Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5381/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2304/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 003391 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən 461,0 kv m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (47 №-li hamam) Cavabdeh məxsusdur.
2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli beh müqaviləsinə əsasən tərəflər xx.xx.2019-cu il tarixədək mübahisəli obyektə dair 550.000 manat dəyərində alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürmüş, beh verən İddiaçı tərəfindən beh alan Cavabdeh 250.000 manat behin verilməsi, qalan 300.000 manat məbləğin müqavilə bağlananda ödənilməsi barədə razılaşmışdırlar. Həmin beh müqaviləsi icra edilməmiş, beh verilməmiş, sonrakı alqı-satqı müqaviləsi bağlanılmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin may ayında əvvələr tanıdığı Mehman adlı makler ona bildirmişdir ki, ünvan 1 ünvanda sərfəli qiymətə torpaq sahəsi mövcuddur. Mehmanla birlikdə həmin yerə baxmış, orada olan İbrahim adlı şəxs bildirmişdir ki, yerin sahibi hazırda Almaniyada yaşayır, torpaq sahəsinin üzərində yerləşən əmlak özəldir, torpaq özəlləşdirilməyib, bunun üçün pul lazımdır. Əmlak Komitəsi tərəfindən bildirilmişdir ki, əmlak kompleksi uzun illərdir istismar edildiyi üçün özəlləşdirmə zamanı torpağın sahibinə güzəşt olunacaqdır. Bu halda torpağın ilkin olaraq əmlak sahibinin adına özəlləşdirilməsi düzgün hesab edimiş, pulun veriləcəyi halda bir ay ərzində torpağın özəlləşdirib sənədlərlə birlikdə ona təhvil verəcəyi qeyd edilmişdir. X7 demişdirlər ki, iddiaçı torpağın özəlləşdirilməsinə 250.000 manat, əlavə olaraq da yerin sahibinə 290.000 manat pul verməlidir. İlkin razılıq əldə edilmişdir. Bu səbəblə İbrahimlə Mehman tərəfindən iddiaçıdan ilkin olaraq 10.000 manat pul alınmışdır. Bir həftədən sonra bu barədə yerin sahibi Cavabdeh iştirakı ilə də müzakirə aparmışdırlar. İlkin olaraq özəlləşdirmə üçün tələb olunan 250.000 manat pulun, qalan 290.000 manat məbləğin torpaq sahəsi özəlləşdiriləndən sonra yekunda veriləcəyi barədə tərəflər arasında razılaşma əldə edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Beh Müqaviləsinə əsasən Cavabdeh (beh alan) və İddiaçı (beh verən) xx.xx.2019-cu il tarixədək ünvan 1 ünvanda yerləşən 461,0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə dair 550.000 manata alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürmüş, tərəflər beh verən İddiaçı tərəfindən beh alan Cavabdeh 250.000 manat behin verilməsi, digər məbləğin müqavilə bağlananda ödənilməsi barədə razılaşmışdırlar. Beh müqaviləsi üzrə pul onun tərəfindən Cavabdeh təhvil verilməmişdir. Daha sonra barəsində ilkin razılaşma əldə olunmuş sahə ilə bağlı onun tərəfindən çoxsaylı görüşlər keçirilmiş, bir neçə şəxslə mütəmadi əlaqə saxlanılmış, həmçinin xeyli miqdardı pul verilmişdir. Proses iki ilə yaxın davam etmiş, lakin onda artıq ciddi şübhələr yaranmış, sonra isə həqiqətən də adları çəkilən şəxslər tərəfindən ona qarşı dələduzluq edilərək, külli miqdarda pulunun mənimsənliydiyi müəyyən edilmişdir. Bu əsasla hüquq mühafizə orqanlarına müraciət olunmuş və həmin müraciət əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X9, X2 və X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4-cü maddələri, X6 həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin iş üzrə təqsirləndirilən şəxslərin məhkum edilməsinə dair hökm çıxmışdır. Cinayət işi üzrə araşdırmadan müəyyən olunur ki, tərəflərin münasibətləri yarandıqdan sonra cavabdeh ondan müxtəlif vaxtlarda 15.000 manat pulu şəxsən almış, digər məbləğlər isə yuxarıda adları çəkilən şəxslər tərəfindən mənimsənilmişdir. İstintaq orqanı cavabdehin əməlində cinayət tərkibinin əlamətlərini müəyyən etməmiş, ona qarşı hər hansı ittiham irəli sürməmişdir. Cavabdehin ondan aldığı pullar onun şəxsi istəyi ilə borc kimi alınmışdır. O, istintaq yekunlaşan zaman həmin pulları qaytaracağını bildirmişdir. Cavabdeh qeyrimüəyyən vədlər verir, lakin borcun qaytarılmasının hər hansı təminatı yoxdur. Bu vəziyyətdə qeyd edilən məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmalıdır
5. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmiş və iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2304/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. (hakim X16)
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, hadisələr 2019-cu ildə baş vermiş, torpağın özəlləşdirilməsi ilə məşğul olan şəxslər buna səlahiyyəti çatan şəxslər olmamış, torpağın özəlləşməsinə nail olmaq üçün iddiaçı özü də qanunsuz yollardan istifadə etmişdir. Bundan əlavə, iddiaçı aldadıldığını bilmirdisə də belə, bunu bilməli idi. İddiaçı tərəfindən beh müqaviləsi üzrə nəzərdə tutulan behin ödənilməməsi də iddiaçının bu işə əvvəldən etimadının olmadığına dəlalət edir. İddiaçı torpağın özəlləşməsinə inanmış olsa idi, imzaladığı beh müqaviləsini də icra edərdi. Bu əsasdan iddia müddətinin axımı məhz 2019-cu ilin sonlarından başlamış, iddiaçı iddia ərizəsini isə 2023-cü ildə vermişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iki illik müddət keçdiyindən iddiaçının tələbi qüvvədən düşmüşdür.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci, 375ci, 377.1-ci, 385.1-ci, 386.1-ci, 551.1-ci, 1091-ci, 1092.1-ci, 1093.1-ci, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü, 360-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, cavabdeh iddianı qismən qəbul edir, daha doğurusu, cavabdeh etiraf edir ki, iddiaçı ona 12.500 manat pul verib, lakin o, pulu qaytarmalı deyil. Belə ki, o, obyektini satmaqda maraqlı idi, lakin nəticədə aldadılmışdır. Cavabdehin iddianı hansı formada qəbul etməsindən asılı olmayaraq, tələb olunan hissədə iddianın qismən qəbul edilməsi mübahisəyə hüquqi qiymət verilməsini asanlaşdırır. Lakin növbəti mərhələ üzrə məhkəmənin dəyərləndirməsi əsaslı deyil və bu nə işin hallarına nə də qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, məhkəmə iddia tələbi üzrə tələbetmə müddətinin başlanğıcını 2019-cu ildən hesablayır və bunu onunla əsaslandırır ki, iddiaçı qarşı tərəfə etimad göstərməyib və dolayısı ilə aldadıldığına dair onda şübhələr vardı. Bu səbəblə iddiaçı tərəfindən pulun tələb edilməsi 2019-cu ildən hesablanmalıdır. Lakin bu yanaşma işin hallarına və cavabdehin izahatlarına uyğun deyil. Cavabdeh bildirir ki, o, pulları Mehmandan alıb. Buradan onun pulların necə bölüşdürülməsinə dair dəlilləri möhkəmlənir. Bu vəziyyətdə tələbetmənin başlanğıcı kimi 2019-cu il deyil, istintaqın yekunu üzrə çıxarılmış ittiham aktının imzalandığı tarix nəzərə alınmalıdır. O, 2021-ci ilin sonlarında ərizə ilə hüquq mühafizə orqanlarına müraciət etmiş, həmin araşdırma üzrə ittiham aktı isə 2022-ci ilin aprel ayında təsdiq olunmuşdur. O, məhz cinayət işinin ibtidai istintaqı zamanı bilmişdir ki, qarşı tərəf pulu hansı miqdarda və necə bölüşdürübdür. Bu baxımdan pulun tələb edilməsi üçün müddətin axımının 2019-cu ildən başlanmasına dair yanaşma əsassızdır. Digər tərəfdən mübahisə özünün pik həddinə 2021-ci ildə çatıbdır. O, 2019-cu ildə necə bilərdi ki, cavabdehə çatan pulu tələb etmək lazımdır. Beləliklə, məhkəmə tələbetmə müddətinin axımının başlanğıcı kimi 2019-cu ili müəyyən etməklə səhvə yol vermişdir. Bu isə qanununsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bundan əlavə məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş və qətnaməni lazımi qaydada əsaslandırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə məxsus əmlakın alqı-satqısı müqaviləsinin bağlanmamasında iddiaçının hər hansı təqsiri olmamış, iddiaçı həmin müqaviləni bağlamaq niyyətində və istəyində olmuş, hazırda da cavabdehlə razılığa gəlməyə və həmin müqaviləni bağlamağa hazırdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı onun maddi çətinlik çəkdiyini görüb torpağın məbləğindən çıxmaq şərti ilə ona Mehman adlı şəxs vasitəsilə 15.000 manat deyil, ümumilikdə 12.500 manat məbləğində pul vermişdir. Lakin o, bu məbləği iddiaçıya qaytarmamalıdır. Belə ki, o, özünə məxsus əmlakı iddiaçıya satmaq niyyətində olmuş, bununla bağlı onunla iddiaçı arasında beh müqaviləsi də bağlanmışdır. Lakin həmin müqavilə iddiaçı tərəfindən icra edilməmişdir. Əmlakın alınması ilə bağlı yaranmış rəsmiləşdirmə işləri ilə də iddiaçının müəyyən etdiyi şəxslər məşğul olmuşdur. Nəticədə o, özü həmin şəxslər tərəfindən aldadılmış və əmlakı sata bilməmişdir. Əmlak hələ də satılmamışdır. Lakin əmlakı hazırda iddiaçıya satmaq niyyəti yoxdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinn: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 386.2-ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 ünvanda yerləşən 461,0 kv m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (47 №-li hamam) Cavabdeh məxsusdur. İddiaçı həmin əmlakı mülkiyyətinə əldə etmək istəmiş və bununla bağlı ilk olaraq aidiyyəti şəxslərin vasitəçiliyi ilə (X4, X10 və sair), sonra isə birbaşa onunla cavabdeh arasında danışıqlar aparılmış və nəticədə həmin əmlakın 550.000 manat məbləğində pula satılmasına dair tərəflər öz aralarında razılığa gəlmişdilər və xx.xx.2019-cu il tarixdə onların arasında ilkin olaraq beh müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər öz üzərlərinə xx.xx.2019-cu il tarixədək əmlakın 550.000 manata satılmasına dair alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüşdülər, eyni zamanda gələcəkdə bağlanacaq əmlakın alqı-satqı müqaviləsinin təminatı kimi beh qismində 250.000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı razılığa gəlmişdilər. Lakin əmlakın yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi zərurəti yarandığından bu məsələdə vasitəçilik edən şəxslər tərəfindən həmin məsələnin həll edilməsi ilə bağlı tədbirlər görülməyə başlanmış, o cümlədən iddiaçıdan müxtəlif məbləğlərdə pullar alınmış, məsələ iki ilə yaxın davam etmişdir. Nəticədə iddiaçı beh müqaviləsi üzrə cavabdehə hər hansı məbləğdə pul ödəməmiş, sonradan isə torpağın rəsmiləşdirilməsində iştirak edən şəxslərin hərəkətləri ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmişdir.
21. Bununla bağlı aparılmış araşdırma nəticəsində cinayət işi başlanmış və nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1115/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən X13 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə mübahisəli obyektin altındakı torpaq sahəsini sonradan öz mülkiyyətinə keçirtmək məqsədilə xüsusi mülkiyyətdə olan həmin əmlakın altında olan torpaq sahəsinə Cavabdeh adına reyestrdən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi hərəkətlərə görə özü, Mehman Mustafayev, Mübariz Mehtiyev və Qabil Rzayev vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə İddiaçı təhrik etmişdir. Həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, Vidadiyə İbrahimlə birlikdə şəxsi ehtiyacları üçün sonradan torpağın pulundan çıxmaq şərti ilə 5.000 manat və 15.000 manat olmaqla iki dəfəyə 20.000 manat pul vermişdir. Həmin cinayət işində şahid kimi tanınmış Cavabdeh məhkəməyə verdiyi ifadəsində qeyd etmişdir ki, Azər onun maddi çətinlik çəkdiyini görüb torpağın məbləğindən çıxmaq şərti ilə ona Mehman vasitəsilə ümumilikdə 12.500 manat pul vermişdir. Qanuni qüvvəsini almış bu hökmə əsasən X13, X4 və X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1 maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, X9 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, onların hər birinə qəti olaraq təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, X14 təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmış və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, onun AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata AR Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə məhkum X12 ərizəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1115/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, müddət bərpa edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi də 1(103)-1862/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə bu nəticə ilə razılaşmışdır.
22. Hazırda iddiaçı qeyd edilən proseslərdə şəxsi ehtiyacları üçün sonradan əmlakın pulundan çıxmaq şərti ilə cavabdehə 15.000 manat məbləğində pul verdiyini, lakin sonradan alqı-satqı müqaviləsinin bağlanmadığını, müqavilənin bağlanmamasında onun təqsirinin olmadığını bildirir və bu məbləğin ona qaytarılmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının onun maddi çətinlik çəkdiyini görüb torpağın məbləğindən çıxmaq şərti ilə X4 vasitəsilə ona ümumilikdə 12.500 manat pul verdiyini etiraf edir. Eyni zamanda, bildirir ki, müqaviləni bağlamağa hazır idi, müqavilənin bağlanmamasının səbəbkarı olmamışdır, rəsmiləşdirmə işlərində olan şəxslər iddiaçının özü tərəfindən bu işlərə cəlb edilmişdir, nəticədə o, aldadılmışdır, əmlakı hazırda da satılmamışdır. Maddi vəziyyəti ağırdır. Bu səbəbdən iddiaçı tərəfindən ona verilən pulu qaytarmalı deyil.
23. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, iddiaçı cavabdehə 15.000 manat məbləğində pulun verildiyini sübuta yetirə bilmir. Cavabdeh isə iddiaçı tərəfindən ona 12.500 manat məbləğində pulun verildiyini etiraf edir. Bu səbəbdən məhkəmə kollegiyası mübahisəyə etirafa uyğun olaraq sübuta yetən məbləğ üzərindən hüquqi qiymət verir və qeyd edir ki, hüquqi nəticə etibarı ilə həmin məbləğ müqavilənin bağlanması üçün görülən hazırlıq mərhələsində şəxsi ehtiyaclarını qarşılamaq üçün və əmlakın alqı-satqı müqaviləsinin bağlanması zamanı əmlaka görə ödəniləcək dəyərdən çıxılması şərti ilə iddiaçı tərəfindən cavabdehə verilmişdir.
24. Nəzərə alınmalıdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış beh müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə beh qismində hər hansı məbləğ ödənilməsə də, alqı-satqı müqaviləsinin bağlanması məqsədi ilə aidiyyəti işlərin görülməsi bundan sonra da davam etmişdir. Əmlakın yerləşdiyi torpağın özəlləşdirilməsinin təmin edilməsi məqsədi ilə onun tərəfindən bu işə cəlb edilmiş vasitəçi şəxslərə müxtəlif məbləğdə pul vəsaitlərinin ödənilməsi, habelə cavabdehə şəxsi ehtiyaclar üçün qeyd edilən məbləğdə pulun verilməsi hər iki tərəfin bu müqavilənin bağlanmasına hazır olduğunu əyani sübutudur. Sonradan məhz vasitəçi kimi cəlb edilmiş şəxslərin qeyd edilən hərəkətləri ilə bağlı iddiaçının hüquq mühafizə orqanlarına müraciət etməsi isə müqavilənin bağlanmamasında onun təqsirinin olmadığını təsdiq edir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış 1(101)-1115/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə də öz təsdiqini tapır.
25. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, Mülki Məcəllənin 385-386-cı maddələrinin tələbləri baxımından müqavilənin hazırlanması əsasında cavabdehin iddiaçı qarşısında alqı-satqı müqaviləsi bağlanan zaman 12.500 manat məbləğində pul vəsaitinin qaytarılması öhdəliyi əmələ gəlmişdir. Lakin alqı-satqı müqaviləsi bağlanmamış, bu səbəbdən qeyd edilən məbləğin şərtləndirilmiş qaydada və müddətdə qaytarılması (əvəzləşdirilməsi) artıq mümkün deyil. Həmin müqavilənin bağlanmaması da iddiaçının hər hansı təqsirli hərəkəti nəticəsində baş verməmişdir. Bu səbəbdən həmin məbləğin ödənilməsi üzrə cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyini icra etməməsi üçün hər hansı əsas yoxdur. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış və müqavilə bağlanan zaman ödəməli olduğu 12.500 manat məbləğində borcunu müqavilə bağlanmasa da, iddiaçıya ödəməlidir.
26. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında münasibətlər 2019-cu ilin yay aylarında yaranmış, həmin ərəfədə də (bir neçə ay intervalı ilə) iddiaçı tərəfindən cavabdehə 12.500 manat (sübuta yetən məbləğ) pul verilmişdir. Lakin bu məbləğ əsasız varlanmanın nəticəsi kimi qəbul edilə bilməz. Artıq müəyyən edildiyi kimi, cavabdehin bu öhdəliyi müqavilənin hazırlanması əsasında əmələ gəlmişdir. Bu səbəbdən hazırki münasibətlərə iki illik deyil, üç illik iddia müddəti tətbiq edilməlidir. Lakin bu müddətin axını həmin tarixdən hesablana bilməz. Belə ki, tərəflər qeyd edilən öhdəliyin müqavilə bağlanması zamanı icra olunmasını şərtləşdirmişdilər. Bu baxımdan da müddətin axını müqavilə bağlanan tarixdən başlamalı idi. Müqavilənin bağlanmadığı bir halda isə müddətin axını iddiaçının həmin müqavilənin bağlanmasının qeyri-mümkün olduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
27. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan zaman təqsirləndirilən şəxs X4 öz ifadəsində bildirir ki, “nəhayət 2020-ci ilin noyabr ayının sonlarında İmran qazanxananın "xxxx" ASC-nin balansından çıxarıldığını bildirmiş, daha sonra xx.xx.2020-ci il tarixdə çıxarışın hazır olduğunu, “Asan Əmlak” adlanan idarəyə gedib çıxarışı almağı tapşırmışdır. Qeyd edilən tarixdə Vidadi (cavabdeh) sözü gedən idarəyə getmişdir”. Zərərçəkmiş şəxs kimi ifadəsi alınmış iddiaçı isə 2020-ci ilin oktyabr ayında yenidən torpağın sənədlərinin hazır olması barədə “Asan Əmlak”-dan cavabdehə bildirişin gəldiyini, lakin yenə də cavabdehin müxtəlif bəhanələr gətirərək, torpağın sənədlərinin ona verilmədiyini bildirdiyini qeyd edir. Şahid qismində ifadəsi alınmış cavabdeh isə xx.xx.2020-ci il tarixdə torpağın çıxarışının alınması üçün “AsanMəkan” adlanan idarəyə getdiyini və sənədlərin əsillərini götürmək üçün 2-ci mərtəbəyə qalxdığını, lakin oradan ona qazanxananın "xxxx" ASC-nin balansından çıxmaması barədə məlumatın verildiyini göstərmişdir. Bununla belə, 2020-ci ilin sonlarında tərəflər hələ də aralarında müqavilənin bağlanması niyyətində və arzusunda idi və bunun üçün əmlakın yerləşdiyi torpağın özəlləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi davam edirdi. Müddətin axınının 2020-ci ilin dekabr ayından başlandığı təqdirdə belə hazırki iddia üzrə iddia müddəti ötmüş olmur. Halbuki, iddiaçı cinayət işinin başlanmasına səbəb olan ərizə ilə hüquq mühafizə orqanlarına 2021-ci ilin sonunda müraciət etmişdir. Qeyd edilənlər hüquqi nəticə etibarı ilə hazırki iddianın iddia müddəti tətbiq edilməklə rədd edlməsini qeyri-mümkün edir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya məxsus olan pul məbləğini özündə saxlamaqla əsassız olaraq varlanması qənaətinə gəlməklə və iki illik iddia müddətini tətbiq edib iddianı rədd etməklə haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2304/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 12.500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2304/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 12.500 (on iki min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.