Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5370/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul' tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-816/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vermiş olduğu 1500 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Əli Babayevin ********* nömrəli cinayət işinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli qərarı (iş.səh.9) borc barədə qəbz (səh.76-78) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-816/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 1500 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 373.2, 377.1, 380.1, 385.1, 442; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 124.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh Bakı şəhəri Yasamal rayon X3 şöbəsində cinayət işinin istintaqı zamanı verilmiş ifadəsində qeyd etmişdir ki, o, İddiaçı tanımır. Sadəcə o Mehriban xanımdan 1500 manat pul götürəndə Mehriban xanım ona pulu Sarıgüldən aldığını bildirmişdir. O, vərəqdə aldığı məbləği qeyd edən zaman Sarıgülün adını yazmışdır. O, Sarıgülü tanımır və heç vaxt ondan pul almamışdır. Məhkəmə cavabdeh tərəfindən verilmiş ifadəyə qiymət verərək belə hesab edir ki, cavabdeh cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində borc məbləğini aldığını özü etiraf etmişdir. Lakin o, borcu qaytarmasını sübuta yetirə bilməmişdir.cavabdeh iddiaçı ilə aralarında olan razılaşma əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna görə də, iddia təmin edilməlidir.iddia müddətinin axımı məhz xx xxxxxx 2018-ci il tarixdən yenidən başlamışdır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyi üçün xx xxxxxx 2018-ci ildən başlayan iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz.iddianın qiymətinin 500 manatdan çox olmasını və iddia tələbinin tam təmin olunmasını nəzərə alaraq cavabdehdən 30 manat məbləğində rüsum tutulub iddiaçıya ödənilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-816/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-nin 217.3, 360, 372.1, 372.6, 372.7, 385.1.1. 384.0.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının özünün də bildirdiyi kimi iddia qaldırmasına səbəb Cavabdeh Aygün Mirzəyeva barəsində Xətai rayon prokurorluğuna onu öldürməklə hədə-qorxu gəlməsi barədə ərizə verməsidir, o, 2014-cii ildə oğlu Turalı işə düzəltmək adı ilə cavabdehə 1500 manat məbləğində pul vermiş, lakin həmin pul ona geri qaytarılmamışdır. Yuxarıda göstərilənlərlə əlaqədar iddiaçı sübut kimi yalnız Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Əli Babayevin ********* nömrəli cinayət işinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş, ibtidai istintaq zamanı Cavabdeh vermiş olduğu ifadəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən sübut kimi şahid ifadələrinə, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarda tərəflərin vermiş olduqları ifadələrə və həmin materialda mövcud olan qəbzə istinad etmişdir. İş üzrə şahid kimi dəvət edilmiş şəxs bir başa işin nəticəsində maraqlıdır, həmin şəxs özü də cavabdehə qarşı iddia qaldırmış şəxsdir. İkincisi, məhkəmə qətnamədə Cavabdeh Yasamal Rayon Pİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatında göstərmişdir ki, o, İddiaçı tanımır. Sadəcə Mehriban xanımdan pul götürəndə Mehriban xanım ona pulu Sarıgülədən aldığını bildirmişdir və ona görə də, vərəqədə onun adını yazmışdır. O, pulu Mehribandan almışdır. Sarıgüldən heç vaxt pul almamış, həmin o 1500 manat borcla əlaqədar Mehriban Rzayeva da Xətai Rayon Məhkəməsinə ayrıca iddia qaldırmış, hakim Lalə Rəhimlinin sədrliyi ilə o işə baxılmış, iddia qismən təmin edilmişdir. Yəni, necə olur Cavabdeh həm Mehriban Rzayevaya, həm də İddiaçı həmin məbləğdə pul qaytarmalıdır? Yəni eyni məhkəmə, müxtəlif hakimlər olmaqla eyni məbləği iki dəfə tuturlar? Ən əsası birinci instansiya məhkəməsində xx.xx.2020-ci və xx.xx.2020-ci ildə keçirilən məhkəmə iclasları zamanı cavabdehin nümayəndəsi qismində İddiaçı borcun verildiyi zaman aranızda olan razılığa görə Cavabdeh pulu nə zaman qaytaracağı barədə vermiş olduqları suala o, cavabında göstərmişdir ki, pulu verdikdən 3-4 ay sonra Natəvanın onu aldatdığını bilmiş və aralarında olan razılığa görə, Natəvan pulu bu günəsabaha (bu zaman ağlabatan müddət 1 və ya 2 gündür) qaytarmağı söz vermişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi hadisənin baş vermə anı kimi 2014-cü ilin fevral ayı, pulu qaytarılmalı olduğu müddət isə iyun ayının sonu və iyul ayının ilk günü müəyyən edilmişdir ki, bu da məsələnin mübahisəsiz hissəsidir. Bununla əlaqədar tərəflərindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Həmin ərizə verilməmişdən əvvəl məhkəmə iclas protokolunda vermiş olduları sualların cavablandırılması zamanı yalnışlıqlar öz əksini tapdığı üçün tərəflərindən protokola qeyd verilmişdir. Birinci instansiya məhkəməsində tərəfindəndən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab edən hakim gösətmişdir ki, “Lakin həmin qəbzdə borcun cavabdeh tərəfindən hansı tarixdə və ya hansı müddət ərzində ödəniləcəyi göstərilməmişdir cavabdeh iddiaçıya borcu qaytaracağı vaxtı dəqiq bildirməmiş və hər dəfə müxtəlif bəhanəər gətirərək borcu verəcəyini vəd etmişdir...İddiaçı isə cavabdehin borcu qaytaracağını zənn edərək borcun ödənilməsini gözləmiş, lakin nəticədə iddiaçı cavabdehin borcunu ödəməyəcəyi qənaətinə gələrək polisə müraciət etmişdir” Lakin əslində iddiaçıya verilən suallara cavab olaraq, o, konkret və tam təfsilatı ilə göstərmişdir ki, “pulu verdikdən 3-4 ay sonra Natəvanın məni aldatdığını bilmişəm və aramızda olan razılığa görə, Natəvan pulu bu günə-sabaha (bu zaman ağlabatan müddət 1 və ya 2 gündür) qaytarmağı söz vermişdir.Göründüyü kimi pulun qaytarılmasını şərtləndirən bəlli zaman mövcuddur. Lakin məhkəmənin isə hansı əsaslara görə bu sual-cavabı təhrif etmiəsi və müddətin keçmədiyi qənaətinə gəlməsi anlaşılan deyildir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-nin 21, 324, 385-388; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin ziddiyyətli və bir-birini istisna edən dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, cavabdeh bir tərəfdən borclu olmadığını digər tərəfdən iddia müddətinin ötdüyünü ərz etmişdir. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Baxılan mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddia olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-816/2020 saylı işi üzrə xx.xx.2020-ci cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-5370/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5370/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver