Məhkəmə qərarları › İş №2(103)-5402/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5402/2021

29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5402/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili X6, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia barədə ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X14 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-44/21 saylı 03.03.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ilkin iddia ərizəsi təmin edilməmişdir, qarşılıqlı iddia ərizəsi təmin edilərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 250000 (iki yüz əlli min) manat məbləğində pul vəsaiti alınaraq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə Nizami Ağayev və Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsini icarəyə götürərək, binanın zirzəmisi də daxil olmaqla, xüsusi ilə külli miqdarda vəsait qoyaraq təmir işləri aparmış, lakin ona modelyerdizayner kimi fəaliyyət göstərməyə imkan verilməyərək 300000 manat dəyərində ziyan dəymişdir. Bununla bərabər Cavabdeh qeyriləri ilə əlbir olan bir qrup şəxs halında birləşərək rəhbərlik etdiyi ünvan 1 ünvanda yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsini özbaşına soxularaq onun 190000 manat dəyərində əmlakının talanması faktına görə onun və qeyrilərinin AR CM-nın 177.3.2, 186.1. və 322-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi açılmışdır. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Mirzə Xankişiyevin icraatındadır. Cavabdeh ona vurulmuş 300000 manat mülki ziyandan 08 noyabr 2018-ci il tarixdə Bakı şəhər, Nərimanov rayonu, 9 saylı notariat kontorunda 250000 manatını nağd ödəyərək özü, öz dəsti-xətti ilə: “Mən Cavabdeh İddiaçı ilə aramızda olan razılaşmaya əsasən ona vurulmuş ziyanın məbləğini təşkil edən 300000 manatdan 250000 manatını ona ödədim, yerdə qalan 50.000 manatını isə 1 ay müddətinə ödəyəcəyimi öhdəmə götürürəm” mətndən ibarət öz imzası ilə təsdiq edən 08 noyabr 2018-ci il tarixli qəbz vermişdir. Həmin gün notariat kontorunda 250000 manat ödənildiyindən onun dilindən öz razılığı ilə yazdığı mətndə: “AR Məhkəmə orqanlarına, Bakı Ağır Cinayət Məhkəməsinə, Baş Prokuror Zakir Qaralova, Yasamal rayonu, C.Cabbarlı küçəsi 29 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair yaranmış mülki mübahisə həll edilmiş, buna görə də mənim onlardan maddi əmlak tələbim yoxdur deyə məhkəmə orqanlarında qaldırdığım bütün iddialardan imtina edərək, xahiş edirəm ki, məhkəmələrin icraatında olan mülki işlərə baxılmasına xitam verilsin” məzmunda onun adından notariat qaydada təsdiq edilmiş 08.11.2018-ci il tarixli ərizələr latın qrafikasında yazıldığından oxuya bilmədiyi üçün ona inanaraq imza etmişdir. Ertəsi günü isə həmin ərizələrin mətni ilə yaxından tanış olduqda ona məlum oldu ki, “AR CM-nın 177.3.2, 186.1. və 322-ci maddələri ilə təqsirləndirilən Cavabdeh və X11 və qeyrisi cinayət işində oğurluq faktının predmeti olan pul və əşyalar guya tapılıb ona qaytarılmışdır və ona dəymiş ziyan ödənilmişdir. Belə ki, 08.11.2018-ci il tarixdə saat 17:00 radələrində Əsəd adlı şəxs ona zəng edərək özünü Ağayev Nizamiyə məxsus qeyri-yaşayış binanın anbardarı kimi təqdim etdi və bildirdi ki, həmin binanın zirzəmisində parçalar, paltarlar, planşetlər və mənə məxsus olan əşyalar tapılmışdır, xahiş etdi ki, mən onlara baxım, yoxlayım. 17:30 radələrində ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasına gəldim, Əsəd adlı şəxslə ofisin zirzəmisinə düşüb və həmin əşyalara baxış keçirərək mənə məxsus olmasını və yarasız vəziyyətə düşdüyünü müəyyən etdim, planşetlər və içərisində 30000 manat pul olan kosmetika qabını tapdım, həmin pul da onun içərisində idi. Mənə vurulmuş külli miqdar oğurlanmış ziyan ödənildiyindən onlardan heç bir tələbim yoxdur. Gələcəkdə olarsa əsassız sayılmasını və başlanmış cinayət işinə xitam verilməsini Sizdən xahiş edirəm” məzmunlu ərizə yazılmışdır. Ərizə ona notarial kontorunda saat 19:31-də imza etdirilmişdir. O, 12.11.2018-ci il tarixdə, Bakı şəhər, 9 saylı notariat kontorunda olmuş, Cavabdeh və qeyriləri tərəfindən qeyd olunan ərizələrin mətni iradə-ifadəsinin əksinə olaraq göstərildiyi və onlar tərəfindən aldandığına görə qeyd edilən ərizələrini saat 11:34-də ləğv etdirmişdir. Cavabdeh, öz dilindən yazıb imza edərək vəd etdiyi 50000 manat pulu 08 dekabr 2018-ci il tarixdə ödəməyərək onu süründürür, məhz bu əsas səbəblərə görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Öz növbəsində Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 250000 manat məbləğində pulun alınaraq ona ödəniləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası CM-nin 177.3.2ci maddə ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqdadır. Həmin cinayət işinin məhkəməyə göndərilməsi ərəfəsində İddiaçı ona zəng edərək, hədə-qorxu gələrək bildirmişdir ki, əgər ona iş üzrə vurulmuş ziyanın əvəzi kimi 300000 manat pul ödəməsə, o, öz şəxsi əlaqələrindən istifadə edərək, qurama cinayət işi başlatdığı kimi, bu dəfə də onu həbs etdirəcək, onun barəsində mətbuatda böhtan xarakterli yazılar dərc etdirəcək, vəzifəli şəxslərin qəbuluna düşüb şər- böhtanlarla onun başına istənilən oyun açacaqdır. Lakin 300000 manatı ödəyəcəyi təqdirdə cinayət işi üzrə ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi, ona qarşı şikayəti, tələbi olmaması barədə ərizə verəcəyini və cinayət işini xitam etdirəcəyini bildirmişdir. O, onsuz da əsassız yerə ittiham olunduğunu, istintaq dövründə bütün halların ona qarşı qərəzli yönəldiyini, və bundan sonra bütün işlərin ona qarşı qərəzli çevrilməsini gördüyündən, bildiyindən məcburiyyət qarşısında onun bu təklifinə razılıq vermişdir. Lakin bildirmişdir ki, o yalnız cinayət işi üzrə vurulmuş maddi ziyanı ödəyə bilər. İddiaçı təkidlə bildirmişdir ki, o, ona 300000 manat ödəməlidir ki, həmin puldan vurulmuş ziyanı çıxsın, qalan pul isə cinayət işinin xitamı üçün ona lazımdır. O, İddiaçı bu təkidlərinin qarşısında ona 250000 manat pul ödəməyi, qalan 50000 manat pulu isə cinayət işinin xitam edilməsindən sonra ona ödəməyi qərara almışdır. Beləliklə də, onlar razılaşaraq birlikdə 9 saylı notariat kontoruna getmişlər. Orada İddiaçı aşağıdakı məzmunda ərizəni notariusun, onun yanında imzalamışdır. Ərizədə göstərilmişdir ki, “Yazıb Sizə bildirirəm ki, mənə edilmiş qanunsuz əməllərə və əmlakıma vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası DİN-nin Baş Müşəkəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində AR CM-nin 177.3.2, 186.1, və 322.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə X12, Cavabdeh və X7 ilə aramızda olan anlaşılmamazlıqlar müsbət şəkildə həll edilmişdir. Cinayət işində oğurluq faktının predmeti olan pul və əşyalar tapılıb mənə qaytarılmışdır və mənə dəymiş ziyan ödənilmişdir. Belə ki, 08.11,2018-ci il tarixdə saat 17:00 radələrində mənə Əsəd adlı şəxs zəng edərək, özünü Ağayev Nizamiyə məxsus qeyri-yaşayış binasının anbardan kimi təqdim etdi və bildirdi ki, həmin qeyri-yaşayış binasının zirzəmisində parçalar, paltarlar, planşetlər və mənə məxsus olması ehtimal olunan əşyalar tapılmışdır və xahiş etdi ki, mən gəlib həmin əşyalara baxıb mənə məxsus olub-olmamasını yoxlayım. Mən 08.11.2018-ci il tarixdə saat 17:30 radələrində ünvan 3 ünvanında yerləşən həmin qeyri-yaşayış binasına gəlib Əsəd adlı şəxslə ofisin zirzəmisinə düşüb və həmin əşyalara baxış keçirərək, mənə məxsus olmasını müəyyən etdim. Qeyd etməliyəm ki, həmin əşyalar uzun müddət zirzəmidə qaldığı üçün yararsız vəziyyətə düşdüyünü müəyyən etdim. Bundan başqa, mən oğurlanmasını ehtimal etdiyim planşetlər və içərisində 30.000 manat pul olan kosmetika qabını tapdım və həmin pul məbləği də onun içərisində idi. Mənim əşyalarım yararsız vəziyyətə düşdüyü üçün mənə vurulmuş ziyan X12, Cavabdeh və X7 tərəfindən tam ödənilmişdir. Həmin şəxslərlə barışmışam və onlarla aramızda olan heç bir problem qalmamışdır. X1, Cavabdeh və X7 barəsində heç bir şikayətim, iddiam və tələbim yoxdur. Gələcəkdə də hər hansı iddia və tələbim olarsa, əsassız sayılmasını və başlanılmış cinayət işinə xitam verilməsini Sizdən xahiş edirəm.” Təəssüflər olsun ki, İddiaçı həmin ərizənin notarial qaydada təsdiqindən üç gün sonra notariusa gedərək həmin ərizənin ləğv edilməsi barədə təkrar ərizə vermişdir. Bununla tam təsdiq olunur ki, İddiaçı ona qarşı dələduzluq etmiş, ona hədələr gələrək, etibarından suiistifadə edərək, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi, həmçinin guya cinayət işinin xitamı adı ilə ondan 250000 manat pul almış, bununla bağlı notarial qaydada ərizə vermiş, lakin pulu aldıqdan üç gün sonra həmin ərizəni ləğv etdirmişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll olunmuşdur. Qətnamədən İddiaçı nümayəndəsi-vəkili X14 apellyasiya şikayəti verərək, Yasamal rayon məhkəməsinin 03.03.2021-ci il tarixli 2(004)-44/2021 №li qətnaməsi ləğv edərək iş üzrə yeni qətnamə qəbul edəsiniz və həmin qətnamə ilə ilkin iddianın təmin edilməsi,qarşılıqlı iddianı təmin edilməməsini, ilkin iddia üzrə Cavabdeh 50000 manat pul vəsaitinin alınıb ilkin İddiaçı ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticələr bu nəticələri əsaslandırmaq üçün istifadə etdiyi sübutlarla təsdiq edilmir və ya məhkəmə nəticəyə gələrkən qərarını əsaslandırdığı sübutların ziddiyyətli olmasına əhəmiyyət verməmişdir.Məhkəmə iş üzrə nəticəyə gələrkən nəticə üçün mühüm əhəmiyyəti olan bütün halları aydınlaşdırmamış, iş üçün əhəmiyyətli hallar sübut edilməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən ilk iddia üzrə iddiaçını, onun nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən ilk iddia üzrə cavabdehi dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan 08 noyabr 2018-ci il tarixli qəbzdən görünür ki, X8 onunla İddiaçı ilə arasında olan razılaşmaya əsasən İddiaçı vurulmuş ziyanın məbləğini təşkil edən 300000 (üç yüz min) manat puldan 250000 (iki yüz əlli min) manatını ona ödəmişdir. Yerdə qalan 50000 (əlli min) manatı 1 ay müddətinə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.11.2018-ci il tarixli İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş X10 ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, ona edilmiş qanunsuz əməllərə və əmlakına vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində AR CM-nin 177.3.2, 186.1 və 322.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə X12, Cavabdeh və X7 ilə aralarında olan anlaşılmazlıqlar müsbət şəkildə həll edilmişdir. Cinayət işində oğurluq faktının predmeti olan pul və əşyalar tapılıb ona qaytarılmışdır və ona dəymiş ziyan ödənilmişdir. Belə ki, 08.11.2018-ci il tarixdə saat 17:00 radələrində ona Əsəd adlı şəxs zəng edərək özünü Ağayev Nizamiyə məxsus qeyriyaşayış binasının anbardarı kimi təqdim etdi və bildirdi ki, həmin qeyriyaşayış binasının zirzəmisində parçalar, paltarlar, planşetlər və ona məxsus olması ehtimal olunan əşyalar tapılmışdır və ondan xahiş etmişdir ki, o gəlib həmin əşyalara baxıb ona məxsus olub olmamasını yoxlasın. O, 08.11.2018-ci il tarixdə saat 17:30 radələrində ünvan 2 ünvanında yerləşən həmin qeyri-yaşayış binasına gəlib Əsəd adlı şəxslə ofisin zirzəmisinə düşüb və həmin əşyalara baxış keçərərək ona məxsus olmasını müəyyən etmişdir. Həmin əşyalar uzun müddət zirzəmidə qaldığı üçün yararsız vəziyyətə düşdüyünü müəyyən etmişdir. Bundan başqa oğurlanmasını ehtimal etdiyi planşetlər və içərisində 30000 manat pul olan kosmetika qabını tapmış və həmin pul məbləği də onun içərisində idi. Onun əşyaları yararsız vəziyyətə düşdüyü üçün ona vurulmuş ziyan X12, Cavabdeh və X7 tərəfindən tam ödənilmişdir, həmin şəxslərlə barışmış və onlarla aralarında heç bir problem qalmamışdır. X2, Cavabdeh və X9 barəsində heç bir şikayəti, iddia və tələbi yoxdur gələcəkdə hər hansısa iddia və tələbi olarsa əsassız sayılması və başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 08.11.2018-ci il tarixli İddiaçı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlandığı notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, ona edilmiş qanunsuz əməllərə və əmlakına vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində AR CM-nin 177.3.2, 186.1 və 322.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə X12, Cavabdeh və X7 ilə aralarında olan anlaşılmazlıqlar müsbət şəkildə həll edilmişdir. Cinayət işində oğurluq faktının predmeti olan pul və əşyalar tapılıb ona qaytarılmışdır və ona dəymiş ziyan ödənilmişdir. Belə ki, 08.11.2018-ci il tarixdə saat 17:00 radələrində ona Əsəd adlı şəxs zəng edərək özünü Ağayev Nizamiyə məxsus qeyriyaşayış binasının anbardarı kimi təqdim etdi və bildirdi ki, həmin qeyri-yaşayış binasının zirzəmisində parçalar, paltarlar, planşetlər və ona məxsus olması ehtimal olunan əşyalar tapılmışdır və ondan xahiş etmişdir ki, o gəlib həmin əşyalara baxıb ona məxsus olub olmamasını yoxlasın. O, 08.11.2018-ci il tarixdə saat 17:30 radələrində ünvan 2 ünvanında yerləşən həmin qeyri-yaşayış binasına gəlib Əsəd adlı şəxslə ofisin zirzəmisinə düşüb və həmin əşyalara baxış keçərərək ona məxsus olmasını müəyyən etmişdir. Həmin əşyalar uzun müddət zirzəmidə qaldığı üçün yararsız vəziyyətə düşdüyünü müəyyən etmişdir. Bundan başqa oğurlanmasını ehtimal etdiyi planşetlər və içərisində 30000 manat pul olan kosmetika qabını tapmış və həmin pul məbləği də onun içərisində idi. Onun əşyaları yararsız vəziyyətə düşdüyü üçün ona vurulmuş ziyan X12, Cavabdeh və X7 tərəfindən tam ödənilmişdir, həmin şəxslərlə barışmış və onlarla aralarında heç bir problem qalmamışdır. X2, Cavabdeh və X9 barəsində heç bir şikayəti, iddia və tələbi yoxdur gələcəkdə hər hansısa iddia və tələbi olarsa əsassız sayılması və başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 08.11.2018-ci il tarixli Cavabdeh və X12 tərəfindən Məhkəmə Orqanlarına ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, İddiaçı ilə aralarında olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair yaranmış olan mübahisə aralarında barışıqla həll edilmişdir, onların İddiaçı qarşı maddi və hər hansısa bir əmlak tələbləri yoxdur. Onlar – İddiaçı qarşı Azərbaycan Respublikasının Məhkəmə Orqanlarında qaldırdıqları bütün iddialardan imtina edir və hal hazırda məhkəmələrin icraatında olan mülki işlərə baxılmasına xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan 08.11.2018-ci il tarixli Cavabdeh və X12 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, İddiaçı ərizəsi əsasında başlanmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində AR CM-nin 177.3.2,186.1 və 322.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı ilə barışmışlar, onun əşyaları ona məxsus olan qeyri-yaşayış binasının zirzəmisində tapılmışdır, Həmin əşyalar yararsız vəziyyətə düşdüyü üçün onlar tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir.Onunla aralarında heç bir anlaşılmazlıq qalmamışdır. Onların İddiaçı qarşı hər hansısa şikayətləri və iddiaları yoxdur gələcəkdədə olmayacaqdır. Odur ki, ərizəni nəzərə almağı və cinayət işinə xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan 12.11.2018-ci il tarixli İddiaçı tərəfindən Azərbaycan Respublikası bütün məhkəmə orqanlarına ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, 08.11.2018-ci il tarixdə 8İ/7465 reyestr nömrəsi ilə Bakı şəhəri 9 saylı Notariat kontorunda X12, Cavabdeh və X7 tərəfindən ona dəymiş ziyanın ödənilməsi, onlara qarşı heç bir şikayət, iddia və tələbinin olmaması, ********* nömrəli cinayət işinə xitam verilməsinə dair ərizə rəsmiləşdirilmişdir. Qeyd edilən ərizəni etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan 12.11.2018-ci il tarixli İddiaçı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, 08.11.2018-ci il tarixdə 8İ/7464 reyestr nömrəsi ilə Bakı şəhəri 9 saylı Notariat kontorunda X12, Cavabdeh və X7 tərəfindən ona dəymiş ziyanın ödənilməsi, onlara qarşı heç bir şikayət, iddia və tələbinin olmaması və ********* nömrəli cinayət işinə xitam verilməsinə dair ərizə rəsmiləşdirilmişdir. Qeyd edilən ərizəni etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan 12.11.2018-ci il tarixli İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş X10 ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, 08.11.2018-ci il tarixdə 8İ/7463 reyestr nömrəsi ilə Bakı şəhəri 9 saylı Notariat kontorunda X12, Cavabdeh və X7 tərəfindən ona dəymiş ziyanın ödənilməsi, onlara qarşı heç bir şikayət, iddia və tələbinin olmaması və ********* nömrəli cinayət işinə xitam verilməsinə dair ərizə ünvanlamışdır. Qeyd edilən ərizəni etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan 22.02.2019-cu il tarixdə İddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, X12 və X3 AR CM-nın 177.3.2, 186.1 və 322.2ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin icraatında istintaqı yekunlaşanadək mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli qərardadı ilə 2(004)- 1154/2019 saylı mülki iş üzrə icraat Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X5, Cavabdeh və X4 Azərbaycan Respublikası CM-nin 177.3.2, 186.1 və 322.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökm qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2019 saylı, 15 oktuabr 2019-cu il tarixli hökmündən görünür ki, X5, Cavabdeh və X4 Azərbaycan Respublikası CM-nin 177.3.2, 186.1, 322.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirilmədiyindən onlara həmin maddələrlə bəraət verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 83/2020 saylı, 10.01.2020-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 177.3.2, 186.1 və 322.2-ci maddələri ilə təqsirləndirilməsinə dair DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işinin məhkəməyə göndərilməsi ərəfəsində 08.11.2018-ci il tarixdə barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədi ilə İddiaçı 250000 manat pul ödəmiş, qalan 50000 manat məbləğində pulu isə bir ay müddətində ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı ödənilmiş pul müqabilində 08.11.2018-ci il tarixdə 9 saylı Notariat Kontorunda Azərbaycan Respublikası bütün məhkəmə orqanlarına, Bakı Ağır Cinayətlər Məhkəməsinə, Azərbaycan Respublikası Baş X10 Cavabdeh şikayətçi olmaması barədə, vurulmuş ziyanın tam ödənilməsi barədə, onunla barışması və aralarında heç bir problem qalmaması barədə, həmçinin Cavabdeh və digərləri barədə başlanmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra, yəni 12.11.2018-ci il tarixdə İddiaçı 9 saylı Notariat Kontoruna yenidən müraciət edərək yuxarıda göstərilən ərizələrin etibarsız hesab olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, məhz ilkin İddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 22.02.2019-cu il tarixli ərizə əsasında hazırki mülki iş üzrə 02.04.2019-cu il tarixdə icraat dayandırılmışdır. Bu da onu təstiq edir ki, İddiaçı özü ona vurulmuş ziyanı Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi ilə əlaqələndirmişdir. İş materiallarında olan 08.11.2018-ci il tarixli qəbzdən də görünür ki, İddiaçı 250000 manat pulu Cavabdeh ona vurulmuş ziyanla əlaqədar almışdır. Bununla belə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 177.3.2, 186.1, 322.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-83/2020 saylı, 10.01.2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bununla da Cavabdeh tərəfindən hər hansı ictimai təhlükəli əməlin törədilməsi və İddiaçı maddi ziyanın vurulması müəyyən edilməmişdir. Həmçinin iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd edilmişdir ki, (hökmün 10-cu səh.) təqsirləndirilən şəxslər Nizami Ağayev və X15 Əhmədova ilə aralarında olan məhkəmə mübahisələrinə son qoymaq məqsədilə İddiaçı təmirə çəkmiş olduğu xərclərin əvəzi kimi məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 118000 manat pulu ona ödədikdən sonra, cinayət işinin məhkəməyə göndərilməsi ərəfəsində İddiaçı məhz həmin cinayət işi ilə əlaqədar 250000 manat əlavə vəsait ödəmişlər ki, İddiaçı onlardan şikayətçi olmaması barədə ərizə təqdim etsin və bütün məhkəmə mübahisələrinə son qoysun, yəni məsələ sülh yolu ilə həllini tapsın. İddiaçı 250000 manat pulu aldıqdan sonra, notarial qaydada ərizə təqdim etmiş və üç gündən sonra isə həmin ərizəni ləğv etdirmişdir. Məhkəmə istintaqı zamanı həmin xüsusatlarla bağlı verilmiş suallara cavab olaraq İddiaçı bildirmişdir ki, 250000 manat pulu hazırki cinayət işi ilə əlaqədar deyil, mülki işlə bağlı almış və pulun cinayət işinə heç bir aidiyyəti yoxdur. Bununla da, İddiaçı növbəti dəfə özü birmənalı şəkildə verdiyi bütün ifadələrinin yalan, həqiqəti əks etdirməyən və yalnız təqsirləndirilən şəxslərdən qisas almaq məqsədi daşımasını birmənalı şəkildə təsdiq etmişdir. Belə ki, İddiaçı öz vəkilinin iştirakı ilə notariusda məzmunu ilə tanış olduqdan sonra imzaladığı ərizənin məzmunundan açıqaşkar görünür ki, həmin ərizə cinayət işi ilə bağlı yazılmış və məhz cinayət işinin icraatında olduğu məhkəməyə və prokurorluq orqanına ünvanlanmışdır. Lakin İddiaçı həmin ərizənin mülki işlə bağlı yazıldığını bildirməsi birmənalı şəkildə təsdiq edir ki, o, təqsirləndirilən şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini tələb edib almaqla, həmin pul vəsaitini mənimsəmək məqsədi daşıyır. Bununla da bir daha təsdiq olunur ki, İddiaçı 08.11.2018-ci il tarixdə Cavabdeh aldığı 250000 manat müqabilində elə həmin tarixdə 9 saylı Notariat Kontorunda Azərbaycan Respublikası bütün məhkəmə orqanlarına, Bakı Ağır Cinayətlər Məhkəməsinə, Azərbaycan Respublikası Baş X10 Cavabdeh və digərləri barəsində heç bir şikayəti olmaması barədə, vurulmuş ziyanın tam ödənilməsi barədə, həmçinin Cavabdeh və digərləri barədə başlanmış cinayət işinə xitam verilməsi barədə ərizələri imzalamışdır. Lakin bir neçə gün sonra, 12.11.2018-ci il tarixdə, yenidən notariat kontoruna müraciət edərək həmin ərizələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş yaddaş kartında olan video yazıdan da görünür ki, İddiaçı 08.11.2018-ci il tarixdə Notariat Kontorunda olarkən bütün ərizələrlə diqqətlə tanış olduqdan sonra onları imzalamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən hər hansı ictimai təhlükəli əməlin törədilməsi və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maddi ziyanın vurulması öz təsdiqini tapmamışdır. Nəticədə ilkin iddia üzrə İddiaçı 250000 manat pulu Cavabdeh almaqla əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya hesab edir ki, ilk iddianıtəmin etməməklə və qarşılıqlı iddianı yuxarıda göstərilən qaydada təmin etməklə işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İlk iddia üzrə İddiaçı nümayəndəsi-vəkili X14tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə olan 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar