Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-537/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 4551/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Dimitriyevnadan müştərək qaydada 3004,83 ABŞ dolları əsas, 19 mart 2020-ci il tarixdən 14 may 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 22,45 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə 3027,28 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" X3 (indiki İddiaçı Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli 19- M-l-0-1948- 14 №-li bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 28 % olmaqla 24 ay müddətinə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 həmin müqaviləyə zamin qismində imza etmişdir. xx.xx.2015-ci il tarixdə müqavilə tərəfləri arasında əldə olunmuş razılaşmaya əsasən 19- M-1-0-1948-14 №-li bank hesab, kredit və zaminlik müqaviləsi üzrə illik faiz dərəcəsi 28dən 26-ya azaldılmış və kredit müddəti xx.xx.2017-cı il tarixədək uzadılmışdır. Daha sonra xx.xx.2017-ci il tarixdə adı çəkilən müqavilənin şərtlərinin dəyişdirilməsinə dair əlavə saziş "xxxx" X3 (indiki İddiaçı Açıq Səhmdar Cəmiyyəti) borcalan Cavabdeh1 və zamin qismində digər Cavabdeh3 Dimitriyevna inzalamaqla kredit müqaviləsi üzrə faiz dərəcəsi illik 10.84 faizə endirilmiş və müddəti xx.xx.2020-ci il tarixək uzadılmışdır. Borcalan Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə xx.xx.2020-ci il tarixə 3004.83 ABŞ dolları məbləğində borcu yaranmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin promli Kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh1 qızmm əsas borcu 1899.91 ABŞ dolları məbləğinədək azaldılmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır.
Birinci instansiya məhkəməsində icraat
3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 4551/2020 nömrəli qətnaməsi ilə (hakim Z.Hacıyev) iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC-nin xeyrinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Dimitriyevnadan müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2899,91 ABŞ dolları əsas borc, 19 mart 2020-ci il tarixdən 14 may 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 22,45 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 2922, 36 (iki min doqquz yüz iyirmi iki dollar otuz altı sent) ABŞ dolları borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
4. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 və zamin Cavabdeh2 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.
5. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 739.1, 739.2, 425.1, 427.3, 445.7, 472.1, 472.2, 477.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, № 2 (008)-4551/2020 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və kredit borcunun “Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına” əsasən hesablanan kompensasiya ilə bağlandığını nəzərə alaraq, kredit müqaviləsini ləğv edib kredit borcunun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mütəmadi olaraq krediti ödəmiş, sonradan milli valyutanın devalvasiyasından və kredit aldıqları xarici valyutanın kursunun dəyişməsindən irəli gələn hallara görə, bu ödəmələrin yerinə yetirilməsi onun üçün çətin olmuşdur. Müəyyən məbləğ ödənilməmiş qalmışdır, onu da banka müraciət etmiş, borc hesablanaraq yeni müqavilə bağlanmışdır. Lakin 28 fevral 2019-cu il Azərbaycan Respublikasının Prezidentinin Fərmanından sonra, Banka gedərək, kredit barəsində məlumat almışdır. Bank ona kreditin bu Fərmandan sonra hesablanan kompensasiya məbləği ilə bağlandığını və onun artıq Yelo Bank ASC-yə borcunun olmadığı haqqında məlumat vermişlər. Bundan başqa həmin ödənilən kompensasiya kreditin bağlanmağına yönəldiyindən, ona kompensasiya verilməmişdir. Lakin 19 mart 2020-ci il tarixində Yelo Bank ASC mənə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və banka kredit borcunun olduğunu iddia edir. Sabunçu Rayon Məhkəməsinin hakimi isə onun məhkəmə iclas zalında verdiyi ifadəsinə əhəmiyyət qoymayıb, işə qərəzli və birtərəfli baxaraq, bankın mənafeyi daxilində qətnamə qəbul etmişdir.
8. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Prezidentinin Fərmanından sonra bu kompensasiyanın hara yönəldiyi haqqında sübutlara qiymət verməmiş, lazım olan maliyyə ekspertizası təyin etməmişdir. Habelə, hakim yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Hakim işə baxarkən, öz təşəbbüsü ilə ekspertiza təyin etmədən, işə hüquqi qiymət vermişdir. Belə ki, iddiaçının məhkəmədə verdiyi izahata əsasən, 3004,83 ABŞ dolları borcdan “Azərbaycan Respublikasının fiziki şəxslərin preoblemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına” əsasən 12.750 ABŞ dolları məbləğində borca görə, kompensasiya olaraq yalnız 104,92 ABŞ dolları hesablanmışdır. Qeyd edir ki, onun əsas borcu 3004,83 ABŞ dolları deyil, 12.750 ABŞ dolları idi və kompensasiya ümumi olaraq əsas borca aiddir, ikinci dəfə bağlanan müqavilənin əsas borca və ona dair hesablanan kompensasiyaya heç bir aidiyyatı yoxdur. Borc məbləğinin və hesablanan kompensasiyanın əsas borca olan nisbətdə düzgün hesablanmadığı artıq məhkəmədə şübhə doğurmalı idi. 12.750 ABŞ dollarına 104,92 ABŞ dolları kompensasiya hesablanması məntiqə sığan hal deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasmm Mülki Məcəlləsinin:
17. 739.1 və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir.
19. 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
20. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
21. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısmda birgə məsuliyyət daşıyırlar.
22. 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
26.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisənin həllinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. 27.Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, mübahisələndirilən qətnamə apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılarkən müəyyən edilir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. 28.Cavabdehin apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə apellyasiya instansiya məhkəməsində ilkin və əlavə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilərək keçirilmiş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi 08 fevral 2022-ci il tarixli 9/310 nömrəli ekspert rəyində Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-M-1-0-1948-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcunun məbləği xx.xx.2019-cu il tarixə əsas borc üzrə 3.236,11 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları müəyyən edilmiş, həmçinin AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli, 9/3385 nömrəli ekspert rəyində Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19-M-1-0-1948-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcunun məbləği xx.xx.2020-ci il tarixə əsas borc üzrə3.236,11 ABŞ dolları, faiz borcu üzrə 363,46 ABŞ dolları müəyyən edilmişdir. 29.Kollegiya qeyd edilən ekspert rəylərinin peşəkar ekspert tərəfindən tərtib edildiyini, iş materiallarında olan və tərəflərin təqdim etdikləri mühasibat və bank sənədləri əsasında həyata keçirildiyini, əldə edilmiş nəticələrin işin hallarına uyğun olmasını nəzərə alaraq həmin rəyləri iş üzrə mötəbər sübut kimi qəbul etmişdir. 30.Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilən hal ondan ibarətdir ki, hazırkı iddia ilə cavabdehdən tələb edilən 3004,83 ABŞ dolları əsas məbləği onun müqavilə üzrə mövcud olan 3.236,11 ABŞ dolları real borc məbləğindən daha azdır. Belə olduğu təqdirdə, 19 mart 2020-ci il tarixdən 14 may 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 22,45 ABŞ dolları əldən çıxmış fayda ilə bağlı tələbi də əsaslı olmuşdur. 31.Göründüyü kimi, cavabdehin kredit borcuna görə hesablanmış kompensasiya məbləğinin onun banka olan borcunu tam əhatə etməsi barədə dəlili əsassızdır. Ona görə də, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. 32.Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 33.Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 34.Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-4551/2020 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab: AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.