Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5330/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(004)-2377/2011 saylı qərardadından cavabdeh X3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2377/2011 saylı, xx.xx.2011-ci tarixli qətnaməsi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və X2 qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması, tələbin saxlanca verilmiş zinət əşyalarına yönəldilməsinə dair” iddia ərizəsi təmin edilmişdir. Cavabdeh X3 ərizə verərək, qeyd olunan qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2377/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən şikayət müddətinin buraxılmasının səbəbi həmin qətnamənin poçt vasitəsi ilə tərəfindən qəbul edilməməsi olmuşdur. Belə ki, rəsmi olaraq ünvan 1 ünvanında qeydiyyatda olsa da, həmin ünvanda məcburi köçkünlər yaşadığı üçün, ünvan 3nvanında kirayədə yaşamışdır. Bakı şəhər Yasamal İcra Şöbəsi tərəfindən əmək haqqından tutulmalar edildikdən sonra qətnamədən məlumatlı olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(004)- 2377/2011 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh X3 tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(004)-2377/2011 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh X3 tərəfindən qeyd olunan qətnamədən apelyasiya şikayətinin verilməsi üçün müddətin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, cavabdeh X3 özü isə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2377/2011 saylı, xx.xx.2011-ci tarixli qətnaməsindən Bakı şəhər Yasamal rayon İcra Şöbəsi tərəfindən əmək haqqından tutulmaların edilməsi barədə 6 ay bundan əvvəl məlumatı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(004)-2377/2011 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(004)-2377/2011 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-5330/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5330/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver