Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5390/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İKB ASC - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 27 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3158.72 (üç min yüz əlli səkkiz dollar yetmiş iki sent) ABŞ Dolları əsas borc, 1661.19 (min altı yüz altmış bir dollar on doqquz sent) ABŞ Dolları faiz borcu, 1412.2 (min dörd yüz on iki dollar iki sent) ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 27 oktyabr 2016-cı il tarixdən, 14.05.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 802.15 (səkkiz yüz iki dollar on beş sent) ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 7034.26 (yeddi min otuz dörd dollar iyirmi altı sent) ABŞ Dolları borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 27 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27.5 faizlə 12 ay müddətinə 5000 ABŞ Dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 14.05.2020-ci il tarixədək Cavabdeh banka 27 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3158.72 ABŞ dolları əsas borc, 1661.19 ABŞ dolları faiz borcu, 1412.2 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 27 oktyabr 2016cı il tarixdən, 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 802.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 7034.26 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 27 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2015-ci il tarixli, 21-Y-3-0-431-15 nömrəli kredit müqaviləsi üzrə 14.05.2020-ci il tarixinə 3158.72 (üç min yüz əlli səkkiz dollar yetmiş iki sent) ABŞ Dolları əsas borc, 1661.19 (bir min altı yüz altmış bir dollar on doqquz sent) ABŞ Dolları faiz borcu, 100 (yüz) ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 27 oktyabr 2016-cı il tarixdən, 14.05.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 802.15 (səkkiz yüz iki dollar on beş sent) ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5722,06 (beş min yeddi yüz iyirmi iki dollar altı sent) ABŞ Dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulduğu, sübutların düzgün qiymətləndirilmədiyi və digər əsaslar göstərilmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, tərəfləri dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun məbləğinin müyyən edilməsi hissəsində dəyişdirilərək faiz borcu ekspert rəyinə əsasən müəyyən olunmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2015-ci il tarixli, 21-Y-3-0-431-15 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB borcluya 12 ay müddətinə, illik 27,5 faiz hesablanmaqla 5000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın üzərinə düşən düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə ləazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu Məbləğin 1.14-cü bəndində nəzərdə tutulmuş miqdarda Banka dəbbə pulu ödəməlidir. İşə əlavə edilmiş 14.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14.05.2020-ci il tarixinə banka 3158.72 (üç min yüz əlli səkkiz dollar yetmiş iki sent) ABŞ Dolları əsas borc, 1661.19 (min altı yüz altmış bir dollar on doqquz sent) ABŞ Dolları faiz borcu, 1412.2 (min dörd yüz on iki dollar iki sent) ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 27 oktyabr 2016-cı il tarixdən, 14.05.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 802.15 (səkkiz yüz iki dollar on beş sent) ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 7034.26 (yeddi min otuz dörd dollar iyirmi altı sent) ABŞ Dolları borcu vardır. İş materiallarında olan 14.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun 5 bank günü ərzində ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən verilmiş çıxarışa əsasən "xxxx" İKB ASC İddiaçı ASC-yə çevrilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2015-ci il tarixli, 21-Y-3-0-431-15 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB borcluya 12 ay müddətinə, illik 27,5 faiz hesablanmaqla 5000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh 14.05.2020-ci il tarixinə banka 3158.72 (üç min yüz əlli səkkiz dollar yetmiş iki sent) ABŞ Dolları əsas borc, 1661.19 (bir min altı yüz altmış bir dollar on doqquz sent) ABŞ Dolları faiz borcu, 1412.2 (bir min dörd yüz on iki dollar iki sent) ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 27 oktyabr 2016-cı il tarixdən, 14.05.2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 802.15 (səkkiz yüz iki dollar on beş sent) ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 7034.26 (yeddi min otuz dörd dollar iyirmi altı sent) ABŞ Dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Apellyasiya baxışı zamanı Kollegiyanın qərardadına əsasən təyin edilərək keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspert rəyindən görünür ki, əsas borc 5000,00 ABŞ dolları, faiz borcu 1375,00 ABŞ dolları müəyyən edilmişdir. Qətnamə ilə isə faiz borcu 1661,19 (bir min altı yüz altmış bir dollar on doqquz sent) ABŞ Dolları məbləğində təmin edilmişdir. Odur ki, Kollegiya hesab edir ki, faiz borcu ekspert rəyinə uyğun olaraq 1375,00 ABŞ dolları məbləğində müəyyən olunmalı, qətnamə həmin hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən faiz borcunun məbləğinə münasibətdə işin faktiki hallarını kifayət qədər araşdırmamış, bu hal isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş üzrə ekspertiza tədiqatının dəyəri 100 (yüz) manat cavabdeh X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi "xxxx" İKB ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2015-ci il tarixli, 21- Y-3-0-431-15 nömrəli kredit müqaviləsi üzrə faiz borcunun məbləğinin tutulması hissəsində dəyişdirilərək faiz borcu 1375,00 (min üç yüz yetmiş beş) ABŞ dolları müəyyən edilsin və bununla əlaqədar olaraq ümumi borc (3158.72 ABŞ dolları əsas borc+1375,00 ABŞ dolları faiz borcu+100 (yüz) ABŞ Dolları cərimə borcu+802.15 ABŞ dolları əldən çıxmış fayda)=5435,87 ABŞ dolları (beş min dörd yüz otuz beş dollar səksən yeddi sent) borc (ödəniş gününə manata məzənnə ilə) məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5390/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5390/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver