Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5396/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1455/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X4 və 28.06.20l8-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən onun xeyrinə tutulan Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-1107/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa görə 170 manat sabit pul məbləğində aliment artırılaraq, hər uşağa görə 200 manat məbləğində aliment tutulması barədə iddiası Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1455/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4; "Uşaq hüquqları haqqında” Qanunun 13; Ailə Məcəlləsinin 75.1 və 75.2, 112.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddiasını azyaşlı uşaqlara baxmaq və onların ehtiyaclarını ödəməyin çətin olması, uşaqların tədrisi və əlavə məşğələlərdə iştirakı üçün müvafiq məbləğdə ödənişlər lazım olması və alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olması ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etirazını isə hazırda aylıq qazancının az olması və əlavə xərclərinin olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsi anlamına gəlmir. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki iş üzrə isə cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim olunmamaqla, işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Uşaqların saxlanılması hər iki valideynin borcu olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, aliment ödəyicisi olan şəxsin (cavabdehin) ondan tələb olunan məbləğdə alimentin ödəməyə imkan verən maddi durumunun yaxşılaşmağa doğru dəyişiklərin olması ilə bağlı hallar müəyyən edilmədiyindən, cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz.
2. İşin mübahisə edilməyən halları ondan ibarətrdir ki: Xəzər Rayon Məhkəməsinin 2(003)-1107/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, tərəflər arasında nikahın pozulması, onların birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər hər uşağa görə 170 manat alimentin tutulması qət edilmişdir Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesi mümkün olmamışdır (iş.səh.6, 7, 8, 10, 11).
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)- 1455/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməsi və iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.2, 77.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə qətnamədə qeyd etmişdir ki, “uşaqların saxlanılması hər iki valideynin borcu olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, alment ödəyicisı olan şəxsin (cavabdehin) ondan tələb olunan məbləğdə alimentin ödəməyə imkan verən maddi durumunun yaxşılaşmağa doğru dəyişiklərin olması ilə bağlı hallar müəyyən edilmədiyindən, cavabdehin diqqətəlayiq maraqları baxımından alment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır”. Məhkəmənin bu cür hüquqi nəticəyə gəlməsi özü əsassızdır. Ona görə ki, cavabdehın gəlir və qazancları çox böyükdür, cavabdeh gəlir və qazanclarını gizlədir və həqiqəti məhkəməyə demir. Məhkəmə cavabdehin gəlir və qazanclarını tam olarq araşdırmamış və həmçinin aydınlaşdırmamışdır. Məhkəmənin “cavabdehin diqqətəlayiq maraqları baxımından alment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməzi” kimi ifadəsi aydın göstəriri ki, hakim cavabdehin maraqlarını müdafə edən qərəzli qətnamə qəbul edib. Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uşaqların hər ikisinin məktəbə getdiyini, 340 manat alimentlə iki uşağa baxmağın çətin olduğunu, özünün ali təhsil müəssisəsində müəllim işlədiyini, ancaq yene də pul çatdıra bilmədiyini, qarşı tərəfin maddi imkanının qeyd etdiyi kimi ağır olmadığını bildirmiş və hər uşaq üçün ən azından 193 manat aliment müəyyən edilməsini xahiş etmişdir.
5. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, aylıq əmək haqqının 300 manat olduğunu, hal-hazırda yenidən nikaha daxil olmağa hazırlaşdığını, bu səbəblə də müəyyən edilmiş alimentdən daha artığını ödəməyə maddi imkanının olmadığını bildirmişdir.
Apellyasiya baxışının hədləri:
6. (Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına əsasən) apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları haqqında” Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 80, 81, 84, 99, 112.1; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80, 81, 82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən artıq yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir və cavabdehin maddi vəziyyətinin ağır olması isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, məhkəmə sadaladığı hallar üzrə əsassız olaraq səhv nəticəyə gəlmişdir. Belə ki, digər amillərdən çıxış edərək iddiaçının tələbinin tam təmin edilməməsi üçün əsaslar olmasa da və iddiaçı tərəfindən faktiki əsasların tam sübuta yetirilməməsi, uşaqların mənafeyi (yaşayış minimumu və ananın biləvasitə ona baxması zərurəti) baxımından nəzərə alınmaması üzrə dispozitiv imkanı istisna edən hal deyildir. 8.Məhkəmənin qeyd etdiyi- cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim olunmamaqla, işin araşdırılmış halları ilə də müəyyən edilməməsi, habelə cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılmasının qanuni və əsaslı hesab edilə bilməməsi barədə - mülahizə əsassızdır. Belə ki, aliment məbləğinin artmaması müstəvisində yaşayış minimumunun və ondan irəli gələn tələbat zəmbilinin artması hamıya bəlli olan hal kimi sübuta ehtiyacı yoxdur. Qeyd edilən amillər isə, qanunvericiliyin dispozitiv şərtlərinə dəlalət edən - iddiaçının maddi durumunun pisləşməsinə doğru dəyişikliyi müəyyən edir. 9.Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. İş üzrə müəyyən edilir ki, tərəflər ayrı yaşamaqla ayrı təsərrüfat aparırlar və uşaqlar ananın (iddiaçının) yanındadır, iddiaçının kifayət qədər maddi duruma malik olması müəyyən edilmir. Hamıya bəlli olan halların sübuta yetirilməsinə ehtiyac yoxdur. Məhkəmənin özünün gəldiyi nəticə əsaslandırıcı hissədə ziddiyyətlidir və minimum yaşayış səviyyəsinin artmasına rəğmən uşaqların böyüməsi onların tələbatlarının mütənasibliyini müəyyən etməlidir. Bundan əlavə, aliment hissədə dərhal icraya yönələn qəbul edilmiş digər qətnamə və hazırki iş üzrə cavabdehin hansı qazanca malik olması müəyyən edilmir, habelə alimentin müəyyən olunmuş miqdarını dəyişdirilməsinin məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə həyata keçirildiyi qanunvericilikdə əks edilmiş, burada digər qətnamənin qanuni qüvvəsinin alması və ya apellyasiya icraatı vasitəsi ilə bunun həyata keçirilməsi nəzəzrdə tutulmamışdır. 11.Ailə Məcəlləsinin 76 və 78-ci maddələrinin tələblərinə görə: Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
12. Ona görə uşağın minimum təminat səviyyəsində yaşaması üçün kollegiya aliment tələbinin minimum yaşayış həddinə yaxın cavabdeh tərəfindən təmin edilməlidir. Belə ki, uşağın saxlanılması üçün bu məbləğ minimum dolanacaq xərcini əhatə edir və uşağın digər təminatları, yəni ona layiqli şəkildə baxılması və digər zəruri tələbatlarının təmin edilməsi əlbəttə ki, valideyn öhdəliklləri üzrə vəzifə bərabərliyi baxımından iddiaçının üzərinə düşür. Qeyd edilənlərə görə və birinci instansiya məhkəməsinin qətnaməsi üzrə qəbul edilən qənaətin tam fərqli əsasları müəyyən edildiyi üçün, iddia qismən təmin edilməklə apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1455/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin tutulması sabit pul məbləğinə dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X4 və 28.06.20l8-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 13.Kollegiya diqqətə çatdırır ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1455/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək- Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1107/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilən sabit pul məbləğinə aliment dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşna çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər uşağa, hər ay, 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulması təmin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin.