Məhkəmə qərarları › İş №2(103)-5375/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5375/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5375/2023 15.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər bir-birlərini Cavabdeh3 vasitəsilə tanıyıblar. O, xx.xx.1991-ci il təvəllüdlüdür, xx.xx.2022-ci ildə, yəni 31 yaşında ölüb. Ölüm barədə məlumat mülki işdə olan, Təcili və X1 Stansiyasının “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” və “Elektron məhkəmə” informasiya sistemindəki məlumatla müəyyən olunur. İddiaçı iddia ərizəsində bildirib ki, Cavabdeh3 ilə onun arasında sevgi münasibətləri olub. Cavabdeh1 özünü Əhməd Adıgözlovun arvadı, Cavabdeh2 özünü Cavabdeh3 qayınanası, Cavabdeh4 isə özünü Əhməd Adıgözlovun iş yoldaşı kimi məhkəməyə təqdim edib. İddiaçı da məhkəməyə bildirib ki, Cavabdeh1 Əhməd Adıgözlovun arvadı, Cavabdeh2 Cavabdeh3 qayınanasıdır. İddiaçı məhkəməyə bildirib ki, Cavabdeh4 Əhməd Adıgözlovun qohumudur, lakin qohumluq münasibətinin adını qeyd etməyib. Tərəflərin arasında mübahisə pul ilə bağlıdır. İddiaçı bildirib ki, RF-da yaşayır, Cavabdeh3 ilə tanış olub, Cavabdeh3 özünü ona subay kimi təqdim edib və aralarında sevgi münasibəti yaranıb. Daha sonra Cavabdeh3 ona təklif edib ki, öz gələcəkləri üçün Bakıda ev alsınlar. O, bu təkliflə razılaşıb. Lakin Cavabdeh3 ona bildirib ki, ev almaq üçün pulu yoxdur. O isə Cavabdeh3 bildirib ki, RF-da bankdan pul götürüb ona göndərə bilər. Cavabdeh3 bununla razılaşıb. Hazırda iddia ərizəsində tələb etdiyi pulları Cavabdeh3 ilə aralarında olan razılıq əsasında cavabdehlərin kart hesabına köçürüb. Sonradan isə bilib ki, Cavabdeh3 evlidir, Cavabdeh1 onun arvadı, Cavabdeh2 onun qayınanası, Cavabdeh4 isə onun qohumudur. Həmin şəxslər onu aladadıb və pulları öz ehtiyacları üçün xərcləyiblər. Pul göndərildikdən sonra Cavabdeh3 vəfat edib. Cavabdehlərin kart hesabına göndərdiyi pullar cavabdehlər tərəfindən ona qaytarılmalıdır. Cavabdehlər bildiriblər ki, iddiaçı onların kart hesabına pulu iddiaçı ilə Cavabdeh3 arasında əldə olumuş razılıq əsasında Əhməd Adıgözlova verilməsi üçün köçürüb və onlar həmin pulun hamısını Cavabdeh3 veriblər. Kart hesabına pul köçürmələri 2019-2021-ci illərdə baş verib. Bu, iş materiallına əlavə edilmiş, pul köçürmələri barədə sənədlərlə təsdiq olunur. Tələb və onun həlli: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, Cavabdeh1 550.000 Rusiya rublu, Cavabdeh2 200.000 Rusiya rublu, Cavabdeh4 70.000 Rusiya rublu tutularaq iddiaçıya verilsin. İddiaçı bildirir ki, həmin pullar onun tərəfindən cavabdehlərin kart hesabına köçürülmüş pullardır. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, cavabdehlər pulun qaytarılmasına görə məsuliyyət daşımır, iddiaçı pulları Cavabdeh3 göndərmək niyyətilə cavabehlərin kart hesabına köçürüb, cavabdehlərin sənədlərindən pulların Cavabdeh3 göndərilməsində yalnız rəsmiyyət üçün istifadə olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edın iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İddiaçı pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində müəyyən edilmiş əsassız varlanma qaydalarına əsasən tələb edir. Lakin cavabdehlər iddiaçının hesabına hüquqi əsas olmadan pul əldə etməyiblər. Belə ki, tərəflərin məhkəməyə verdikləri məlumatlarla müəyyən olunur ki, cavabdehlərin kart hesabı iddiaçının başqa şəxsə - Cavabdeh3 pul göndərilməsində vasitə olub. Cavabdehlərin kart hesabının nömrəsini iddiaçıya Cavabdeh3 bildirib. İddiaçının cavabdehlərə pul göndərmək iradəsi olmayıb və o, belə iradə ifadə etməyib. O cümlədən cavabdehlərin iddiaçının pulunu əldə etmək iradəsi olmayıb və onlar belə iradə ifadə etməyiblər. Pulun kart hesabına göndərilməsinə qədər tərəflərin arasında hər hansı münasibət olmayıb. Yəni cavabdehlər onlara pul göndərməsi üçün iddiaçıya müraciət etməyiblər, kart hesabının nömrəsini iddiaçıya bildirməyiblər, pulun kart hesabına göndərilməsinə qədər iddiaçıya hər hansı vəd verməyiblər, buna qədər onlar bir-birlərini ümumiyyətlə tanımayıblar. İddiaçının iradəsi pulu başqa şəxsə - Cavabdeh3 göndərmək olub, o, pulu cavabdehlərin kart hesabına köçürməklə həmin iradəsini ifadə edib. Cavabdehərin rolu pulu Cavabdeh3 təqdim etməkdən ibarət olub. Cavabdehlər bildirirlər ki, pulu Cavabdeh3 təqdim ediblər. İddiaçı bildirir ki, cavabdehlər kart hesabına göndərilən pulu öz ehtiyacları üçün xərcləyiblər. Lakin iddiaçı bunu təsdiq edən sübut təqdim etməyib. Bundan başqa, iddiaçı bildirir ki, cavabdehlər kart hesabına köçürülən pulu Cavabdeh3 təqdim etdiklərini təsdiq edən sübut təqdim etməyiblər. Məhkəmə qeyd edir ki, cavabdehlər pulu Cavabdeh3 təqdim etdiklərini bildirirlər. Həmin şəxs vəfat edənə qədər bunun əksini bildirməyib. İddiaçı vəfat etmiş şəxsin əvəzinə pulun həmin şəxsə təqdim edilmədiyini iddia edə bilməz. İddiaçının özü də bildirir ki, pulu məhz Cavabdeh3 üçün göndərib. Həm də nəzərə alınmalıdır ki, iddiaçı pulu 2019-2021-ci illərdə hissə-hissə göndərib. Əgər əvvəlki hissələr Cavabdeh3 çatmasayıdı, növbəti hissələrin göndərilməsi zamanı Cavabdeh3 bunu iddiaçıya bildirə bilərdi. Ona görə də cavabehlərin kart hesabına göndərilmiş pulun Cavabdeh3 verildiyi sübut olunmuş sayılır. Beləliklə, cavabdehlərin iddiaçının hesabına hüquqi əsas olmadan pul əldə etdikləri müəyyən olunmur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar