Məhkəmə qərarları › İş №2(103)-5322/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5322/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5322/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(008)-139/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 02R000031233 saylı kredit razılaşması üzrə 16131,04 ABŞ dollarə kredit borcu, 2881,31 ABŞ dolları faiz borcu, 7632,44 ABŞ dolları cərimə olmaqla, cəmi 26644,79 ABŞ dolları, 002R********** saylı kredit razılaşması üzrə 52564.55 ABŞ dolları kredit borcu, 11234.68 ABŞ dolları faiz borcu, 25598,23 ABŞ dolları cərimə olmaqla, cəmi 89397,46 ABŞ dolları, hər iki müqavilə üzrə ümumilikdə 116042,25 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 8a saylı evin 71 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin satılması, 116042,25 ABŞ dolları məbləğində borcun, iddianın qaldırılması üçün 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra həmin mənzildən Cavabdeh1 mənzilə istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzilin boşaldılması, İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.08.2007-ci il tarixli 02L000000495 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 23.05.2008-ci il tarixli 495 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 300000 ABŞ dolları, kredit xəttinin müddəti isə artırılaraq 120 ay müəyyən olunmuşdur. Bu müqavilyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.01.2014-cü il tarixli 02R000031233 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 03.03.2015-ci il tarixli 02R000031233S saylı, 30.09.2015-ci il tarixli 02R000031233SA saylı və 18.03.2016-cı il tarixli 02R000031233SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11.01.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 18868,96 ABŞ dolları ödəmiş, onun 16131,04 ABŞ doları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.11.2017-ci il tarixə 306 gün üçün hesablanmış faiz borcu 2881,31 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faizi məbləğində cərimə ödəməlidir. 13.11.2017-ci il tarixə 306 gün üçün hesablanmış cərimə 7632,44 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26.12.2014-cü il tarixli 002R********** saylı kredit razılaşması əsasında 31 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 67000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 03.03.2015-ci il tarixli 002R**********S saylı, 30.09.2015-ci il tarixli 002R**********SA saylı, 18.03.2016-cı il tarixli 002R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşmaları üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 17.10.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1445,45 ABŞ dolları ödəmiş, onun 52564,55 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.11.2017-ci il tarixə 392 gün üçün hesablanmış faiz borcu 11234,68 ABŞ dolları təşkil edi. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. 13.11.2017-ci il tarixə 392 gün üçün hesablanmış cərimə 25598,23 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmçinin öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə bağladığı 23.05.2008-ci il tarixli 02M000000487 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 0.10924 ha torpaq sahəsində yerləşən 11 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində 106.8 kv.m ümumi, 63.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 8a saylı evin 71 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(008)- 139/2020 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia qismən təmin olunmuş, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 29.01.2014-cü il tarixli, 02R000031233 saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16131,04 ABŞ dolları əsas, 1951,40 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18582 (on səkkiz min beş yüz səksən iki) ABŞ dolları, 44 (qırx dörd) sent məbləğində ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaitinin, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26.12.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 52564,55 ABŞ dolları əsas, 11013,70 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 64578 (altmış dörd min beş yüz yetmiş səkkiz) ABŞ dolları, 25 (iyirmi beş) sent məbləğində ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaitinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsumunun, 20 (iyirmi) manat xidmət haqqının tutularaq İddiaçı QSC-nin hesabına köçürülməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 8a saylı evin, 71 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, ipoteka predmeti olan, ünvan 1 ünvanda 71 saylı mənzilin ilkin satış qiymətinin 138500 (yüz otuz səkkiz min beş yüz) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 250 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın dəbbə pulu və «ipoteka qoyan və onun ailə üzvlərinin mənzildən çıxarılması, mənzilin boşaldılması» hissəsində təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, dəbbə pulunun çox azaldılması, iddianın «ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması» hissəsində əsassız olaraq təmin olunmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv olunmalı, iddia yoxlanılan hissədə qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında müvafiq kredit, ipoteka və zaminlik müqavillərinin bağlanması işin mübahisə olunmayan hallarıdır. İddiaçı apellyasiya şikayətində hər iki kredit razılaşması üzrə tələb olunan dəbbə (cərimə) pulunun azaldılmasını, iddianın həmin hissədə tam təmin olunmalı olmasını göstərsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi haqlı olaraq işin hallarını və cavabdehin maddi vəziyyətini nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmışdır ki, bu da qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, apellyasiya şikayətinin dəlillərini həmin hissədə əsaslandıra bilməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası iddiaçının qeyd edilən hissədə apellyasiya şikayəti ilə razılaşmır. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini digər hissədə əsaslı sayır. Belə ki, birinci instansiya iddianı «ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması» hissədə təmin etməmişdir. Halbuki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İşdən görünür ki, mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün məhz Cavabdeh1 tərəfindən ipoteka qoyulmuşdur. Belə olan halda isə iddia qeyd edilən hissədə əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq, əsassız olaraq iddianı həmin hissədə rədd etmişdir. Bu səbəbdən də, qətnamə MPM-nin 3851.1-ci maddəsinə əsasən həmin hissədə qanuni və əsaslı sayıla bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – «ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması»nın rədd olunması hissəsində ləğv olunmalı, iddia həmin hissədə təmin olunmalı, qətnamə yoxlanılan qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(008)-139/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(008)-139/2020 saylı qətnaməsi qismən, yəni iddianın «ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması»nın rədd olunması hissədə ləğv olunsun, iddia həmin hissədə təmin olunsun. Cavabdeh1 ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 8a saylı evin 71 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec bir ay ərzində oranı tərk etmədikdə həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılaraq, mənzil boşaldılsın. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirlmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar