Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5358/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyun 2023-cü il tarixli qərardaddan iddiaçı Bankın verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış cəmi 6.742,64 ABŞ dolları məbləğində kredit borcunun borcalan Cavabdeh1 və onun həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş digər borclulardan müştərək qaydada tutularaq Baka ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsi xahiş edilmişdir. “Məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2016-ci il tarixli əmrlə ərizəni təmin etmişdir. Borclu Cavabdeh3 məhkəmə əmrinin qəbul edilməsinə əsas olmuş tələbə qarşı verdiyi etiraza baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv etmiş və işə iddia icraatı qaydasında baxmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə isə iddia ərizəsinin baxılmamış saxlanmasını qərara almışdır. Rayon Məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlamdırılsalar da, iddiaçı Bankın nümayəndəsi və cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, şikayətə əlavə edilmiş məhkəmə bildirişlərindən müəyyən olunur ki, yaxın saatlarda digər məhkəmə iclasları təyin olunmuş və həmin iclasların müddəti uzandığından qısa bir gecikmə ilə də olsa Bankın nümayəndəsı hazırkı iş üzrə məhkəmə baxışı iclasına gəlmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.6cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, Rayon Məhkəməsi hazırki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 11:30-a təyin etmişdir. Bu barədə məhkəmə bildirişləri xx.xx.2023-cü il tarixdə iş üzrə tərəflərə göndərilmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlamdırılmış iddiaçı Bankın nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, şikayətin təmin edilməsi və barəsində şikayət verilmiş qərardadın ləğv edilməsi üçün əsas yoxdur, çünki iddiaçı Bank qərardaddan verdiyi şikayətin məzmununda da görünür ki, Bankın nümayəndəsinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatı olmuş, lakin başqa bir işlə bağlı iclas uzandığından hazırki iş üzrə məhkəmə iclasına gecikmişdir. Məhkəmə qeyd edir ki, Bank hüquqi şəxs olmaqla yaxın saatlara təyin edilmiş məhkəmə iclasları ilə bağlı ayrı nümayəndə göndərmək imkanına malik olmuşdur. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur. Qərardad qanuni və əsaslıdır. Şikayətin dəlili əsassızdır – formal mülahizə xarakteri daşıyır. Qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyun 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5358/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5358/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver