Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5330/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh2, onun vəkili X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(094)-47/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sadıxov Rabil Məhəmməd oğlunun adına 07.06.2008-ci il tarixli qeydiyyatın,12.09.2008-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri Əzizbəyov rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi 322 saylı bağ sahəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına rəsmiləşdirilən 29.10.2008-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 13 aprel 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 X3 və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.11.2004-cü il tarixli 36 nömrəli protokolun və 29.07.2005-ci il tarixli Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 35519 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, X2, İddiaçı və onların ailə üzvlərinin Bakı şəhəri Xəzər rayonu Dübəndi bağ sahəsi 16-cı Cənub küçəsi 322 saylı bağ sahəsindən çıxarılması, hazırkı mülki işə görə vəkilə ödədiyi 500 ( beş yüz) manat pulun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(094)-47/2021 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh Tağıyev Səhliyalı Tağı oğlu tərəfindən şikayət verilərək, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(094)-47/2021 saylı qərardadının ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi haqqında qərardad qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən verilmiş şikayət Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə əsasən mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun vəkili X6 şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 şikayətin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası cavabdehi, onun vəkilini, 3-cü şəxsi dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(094)-47/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 155-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi işin baxılması başlandıqdan sonra verilmiş, həmçinin qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməsi halı müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdehin qarşılıqlı iddia ərizəsində etibarsızlığını xahiş etdiyi 30.11.2004-cü il tarixli 36 nömrəli protokolun və 29.07.2005-ci il tarixli Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 35519 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə bağlı iddia ərizəsindən məlumatlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(094)- 47/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5330/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5330/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver