Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5338/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X1, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlakın qaytarılması və pul tələbinə dair” ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi ziyanın ödənilməsi və s. tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(003)-1829/2021 saylı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(003)-1829/2021 saylı iddianı təmin etmə tədbiri barədə qərardadlarından İddiaçı MMC tərəfindən verilmiş şikayətlərə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki MMC-nin mülkiyyətindəki dəyəri 36429,45 manat olan əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınaraq MMC-yə təhvil verilməsi, əmlakın qanunsuz sahibliyində saxlanıldığı müddət üçün əldən çıxmış günə qədər hər gün üçün 100 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakı tam olaraq Xəzər rayonu Buzovna qəsəbəsi E.Bünyadov küçəsində yerləşən mağazadan çıxarılanadək mağazanın qapısının qıfılla bağlanaraq plomblanması və cavabdehin üzərinə iddiaçının əmlakına hər hansı bir surətdə zərər vurmamaq, özgəninkiləşdirməmək, istifadə etməmək öhdəliyinin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(003)-1829/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh Əlihəsən oğlu İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı" MMC-dən ona vurulmuş maddi ziyana görə 26400 manat, mətbəx mebelinin yararsız vəziyyətə salınmasına görə 1500, onunla "X7" MMC arasında 02 iyun 2020-ci il tarixli icarə müqaviləsi 10 il müddətinə bağlandığı halda, 8 aydan sonra xitam verilməsi nəticəsində əldən çıxmış fayda olaraq 10000 manat, dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat, ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi, onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin 1/2 hissəsi əvvəlki vəziyyətə gətirilərək istifadəyə yararlı vəziyyətə düşənədək və cavabdehin əşyalarının onun xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsindən çıxarılanadək hər ay 940 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 83.0 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsində yerləşən 3 ədəd kondisioner, 2 ədəd böyük və bir ədəd kiçik soyuducu, 40 ədəd vitrin, 2 ədəd çörək yığmaq üçün vitrin, 3 ədəd kompüter monitoru, 1 ədəd siqaret vitrinin üzərinə həbs qoyularaq, həmin əşyalardan istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(003)-1829/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 83.0 metr sahəsi olan fərdi yaşayış evinin 1/2 hissəsində yerləşən cavabdehə məxsus 3 ədəd kondisioner, 2 ədəd böyük və bir ədəd kiçik soyuducu, 40 ədəd vitrin, 2 ədəd çörək yığmaq üçün vitrin, 3 ədəd kompüter monitoru, 1 ədəd siqaret vitrinin üzərinə həbs qoyularaq, həmin əşyalardan istifadə edilməsi İddiaçı MMC-yə və digər şəxslərə qadağan edilmişdir. Hazırda İddiaçı MMC hər iki qərardaddan şikayət vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardaddan verilmiş şikayətdə onun ləğv edilməsini, cavabdehin üzərinə şikayətə əlavə olunan siyahıdakı əşyalara hər hansı bir formada zərər vurmamaq, həmin əşyaları özgəninkiləşdirməmək, istifadə etməmək, digər formada yüklü etməmək öhdəliyi qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilərək, göstərilmişdir ki, əmlakın adı, qiyməti, sayı göstərilən akt əlavə edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, artıq iki aydır ki, iddiaçı ona məxsus 36429,45 manat dəyərində olan əmlakı barəsində sahiblik, istifadə və sərəncam hüququndan məhrum olmuş, bununla da mülkiyyət hüququ ağır dərəcədə məhdudlaşdırılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(003)-1829/2021 saylı qərardadından verilmiş şikayətdə onun ləğv edilməsi və əmlakın üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilərək, göstərilmişdir ki, qərardad qanunsuz və əsassızdır, üzərinə həbs qoyulan əmlak mübahisə predmeti deyildir, mübahisənin predmeti pul tələbidir. İddiaçı MMC tərəfdən verilmiş şikayətlər məhkəmənin 27.04.2021-ci il tarixli qərardadları ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətləri müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili hər iki şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadından verilmiş şikayət qismən təmin edilməli, məhkəmənin həmin qərardadı ləğv edilməli və İddiaçı MMC tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(003)-1829/2021 saylı qərardadından verilmiş şikayət isə təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə İddiaçı MMC tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizənin rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, əmlakın nədən ibarət olunması (adı, miqdarı, həcmi və s) göstərilməməklə qeyri-müəyyən əmlakın üzərində müəyyən hərəkətlərin cavabdehə qadağan edilməsi xahiş olunmuş, eyni zamanda cavabdehə məxsus mağazanın qıfılla plomblanması tələbi, həmin əmlakdan cavabdeh tərəfindən qanuni əsaslarla istifadə və sahiblik, həmçinin onun üzərində sərəncam vermək hüquqlarını ağır həddə məhdudlaşdırmasına da gətirib çıxarır. Digər tərəfdən isə Cavabdeh ərizəsinə əsasən ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus əmlakların üzərinə həbs qoymaqla, həmin əşyalardan istifadə edilməsini cavabdehə və digər şəxslərə qadağan etmişdir. Göründüyü kimi, MMC ünvan 2 ünvanında yerləşən onlara məxsus olan əmlaklara hər hansı bir surətdə zərər vurmamaq, özgəninkiləşdirməmək, istifadə etməmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, Cavabdeh də həmin ünvanda yerləşən əmlakların üzərinə həbs qoymaqla, həmin əşyalardan istifadə edilməsinin qadağan edilməsini xahiş etmiş, məhkəmə Cavabdeh ərizəsi üzrə tətbiq edilən iddianı təmin tədbirinin baxılan iddianın predmeti ilə bağlı olduğunu hesab edərək, həmin ərizəni təmin etsə də, MMC tərəfindən verilmiş ərizəni təmin etməmişdir. Daha sonra MMC tərəfindən verilmiş şikayətə əmlakların siyahısı da əlavə edilmişdir. Məhkəmə tərəfindən İddiaçı MMC-nin iddianı təmin tədbiri barədə ərizəsinə qiymət verilərkən, qeyd olunan hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. ... Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir". Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli və İddiaçı MMC tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(003)-1829/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardaddan verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin və İddiaçı MMC tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(003)-1829/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5338/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5338/2021
24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver