Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5360/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(006)-447/2021 nömrəli qətnaməsindən cavabdeh “Xalq Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh və “xxxx” ASC-yə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,“xxxx” ASC-nin əlavə cavabdeh qismində işə cəlb edilməsini, 940 (doqquz yüz qırx) manat maddi ziyan və 30 (otuz) manat məhkəmə xərci, ümumilikdə isə 970 (doqquz yüz yetmiş) manat pul məbləğinin hər iki cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(006)-447/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxx” ASC-dən vurulmuş maddi ziyana görə 940 (doqquz yüz qırx) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 970 (doqquz yüz yetmiş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin Cavabdeh münasibətdə təmin edilməməsi, «xxxx» MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyərinin 200 (iki yüz) manat məbləğində pulun cavabdeh “xxxx” ASC-dən tutularaq «xxxx» MMC-nin “xxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh “Xalq Sığorta” açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı özünün təyin etdiyi və şişirdilmiş qiymət müəyyən edən "FNC MOTORS" FORD Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına istinad etməklə, guya, ona real zərər məbləğindən az məbləğ təklif olunduğu səbəbindən iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iddianı təmin edən birinci instansiya məhkəməsi, sığorta qanunvericiliyinin, xüsusilə də icbari sığortaya dair maddi hüquq normalarına istinad etmədən və həmin normalarda müəyyən edilən xüsusiyyətləri nəzərə almadan iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Məhkəmə, iddiaçının “İcbari sığortalar haqqında” Qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrinə, xüsusilə də məhkəməyə müraciət etməzdən əvvəl iddia edilən zərərin miqdarının müəyyən edilməsi ilə bağlı müstəqil ekspert təyin edilməsini sığortaçıdan tələb etmədən, özünün qərəzli qiymətləndirməsinə istinad etməklə, ona vurulmuş zərər məbləğinin dəfələrlə şişirdilmiş məbləğ həddində iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, “İcbari sığortalar haqqında” Qanunun 24.1.4-cü maddəsinə əsasən: “müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək“ zərərçəkənin hüquqlarına aid edilmişdir. Göründüyü kimi, iddiaçının qanunla müəyyən edilmiş tələbə - müstəqil ekspertin təyin edilməsini tələb etmək tələbinə riayət etmədən “hüquqlarının pozulduğunu’’ iddia etməklə məhkəməyə müraciət etməsi və belə əsassız iddianın təmin olunması həmçinin prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. Bundan əlavə, tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının müstəqil ekspert tərəfindən aparılmalı olması Mülki Məcəllədə də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 925.3-cü maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. İddiaçı özünün iddia ərizəsində istinad etdiyi halların (hüququnun pozulduğunun) təsdiqi kimi təqdim etməli olduğu sübutları - sığotaçının guya, sığorta ödənişi verilməsindən imtinasını təsdiq edən və ya bununla bağlı onun müraciəti, müraciətinə verilən cavabı və s. məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı, yalnız iddia etdiyi hüquqlarının pozulmasını sübut etməklə həmin iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Məhkəmənin məntiqinə görə, icbari sığorta üzrə istənilən zərərçəkmiş şəxs qanunla və Mülki Məcəllə ilə təsbit edilmiş hüquqların həyata keçirilməsinə cəhd belə etmədən birbaşa məhkəməyə müraciət edərək, ona dəymiş zərərin müstəqil ekspert tərəfindən deyil, özünün təyin etdiyi və ya digər qərəzli rəyə istinad etməklə, həqiqi zərər məbləğindən dəfələrlə çox pul tələb edə bilər. Halbuki, zərərin daha dəqiq qiymətləndirilməsi üçün qanunverici sığorta sahəsində məhz müstəqil ekspert subyektlərini nəzərdə tutmuşdur və belə fəaliyyət lisenziyalaşdırılan fəaliyyət müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərirlər. Məhkəmə iclasında İddiaçı bildirdi ki, avtomobil “Ford” markalıdır, o, da “Ford”un servis mərkəzinə müraciət etmişdir. Digər rəyi isə məhkəmənin təyin etdiyi ekspertiza verib. Bu məsələ bir ildən çoxdur ki, uzanıb. Şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 şikayətin təmin olunmamasını xahiş etdiö İşə baxılması vaxtı və yeri haqqında cavabdeh “Xalq Sığorta” açıq səhmdar cəmiyyətinə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı avtomobilinə dəymiş zərərə görə 940 manat pulu tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, “FORD EDGE” markalı, **- VT-*** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın məbləği 975 manat məbləğində müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, vurulmuş ziyanın əvəzi iddia ərizəsində göstərilən məbləğdə (940 manat) tutulmalıdır. İddia tələbi Cavabdeh münasibətdə təmin edilməməlidir. Belə ki, yol-nəqliyyat hadisəsi baş verdiyi zaman onun “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmuşdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh “Xalq Sığorta” açıq səhmdar cəmiyyəti apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın ona aid hissədə təmin edilən hissəsi, (şikayətlərin obyekti apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, “İcbari sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Cavabdeh sığorta şirkəti iddiaçı tərəfindən sığorta hadisəsi barədə gec də olsa məlumatlandırılmadığını mübahisələndirmir. Demək, sığorta hadisəsinin baş verdiyi 18 may 2020ci il tarixdən xeyli müddət keçsə də, cavabdeh sığorta şirkəti dəymiş zərərin məbləğini nə özü, nədə təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməmişdir. Ancaq iddiaçının təqdim etdiyi qüsur aktındakı məbləği şişirdilmiş hesab edir və məhkəmənin də icbari sığortaya dair maddi hüquq normalarına istinad etməməklə və həmin normalardakı xüsusiyyətləri nəzərə almamaqla səhv nəticəyə gəldiyini düşünür. Göründüyü kimi, sığortaçı iddiaçını hüquqlarından istifadə etməməkdə günahlanıdırır, ancaq özünün “İcbari sığortalar haqqında” Qanunun yuxarıda qeyd olunan imperativ normalarına, eləcə də həmin Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan vəzifələrinə riayət etməməsinə haqq qazandırır yaxud da bu vəzifələrini unudur. Ona görə də sığorta şirkəti bu vəzifələrini yerinə yetirmədiyindən iddiaçının dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaması əsassız və qanunsuz olmamışdır. Buna görə də əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini iddiaçının şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilmirsə, o, iddiaçının təqdim etdiyi qiymətləndirmənin nəticələrini qəbul etməlidir. İkincisi, iddiaçının təqdim etdiyi qüsur aktındakı qiymətlər şişirdilmiş hesab edilə bilməz. Çünki, təqdim etdiyi qüsur aktı məhz həmin avtomobillər üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış servis müəssisəsi olan "FNC MOTORS" Ford mərkəzi tərəfindən tərtib edilərək dəymiş zərər qiymətləndirilmişdir. Məhkəmənin keçirdiyi qiymətləndirmə ilə də iddiaçının təqdim etdiyi qüsur aktındakı qiymətlər təkzib edilməmişdir. Ona görə də həmin qüsur aktındakı qiymətlərin şişirdilməsi barədə dəlillər əsaslı ola bilməz. Ən azından sığorta şirkəti bununla razılaşmırsa özü bu zərərin məbləğinə dair bugünədək sübut təqdim edə bilərdi, ancaq etməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “Xalq Sığorta” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(006)- 447/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5360/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5360/2021
21.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver