Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5350/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(006)- 2884/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X1 tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(006)- 2884/2018 saylı qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili X1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(006)-2884/2018 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili X1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(006)-2884/2018 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onuların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib,Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 08 may 2018-ci il tarixli, 2(006)-2884/2018 saylı qətnaməsindən apelyasiya şikayəti 3 (üç) il keçdikdən sonra, yəni 02.02.2021-ci il tarixdə prosessual müddətin bərpasına dair ərizə təqdim edilmədən daxil olmuşdur ki, bununla da onun verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra apelyasiya şikayətinin təqdim edilməsi müddətin ötürülməsini təsdiq etmiş olur və müddətin ötürülüb-ötürülməməsinə (üzrlü hesab edilməsinə) qiymət verilməsi üçün hər bir halda bununla bağlı müraciət olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki işin materiallarından görünür ki, apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət cavabdehin nümayəndəsi və vəkili tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh1 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5350/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5350/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver