Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5340/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Mətanət Əliyevin, Cavabdehin nümayəndəsi, vəkil Emin İsayevin iştirakı ilə, iddiaçı “xxxxxxxxx” ASC-nin ləğvedicisi “X2 Company” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə əsas borcun, ona faizlərin hesablanmış tutulması, girov predmetinə tutumanın yönəldilməsi tələblərinə dair 2(004)- 8847/2014 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxx» ASC-nin ləğvedicisi «X1 Company» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2010-ci il tarixli, 2160 kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh kredit borcu üzrə 11592 ABŞ dolları 45 sent əsas borc, 10683 ABŞ dolları 84 sent faiz borcu, 3245 ABŞ dolları dəbbə pulu,cəmi 25521 dollar 29 sent məbləğində borcu və ödənilmiş 30 manat dövlət rüsumunun və bank xidmət haqqının və 2 manat poçt xidmət haqqının tutularaq «xxxxxxxxx» ASC-nin xeyrinə ödənilməsi, verilmiş kreditin təminatı kimi banka ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “Toyota Camry” minik markalı, 90CU573 dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, ağ rəngliavtomobilin hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitdən iddia tələbi həcmində «xxxxxxxxx» ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(iqt)-2410/2012 saylı qətnaməsi ilə “xxxxxxxxx” ASC-nin müflis elan edilməsi, «xxxxxxxxx» ASC-nin ləğvedicisi qismində «X1 Company» MMC-nin təyin edilməsi qət olunmuşdur. “xxxxxxxxx” ASC-nin Qaradağ filialı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2010-ci il tarixli, 2160saylı kredit müqaviləsinə əsasən Bank Cavabdeh illik28% faiz olmaqla 24 ay müddətinə 18000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün “xxxxxxxxx” ASC-nin Akademiya filialı ilə Cavabdeh arasında xx xxxx 2010-ci il tarixli, 2160 saylı İpoteka müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə “borc alan” Müqavilə üzrə “borc verənə” çatmalı olan Krediti və ona hesablanmış faizləri və bütün digər məbləğləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə bildirişlər göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər gecikdirilmiş kredit borcunun və hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir. Cavabdehin iddiaçıya kredit borcu üzrə 11592 ABŞ dolları 45 sent əsas borc, 10683 ABŞ dolları 84 sent faiz borcu, 3245 ABŞ dolları dəbbə pulu,cəmi 25521 dollar 29 sent məbləğində borcu var. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 11592,45 ABŞ dolları əsas borc, 10683,84 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları dəbbə pulu,cəmi 23276,29 ABŞ dollar borc(ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı),02manat poçt xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla borcun iddiaçının xeyrinə tutulması qət edilmişdir.. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında eyni predmetə dair eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Apelyasiya baxışı zamanı cavabdehin vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir (261.0.2). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Apelyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-5577/2011 saylı qətnaməsinin təsdiq olunmuş surətinə əsasən iddiaçı “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2010-cu il tarixli, 2160 saylı kredit müqaviləsi üzrə kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)- 5577/2011 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11593 ABŞ dolları kredit borcu, 1100 ABŞ dolları faiz borcu və 264 ABŞ dolları dəbbə pulunun (ödəniş gününə manatın məzənnəsinə müvafiq olaraq) və ödənilmiş 20 manat dövlət rüsumundan 18 manat 56 qəpik pulun alınaraq “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə Qaradağ filialına verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcüdluğu hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvi və iş üzrə icraata xitam verilməsi üçün qanunvericiliklə təsbit olunmuş hüquqi əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8847/2014 saylı mülki iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı «xxxxxxxxx» ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin Cavabdeh qarşı xx xxxx 2010-ci il tarixli, 2160 kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh kredit borcu üzrə 11592 ABŞ dolları 45 sent əsas borc, 10683 ABŞ dolları 84 sent faiz borcu, 3245 ABŞ dolları dəbbə pulu,cəmi 25521 dollar 29 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və bank xidmət haqqının və 2 manat poçt xidmət haqqının tutularaq «xxxxxxxxx» ASC-nin xeyrinə ödənilməsi, verilmiş kreditin təminatı kimi banka ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “Toyota Camry” minik markalı, 90CU573 dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, ağ rəngliavtomobilin hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitdən iddia tələbi həcmində «xxxxxxxxx» ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin xeyrinə ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5340/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5340/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver