Məhkəmə qərarları › İş №2(103)-5374/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5374/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5374/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1017/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001-GRM-113-2019 saylı qarantiya müqaviləsinə Kreditin ayrılmasına dair xx.xx.2019-cu il tarixli Əlavəyə əsasən kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 iddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 159 629.14 manat əsas, 3 164.81 manat faiz, cəmi 162793.95 manat, “xxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001-GRM-115-2019 saylı qarantiya müqaviləsinə Kreditin ayrılmasına dair xx.xx.2019-cu il tarixli Əlavəyə əsasən kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 iddiaçı “xxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 164814.94 manat əsas, 1648.15 manat faiz, cəmi 166 463.09 manat, hər iki kredit üzrə ümumilikdə 324444.08 manat əsas, 4812.96 manat faiz, cəmi 329257.04 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı "xxxxxxxxxxxxxx” X6 ilə "Cavabdeh1” MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 001-GRM-113-2019 nömrəli qarantiya müqaviləsi (səh.9), "xxxxxxxxxxxxxx” X6 ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2019-cu il tarixli, 001-GRM-113-2019 saylı zaminlik müqaviləsi (səh.19), maliyyə arayışı (səh.7), xx.xx.2019-ci il tarixli 001-GRM-113-2019 saylı qarantiya müqaviləsinə kreditin ayrılmasına dair əlavə (səh.14), xx.xx.2019-ci il tarixli 001-GRM-115-2019 saylı qarantiya müqaviləsinə kreditin ayrılmasına dair əlavə (səh.18) sübut qismində tədqiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1017/2020 saylı işi üzrə xx xxxx 2020-ci il il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2019-cu il tarixli 001-GRM-113- 2019 saylı qarantiya müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və "Cavabdeh1” MMC və Cavabdeh2 159629.14 manat əsas, 3164.81 manat faiz, cəmi 162793.95 manat "xxxxxxxxxxxxxx” X5 xeyrinə tutulması və xx.xx.2019-ci il tarixli 001-GRM-115-2019 saylı qarantiya müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və "Cavabdeh1” MMC və Cavabdeh2 164814.94 manat əsas, 1648.15 manat faiz, cəmi 166463.09 manat və 30 manat dövlət rüsumu "xxxxxxxxxxxxxx” X5 xeyrinə tutulması qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 448.1, 470.1, 472.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "xxxxxxxxxxxxxx” ASC ilə cavabdeh "Cavabdeh1" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001- GRM-113-2019 saylı qarantiya müqaviləsi əsasında "xxxxxxxxxxxxxxxx" MMC-nin xeyrinə olan 300000.00 manat məbləğində ödəniş qarantiyası verilmiş, təminat olaraq Cavabdeh2 ilə xx.xx.2019cu il tarixli 001- GZM-114-2019 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, "xxxxxxxxxxxxxx" ASC ilə cavabdeh "Cavabdeh1" MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli 001-GRM-115-2019 saylı qarantiya müqaviləsi əsasında "xxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə olan 300000.00 manat məbləğində ödəniş qarantiyası verilmiş, təminat olaraq Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 001- GZM-116-2019 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu qarantiyalar üzrə "xxxxxxxxxxxxxx” ASC-yə Benefisiar "xxxxxxxxxxxxxxxx" MMC tərəfindən ödəniş tələbi daxil olmuş, ödəniş tələbi üzrə öhdəlik "xxxxxxxxxxxxxx” ASC tərəfindən tam icra edilmişdir.cavabdeh "Cavabdeh1” MMC-nin qarantiya müqaviləsi üzrə "xxxxxxxxxxxxxx” ASC qarşısında olan öhdəliklərini lazımi qaydada icra etmədiyini, Cavabdeh2 isə zaminlik müqavilələrinə əsasən həmin öhdəliyinin icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürdüyü nəzərə alaraq, "xxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər "Cavabdeh1” MMC və Cavabdeh2 qarantiya müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulmasına dair tələb etmək hüququ vardır. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1017/2020 saylı qətnaməsi ləğv edilsin, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə “Müflisləşmə və iflas haqqında” AR qanununun 2-ci maddəsinin 5-ci bəndi; Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 261.0, 261.0.1-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 MMC ərizə ilə 2 saylı İnzibati-İqtisadi Məhkəməyə müflis elan edilməsi ilə bağlı müraciət etmiş və hal-hazırda həmin iş (e-2-2(l13)-421/2020) məhkəmənin icraatındadır (elektron çıxarış əlavə edilir). Ərizəçinin kreditorları, eyni zamanda hazırki iş üzrə İddiaçı da həmin iş üzrə maraqlı şəxs kimi işə cəlb edilmişdir. Yəni, İddiaçının, həmin işə baxılmasında özünün bilavasitə iştirak etməsinə rəğmən, yenidən məhkəməyə borclunun öhdəliklərinin icrası ilə bağlı müraciət etməsi adi hüquq məntiqi ilə uzlaşmır.Cavabdehə qarşı tələb yalnız iflas prosesi çərçivəsində irəli sürülə bilər və yuxarıda göstərildiyi kimi, İddiaçı maraqlı şəxs qismində, onsuz da, prosesdə iştirak etməkdədir və tələbi həmin proses çərçivəsində irəli sürmək hüququna malikdir. Digər tərəfdən, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdehin müflisləşməsi haqqında digər məhkəmədə qərar çıxarıldıqdan sonra faktiki olaraq qüvvəsi olmayacaq, yəni icraya yönəldilə bilməyəcəkdir. Ona görə də, İddiaçının tələbinə ayrıca məhkəmə icraatı qaydasında baxıla bilməzdi və MPM-in 261.0. 1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməli idi. Hesab edirik ki, bu istiqamətdə məhkəmə praktikası da kifayət qədər genişdir. Belə ki, müflisləşmə prosesində olan banklara qarşı iddialara digər məhkəmələr tərəfindən baxılmır və həmin məsələlər müflisləşmə prosesi çərçivəsində həll olunur. İddiaçı bank olduğu üçün bunu yaxşı bilməli idi. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin MM-in 63, 324, 385.1, 425.1, 427.3, 439- 449, 467, 470-477, 478-488, 522, 550-554, 556, 560,739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə qarant olduğu borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, müflis elan edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəsini almış qərarı olmadığından apellyasiya şikayətin dəlilləri əsassızdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1017/2020 saylı işi üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar