Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5391/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15R000005017 saylı kredit razılaşması üzrə 3.928,15 ABŞ dolları məbləğində əsas, 1.508,16 ABŞ dolları məbləğində faiz, 4.427,09 ABŞ dolları məbləğində cərimə borcunun, 15R000005793 saylı kredit razılaşması üzrə 43.696,44 ABŞ dolları məbləğində əsas, 16.580,38 ABŞ dolları məbləğində faiz, 28.692,14 ABŞ dolları məbləğində cərimə, cəmi 98.832,96 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Bərdə şəhəri Nəcəf bəy Vəzirov küçəsində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82,6 kv.m yaşayış, 33,6 kv.m köməkçi sahədən ibarət 1/6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə 98.832,96 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına "İddiaçı" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması, Bərdə şəhəri, Nəcəf bəy Vəzirov küçəsində mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82,6 kv.m yaşayış, 33,6 kv.m köməkçi sahədən ibarət 1/6 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və X1 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-ci il tarixli, 2(001)- 219/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə xx.xx.2009-cu il tarixli, 15L000000820 saylı X4 çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 15R000005017 saylı kredit razılaşması üzrə 3.928,15 ABŞ dolları məbləğində əsas, 981,51 ABŞ dolları məbləğində faiz, 219,92 ABŞ dolları məbləğində cərimə, cəmi 5.129,58 ABŞ dolları məbləğində kredit borcu, xx.xx.2014-cü il tarixli, 15R000005793 saylı kredit razılaşması üzrə 43.493, ABŞ dolları məbləğində əsas, 16.261,57 ABŞ dolları məbləğində faiz, 6.285,82 ABŞ dolları məbləğində cərimə, cəmi 66.040,44 ABŞ dolları məbləğində kredit borcunun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka predmeti olan Bərdə şəhəri, Nəcəf bəy Vəzirov küçəsində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82,6 kv.m yaşayış, 33,6 kv.m köməkçi sahədən ibarət 1/6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına müəyyən edilmiş borc məbləğinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – Cavabdeh1 qaytarılması, ipoteka predmetinin hərrac vasitəsi ilə satışından əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, hərraca çıxarılarkən ipoteka predmeti olan Bərdə şəhəri, Nəcəf bəy Vəzirov küçəsində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82,6 kv.m yaşayış, 33,6 kv.m köməkçi sahədən ibarət 1/6 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin – 80.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bərdə şəhəri, Nəcəf bəy Vəzirov küçəsi, 0,05 ha torpaq sahəsində yerləçən 1 mərtəbəli, 4 otaqlı, 82,6 kv.m yaşayış, 33,6 kv.m köməkçi sahədən ibarət 1/6 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və X3 həmin əmlakdan çıxmazsa, onların məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 165 manat məbləğində pul vəsaitinin 145 manat hissəsinin Cavabdeh1, 20 manat hissəsinin isə İddiaçı QSC-dən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)- 219/2019 nömrəli qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərəzli olaraq onun iştirakını təmin etməmişdir və çəkişmə prinsipi pozulmuşdur. İşə baxan məhkəmə bankın yersiz olaraq şişirdilmiş məbləğlərini mütəxəssislər tərəfindən düzgün yoxlatmadan iddianı təmin edərək bankın əsassız varlanmasına şərait yaratmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı QSC nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndiri-lən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 kredit borcunun tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş (halbuki iddia tələbi qismən təmin edilmiş), eyni zamanda digər cavabdehlər də qətnaməni onlara aid hissədə mübahisələndirməmişlər. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqavilələrinə əsasən X4ndən irəli gələn öhdəliyin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bərdə şəhəri, Nəcəf bəy Vəzirov küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82,6 kv.m yaşayış, 33,6 kv.m köməkçi sahədən ibarət 1/6 nömrəli fərdi yaşayış evini (həmin torpaq sahəsi ilə birlikdə) Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka predmeti 41532 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 X4 və onun çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. Cavabdehə (ipoteka qoyana) bildiriş göndərilməklə tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi proseduruna başlanması barədə məlumat verilmiş, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında əmlakların yerləşdiyi yer əsas götürülməklə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarələrində qeydə alınmışdır. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (Maddə 319.1) Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Qanunun 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə iclasında onun iştirakının təmin olunmamasını qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən onun rəsmi qeydiyyatda olduğu ünvana və telefon nömrəsinə AZEMİS vasitəsi ilə məhkəmə bildirişləri göndərilmişdir. Bundan başqa cavabdeh borc məbləğinin şişirdilmiş olduğunu, düzgün hesablanmamasını, birinci instansiya məhkəməsinin mütəxəssislər tərəfindən borc məbləğini düzgün yoxlatmadan iddianı təmin etdiyini göstərsə də, iş materiallarından da müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və bununla baçlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2019-cu il tarixli 26817 nömrəli ekspert rəyi tərtib edilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində irəli sürdüyü dəlilini təsdiq edən hər hansı sübutu (onun tərəfindən ödənilmiş və nəzərə alınmayan ödənişin edilməsini təsdiq edən maliyyə sənədlərini, alternativ mühasibatlıq sənədlərini və s.) məhkəməyə təqdim etməmiş, göstərdlikləri halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas olmamalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)- 219/2019 saylı qətnaməsi Cavabdeh1 münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehəaid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5391/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5391/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver