Məhkəmə qərarları › İş №2(103)-5360/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5360/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5360/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (kredit borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3539/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh xx.xx.2023-cü il tarixli, 005A********** saylı ərizəsinə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli, 005A********** saylı ərizəsinə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17800 (on yeddi min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür.

3. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzə 2977.12 (iki min doqquz yüz yetmiş yeddi manat on iki qəpik) manat məbləğində əsas borc, 287.54 (iki yüz səksən yeddi manat əlli dörd qəpik) manat məbləğində faiz bоrcu və 52.94 (əlli iki manat doxsan dörd) manat məbləğində cərimə olmaqla, 3317.60 (üç min üç yüz on yeddi manat altmış qəpik) manat, xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 12554.65 (on iki min beş yüz əlli dörd manat altmış beş qəpik) manat məbləğində kredit bоrcu, 743.89 (yeddi yüz qırx üç manat səksən doqquz) manat məbləğində faiz bоrcu və 169.26 (yüz altmış doqquz manat iyirmi altı) manat məbləğində cərimə olmaqla, 13467.80 (on üç min dörd yüz altmış yeddi manat səksən qəpik) manat, yekun olaraq 16785,40 (on altı min yeddi yüz səksən beş manat qırx qəpik) manat borcu vardır.

4. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, sonuncuya borcun ödənilməsi və müqavilənin ləğv edilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzə 2977.12 (iki min doqquz yüz yetmiş yeddi manat on iki qəpik) manat məbləğində əsas borc, 287.54 (iki yüz səksən yeddi manat əlli dörd qəpik) manat məbləğində faiz bоrcu və 52.94 (əlli iki manat doxsan dörd) manat məbləğində cərimə olmaqla, 3317.60 (üç min üç yüz on yeddi manat altmış qəpik) manat, xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 12554.65 (on iki min beş yüz əlli dörd manat altmış beş qəpik) manat məbləğində kredit bоrcu, 743.89 (yeddi yüz qırx üç manat səksən doqquz) manat məbləğində faiz bоrcu və 169.26 (yüz altmış doqquz manat iyirmi altı) manat məbləğində cərimə olmaqla, 13467.80 (on üç min dörd yüz altmış yeddi manat səksən qəpik) manat, yekun olaraq 16785,40 (on altı min yeddi yüz səksən beş manat qırx qəpik) manat bоrcun və ödənilmiş 140.36 (yüz qırx manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 005A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2022.88 manat ödəniş etmiş və оnun iddiaçıya 2977.12 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 127 gün üçün hesablanmış faiz borcu 287.54 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 127 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 52.94 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17800 (on yeddi min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 5245.35 manat ödəniş etmiş və оnun iddiaçıya 12554.65 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9- cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 127 gün üçün hesablanmış faiz borcu 743.89 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 127 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 169.26 manat təşkiledir. Nəticədə, cavabdehin İddiaçı QSCyə xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzə 2977.12 (iki min doqquz yüz yetmiş yeddi manat on iki qəpik) manat məbləğində əsas borc, 287.54 (iki yüz səksən yeddi manat əlli dörd qəpik) manat məbləğində faiz bоrcu və 52.94 (əlli iki manat doxsan dörd) manat məbləğində cərimə olmaqla, 3317.60 (üç min üç yüz on yeddi manat altmış qəpik) manat, xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 12554.65 (on iki min beş yüz əlli dörd manat altmış beş qəpik) manat məbləğində kredit bоrcu, 743.89 (yeddi yüz qırx üç manat səksən doqquz) manat məbləğində faiz bоrcu və 169.26 (yüz altmış doqquz manat iyirmi altı) manat məbləğində cərimə olmaqla, 13467.80 (on üç min dörd yüz altmış yeddi manat səksən qəpik) manat, yekun olaraq 16785,40 (on altı min yeddi yüz səksən beş manat qırx qəpik) manat borcu yaranmışdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3539/2025 saylı qətnaməsi ilə (hakim – F.Əlizadə) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzə 2977.12 (iki min doqquz yüz yetmiş yeddi manat on iki qəpik) manat məbləğində əsas borc, 287.54 (iki yüz səksən yeddi manat əlli dörd qəpik) manat məbləğində faiz bоrcu və 52.94 (əlli iki manat doxsan dörd) manat məbləğində cərimə borcu olmaqla, 3317.60 (üç min üç yüz on yeddi manat altmış qəpik) manat, xx.xx.2023- cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 12554.65 (on iki min beş yüz əlli dörd manat altmış beş qəpik) manat məbləğində əsas borc, 743.89 (yeddi yüz qırx üç manat səksən doqquz) manat məbləğində faiz bоrcu və 169.26 (yüz altmış doqquz manat iyirmi altı) manat məbləğində cərimə borcu olmaqla, 13467.80 (on üç min dörd yüz altmış yeddi manat səksən qəpik) manat, yekun olaraq 16785,40 (on altı min yeddi yüz səksən beş manat qırx qəpik) manat bоrc və ödənilmiş 140.36 (yüz qırx manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 8.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 005A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Həmçinin, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17800 (on yeddi min səkkiz yüz) manat məbləğində kredit götürmüşdür. Lakin, cavabdeh üzərinə düşən müqavilə öhdəliklərinə əməl etməmiş, müqavilə şərtlərini pozmuşdur. Nəticədə, Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzə 2977.12 (iki min doqquz yüz yetmiş yeddi manat on iki qəpik) manat məbləğində əsas borc, 287.54 (iki yüz səksən yeddi manat əlli dörd qəpik) manat məbləğində faiz bоrcu və 52.94 (əlli iki manat doxsan dörd) manat məbləğində cərimə olmaqla, 3317.60 (üç min üç yüz on yeddi manat altmış qəpik) manat, xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 12554.65 (on iki min beş yüz əlli dörd manat altmış beş qəpik) manat məbləğində kredit bоrcu, 743.89 (yeddi yüz qırx üç manat səksən doqquz) manat məbləğində faiz bоrcu və 169.26 (yüz altmış doqquz manat iyirmi altı) manat məbləğində cərimə olmaqla, 13467.80 (on üç min dörd yüz altmış yeddi manat səksən qəpik) manat, yekun olaraq 16785,40 (on altı min yeddi yüz səksən beş manat qırx qəpik) manat borcu vardır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 421.3, 462.1, 739, 741-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1 və 216-220-ci maddələrinə isinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamədə qeyd edilən rəqəmlər həqiqəti əks etdirmir. Bu səbəblə, məhkəmə prosesin gedişində borc məbləğinin dəqiq müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin etməli idi. Lakin, məhkəmə heç bir ekspertiza keçirmədən, real olmayan borc məbləğinə əsasən qətnamə qəbul etmişdir. Ekspertiza təyin edilmədən borc məbləğinin müəyyənləşməsi isə məhkəmənin səlahiyyətinə aid deyil, bu səbəblə məhkəmənin özünün borc məbləğini müəyyən etməsi qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 17.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 18.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının şikayətin dəlilləri üzrə tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasniya məhkəməsnin qətnaməsi tutulmalı olan borcun məbləği ilə bağlı hissələrdə dəyişdirilməlidir. 20.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh xx.xx.2023-cü il tarixli 005A********** saylı və xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə iddiaçı olan İddiaçı QSC-yə kredit müqaviləsi üzrə borcu yaranmışdır. 21.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 22.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

23. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

24. Bu baxımdan kollegiya qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

25. Məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdehin yeganə dəlili borc məbləğinin müəyyən edilməsi ilə bağlıdır ki, o borcun müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilmədiyini bildirmişdir.

26. Apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/5372 №-li ekspert rəyinə əsasən: 27.xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2025-ci il tarixə Cavabdeh İddiaçı QSC-yə -əsas kredit borcu – 2943,83 manat, -faiz borcu – 312,78 manat. Cəmi 3256,61 manat. xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə isə, -əsas kredit borcu – 12517,54 manat, -faiz borcu – 656,81 manat. Cəmi 13174,35 manat məbləğində müəyyən edilir. 28.Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini bildirdiyindən ondan sonrakı borc məbləğinin tutulması yolverilməzdir.

29. Kollegiya qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

30. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

31. Ekspert rəyindən göründüyü kimi mübahisələndirilən xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə faiz borcunun məbləği iddia tələbində göstəriləndən daha yuxarı həddə müəyyən edilsə da, prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbindən kənara çıxmağa yol verilmədiyindən həmin hissədə faiz borcunun məbləği iddia tələbi həcmində - 287.54 manat məbləğində tutulmalıdır.

32. Lakin, xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə əsas borcun, xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə isə həm əsas, həm də faiz borcunun məbləğləri ilə bağlı hissədə kollegiya hesab edir ki, iş üzrə əldə edilmiş ekspert rəyi mötəbər sübut olduğundan ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər əsas götürülərək xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə əsas borcun məbləği 2943,83 manat, xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsinə əsasən isə əsas borc üzrə 12517,54 manat, faiz borcu 656,81 manat məbləğində müəyyən edilməlidir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarıda şərh olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. 34.İş materiallarında olan İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, sonuncuya borcun ödənilməsi və müqavilənin ləğv edilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

35. Qeyd edilən xüsusatları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzə 2943,83 manat məbləğində əsas borc, 287.54 manat məbləğində faiz bоrcu və 52,94 manat məbləğində cərimə borcu olmaqla, 3284,31 manat, xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 12517,54 manat məbləğində əsas borc, 656,81 manat məbləğində faiz bоrcu və 169,26 manat məbləğində cərimə borcu olmaqla, 13343,61 manat, yekun olaraq 16627,92 (on altı min altı yüz iyirmi yeddi manat, doxsan iki qəpik) manat pul İddiaçı QSC-nin xeyrinə tutulmalıdır.

36. Kollegiya həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 140 manatı cavabdehdən tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, apellyasiya şikayətininin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçıdan cavabdehin xeyrinə tutulmalı, qalan hissədə rüsum tərəflərin özünə aid edilməlidir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 150 manatı Cavabdeh, 150 manatı isə İddiaçı QSC tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir.

38. Məhkəmə kollegiyası MPM-in 402.1-ci maddəsinin tələbinə əsasən qeyd edir ki, iddiaçının mübahisələndirə biləcəyi hissədə iddianın qiyməti beş min manatdan aşağı olduğundan (16785,40- 16627,92=157,48) qətnamədən yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3539/2025 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzə 2943,83 manat məbləğində əsas borc, 287.54 manat məbləğində faiz bоrcu və 52,94 manat məbləğində cərimə borcu olmaqla, 3284,31 manat, xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 12517,54 manat məbləğində əsas borc, 656,81 manat məbləğində faiz bоrcu və 169,26 manat məbləğində cərimə borcu olmaqla, 13343,61 manat, yekun olaraq 16627,92 (on altı min altı yüz iyirmi yeddi manat, doxsan iki qəpik) manat İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 140 manatı, cavabdehdən İddiaçı QSC-nin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçıdan cavabdehin xeyrinə tutulsun. Qalan hissədə rüsum tərəflərin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 150 manatı Cavabdeh, 150 manatı isə İddiaçı QSC tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən cavabdeh tərəfindən qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar