Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5386/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-299/2019 saylı, 30 yanvar 2019cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xeyrinə 17509,39 ABŞ dolları məbləğində kredit borcu, 7319,45 ABŞ dolları məbləğində faiz borcu və 11353,97 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 36182,81 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-299/2019 saylı, 30 yanvar 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək əsas, faiz və cərimə borcunun şişirdildiyini, düzgün hesablanmadığını, rayon məhkəməsinin iddia tələbini tam təmin etməklə düzgün olmayan qətnamə qəbul etdiyini bildirərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Ş.Sadıqov apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 11.08.2018-ci il tarixli kredit xətti müqaviləsindən göründüyü kimi, Cavabdeh1 İddiaçı ASC ilə 120 ay ərzində qaytarmaq şərtilə 15000 ABŞ dolları kredit xətti açılmışdır. Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsi məsuliyyəti ilə bağlı zaminlik müqaviləsi bağlamışlar. Bank tərəfindən verilmiş 13.11.2018-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin 18.10.2018-ci il tarixə banka 17509,39 ABŞ dolları məbləğində kredit borcu, 7319,45 ABŞ dolları məbləğində faiz borcu və 11353,97 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 36182,81 ABŞ dolları məbləğində borcu olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 9/5612 saylı, 13.09.2021-ci il tarixli rəyindən görünür ki, V.Fərzəliyev iddiaçı ilə bağladığı 22.08.2014-cü il tarixli 27R000004250 saylı kredit razılaşmasına əsasən müqavilə müddətinin bitdiyi 07.08.2020-ci il tarixə əsas borc üzrə 17.509,39 ABŞ dolları, faiz borcu üzrə 11.488,15 ABŞ dolları təşkil edir. Həmin rəydə göstərilir ki, 22.08.2014-cü il tarixli 27R000004250 saylı kredit razılaşmasında cərimə hesabı və cərimə hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırkı ekspertiza tədqiqatı ilə V.Fərzəliyevə cərimə hesablanmadı. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə qismən dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə borcun məbləğinə proporsional şəkildə azaldılmamışdır, bu səbəbdən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cərimə hissəsində dəyişdirilərək cərimə əsas borca adekvat şəkildə olmaqla 1000 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin əsas və faiz borcunun məbləğinin dəyişdirilməsi ilə bağlı dəlili üzrə qeyd edir ki, Məhkəmə kollegiyasının 2(103)-5386/2021 saylı, 30.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/5612 saylı, 13.09.2021-ci il tarixli rəyindən görünür ki, V.Fərzəliyev iddiaçı ilə bağladığı 22.08.2014-cü il tarixli 27R000004250 saylı kredit razılaşmasına əsasən müqavilə müddətinin bitdiyi 07.08.2020-ci il tarixə əsas borc üzrə 17.509,39 ABŞ dolları, faiz borcu üzrə 11.488,15 ABŞ dolları təşkil edir. Həmin rəydə göstərilir ki, 22.08.2014-cü il tarixli 27R000004250 saylı kredit razılaşmasında cərimə hesabı və cərimə hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırkı ekspertiza tədqiqatı ilə V.Fərzəliyevə cərimə hesablanmadı. Beləliklə, ekspert rəyi ilə iddia tələbinin əsas və faiz borcu hissəsində rayon məhkəməsinin gəldiyi nəticənin düzgün olduğu müəyyən olunmuşdur. Belə olan halda, cavabdeh V.Fərzəliyevin apellyasiya şikayətinin əsas və faiz borcu ilə bağlı dəlili əsassız olduğundan təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə qismən, cavabdehdən tutulacaq cərimənin məbləğinə münasibətdə dəyişdirilməli, cavabdehdən tutulacaq cərimə məbləği 1000 (bir min) ABŞ dolları müəyyən edilməli, Cavabdeh1 apellyasiya şikayətinə əsasən qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdeh V.Fərzəliyevin özünə aid edilməli, ekspert tədqiqatının dəyəri cavabdeh V.Fərzəliyevdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-299/2019 saylı, 30 yanvar 2019cu il tarixli qətnaməsi qismən, dəbbə puluna aid hissədə dəyişdirilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 1000 (bir min) ABŞ dolları məbləğində cərimə tutulsun. Qətnamə Cavabdeh2 apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh2 alınaraq dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5386/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5386/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver