Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5365/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(001)-146/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin 30 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən müəyyən olunur ki, Nümayəndə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 263.1- 1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. “Mercedes” markalı, 90-UX- 405 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Binəqədi RPİnin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
2. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən İddiaçı “BMW” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair X4 həmin etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir.
3. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 01 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, 12 noyabr 2023-cü il tarixdə saat 22:40-da R.İsmayılov küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş və Cavabdeh2 idarə etdiyi “Mercedes” markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “BMW” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.
4. MY AVTO SERVİS tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli qüsur aktından görünür ki, “BMW” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 10878 manat məbləğində qiymətləndirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi törətmiş Mersedes markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 avtomobili etibamaməsiz idarə edən Cavabdeh2 iddiaçının mülkiyyətində olan BMW markalı **-ZP-*** dövlt qeydiyyat nişanlı avtomobili 10878 manat vurulmuş zərərin, hüquqi yardıma göre 6 saylı vəkil bürosunun hesabına 320 manat, 156 və 10 manat dövlət rüsumunun - cəmi 11364 manat pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmış ki, “BMW” markalı, 99-ZP 021 dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2023-cü il tarixli nəqliyyat nasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsini tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarlılıq müddəti xx.xx.2030-cu il tarixədək qüvvədə olan etibarnamə əsasında oğlu Nümayəndə Ehtibar oğlu B kateqoriyalı xx.xx.2020-ci il tarixli sürücükük vəsiqəsi ilə idarə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində qeyd etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal deyilən yerin qarşısı ilə üzü Ozon dairəsi istiqamətinə doğru keçdikdə öz hərəkət istiqamətində piyada keçidindən keçən piyadalara yol vermək üçün avtomobili saxlamış, bu zaman onunla eyni istiqamətdə və zolaqda hərəkətdə olan “Mercedes” markalı minik avtomobili avtomobilini dayanmış vəziyyətdə arxadan vuraraq getmişdir. Hadisə yerinə kənar şəxslər və polis əməkdaşları gəldikdən 20-25 dəqiqə sonra maşını idarə edən şəxs bir nəfərlə gələrək avtomobilin ona məxsus olmasını, yanında olan şəxsin isə qardaşı olmasını və avtomobili onun idarə etməsini bildirmişdir. Hadisə zamanı oğlu Nümayəndə Qapalı X10 alması təsdiq edilmişdir. Araşdırmanın nəticəsi olaraq Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısı Araz Kazımlı tərəfindən 30 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək hadisəni törətmiş Mercedes markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Təhqiqatçının araşdırmasından belə çıxmışdır ki, avtomobili etibarnamə olmadan Cavabdeh2 idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan BMW markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi zərər dəymişdir. Bunu ilk olaraq hiss etməsələr də, avtomobili MY AUTO SERVİCE-də yoxlatdıran zaman zədələnmiş detalların kodları və qiymətləri barədə çıxarılmış rəqəmlərlə 9968 manat məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. Servis tərəfindən görüləcək təmir işləri isə 910 manat qiymətləndirilmişdir. Cəmi zərər yekun olaraq 10878 manat müəyyən edilmişdir. Ailənin xidmətində olan avtomobili baş vermiş hadisədən sonra idarə etmək mümkün deyildir, bu səbəbdən də, həmin vaxtdan taksi xidmətindən istifadə etməklə hər gün üçün taksi xidmətinə görə 15-20 manat civarında pul xərcləmək məcburiyyətində qalmışlar. Cavabdeh tərəflə isə bir neçə dəfə oğlu tərəfindən danışıqlar aparılmasına baxmayaraq avtomobilə vurulmuş zərəri ödəmək istəmirlər. Bu istiqamətdə çaşqınlıq yaratmaq və hərəkətlərini pərdələyərək vurduqları zərəri ödəməkdən yayınmaq məqsədi cavabdeh hadisə törədən avtomobilin mülkiyyətçisi - Cavabdeh1 hadisəni törətdikdən sonra avtomobilini sığorta etdirmişdir. Bu əsasla da zərəri ödəməkdən yayınaraq bildirmişdir ki, onun avtomobilinə vurduğu zərəri sığorta ödəməlidir. Cavabdehlərin bu hərəkətləri nəticəsində avtomobil təmir edilməmişdir. Bu səbəbdən də, məcbur olaraq mülkiyyətində olan “BMW” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehlər tərəfindən vurulmuş zərərin və bu səbəbdən də çəkdiyi əlavə xərclərin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2024-cü il tarixli, 9/5153 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan My Auto Service tərəfindən tərtib edilmiş 04 dekabr 2023cü il tarixli qüsur aktında 2011-ci il buraxılışlı, boz metalik rəngli, BMW minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilmişdir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10878 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 9968 manat, təmir-bərpa işlərinin qiyməti– 910 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7826,22 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti- 6916,22 manat; təmir-bərpa işlərinin qiyməti– 910 manat.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli, 8/1828 nömrəli ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün olmamışdır. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülərək bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrində təmir-bərpa işlərinin aparılıb-aparılmamasının və yaxud dəyişdirilməsini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2025-ci il tarixli, 3/1784 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “BMW” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan (arxa bamperin, arxa sağ və sol faraların, arxa kantın, arxa sağ və sol işıq əks etdiricinin, arxa sol təkər qoruyucunun) detalların dəyişdirilməsi, arxa yük yerin qapağı isə təmir olunması istisna edilmir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli, 8/3150 nömrəli ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülərək bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9216-9/1032-8/341 saylı, 28 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Aparılmış balistiktrasoloji ekspertizasının və təqdim edilmiş “MY Auto” Servis tərəfindən tərtib edilmiş 04 dekabr 2023-cü il tarixli qüsur aktında 2011-ci il buraxılışlı, boz metalik rəngli, “BMW minik” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilmişdir. 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5313 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 4913 manat, təmir-bərpa işlərinin qiyməti 400 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3914.27 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 3514.27 manat, təmir-bərpa işlərinin qiyməti 400 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan 2011-ci il buraxılışlı, BMW markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı təqdim edilmiş qüsur aktları əsasında hesablanır. Təqdim edilmiş qüsur aktında göstərilən iş həcminin mötəbərli olub-olmamasının müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyildir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(001)- 146/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, Cavabdeh2 dəymiş ziyana görə 3914,27 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin digər Cavabdeh1 qarşı təmin edilməməsi, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 156 manat dövlət rüsumunun 50%-i, yəni 238 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50%-i, yəni 238 manat məbləğinin iddiaçıya aid edilməsi, 310 manat ekspertiza xərclərinin 50%, yəni 155 manat məbləğinin Cavabdeh2, qalan 50%, yəni 155 manat məbləğinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
13. Qətnamənin əsaslarına görə, MY AUTO SERVİCE tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli qüsur aktından görünür ki, “BMW” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 10878 manat məbləğində qiymətləndirilmişdir. Dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən bir neçə dəfə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sonuncu, yəni 9/9216-9/1032-8/341 saylı, 28 aprel 2025-ci il tarixli ekspert rəyi ilə təsdiq olunur ki, 2008-ci il buraxılışlı, “BMW” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə təxminən 3914,27 manat müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən “Mercedes Benz-230” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə baş verən zaman “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nın olub-olmaması da araşdırılmış, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının olmaması müəyyən edilmiş, bu faktı həmçinin tərəflər məhkəmə iclasında verdikləri izahatları ilə də bir daha təsdiq etmişlər. “BMW” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9216-9/1032-8/341 saylı, 28 aprel 2025-ci il tarixli ekspert rəyində müəyyən edilmiş 3914,27 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq, İddiaçı ödənilməlidir. “Mercedes Benz-230” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi digər Cavabdeh1 olsa da, həmin avtomobil onun tərəfindən qanuni qaydada rəsmiləşdirilməklə Cavabdeh2 verildiyindən, iddia tələbi Cavabdeh1 qarşı əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 01 dekabr 2023-cü il tarixli arayışa istinad etmiş, həmin arayışın 1.5-ci qrafasında– yol-nəqliyyat hadisəsinin baş verdiyi anda: sürücünün avto-nəqliyyat vasitəsini idarə etmək hüququnun olması təsdiq edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.2, 386.1, 1096, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri.
a) Apellyasiya şikayətinin dəlilləri
15. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Şikayətin dəlillərinə görə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iş materiallarında olan MY AVTO SERVİS tərəfindən 04 dekabr 2023-cü il tarixli qüsur aktından görünür ki, iddiaçıya məxsus” BMW” markalı,** ZP *** dövlət qeydiyyat nişanlı avtomabilin dəyişilməli olan ehtiyat hissələrinin adları da göstərilməklə 9968 manat, təmir bərpa işlərinə dair görülən işlərin hər biri ayrı-ayrılıqda göstərilməklə 910 manat müəyyən edilərək, ümumilikdə dəyərinin 10878 manat olması müəyyən edilmişdir. İddiaçı tələbini təsdiq edən kifayət qədər sübutları iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etmişdir. Cavabdehlər tərəfindən iddia tələbinə dair verdikləri etirazı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin 13 avqust 2024-cü il tarixli 9/5153 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, MY AVTO SERVİS tərəfindən tərtib edilmiş 04 dekabr 2023-cü il tarixli qüsur aktında 2011-ci il buraxılışlı, boz metalik rəngli “BMW” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci müəyyən edilmişdir. Rəydə zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmaqla dəyişməli hissələrin qiyməti tərtib edilmiş cədvəl üzrə 9968 manat, təmir bərpa işləri isə 910 manat təşkil etməsi təsdiq edilmişdir. İş məhkəmənin baxış iclasında olduğu halda cavabdehin vəkili tərəfindən verilmiş təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti təmin edilmişdir. Bunun əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2025-ci il tarixli rəyində isə qeyd edilmişdir ki, nəqliyyat vasitəsinə baxış keçirilərkən daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitəsi ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Rəydə həmçinin də qeyd edilmişdir ki, nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Qeyd edilənlərə əsaslanaraq ekspert avtomobilin daxili zədələnmiş ehtiyat hissələrinə dair qiymətləndirmə aparmadan yarımçıq,yəni dəyişdirilmiş daxili ehtiyat hissələrinin qiymətləndirməsini aparmadan avtomobilin görünən və dəyişdirilmiş ehtiyat hissələrinə münasibətdə qiymətləndirmə aparmaqla həm də ona uyğun təmir bərpa işlərini də qiymətləndirməklə, dəyişməli olan təzə hissələrin qiymətinə uyğun 5313 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3914,27 manat olması qənaətinə gəlməklə işin halları ilə ziddiyət təşkil edən rəy vermişdir. Məhkəmə də həmin ziddiyyətli halı araşdıraraq ziddiyyətləri aradan qaldırmadan həmin rəyə uyğun qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki,iddiaçının nümayəndəsi məhkəm iclaslarında dəfələrlə bildirmişdir ki,servis tərəfindən düsür aktında qeyd edilən dəyişdirilməli olan ehtiyat hisssələri təzəsi qoyulmaqla zədələnmiş ehtiyat hissələri hal-hazıradək yaşadığı fərdi yaşayış evinin həyətində saxlanılır.Ona görə də həmin ehtiyat hissələrinə baxış keçirilməsini xahiş etmişdir.Bundan başqa məhkəmə nəzərə almamışdır ki, iddiaçı ekspertin görünməyən hesab etdiyi ehtiyat hissələrini dəyişdirmək məcburiyyətində qalaraq maddi ziyana düşmüşdür. Ekspertin görə bilməməsi o demək deyil ki, iddia həmin əsasla o hissədə təmin edilməməlidir.Onda həmin hissədə zərərin aqibəti necə olmalıdır? Məhkəmə qətnamədə sübutları sadalamaqla kifayətlənərək, sübutların qiymətləndirilməsində hər bir sübutu tədqiq edərək mötəbərli olub-olmamasını əsaslandırmamışdır. Məhkəmə işdə bir tərəfli mövqe tutmaqla qətnaməni işin hallarına uyğun deyil, cavabdehin heç bir sübutu olmayan mövqeyinə uyğunlaşdırmışdır. Nəticədə isə düzgün olmayan qətnamə qəbul etmişdir. Qeyd edilən halın olması məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
19. Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu: 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğv olunması xahiş edilsə də, iddia tələbi təmin edilən hissədə qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia tələbinin təmin edilən hissəsində hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Birini instansiya məhkəməsi iddianın qismən təmin olunması qənaətinə gələrkən 28 aprel 2025-ci il tarixli ekspert rəyini əsas götürərək zərərin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3914,27 manat olması qənaətinə gəlsə də, ekspert rəyləri müqayisəli şəkildə təhlil olunmamış, hansı səbəbdən həmin ekspert rəyinə üstünlük verilməsi əsaslandırılmamışdır.
25. Buna görə də məhkəmə kollegiyası bu rəylə yanaşı digər rəyləri də diqqətdən keçirərək qeyd edir ki, 13 avqust 2024-cü il tarixli rəydə zərərin məbləği dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7826,22 manat müəyyən olunmuşdur.
26. 13 avqust 2024-cü il və 28 aprel 2025-ci il tarixli ekspert rəylərinin təsviri hissəsini nəzərdən keçirərkən müəyyən olunur ki, 1-ci rəydə dəyəşilməli hissələrin siyahısında sol stop, arxa sol kənar PDC, baqaj alt açılan hissə zbor, qluşitel, arxa kronşteyn, arxa bufer zbor, arxa sol arka bütöv, podkrilnik göstərilsə də, 2-ci rəydə arxa bamper, arxa sağ və sol fara, arxa kant, arxa sağ və sol işıq əks etdirici, arxa sol təkər qoruyuyucu qeyd olunmuşdur.
27. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin təmirindən əvvəl “My Auto” Service tərəfindən tərtib edilmiş 04 dekabr 2023-cü il tarixli qüsur aktında qeyd olunan məlumatlar 2-ci rəydə qətiyyən əksini tapmamışdır. Halbuki, ekspert rəylərinin müqayisəli təhlili aparılsa idi, təmirdən əvvəl hansı hissələrin zədələnməsi ilə bağlı məlumatların obyektivliyi baxımından 2-ci rəyə üstünlük verilməli idi.
28. Digər tərəfdən kollegiya qeyd edir ki, 14 yanvar 2025-ci il tarixli, 3/1784 nömrəli ekspert rəyində “arxa yük yerin qapağı isə təmir olunması istisna edilmir” cümləsi əsas götürülərək həmin hissəsinin dəyəri də hesablanmamışdır. Halbuki, qeyd olunan cümlə arxa yük yerin qapağının zədələnməməsi, dəyişdirilməməsi qənaətinə gəlməməyə əsas vermir, çünki, həm qüsur aktında, həm də ilk ekspert rəyində həmin ehtiyat hissəsinin dəyişdirilməli olması qeyd olunmuşdur.
29. Buna görə məhkəmə kollegiyası qeyd edir ki, zərərin məbləği müəyyənləşdirilərkən 13 avqust 2024-cü il tarixli rəy əsas götürülməli və tutulmalı olan məbləğ 7826,22 manat müəyyən olunmalıdır.
30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə zərərin məbləği hissəsində düzgün olmadığından, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Buna görə də iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(001)- 146/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, 2(001)- 146/2025 nömrəli qətnaməsi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh2 dəymiş zərərə görə 7826,22 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.