Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5392/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (qızı) X3, Cavabdeh Xeyrulla oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Xeyrulla oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxx” MMC) qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-443/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Xeyrulla oğluna qarşı “maneələrin aradan qaldırılması tələbinə”dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı Bakı şəhəri, Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi, 1 saylı ATTS-in inzibati binasının həyətindəki yataqxanada 5 saylı otaqda istifadə hüququnun həyata keçirilməsində cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qızları X8 və X7 ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, Əmircan qəsəbəsi Tofiq Bayram küçəsi, 1 saylı ATTS-in İnzibati binasının həyətindəki yataqxanada 5 saylı otaqda yaşayır. Lakin Cavabdeh Xeyrulla oğlu onları öz evlərində rahat yaşamağa, otaqdan və evin digər sahələrindən istifadə etməyə imkan vermir. Otağa daxil olan işıq xəttini kəsdirib, evin əsas qapısının açarını onlara təqdim etmir, buna görə dəfələrlə yaşadıqları otağa daxil ola bilməmişlər, cavabdeh otağın qapısını qıraraq öz məqsədləri üçün istifadə edir. Cavabdeh digər 2 otaqdan istifadə edir və bildirir ki, hazırda onların yaşadığı otaq da onlara verilməlidir. Cavabdeh uzun illərdir ki, qeyd olunan istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Cavabdehin bu hərəkəti və özbaşınalığı onların hüquqlarını pozur. Ona görə də məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-443/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı uzun müddətdir ki, mübahisəli otaqda yaşamır və hazırki iddiasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin mübahislə olan 5 nömrəli otağa başqa giriş-çıxış yolu yoxdur, otağa giriş yalnız onların yaşadığı otaqdan mümkündür. Hazırki vəziyyətdə isə iddiaçının həmin otaqdan istifadə etməsi qeyri-mümkündür. Qətnamədən həmçinin üçüncü şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əməkdaşı Qurbanov Xəlil Ömər oğlu ilə ailə həyatı qurmuş və onlara Cəmiyyət tərəfindən müvəqqəti olaraq yaşamaları üçün ünvan 1 ünvanında yerləşən EATS 452/458-in inzibati binasının qeyri-yaşayış sahəsində otaq ayrılmışdır. Bildirir ki, həmin qeyri-yaşayış sahəsi yalnız az təmainatlı rabitəçilərin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Məhkəmənin öz qətnaməsində istinad etdiyi Suraxanı rayon məhkəməsinin 2-575/2004 nömrəli, xx.xx.2004-cü il tarixliqətnaməsində də, BTRİB-nin arayışına istinad edilmişdir hansı ki, o arayışdada Telefon qovşağı işçilərinə müvəqqəti (işlədiyi müddət üçün) yaşayış sahəsi kimi otaqların verilməsi qeyd edilmişdir. Onlar hazırda Suraxanı Rayon Məhkəmsinin sözügedən qətnaməsindən apellyasiya şiakyəti vermişlər. İddiaçı 2006-cı il tarixdən ailə quraraq həmin ünvandan köçmüş və hazırki vaxtadək orada yaşamamışdır. İddiaçının sözügedən ünvanda qeydiyyatda olması, onun həmin mənzilə isitifadə hüququnun olması mənasına gəlmir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi onun iştirakı olmadan hazırki qətnaməni qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi onlar tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının mübahisəli otağa köçürülməsi barədə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixliqətnaməsindən uzun müddət keçdiyinə görə həmin qətnamədən tərəflərindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi isə apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər, izahatlarında əlavə olaraq bildirmişlər ki, iddiaçı ikinci dəfə ailə qurmamış və qızıları ilə birlikdə mübahisəli otaqda yaşamışdır. Lakin sonradan cavabdeh yerləri olmadığı üçün əşyalarını onların otağına qoymasını xahiş etmiş, iddiaçı isə bununla razılaşmışdır. Sonradan cavabdeh onları həmin otağa və ümumu istifadədə olan əraziyə buraxmamışdır. Məhkəmə kollegiyası iddiaçının izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Qurbanov Xəlil Ömər oğlu ilə X9 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2003-cü ilin iyul ayının 22 günündə 109 sayla qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Qurbanov, qadına İsayeva soyadı verilmişdir. İş materiallarında olan Suraxanı rayon məhkəməsinin 2-575/2004 saylı xx xxxxx 2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin olunmuş, X9 uşaqları ilə birlikdə ünvan 2 saylı ünvanda yerləşən 20 saylı ATS-in inzibati binasının həyətindəki yataqxanasının 5 saylı otağına köçürülmələri qət edilmişdir İş materiallarında olan xx xxxx 2004-cü il tarixli tələbkarın mənzilə (binaya) köçürülməsi barədə aktın surətindən görünür ki, X5 uşaqları ilə birlikdə ünvan 2 saylı ünvanda yerləşən 20 saylı ATS-in inzibati binasının həyətindəki yataqxanasının 5 saylı otağına maneəsiz daxil olması və orada yaşaması təmin edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Suraxanı rayon məhkəməsinin 2- 575/2004 saylı xx xxxxx 2004-cü il tarixli qətnaməsi ilə iddiaçının uşaqları ilə birlikdə ünvan 3 saylı ünvanda yerləşən 20 saylı ATS-in inzibati binasının həyətindəki yataqxanasının 5 saylı otağına köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvəsini aldıqdan sonra qətnamənin icrası təmin olunaraq iddiaçının qızları ilə birlikdə ünvan 2 saylı ünvanda yerləşən 20 saylı ATS-in inzibati binasının həyətindəki yataqxanasının 5 saylı otağına manesiz daxil olması və orada yaşaması təmin olunmuşdur. Lakin cavabdeh tərəfindən hazırda iddiaçının qeyd olunan otaqda manesiz yaşamasına maneçilik törədilir . Mülki Məcəllənin (bundan sonra - MM) 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafıəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüquqdur; Kollegiya üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İşin müəyyən edilmiş hallarına əsasən X9 uşaqları ilə birlikdə ünvan 2 saylı ünvanda yerləşən 20 saylı ATS-in inzibati binasının həyətindəki yataqxanasının 5 saylı otağına köçürülmələri qət edilmiş və həmin qətnamə icra edilmişdir. Göründüyü kimi iddiaçı hazırki iddia tələbini qaldırmaqda haqlı olmuşdur. Belə ki, Аzərbаycаn Rеspublikаsı MPM-nin 82.3-cü mаddəsinə əsаsən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Üçüncü şəxs sözügedən qətnamədən apellyasiya şikayəti verdiklərini qeyd etsə də, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya məxsus olan evi hüquqi əsas olmadan zəbt etməsi, həmin otağın giriş qapısının açarlarını dəyişdirməsi onun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. İddiaçı cavabdehin qanunsuz müdaxiləsi nəticəsində əmlak üzərində istifadə hüquqlarından məhrum olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayətləri təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-443/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5392/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5392/2020
31.08.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver