Məhkəmə qərarları › İş №2(103)-5399/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5399/2023

23.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5399/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(001)-1388/2023 saylı qərardadından Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil3tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbini dəyişərək, məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 girişli binanın, 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzil üçün İddiaçı tərəfindən Cavabdeh2 MTK-ya(bundan sonra MTK) ödənilmiş 28820 manatı, təmir üçün çəkilmiş 3000 manat, həmçinin 28820 manatı özlərində 42 ay saxlayaraq gecikdirdikləri vaxt üçün illik 5 faiz, yəni 5043 manat əldən çıxmış faydanı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 111 manatın kooperativ və Cavabdeh1 müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1388/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 MTKdan 33143(otuz üç min yüz qırx üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi,ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh2 MTK-dan 190(yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1388/2023 saylı qətnaməsindən 05 iyul 2022-ci il tarixində apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə vəsatət vermiş və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilən müddətin buraxılması səbəbini üzürlü hesab edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(001)-1388/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1388/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 vəsatətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1388/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilməsi, həmin qətnamədən Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 MTK-nın nümayəndəsininməhkəmənin 18 iyul 2023-cü il tarixli qərardadından verdiyi şikayət həmin məhkəmənin 31 iyul 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmənin də özünün qeyd etdiyi kimi, məhkəmə bildirişləri çatdırılmamış, sübutların təmini qərardadı isə icrasız qalmışdır. ***-***-**-** mobil telefon nömrəsi isə MTK-nın adında qeydiyyatda deyil, başqa sözlə korporativ nömrə, eləcədə ofis nömrəsi olmadığı üçün məhkəmə tərəfindən həmin nömrəyə göndərilən sms bildirşdən şüphəsiz ki, MTK məlumatsız olmalıdır. Bundan başqa Binəqədi RİH tərəfindən nəyinki, məhkəmə bildirişi, ümumiyyətlə bu barədə nə şifahi nədəki, yazılı formada hər hansı məlumat verilməmişdir. Bununla bağlı məhkəmə bildirişinin çatdırılmasını təsdiq edən xəbərnamədə bildirişi qəbul edən şəxsin kimliyini müəyyən etmək lazım idi. Məhkəmə, müddətin bərpasına dair ərizənin mümkünlük məsələsinə baxarkən ümumiyyətlə bu məsələyə toxunmamışdır. Elektron məhkəmə informasiya sistemində MTK-nın adına elektron kabinetin yaradılması məsələsinə gəldikdə isə, deyə bilərik ki, tamamilə cəfəngiyyatdır. xx.xx.2023-cü il tarixdə mümkünlük məsələsinə baxılarkəndə bəlli olmuşdur ki, MTK-nın elektron kabineti yoxdur. Həmçinin həmin iclas zamanı məhkəmə bildirir ki, mübahisəyə məhkəmədə baxılarkən MTK-nın adına elektron kabinet yaradılmış müəyyən müddət sonra silinmişdir. Məhkəmənin bu hissədə gətirdiyi dəlilə münasibətdə qeyd etməyi zəruri hesab edirəm ki, şəxsin adına elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet silinmir, başqa sözlə desək silmək mümkün deyil. Buda o deməkdir ki, ümumiyyətlə bu günədək MTK tərəfindən elektron kabinet yaradılmayıb və hazırda da mövcud deyil. Bundan başqa, qeyd etmək istəyirik ki, əgər MTK məhkəmənin qeyd etdiyi tarixlərdə məhkəmə mübahisəsi, habelə MTKnın mənafeyinə və maraqlarına zidd şəkildə toxunan belə bir qətnamənin mövcudluğundan xəbərdar olmuş olsaydı, müddəti ötürməz və zamanında müvafiq prosessual hərəkətlər edərdi və buna da mane olacaq heç bir vasitə olmamışdır. Bu o anlama gəlir ki, MTK vaxtında məlumatlı olsa idi, bu qədər müddətin keçməsini gözləməz, zamanında apellyasiya şikayətini vermiş olardı. Azərbaycan Respublikası MPM-nin135.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmçinin əmin Məcəllənin135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbindən göründüyü kimi, işdə istirak edənşəxs elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçməyibsə o halda məhkəmə sənədləri sifarişli poçt vasitəsi ilə çatdırılmalıdır. Bundan başqa, məhkəmə öz qərardadında məhkəmə iclasları barəsində, eləcə də digər məhkəmə sənədlərinin çatdırılması üçün müəyyən hərəkətlər etdiyini qeyd etsə də, nədənsə bir dəfədə olsun məhkəmə sənədinin MTK-ya çatdırılmasını nə məhkəmə işçisinə, nədə ki, işdə iştirak edən hər hansı şəxsə həvalə etmişdir. Halbuki, məhkəmə iclasının keçirildiyi məhkəmə binası ilə MTK-nın ofis binasının yerləşdiyi bina arasındakı məsafə 500 metrdən az bir məsafədədir. Hazırki, məsələnin əslinə baxdıqda MTK heç bir prosessual müddəti ötürməmişdir. Belə ki, e- 2(001)-1388/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə xx.xx.2023-cü il tarixdə əldə edilmiş və xx.xx.2023-cü il tarixdə isə apellyasiya şikayəti verilmişdir. Odur ki, Cavabdeh2 MTK-nın məlum məhkəmə mübahisəsindən məlumatsız və xəbərsiz olmuşdur. Bu barədə məlumatın əldə edilməsi və digər xüsusatlar müddətin bərpasına dair ərizədə göstərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, məhkəmə xx.xx.2023-cü il tarixli qətnaməni xx.xx.2023-cü il tarixində cavabdehin elektron kabinetinə yerləşdirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və iddia ərizəsi mümkün hesab edilərək məhkəmə icraatı başlamışdır. Cavabdehin nümayəndəsinin də bildirdiyi kimi məhkəmə bildirişləri Kooperativin ofisinin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə ünvanına göndərilmişdir. Buna baxmayaraq məhkəmə bildirişləri ünvanın düzgün olmaması qeydi iləpoçt xidməti tərəfindən çatdırılmadan geri qaytarılmışdır. Məhkəmə bununla kifayətlənməyərək xx.xx.2023-cü il tarixdə sübutların təmini qərardadı qəbul edərək cavabdeh MTK-dan sənədlər tələb etmiş və qərardadın icrası icra məmurlarına tapşırılmışdır. Lakin həmin qərardadın da icrası məlum olmayan formada icrasız qalmışdır. Bundan əlavə tərəflərin təqdim etdiyi məlumatın əsasında MTK-ya münasibətdə 051-423- 05-05 telefon nömrəsinə sms bildirişlər göndərilmişdir. Bundan əlavə məhkəmə tərəfindən bildirişlərin MTK-ya çatıdırılması Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə olunmuş və məhkəmə bildirişi prosesdən sonra da olsa ən geci xx.xx.2023-cü il tarixdə MTK-ya çatdırılmışdır. Məhkəmə baxış iclasına təyin edilməsi ərəfəsində isə MTK-nın elektron kabinet yaratdığı aşkar edilmiş və xx.xx.2023-cü il tarixə təyin edilən məhkəmə iclası barədə bildiriş MTK-nın elektron kabinetinə yerləşdirilmişdir. Daha sonra qətnamə qəbul edilmiş və qətnamənin tam mətni xx.xx.2023-cü il tarixdə, saat 14-04-də MTK-nın elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin, Kollegiya qeyd edir ki, iş materiallarında göründüyü kimi məhkəmə bildirişi ən azından bir dəfə cavabdeh MTK-nın elektron kabinetinə yerləşdirilmiş, məhkəmə iclasından sonra da olsa məhkəmə bildirişi icra nümayəndəliyi tərəfindən MTK-ya təqdim edilmiş, məhkəmə bildirişini almasına baxmayaraq MTK məhkəmə icraatı barədə məlumat almamış və laqeyd münasibət göstərərək hərəkətsizlik göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması o halda mümkün ola bilər ki, şikayətin vaxtında verilməməsi tərəfin iradəsindən və hərəkət imkanından asılı olmasın, eyni zamanda tərəf şikayət vermək imkanının olmamasını sübut etmiş olsun. Əks halda, prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldar. Qanunla müəyyən edilən müddət ərzində qətnamənin icra olunmaması işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Məhkəmə kollegiyası şikayin dəlillərinə münasibətdə qeyd edir ki, qeyd olunan hallar məhkəmə tərəfindən düzgün olaraq müddətin ötürülməsinin üzrlü səbəbi hesab edilməmiş, məhkəmə tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə vəsatətin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. AR MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunlanəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesabedilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsiniradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın,müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın.Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitəməhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarlarınsərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, beləməsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktıqanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MTK-ya xx.xx.2023-cü ildə rəsmi qaydada təqdim edilmiş hesab edildiyindən və cavabdeh tərəfindən həmin qətnamədən 1 aydan sonra, yəni xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verildiyindən, həmçinin müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə təmin olunmamaqla, məhkəmə düzgün nəticəyə gəlmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur.Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(001)- 1388/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar