Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-539/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədova (sədirlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçı4 nümayəndəsi və vəkili X5, həmçinin nümayəndəsi X3, Maralarına toxunan şəxs “xxxx” MMC- nin qanuni təmsilçisi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh «Badu Kubə» Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən maralarına toxunan şəxs “xxxx” MMC- nin apellyasiya şikayəti əsasında mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh «Badu Kubə» Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 5-ci mərtəbə, 1 otaqlı, 71,6 kv.m sahəsi olan 260 saylı mənzilə, İddiaçı4 “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 7-ci mərtəbə, 3 otaqlı, 108,5 kv.m sahəsi olan 274 saylı mənzilə, İddiaçı3 “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü giriş, 13-cü mərtəbə, 1 otaqlı, 68.6 kv.m sahəsi olan 307 saylı mənzilə və İddiaçı2 “xxxx” MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M ünvanında inşa edilən 4 bloklu, 16 mərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbə, 1 otaqlı, 68,0 kv.m sahəsi olan 188 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbi təmin edilmişdir. Qətnamədən qətnaməsindən maralarına toxunan şəxs “xxxx” MMC tərəfindən verilən apelyasiya şikayətinə baxılması üçün məhkəmə iclası təyin olunmuşdur. X1 tərəfindən verilmiş apellyasiya şikayəti poçt vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir . Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, yəni X4 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi ilkin olaraq apellyasiya şikayətini yoxlayır və həmin maddədə göstərilən hallarda apellyasiya şikayətini geri qaytarmaq səlahiyyətinə malikdir; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və həmin maddənin tələblərinə cavab verən apellyasiya şikayətini işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, maralarına toxunan şəxs“xxxx” MMC-nin verdiyi apellyasiya şikayəyi apellyasiya baxışından çıxarılmalı və mülki iş üzrə X4 tərəfindən verilən apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Suraxan Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(010)4610/2019 saylı qətnaməsindən maralarına toxunan şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu tarixli 2(010)4610/2019 saylı qətnaməsindən X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Surxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-539/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-539/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver