytarılması məsələsini düzgün həl etməmişdir. Bununla yanaşı apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması, rəyin verilməsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ##### 2026-cı il tarixli, *-*-**/*-****/**** saylı məktubu ilə rəy daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməklə iddianın tam rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Həmçinin iddiaçı tərəfindən qətnamə iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 125-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 129-cu maddəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 60-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Məcəllə: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 746-2.5-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3- cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. 746-2.6-cı maddəsinə əsasən, istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın: (həmin dövrdə qüvvədə olmuş) 5.1-ci bəndinə əsasən, bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. 5.2-ci bəndinə əsasən, müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir. 5.5-ci bəndinə əsasən, yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1-ci bəndinə əsasən, rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2-ci bəndinə əsasən, rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.6-cı bəndinə əsasən, bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. 5.7-ci bəndinə əsasən, gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. 5.8-ci bəndinə əsasən, məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya * nömrəli Əlavə ilə tənzimlənir. 5.9-cu bəndinə əsasən, məsafədən bank hesabının açılması üçün bu Qaydanın tələblərinə riayət olunmalı, o cümlədən bu Qaydanın 4-cü hissəsində qeyd olunmuş sənədlər əldə edilməlidir. 5.13-cü bəndinə əsasən, fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na * nömrəli əlavə (həmin dövrdə qüvvədə olmuş) Video eyniləşdirməyə dair tələblər məsafədən bank hesablarının açılması zamanı rezident hüquqi şəxsin qanuni təmsilçisinin, rezident fərdi sahibkarın, rezident və qeyri-rezident fiziki şəxslərin (bundan sonra– fiziki şəxs) video zəng, habelə mövcud müştərilərin həmçinin video çəkiliş vasitəsilə eyniləşdirilməsinə (bundan sonra birlikdə video eyniləşdirmə) dair tələbləri müəyyən edir. 2-ci bəndinə əsasən, video eyniləşdirmənin başlanmasından əvvəl görülən tədbirlər Video eyniləşdirmənin başlanmasından əvvəl yalnız şəxsiyyətin müəyyən edilməsi üçün etibarlı olan və mərkəzləşdirilmiş şəkildə yaradılan birdəfəlik qısa mesaj (SMS OTP) göndərilir. Göndərilən SMS OTP fiziki şəxs tərəfindən video eyniləşdirmənin aparıldığı interfeys vasitəsilə onlayn olaraq qeyd edilir. Həmin SMS OTP sistemdə uğurla təsdiqlənərsə, şəxsin mobil telefon nömrəsi təsdiq edilmiş hesab edilir. 3.1-ci bəndinə əsasən, video zəng zamanı tətbiq edilən metod üzbəüz eyniləşdirmə metoduna (şəxsin fiziki olaraq bankın inzibati binasına yaxınlaşması zamanı tətbiq edilən metoda) bənzər və risklərin minimallaşdırılması əsasında hazırlanır. 3.2-ci bəndinə əsasən, video zəng bu mövzuda təlimdən keçmiş bank əməkdaşı tərəfindən aparılır. 3.3-cü bəndinə əsasən, video zəng zamanı bank əməkdaşının şəxsiyyətin eyniləşdirilməsi üçün istifadə edilə bilən sənədlərin xüsusiyyətlərini və bu sənədlər üçün tətbiq edilən etibarlı yoxlama metodlarını öyrənməsi, habelə dələduzluq və ya digər hüquq pozuntusu halları, bu Qaydanın və aidiyyəti digər hüquqi aktların tələbləri barədə məlumatlı olması təmin edilir. 3.4-cü bəndinə əsasən, bank əməkdaşının ildə ən azı bir dəfə və ya bu Tələblərin 2.5-ci bəndinə uyğun olaraq hər bir yenilənmədən sonra video zəng prosesi, o cümlədən fərdi məlumatlar qanunvericiliyi barədə təlim keçməsi təmin edilir. 5.6-cı bəndinə əsasən, video zəngin sonunda fiziki şəxsin ona göstəriləcək bank xidmətləri barədə məlumatlı olduğunu və bank müştərisi olmağa razı olduğunu şifahi təsdiq etməsi ilə proses başa çatır. 6.1-ci bəndinə əsasən, video çəkiliş bankda hesabı mövcud olan müştərilər tərəfindən məsafədən bank hesabının açılması məqsədilə aparılır. 6.2-ci bəndinə əsasən Video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini və müştərinin video çəkilişini əldə edir. 6.3-cü bəndinə əsasən, video çəkilişin müddəti ən azı 10 (on) saniyə olmalıdır. 6.4-cü bəndinə əsasən, təqdim olunan şəkillərin və video çəkilişin müraciət edən şəxsə mənsub olduğunu avtomatik rejimdə təsdiq etmək mümkün olmadıqda, bank video zəngin edilməsi ilə bağlı müştəriyə əlavə sorğu göndərə bilər. 6.5-ci bəndinə əsasən, təqdim edilən şəxsiyyəti təsdiq edən sənədin həqiqiliyinin və həmin sənəd üzrə məlumatların yoxlanılması üçün dövlət informasiya sisteminə sorğu göndərilir və eyniliyi yoxlanılır. 6.6-ci bəndinə əsasən, müştərinin həqiqiliyi ona aid video çəkilişdə və şəxsiyyəti təsdiq edən sənəddə əks olunan simalar (üz cizgiləri) bir-birinə uyğun olduğu təqdirdə təsdiq olunur. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərar) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi: Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, cavabdeh Cavabdeh ASC ilə iddiaçı İddiaçı arasında ilkin kredit xətti limitinin 6.400 manat olmasına dair ##.##.2022-ci il tarixli BRCB*******A*** saylı “Birbank Cashback” debet kart müqaviləsi, daha sonra isə ##.##.2023cü il tarixli həmin müqavilə üzrə limitin 500 manat həddində müəyyən edilməsi məqsədilə razılaşma bağlanmışdır. İddiaçının ##.##.2022-ci il tarixdə müqavilə bağlanarkən iradə ifadəsi bankla öhdəlik həddinin 6.400 manat təşkil etməsi olmuşdur. Müqavilə üzrə müştərinin mobil telefon nömrəsi +994-55-223-03-03 qeyd edilmişdir. Müqavilə fiziki olaraq şəxsi imza ilə imzalanmaqla tərtib edilmişdir. Sonradan isə iddiaçının iradə ifadəsinə uyğun olaraq həmin məbləğin 500 manat həddində müəyyən edilməsi üçün onun müraciətinə əsasən öhdəlik bu həddə tənzimlənmişdir. Lakin, ##.##.2023-cü il tarixli müqavilə şərtində kredit xəttinin istifadə ediləcək məbləğinin 15.000 manat həddində dəyişdirilə bilməsi (##.##.2022-ci il tarixli müqavilənin müvafiq şərti qüvvədə saxlanılmışdır) razılaşdırılmışdır. Müqavilə üzrə müştərinin mobil telefon nömrəsi qeyd edilməmişdir. Müqavilə fiziki olaraq şəxsi imza ilə imzalanmaqla tərtib edilmişdir. Bundan sonra ##.##.2024-cü il tarixdə tərəflər arasında yeni razılaşma (elektron qaydada) bağlanmaqla kredit xətti limiti artırılmış və iddiaçının hesabına 6.887 manat məbləğində pul daxil olmuşdur. Müqavilə üzrə müştərinin mobil telefon nömrəsi +994 55-201- 20-50 qeyd edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının ## #### 2025-ci il tarixli 6-1-##/# ****/**** nömrəli məktubu ilə təqdim edilmiş İnformasiya və Kibertəhlükəsizlik departamentinin Təhlükəsizlik əməliyyat mərkəzi şöbəsinin rəisi Timur İspəndiyaroviç Hüseynov tərəfindən təqdim edilmiş ekspert rəyindən görünür ki, “ Cavabdehın müvafiq sistemlərində, o cümlədən bank hesablarında və prosessinq sistemində kibermüdaxilə izlərinin olub-olmamasını müəyyən etmək üçün həm bankın infrastrukturunda, həm də ixtisaslaşmış laboratoriyada sistemlərin ətraflı təhlili aparılmalıdır. Bu təhlil müvafiq bacarıqlara, təcrübəyə və analiz alətlərinə malik olan əlavə ixtisaslaşmış mütəxəssislərin cəlb olunmasını tələb edir. Mərkəzi Bankda bu sahəyə aid laboratoriya və müvafiq ekspert qrupu olmadığı üçün ilk 2 sualın cavablandırılması mümkün olmamışdır. Belə bir tədqiqat kibertəhlükəsizlik üzrə ixtisaslaşmış təşkilatlar və ya şirkətlər tərəfindən həyata keçirilə bilər. Pul vəsaitinin köçürülməsi ilə bağlı təhlükəsizlik kodu İddiaçı məxsus +994-55-223-03-03 nömrəsinə göndərilmişdir. xxxx əməkdaşlarının təqdim etdikləri məlumatlara əsasən təhlükəsizlik kodu İddiaçı mobil nömrələrinə ümumilikdə 5 dəfə göndərilmişdir. Göndərilən kodlardan 2-si mobil tətbiq hesabına giriş üçün +994-55 201 20-50 nömrəsinə, 3-ü isə pul köçürmə əməliyyatı üçün +994-55-223 03-03 mobil nömrəsinə göndərilib. Sualda qeyd olunandan fərqli olaraq, 6.887 manat köçürülən məbləğ yox, limit artımı üçün təsdiq olunmuş məbləğdir. xxxxın DWH sistemindən əldə edilmiş məlumata əsasən digər kart hesabına köçürülən məbləğ 6.400 manatdır. xxxxın müvafiq bank sistemlərinin fəaliyyət jurnallarında təhlükəsizlik kodunun daxil edildiyi cihazlar göstərilməsə də, köçürmə əməliyyatı zamanı 596elf4959ccdf5b identifikatorlu “Samsung SM-G935F” markalı mobil cihazdan mobil tətbiqə giriş edildiyini nəzərə alaraq, təhlükəsizlik kodunun da həmin cihazdan daxil edildiyini güman etmək olar. Onu da qeyd etmək olar ki, köçürmə əməliyyatının baş verdiyi günə qədər mobil tətbiq hesabına İddiaçı məxsus Samsung SM A225F markalı mobil cihazdan giriş edilib. Lakin köçürmə əməliyyatının baş verdiyi gün mobil tətbiqə Samsung SM-G935F markalı başqa bir mobil cihazdan giriş olub”. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizliyin İdarəedilməsi sektorunun aparıcı məsləhətçisi X4 ##.##.2025-ci il tarixli rəyindən görünür ki, “Fimi” sistemi və SQL verilənlər bazasında tədqiqat aparılmışdır. Tədqiqat zamanı iddiaçının istifadəsində olan banka aid mobil tətbiqin ələ keçirilməsi ilə bağlı bəzi izlərin olduğu aşkarlanmışdır. İddiaçıya aid Bank sistemlərində olan ******* nömrəli identifikator üzrə verilənlər bazası üzərindən axtarış verildiyi zaman ##.##.2024-cü il tarixdə saat 14:34:20-də 596e1f4959ccdf5b identifikatorlu yeni cihazın tətbiqdə qeydiyyat keçdiyi görünür. Bundan başqa yeni cihaz qeydiyyatına qədər tətbiqdə qeydiyyatda olan cihazın identifikatoru bdcb73524433e44e olmuşdur. Banka məxsus mobil tətbiqlə istifadəçilər kart hesablarını və ya karta bağlı olan hesablarını idarə edə bilir. Bundan başqa, ##.##.2024-cü il tarixdə saat 14:34:24-də 596e1f4959ccdf5b identifikatorlu cihaz vasitəsilə baş verən giriş Azərbaycana aid olmayan (İP ünvana aid məlumatlara əsasən geolokasiya məlumatlarının Rusiyaya aid olduğu görünür) 178.214.246.232 İP ünvanından baş verir. Yuxarıdakı halları nəzərə alaraq mobil tətbiqin ələ keçirilməsi nəticəsində sözü gedən kibermüdaxilə halının baş verməsi söylənilə bilər. Prosessinq sisteminə kibermüdaxilə hallarının aşkar edilməsi üçün daha detallı araşdırma-təhlil işlərinin aparılması, o cümlədən laboratoriya şəraitində tədqiqatın aparılması və ixtisaslaşmış əlavə heyətin cəlb olunmasına ehtiyac duyulur. Əməliyyatların aparılmasını təmin edən prossesinq sistemi Bank üçün kritik olduğundan bu sualın cavablandırılması üçün aparılmalı olan tədqiqat xüsusi həssaslıqla aparılmaldır. Yazılanları nəzərə alaraq yerində baxış zamanı verilmiş sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı İddiaçı mobil tətbiqdə qeydiyyatda olan mobil nömrəsi +994-55-201-20-50-dir və sözü gedən təhlükəsizlik kodu və məlumat xarakterli SMSlər həmin nömrəyə göndərilmişdir. Bundan başqa mobil nömrəyə təhlükəsizlik kodunun göndərilməsinə əsas ##.##.2024 cü il tarixdə saat 14:36:26-də 6.887 manat məbləğində olan limit artımına müraciət üçün təsdiqləmə kodunun göndərilməsidir. Əlavə olaraq bankın aidiyyəti əməkdaşları ilə birlikdə müvafiq informasiya sistemlərinə baxış keçirən zaman aşağıdakı məsələlər müəyyən edilmişdir: ##.##.2024-cü il tarixdə saat 14:32:14-də Bank tərəfindən rus dilində “OTP” kodu göndərilir (burada “OTP” kodun rus dilində olmasının səbəbi Bank tərəfindən göndərilən SMS in telefonun dil konfiqurasiyasına uyğun olaraq göndərilməsidir); Bankın aidiyyəti əməkdaşları tərəfindən müvafiq informasiya sistemlərində təqdim edilən məlumatlara əsasən ##.##.2024-cü il tarixdə saat 15:01:13 də iddiaçıya məxsus kartdan 6.400 manat vəsait Cavabdeha aid digər karta köçürülərək ələ keçirilmişdir. Sözü gedən hal Bankın sistemlərində öz əksini tapır. Həmçinin 6.400 manat miqdarında olan vəsaitin köçürülməsi zamanı təsdiq kodu +994 55-223-03-03 mobil nömrəsinə göndərilmişdir. Aşağıdakı şəkildə sözü gedən hala aid qeydlər öz əksini tapır. OTP kodlarla bağlı iddiaçıya məxsus mobil telefona SMS-lərlə bağlı baxış keçirilmişdir və həmin tarixlə bağlı SMS-lərin olmadığı görülmüşdür. Aparılan tədqiqat zamanı sözü gedən halın birbaşa olaraq müəyyənləşdirilməsi mümkün olmamışdır. Bundan başqa istifadəçiyə aid mobil tətbiqin digər cihazda açıldığını nəzərə alaraq sözü gedən OTP kodun 596e1f4959ccdf5b idetifikatorlu yeni mobil cihazdan daxil olunduğu söylənilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** saylı ekspert rəyindən görünür ki, ekspertiza qarşısında qoyulmuş suallar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizliyin İdarəedilməsi sektorunun aparıcı məsləhətçisi X4 tərəfindən ##.##.2025-ci il tarixdə daxil olmuş rəydə və Azərbaycan Respublikası Mərkəzi Bankının İnformasiya və kibertəhlükəsizlik departamentinin Təhlükəsizlik əməliyyat mərkəzi şöbəsinin rəisi Timur İspəndiyaroviç Hüseynov tərəfindən ##.##.2025-ci il tarixdə daxil olmuş rəydə cavablandırılmışdır. Ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsində göstərilən profilaktik tövsiyələrin nəzərə alınması məqsədəmüvafiq hesab olunur. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Hazırda cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirilən əməliyyatların aparılmasından xəbəri və iradə ifadəsi olmuşdur. Belə ki, “Birbank” mobil tətbiqi vasitəsi ilə limit artımı ilə bağlı edilmiş müraciətlərə dair məlumatları əks etdirən sistemdən çıxarışdan müəyyən edilir ki, limit artımı ilə bağlı uğurlu müraciət ##.##.2024-cü il tarixdə edilmiş, yəni proses başladılmış, yekunlaşmış və buna dair sms vasitəsi ilə iddiaçının istifadəsində olan +99455-201-20-50 mobil nömrəyə məlumat göndərilmişdir. Bununla da kredit xəttinin məbləği 6.887 AZN müəyyən edilmiş, daha sonra isə iddiaçının istifadəsində olan +99455-223-03-03 mobil nömrəyə ##.##.2024-cü il tarixdə göndərilmiş 3D təhlükəsizlik kodları vasitəsi aparılmış əməliyyatlar nəticəsində pul vəsaitləri köçürülmüşdür. Göründüyü hazırki mübahisənin həlli üçün cavabdeh bankın əlavə razılaşmanın məsafədən bağlanılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə riayət edilib-edilməməsinin araşdırılması zəruri olmuşdur. Bu baxımdan apellyasiya baxışı zamanı işin düzgün və ədalətli həlli üçün mübahisələndirilən müqavilənin Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə təsdiq olunan Qaydalara uyğun olması barədə həmin Bankın mütəxəssis rəyinin alınması barədə qərardad qəbul edilmişdir. Belə ki, cavabdeh bankın Mülki Məcəllənin 746-2.6-cı maddəsinə riayət edib etmədiyi araşdırılmaqla, onun iddiaçının aldadılması barədə şübhələrinin yaranmalı olması və ümumiyyətlə mübahisəli əqdin bağlanması zamanı davranışlarının vicdanlı olub-olmaması müəyyən oluna bilər. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.1-ci bəndinə əsasən (əvvəl qüvvədə olmuş) Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. Qaydanın 5.3-cü bəndinə əsasən məsafədən bank hesabı yalnız bu Qayda ilə tələb edilən bütün sənədlərin bank tərəfindən dövlət informasiya sistemlərindən əldə edildiyi halda açıla bilər. Qaydanın 5.5.2-ci bəndinə əsasən yeni müştəri üçün (rezident fiziki şəxslər üçün) məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.2.1. gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.5.2.2. gücləndirilmiş elektron imza və video çəkiliş ilə (bir təqvim ayı ərzində 1000 (bir min) manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil əməliyyatlarının aparılması məqsədilə açılacaq bank hesabları üçün). 5.5-1. Bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən limitdən artıq mədaxil əməliyyatının aparılması üçün müvafiq hesab üzrə video zəng həyata keçirilməlidir. Qaydaların 5.6-ci bəndinə görə bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.6.2. aşağıdakı rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası ilə: 5.6.2.1. ilk hesabını fiziki olaraq (bankın inzibati binasına yaxınlaşmaqla) açmış müştəri; 5.6.2.2. bu Qaydanın 5.5.2.1ci yarımbəndində göstərilən qaydada hesab açmış müştəri; 5.6.2.3. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən limiti aradan qaldırmış müştəri; 5.6.2.4. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən qaydada hesab açmış və həmin hesab üzrə mədaxil əməliyyatlarının qalıq limiti daxilində növbəti hesab açmaq istəyən müştəri; 5.6-1. Bank bu Qaydanın 5.5.2.2-ci, 5.6.1-ci və 5.6.2-ci yarımbəndlərində nəzərdə tutulan qaydada hesabın açılmasını riskli hesab edərsə, video çəkiliş üsulunu video zəng ilə əvəz edə, hesab yalnız gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. Həmin Qaydanın 5.7-ci bəndinə əsasən gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin bildiyi (şifrə, pin, suallar toplusu və s.), sahib olduğu (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona məxsus olan (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Qaydanın 5.11-ci bəndinə əsasən məsafədən bağlanılan bank hesabı müqaviləsinin bütün şərtlərinin müştərinin oxuya biləcəyi formada müvafiq internet resursu və ya mobil tətbiq vasitəsilə müştəriyə təqdim edilməsi və müştərinin həmin mətn üzrə razılığının alınması təmin edilir. Məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Göründüyü kimi, Mərkəzi Bank tərəfindən təsdiq edilən Qaydalara görə əlavə razılaşma məsafədən bağlanarkən müştərinin buna iradəsinin mövcudluğunun yoxlanılması üçün xüsusi prosedurlarının eyni zamanda bir neçəsindən: elektron imzadan, video zəngdən və (və ya) gücləndirilmiş müştəri autentifikasiyasından istifadə edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı cavabdeh bankla bağlanmış əlavə razılaşma üzrə kredit xəttinin artırılmasına dair iradəsinin aldadılma nəticəsində zədələnməsini iddia etdiyindən, tələbə Mərkəzi Bankın qeyd olunan Qaydalarına əsasən qiymətləndirməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ##### 2026-cı il tarixli, *-*-**/*-****/**** saylı məktubu ilə rəy daxil olmuşdur. Həmin rəydə birinci suala cavab olaraq qeyd edilmişdir ki, məhkəmə işində əlavə təqdim olunan sənədlərə əsasən ##.##.2024-cü il tarixde kredit müqaviləsinin yenilənməsi mövcud hesab üzərindən aparılmışdır. Bu zaman Qaydanın həmin dövrdə qüvvədə olan tələblərinə əsasən GMA (mobil tətbiq, birdəfəlik SMS vasitəsilə 3D təhlükəsizlik kodlar) tətbiq olunsa da, video çəkiliş və ya video zəng üsulundan istifadə edilməmişdir. İkinci sual üzrə: iddiaçı İddiaçı ilə cavabdeh Bank arasında bağlanmış BRCB*******A*** nömrəli kredit müqaviləsi ##.##.2024-cü il tarixində rəsmiləşdirildiyindən, həmin tarixdə qüvvədə olan "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələblər"in (Tələblər) 2.7-ci bəndində nəzərdə tutulmuş şübhəli əməliyyatların aşkarlanması meyarları və bu meyarların Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra - MMX) təqdim olunmasına dair məlumatlar ##.##.2026-cı il tarixli, *-*-**/*-****/**** nömrəli məktubla sorğu edilmişdir. Sorğuya cavab olaraq, Bank tərəfindən Mərkəzi Banka İdarə Heyətinin ##.##.2023-cü il tarixli ** saylı protokolundan çıxarış, həmin protokol ilə təsdiq edilmiş "Şübhəli əməliyyatların aşkarlanması və idarə olunması meyarlarına dair Prosedur", habelə Prosedura Əlavə 1 qismində təsdiq edilmiş indikatorların siyahısı təqdim edilmişdir. Qərardadla müəyyən edilən 2-ci sualın 2-ci hissəsi üzrə diqqətə çatdırılır ki, MMX-nın ## ###### 2023-cü il tarixli, № *-**-**/*-*-*/**** saylı qərarı ilə təsdiq edilmiş "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələblər"in 2.7.1-ci bəndinə əsasən, qeyd olunan məlumatlar banklar tərəfindən Mərkəzi Banka deyil, MMX-ya təqdim edilir. Bu səbəbdən, həmin məlumatların təqdim edilibedilməməsi barədə məlumatın MMX-dan əldə olunması məqsədəuyğundur. Üçüncü sual üzrə: tələblərin 2.7-ci bəndinə uyğun olaraq, Bank tərəfindən şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorlarının) müəyyən edilməsi və bu sahədə müvafiq mexanizmlərin tətbiqi məqsədilə, Bankın İdarə Heyətinin ##.##.2023-cü il tarixli, ** saylı protokolu ilə "Şübhəli əməliyyatların aşkarlanması və idarə olunması meyarlarına dair Prosedur" və həmin Prosedura Əlavə 1 təsdiq edilmişdir. Bankda həyata keçirilən əməliyyatların qiymətləndirilməsi məhz qeyd olunan Prosedur və onun əlavəsində nəzərdə tutulmuş meyarlar əsasında aparılmışdır. Bu çərçivədə, ##.##.2022-ci il tarixdə bağlanmış BRCB*******A*** nömrəli "Birbank Cashback" debet kartı müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli əlavə razılaşmaya əsasən, iddiaçı İddiaçı hesabına ayrılmış 6 887 (altı min səkkiz yüz səksən yeddi) manat məbləğində vəsaitin dərhal köçürülməsi əməliyyatı, əməliyyatın icra edildiyi tarixdə Bankda qüvvədə olan şübhəli əməliyyatların aşkarlanması meyarlarına (indikatorlarına) uyğun gəlmədiyindən, Bank tərəfindən şübhəli və ya riskli əməliyyat kimi qiymətləndirilməmişdir. Dördüncü sual üzrə cavabda qeyd edilmişdir ki: 3-cü sualda qeyd olunan pul köçürmə əməliyyatlarının şübhəli və ya riskli olub-olmaması, əməliyyatların həyata keçirildiyi tarixdə Bankda qüvvədə olan şübhəli əməliyyatların aşkarlanması meyarları əsasında qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticəsinə görə, həmin əməliyyatlar mövcud meyarlara uyğun gəlmədiyindən, şübhəli və ya riskli əməliyyat kimi müəyyən edilməmişdir. Bu səbəbdən, qeyd olunan əməliyyatlar üzrə əlavə nəzarət tədbirlərinin görülməsi üçün əsaslar mövcud olmamışdır. Beşinci sual üzrə cavabda qeyd edilmişdir ki: məhkəmə işinə dair Mərkəzi Banka təqdim edilmiş sənədlərdən təminat predmetinə aid müvafiq təsdiqedici sənədlər (girov və zaminlik müqaviləsi) əlavə edilmədiyindən sualın cavablandırılması mümkün hesab olunmur. Bununla yanaşı bildirilir ki, borc müqaviləsi üzrə öhdəliyin təminatının hər hansı formada təqdim edilməsi borcverənin tələbi ilə tərəflər arasında bağlanan müqavilə müəyyən edilə bilər. Bu zaman borcun təminatsız verilməsi də istisna deyil (Bankın İ dərəcəli kapitalın 10%-dən artıq olmamaqla). Bu səbəbdən "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda təminatla bağlı tənzimləmələr təminatın olduğu halları ehtiva edir. Göründüyü kimi ##.##.2024-cü il tarixdə sanki iddiaçının müraciəti əsasında tərəflər arasında yeni razılaşma (elektron qaydada) bağlanmaqla kredit xətti limiti artırılmış və iddiaçının hesabına 6.887 manat məbləğində pul daxil olmuşdur. Müqavilə üzrə müştərinin mobil telefon nömrəsi +994-55-201-20-50 qeyd edilmişdir. Qeyd edilən kredit xətti limitinin artırılması bank tərəfindən müvafiq qaydalarla müəyyən edilmiş zəruri əməliyyatlar aparılmadan həyata keçirilmişdir. Belə ki, bank tərəfindən müştərilərin bankda mövcud olan hesabları üzrə yeni kredit limitinin artırılmasına müraciətləri qəbul edilərkən video çəkilişin aparılması həyata keçirilməmişdir. Nəticə etibarilə bank iddiaçının həqiqi iradə ifadəsini müəyyən etmədən, bank əməliyyatlarının aparılması qaydalarına riayət etmədən kredit limitinin artırılması barədə əlavə sazişi rəsmiləşdirmişdir. Həmin hallar apellyasiya baxışı zamanı Mərkəzi Bank tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş mütəxəssis rəylərindən görünür ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit xətti müqaviləsində müştərinin eyniləşdirilməsi məqsədilə qeydlə alınmış telefon nömrəsi qeyd edilmiş, ##.##.2023-cü il tarixli müqavilədə isə bu məlumat yenilənməmişdir. ##.##.2022-ci il tarixli və ##.##.2023-cü il tarixli müqavilələr rəsmiləşdirilərkən müştəri şəxsən müqavilə bağlanmasında iştirak edərək iradə ifadəsini müqaviləni fiziki olaraq əl imzası ilə imzalamaqla təsdiqləmişdir. Müştərinin iradə bəyanı ardıcıl 2 müqavilədə bu şəkildə icra edilsə də, sonradan müştərinin mobil telefon nömrəsi və onunla bağlı mobil tətbiq başqa bir (özü də xarici ölkədə qeydiyyatdan keçmiş İP ünvanına malik) mobil cihazda qeydiyyata alınmaqla ##.##.2024-cü il tarixdə kredit limitinin yenidən artırılması barədə əlavə razılaşma rəsmiləşdirilmişdir. Müvafiq qaydada təqdim edilmiş mütəxəssis arayışlarında və ekspert rəyində iddiaçının istifadəsində olan mobil tətbiqə müdaxilə halı təsbit edilmişdir Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, kredit xəttinin yenilənməsinə dair ##.##.2024-cü il tarixli əlavə razılaşma iddiaçının məlumatı, xəbəri, razılığı olmadan, iradəsinə zidd olaraq bağlanmış, bank tərəfindən müvafiq təhlükəsizlik təmin edilməmişdir. Həmin əlavə razılaşma əsasında iddiaçının hesabına daxil olan pul vəsaiti iddiaçı tərəfindən qəbul edilməmiş, qeyd olunan məbləğ iddiaçının razılığı, xəbəri, məlumatı olmadan götürüldüyü kimi, eyni şəkildə başqa kart hesabına köçürülmüşdür. Odur ki, iddiaçını zədələnmiş iradə ifadəsindən irəli gələn və bank tərəfindən müvafiq qaydalara əsasən müştərinin eyniləşdirilməsi üçün zəruri əməliyyatlar icra edilmədən bağlanmış müqavilə etibarsız hesab edilməli və bununla əlaqədar məsələlər öz həllini tapmalıdır. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qəanətə gəlmişdir ki, iddia tələbi ##.##.2024-cü il tarixli razılaşmanın etibarsızlığı hissəsində əsaslı hesab edilməklə iddiaçı qeyd edilən məbləğin ödənilməsi öhdəliyindən də azad edilməlidir. Həmçinin, bank tərəfindən hüquqi və faktiki baxımdan etibarsız razılaşma olan ##.##.2024-cü il tarixli əlavə razılaşma əsasında iddiaçının təqaüd kartından akseptsiz qaydada tutulmuş 580 manat pul cavabdeh Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, işin faktiki halları ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh ASC-yə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.