Məhkəmə qərarları › İş №2(103)-5327/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5327/2020

14.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5327/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-568/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10030 (on min otuz) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Suraxanı rayonu Hövsan qəsəbəsində vergi ödəyicisi kimi qeydə alınmaqla peşəkar qaydada daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur. Cavabdeh ona yaxınlaşaraq, X6 tərəfindən Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Türkan Bələdiyyəsi ərazisində Türkan Şossesinin sağ tərəfində 6 ha torpaq sahəsinin satılması üçün verilməsini və həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, Cavabdeh sənədlərini nəzərdən keçirib həmin torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X4 məxsus olmasını və X6 tərəfindən Cavabdeh etibarnamə verilməsini görmüşdür və torpaq sahəsinin satılması ilə əlaqədar hər hansı bir problemin olmamasını düşünmüşdür. O, Cavabdeh ilə satılan torpaq sahəsinin hər sotuna görə ona 200 manat pul ödəyəcəyi barədə razılığa gəlmiş, bundan sonra o torpaq sahəsinin satılması üçün müxtəlif qəzetlərdə və internet saytlarında elan vermişdir. O, Cavabdeh torpaqlara müştəri tapmış və müştərilər Cavabdeh ilə müqavilə bağlayaraq torpaq sahəsini almışlar. Həmin müqaviləyə əsasən Cavabdeh torpaq sahəsinə dair Çıxarışı almaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müştərilərdən biri də Təyyuba Həşimova olmuşdur. Təyyuba Həşimova ilə torpaq sahəsinin hər sotuna görə 2000 manat olmaqla 5 sot torpaq sahəsi satmaq barədə razılığa gəlmişdir. O və Cavabdeh Təyyuba Həşimovaya torpaq sahəsini göstərmiş və bundan sonra 07.03. 2016cı ildə Cavabdeh ilə Həşimova Təyyuba 31 saylı notariat kontorunda torpağa dair müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən tərəflər 5 sot torpaq sahəsinin dəyərini 10000 manat müəyyən etmiş, alıcı həmin torpağa görə ilkin olaraq 5000 manat ödəməyi, satıcı isə 5000 manatı aldıqdan sonra torpaq sahəsinin özəlləşdirilməsini həyata keçirərək dövlət reyestrindən Çıxarışı xx xxx 2016-cı il tarixədək alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin gün Həşimova Təyyuba 7200 manat məbləğində pul vəsaitini Cavabdeh yanında ona vermiş və o həmin pulu Cavabdeh vermişdir. Cavabdeh isə sonradan torpağın satışından ona çatan məbləği hər sotuna görə 200 manat olmaqla 1000 manat pulu vermiş 6200 manat məbləğində pulu isə özünə götürmüşdür. Cavabdeh həmin torpağa dair sənədləri hazırlamaq üçün müvafiq orqanlara müraciətlər etdiyini dəyərək bunun üçün pul lazım olduğunu bildirmişdir və ondan Təyyuba Həşimovadan qalan məbləği almağını tələb etmişdir. O, müxtəlif vaxtlarda Nərimanov rayonu ərazisində Təyyuba Həşimovadan 2750 manat məbləğində pulu alaraq Cavabdeh vermişdir. Cavabdeh satdığı bütün torpaqların pullarını ondan almışdır. O, Cavabdeh yalnız öz əmək haqqını almışdır. Lakin Cavabdeh Təyyuba Həşimova ilə bağladığı müqavilənin tələblərini yerinə yetirmədiyinə görə Həşimova Təyyuba Cavabdeh öz öhdəliklərini yerinə yetirməyi tələb etmişdir. Lakin Cavabdeh öz öhdəliklərindən yayınmaq üçün pulu onun aldığını bildirmişdir. O, Cavabdeh Təyyuba Həşimovadan aldığı pulu qaytarmadığını və torpaq sahəsinə dair sənədləri qaydaya salaraq torpaq sahəsini ona təhvil vermədiyini görüb, özü Cavabdeh pulları tələb etmişdir. O, Cavabdeh aldığı pulu qaytarmamasını görüb Cavabdeh əməllərindən Suraxanı RPİ-nin 30-cu PB-nə şikayət etmişdir. Onu şikayəti 30cu PB-də araşdırılarkən Cavabdeh bəzi şəxslərə pulların qaytarıldığını bildirmişdir, lakin Təyyuba Həşimovanı isə ümumiyyətlə tanımadığını və onunla müqavilə bağlamadığını göstərmişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə iclasında isə Cavabdeh izahat verərək, Təyyuba Həşimova ilə müqavilə bağladığını və ondan 5000 manat aldığını etiraf etmişdir. Lakin Suraxanı RPİ-nin 30-cu PB-nin xx xxxxxx 2016-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə əməldə cinayət tərkibi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. O, Təyyuba Həşimovaya Cavabdeh əvəzindən 5 sot torpaq sahəsi üçün 7200 manat və 2750 manat ödəniş etmişdir. X7 ona və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət edərək, ondan və Cavabdeh cəmi 20000 manat məbləğində pulun X7 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir və ondan 10000 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat cəmi 10030 manat məbləğində pul alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. O, Apellyasiya və kassasiya instansiyalarına şikayətlər etmiş, lakin Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X2 həmin iddia tələbinə məhkəmədə baxılan zaman Cavabdeh iddianı qismən qəbul edərək pulun 5000 manatını Təyyuba Həşimovadan almasını bildirsə də, məhkəmə qətnaməsi ilə həmin pulun ondan alınaraq X5 verilməsi qət edilmişdir. Belə olan halda isə onun Cavabdeh qarşı reqres qaydada iddia qaldırmaq hüququ yaranmışdır. Odur ki, məhkəmədə iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-568/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddiaçıdan 5000 manat pul aldığını etiraf etdiyi söylənsə də, cavabdeh belə bir etiraf etməmişdir və həmin məbləğ ona verilməmişdir. Qətnamədən görünür ki, iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh qarşı “etibardan sui-istifadə etməklə ələ keçirilmiş pulun geri qaytarılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mübahisəyə artıq bir dəfə Bakı şəhəri Suraxanı rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış, Ali Məhkəmə tərəfindən məhkəmə aktları qüvvədə saxlanılmışdır. Belə olduğu halda, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən yenidən həmin iş üzrə yeni qətnamə çıxarılması tamamilə əsassızdır. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və MPM-in 261.0.2, 217.1, 217.3, 357.1, 385.1, 385.1.1, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh qarşı “etibardan sui-istifadə etməklə ələ keçirilmiş pulun geri qaytarılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 10.000 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 10030 manat məbləğində pul alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Cavabdeh iş üzrə izahat verərək bildirmişdir ki, Təyyuba Həşimovanı bir dəfə, müqavilə bağlanan zaman notariat kontorunda görmüşdür. Onunla başqa ünsiyyəti və görüşü olmamışdır. İddiaçı isə alqısatqı fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyır və ona torpaq sahəsinin satılması ilə bağlı həqiqətən də müraciət etmişdir. xx xxxx 2016-cı ildə Bakı şəhəri 31 saylı notariat kontorunda X3 təmsilçisi kimi onunla Təyyuba Həşimova arasında Türkan şossesinin sağ tərəfində yerləşən 0.05 ha torpaq sahəsinə dair ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləni F.S.Nəsirovun verdiyi etibarnamə əsasında o imzalamışdır. Müqaviləyə əsasən satılmış torpaq sahəsinin qiyməti 10.000 manat olaraq müəyyən edilmişdir. T.Həşimova əvvəlcə 5000 manat verməli, qalan 5.000 manatı isə xx.xx.2016-cı il tarixədək ödəməli olmuşdur. Bununla belə T.Həşimova ona pul verməmişdir. İddiaçı sonradan ona 5000 manat vermiş, qalan məbləğ isə verilmədiyindən alqı-satqı baş tutmamış, həmin torpaq sahəsi başqa şəxsə satılmışdır. Bununla belə, T.Həşımovaya Firutanın ona verdiyi 5000 manatı qaytarıb müqaviləni ləğv etməyi təklif etsə də, o 10.000 manat verdiyini bildirərək bundan imtina etmiş, İddiaçı verdiyi 10.000 manat pulu tələb etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2018ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli ilkin müqavilənin surətindən görünür ki, X6 (etibarnamə əsasında Cavabdeh təmsil etmişdir) ilə X7 arasında Bakı şəhəri 31 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Türkan Bələdiyyəsinin ərazisində Türkan şosesinin sağ tərəfində yerləşən 25,0 ha torpaq sahəsinin 0,05 ha hissəsinin alqısatqısı ilə bağlı ilkin müqavilə bağlanmışlar. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər göstərilən daşınmaz əmlakın satış qiymətini 10000 manat məbləğində müəyyən etmişlər. Müqavilənin 2.2-ci bəndinə görə ikinci birinci tərəfə qalan 5.000 manat məbləği xx.xx.2016-cı il tarixədək ödəməyi öhdəsinə götürür. Birinci tərəf istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Daşınmaz Əmlakın təsvirinə, Dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair Dövlət Reyestrindən arayışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın ikinci tərəfə satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və onun mülkiyyətinə verilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Kollegiya qanunvericiliyin yuxarıda qeyd olunan normalarını rəhbər tutaraq qeyd edir ki, cavabdehin 5000 manat məbləğində pulu iddiaçıdan alması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edildiyindən işin mübahisələndirilən halı kimi nəzərdən keçirilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdehin dolayısı ilə X1 aldığı 10.000 manat məbləğin İddiaçı tərəfindən ödənilməsi hər hansı hüquqi əsasa söykənmədiyindən, Cavabdeh münasibətdə əsassız varlanma hesab olunur və ona görə də iddiaçının həmin məbləği reqres qaydada tələb etmək hüququ yaranmışdır. Cavabdeh İddiaçı qanuni qüvvəyə minmiş başqa məhkəmə qətnaməsi əsasında 5000 manat pul aldığını etiraf etmiş, lakin pulun qalan hissəsinin Cavabdeh verilməsi sübut olunmadığından kollegiya yalnız 5000 manatın reqres qaydada cavabdehdən tələb edilməsini əsaslı hesab edir. Mübahisəyə əvvəllər baxılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin baxdığı mülki iş üzrə tərəflər və mübahisə predmeti fərqli olduğundan MPM-in 261.0.2-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli Qərarına əsasən, “...Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.” Hazırki iş üzrə apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin olunan hissəsinə münasibətdə deyil, tam ləğv edilməsinə yönəldiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Belə ki, kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, məhkəmə iclasında Cavabdeh İddiaçı 5000 manat pul aldığını etiraf etmiş, lakin iddiaçı iş materiallarına və eləcə də məhkəmə iclasında pulun qalan hissəsinin Cavabdeh verilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim etmədiyindən hazırki iddia tələbinin qalan 5030 manat hissədə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən 5000 manat məbləğin iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, apellyasiyainstansiyaməhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-568/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar