Məhkəmə qərarları › İş №2(103)-537/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-537/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-537/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə),Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-189/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC iddia ərizəsi (iddia tələbinin azaldılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 141315-1-14550/2 saylı “X6 müqaviləsi”nə əsasən xx xxxxxx 2017-ci il tarixə Banka borclu olduğu 9904,64 ABŞ dolları məbləğində əsas borcun, 1303,15 ABŞ dolları faiz borcunun və 55,95 ABŞ dolları cərimənin, cəmi 11263,74 ABŞ dolları məbləğində borcun, xx.xx.2015-ci il tarixli 141345-1-13921 saylı “Kredit xətti müqaviləsi”nə əsasən xx xxxxxxxx 2017-ci il tarixə Banka borclu olduğu 1895,44 ABŞ dolları məbləğində əsas borcun, 183,67 ABŞ dolları faiz borcunun və 90,56 ABŞ dolları cərimənin, cəmi 2169,67 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxxxxxx” (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı 141345-CNS-15850 saylı, xx.xx.2015-ci il tarixli “X6 müqaviləsi” (iş.səh.6), 141345-1-14550 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi (səh.16), 141345-1-14550 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin əlavəsi olan ödəniş cədvəli (səh.24), Cavabdeh ilə “xxxxxxxx” Azərbaycan) ASC arasında bağlanmış “141345-1- 14550 №li “X6 müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı xx.xx.2015-ci il tarixli razılaşması (səh.26), “141345-1-14550 №li “X6 müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı xx.xx.2015-ci il tarixli Razılaşmanın əlavəsi ödəniş cədvəli (səh.28), Cavabdeh ilə “xxxxxxxx” (Azərbaycan) ASC arasında bağlanmış “141345-1-14550 №li “X6 müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 02 saylı xx.xx.2016-cı razılaşması (səh.29), “141345-1-14550 №li “X6 müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 02 saylı xx.xx.2016-cı il tarixli Razılaşmanın əlavəsi ödəniş cədvəli (səh.31), 141345-1-13921 saylı xx.xx.2015-ci il tarixli “kredit xətti müqaviləsi” (səh.32) sübut kimi təqdim edilmişdir. Məhkəmə-Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 12391 saylı rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin, eləcə də xx.xx.2015-ci il vəxx.xx.2016-cı il tarixli əlavə Razılaşmanın şərtlərinə müvafiq olaraq hesablanmaqla Rəsulovteləm Fərhad oğlunun borcu xx.xx.2017-ci il tarixə 9690,50 ABŞ dolları əsas borc, 3374,27KBŞ dolları faiz borc, xx.xx.2017-ci il tarixə 9690,50 ABŞ dolları əsas borc, 3572,92 ABŞdollari faiz borcu olduğu müəyyən edilmişdir (iş.səh.80). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-189/2019 saylı işi üzrə xx xxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh xx.xx.2016-ci il tarixli, 141345-1- 14550/2 saylı “X6 müqaviləsi”nə əsasən xx.xx.2017-ci il tarixə 9904,64 ABŞ dolları əsas borc, 1303,15 ABŞ dolları faiz borcu, 55,95 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11263,74 ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və xx.xx.2015-cü il tarixli, 141345-1-13921 saylı “Kredit xətti müqaviləsi”nə əsasən xx.xx.2017-ci il tarixə 1895,44 ABŞ dolları əsas borc, 183,67 ABŞ dolları faiz borcu, 90,56 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2169,67 ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat dövlət rüsumu alınaraq iddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini qət etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)-189/2019 saylı qətnaməsinin ləğv edilməsi, kredit müqavilələri üzrə yaranmış borcun iddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında “Kredit müqaviləsi” bağlanan tarixə ABŞ dollarının AZN-ə mövcud olmuş məzənnəsi nəzərə alınmaqla ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosesual Məcəlləsinin 372.1, 372.6, 385.1.1-ci maddələrinə istin adən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının müddəalarını, eləcə də hərbçi olduğunu, hər ay dəyişməz olaraq sabit məbləğdə əmək haqqı aldığını, iddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC-dən kredit aldıqdan sonra ABŞ dollarının AZN-ə nisbətdə dəyərinin bir neçə dəfə artdığını, hazırkı vəziyyətdə məhkəmə qərarının real icrası nəticəsində ailə üzvlərinin də maddi rifahına kəskin şəkildə mənfi təsir edəcəyini nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv araşdırmadan iş üzrə ədalətsiz və yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13089/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərardad ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2020ci tarixli 2537 saylı ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli 141345-1-14550 №-li X6 müqaviləsi üzrə iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən «xxxxxxxx» (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinin, eləcə də xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli əlavə Razılaşmaların şərtlərinə müvafiq olaraq hesablanmaqla xx.xx.2017-ci il tarixə borcu aşağıdakı kimi müəyyən edilir. xx.xx.2017-ci il tarixə əsas borc kimi 9690,50 ABŞ dolları və faiz borcu kimi 2991,49 ABŞ dolları, xx.xx.2015-ci ii tarixli 141345-1-13921 №-li “kredit xətti müqaviləsi” üzrə iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən «xxxxxxxx» (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 141345-1-13921 №-li “kredit xətti müqaviləsi nin şərtlərinə müvafiq olaraq hesablanmaqla xx.xx.2017-ci il tarixə borcu aşağıdakı kimi müəyyən edilir. xx.xx.2017-ci il tarixə əsas borc kimi 1895,85 ABŞ dolları və faiz borcu kimi 334,13 ABŞ dolları müəyyən edilmişdir. Ekspertiza xərci 200 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını MM-in 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 462, 467, 550-554, 556, 560,739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Kollegiya hesab edir ki, yekun ekspertiza üzrə tələb həddində olan uyğunsuzluq xx.xx.2016-cı il tarixli 141315-1-14550/2 saylı “X6 müqaviləsi” üzrə əsas borc hissəsindədir və bu hissədə qətnamə dəyişdirilməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməli, ekspertiza xərcləri də ondan tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-189/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi (xx.xx.2016-cı il tarixli 141315-1-14550/2 saylı “X6 müqaviləsi”nə əsasən xx xxxxxx 2017ci il tarixə Banka borclu olduğu 9904,64 ABŞ dolları məbləğində əsas borc hissəsində) dəyişdirilsin. “xxxxxxxx” (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 141315-1-14550/2 saylı “X6 müqaviləsi”nə əsasən əsas borc 9690,50 ABŞ dolları məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərcləri olan 200 (iki yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar