Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5329/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(005)-1570/2022 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa aylıq 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdə cavabdeh ilə rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahlarından xx.xx.2006-cı ildə X11, xx.xx.2008-ci ildə X7, xx.xx.2012-ci ildə isə X8 və xx.xx.2014-cü il il təvəllüdlü X9 adında uşaqları doğulmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onun yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3008/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən onun cavabdehə qarşı iddiası təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi 400 manatın tutulması qət edilmişdir. Daha sonra xx.xx.2006-cı ildə X11 cavabdehin himayəsində qalmışdır. Uşaqlar böyüdükcə müəyyən edilmiş məbləğlə tələbatlarının ödənilməsi kifayət etmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(005)- 1570/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3008/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 579 manat pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmış miqdarda tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, alimentin artırılmasına heç bir əsas olmamış, hər hansı sübut təqdim edilməmişdir. Özü işləmir, uşaqlardan biri də onun yanında qalmışdır. Maddi vəziyyətinin ağır olmasına qiymət verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qeyd etdi ki, hər uşaq üçün 193 manatın müəyyən edilməsi ədalətsiz olmuşdur, cavabdeh İmişli rayonunda yaşayır və rayon şəraitində göstərilən məbləğdə qazanc əldə edilməsinin özü çox çətin məsələdir, ona görə də həmin məbləği ödəmək imkanları yoxdur. Bununla belə, alimenti ödəməkdən imtina etmirlər, sadəcə məbləğ həddindən çox olduğundan, onu ödəmək imkanları daxilində deyildir. Təxminən 150 manat müəyyən edilməsinə etiraz etmirlər. Cavabdehin, yəni oğlunun daimi iş yeri yoxdur, günlük iş tapsa orada işləyir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, cavabdeh Hövsanda yerləşən sosial evlərdə iş icraçısı işləyir. Ola bilər ki, hazırki məhkəmə prosesləri ilə bağlı həmin işdən çıxmışdır. Özü isə qeyri-rəsmi kimyəvi təmizləmə məntəqəsində müvəqqəti işləyir və 400 manat əmək haqqı alır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014cü il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3008/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi 400 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6 cavabdeh Mikayılova (Əmirova) Könül Mikayıl qızından alınaraq iddiaçı Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Hazırda xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014cü il il təvəllüdlü X9 iddiaçı, xx.xx.2006-cı il təvəllüdlü X11 isə atası ilə birlikdə yaşayırlar. İddiaçı hazırda alimentin artırılmasını tələb edir. Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, tərəflərin rəsmi olaraq iş yerləri mövcud deyildir. Birinci instansiya məhkəməsi 2022-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 579 manat alimentin tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin, bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan Kollegiya hesab edir ki, qətnamə cavabdehdən tutulmalı olan alimentin məbləği hissəsində dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, məhkəmə qətnaməsi ilə əvvəl uşaqların dördüdə ananın himayəsinə verilsə də, daha sonra uşaqlardan biri - xx.xx.2006cı il təvəllüdlü X12 atasının yanında qalmış və İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə atasının himayəsinə verilmişdir. Digər tərəfdən cavabdehin rəsmi iş yeri müəyyən edilməmişdir. İddiaçı isə özünün qeyri-rəsmi işlədiyini və 400 manat əmək haqqı aldığını bildirmişdir. Məhkəmə kollegiyası işin hallarını, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, uşaqlardan birinin atanın yanında qalmasını, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla 450 manat sabit pul məbləğində aliment tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1570/2022 saylı iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilərək, alimentin məbləği hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5329/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5329/2022
03.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver