Məhkəmə qərarları › İş №2(103)-5368/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5368/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5368/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3944/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" ASC ilə cavabdeh X3 arasında iki kredit müqaviləsi bağlanmışdır: xx.xx.2021-ci il tarixli, BPM**********28 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 4000 manat məbləğində kredit verilmişdir, xx.xx.2021-ci il tarixli, BPM**********28 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi İlə hesablanmaqla 1000 manat məbləğində kredit kartı verilmişdir.

2. X1 xx.xx.2022-ci ii tarixdə ölmüşdür (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 278160 №-li ölüm haqqında şəhadətnamə).

3. 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən X2 xx.xx.2022-ci il tarixdə ölməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə onun oğlu Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir.

4. Həmin şəhadətnaməyə əsasən miras əmlak Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "M.Ə.Əfəndiyev adina X11" X9 xx.xx.2023-cü il tarixli, 30 nömrəli məktubuna əsasən 980,98 manat pul əmək haqqinin 3 misli və kompenşasiya pulundan ibarətdir.

5. Maliyyə arayışına əsasən X2: 4000 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2716,62 manat əsas borc, 3,89 manat faiz borcu olmaqla, cəmi 2720,51 manat, 1000 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu – 566,18 manat əsas borc, 33,42 manat faiz borcu olmaqla, cəmi 599,60 manat borcu, cəmi manat borcu qalmışdır.

6. İş materiallarında olan bildirişdən görünür ki, “"xxxx" ASC tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

7. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçının xeyrinə 4000 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2716,62 manat əsas borc, 3,89 manat faiz borcu olmaqla, cəmi 2720,51 manat, 1000 manat məbləğində kredit borcu Banka ödənilməmiş borcu – 566,18 manat əsas borc, 33,42 manat faiz borcu olmaqla, cəmi 599,60 manat olmaqla ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 3320,11 manat məbləğində kredit borcunun və ödənilmiş 53,21 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********28 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 4000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********28 №- li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi İlə hesablanmaqla 1000 manat məbləğində kredit kartı verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci ii tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, X2 4000 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2716,62 manat əsas borc, 3,89 manat faiz borcu olmaqla, cəmi 2720,51 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, X2 1000 manat məbləğində kredit borcu Banka ödənilməmiş borcu – 566,18 manat əsas borc, 33,42 manat faiz borcu olmaqla, cəmi 599,60 manat borcu qalmışdır. Ümumilikdə, X2 hər iki kredit müqaviləsi Banka ödənilməmiş borcu 3320,11 manat borcu qalmışdır. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır.

10. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3944/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə Cavabdeh "xxxx" ASC-nin xeyrinə 980,98 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə rədd edilməsi və 23,21 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehə yalnız 980,98 manat məbləğində pul vəsaiti vərəsəlik üzrə keçmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh atasının borcuna görə 980,98 manat məbləğində məsuliyyət daşıyır və ondan yalnız həmin məbləğ tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1, 449.4, 472.1, 739.1, 739.2, 741-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-3944/2024 saylı qətnaməsinin ləğv edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4000 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2716.62 manat əsas borc, 3.89 manat faiz borcu olmaqla, cəmi 2720.51 manat, 1000 manat məbləğində kredit borcu Banka ödənilməmiş borcu 566.18 manat əsas borc, 33.42 manat faiz borcu olmaqla, cəmi 599.6 manat olmaqla ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 3320.11 manat məbləğində kredit borcunun və ödənilmiş 53.21 manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının, habelə apellyasiya şikayəti üçün ödənilmiş 26.6 rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, X2 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 5 saylı BakıAsan Xidmət mərkəzində Notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, X2 yeganə vərəsəsi Cavabdeh olduğu, ondan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməldir. Lakin, məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında bildirir ki, cavabdeh miras əmlakı tam şəkildə qəbul etdiyinə görə borcu da tam şəkildə ödəməlidir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin halları ilə müəyyən edilir ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2021-ci il tarixli, BPM**********28 nömrəli kredit müqavilələri bağlanmışdır.X3 vəfat etmişdir.

25. "xxxx" ASC borclunun vərəsəsi olan Cavabdeh qalıq borcun tutulmasını tələb edir.

26. X1 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra cavabdehə xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "M.Ə.Əfəndiyev adina X11" X9 xx.xx.2023-cü il tarixli, 30 nömrəli məktubuna əsasən 980,98 manat pul əmək haqqinin 3 misli və kompensasiya pulundan ibarətdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq qeyd edir ki, cavabdehə atasından miras olaraq 980.88 manat məbləğində pul keçdiyinə görə hazırda cavabdeh atasının borcuna görə yalnız 980.88 manat məbləğində məsuliyyət daşıyır.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenum qərarında qeyd edilmişdir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

29. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

30. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

31. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3944/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar