Məhkəmə qərarları › İş №2(103)-5402/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5402/2022

14.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5402/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və X1 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Eçin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-277/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Eçin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" MMC Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yolnəqliyyat hadisəsi nəticəsində Dövlətə vurulmuş 5.286 manat 40 qəpik məbləğində ziyanın Cavabdeh tutularaq iddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" MMC-nin hesabına (təqdim olunmuş bank rekvizitləri üzrə) ödənilməsi; 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Azərbaycan Avtomobil X4 "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(006)- 4928/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək, qiyabi qətnamənin ləğv edilməsini və mülki işə tərəflərin iştirakı ilə iddia icraatı qaydasında baxılmasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2021-ci il tarixli, 2(006)- 4928/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, məhkəmənin qiyabi qətnaməsi ləğv edilmiş və sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. İddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Mərdəkan körpüsü-Koroğlu metrosu istiqamətində – avtomobil yolunun 12-ci kilometrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbini pozaraq idarə etdiyi «BMW» markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və yol kənarındakı təhlükəsizlik səddinin 56 p.m-lik hissəsini və 1 ədəd siqnal dirəyinin qutusunu (yeşiyini) yararsız vəziyyətə salmışdır. Səlahiyyətli şəxslər tərəfindən tərtib edilmiş və sübut olaraq iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli aktdan göründüyü kimi, Cavabdeh tərəfindən «BMW» markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan körpüsündən Koroğlu metrosu istiqamətində hərəkətdə olarkən, avtomobil yolunun 12-ci kilometrində yol-nəqliyyat hadisəsi törətmiş və yolun kənarındakı təhlükəsizlik səddinin 56 p.m-lik hissəsi və 1 ədəd siqnal dirəyinin qutusunu (yeşiyini) yararsız vəziyyətə salmışdır. Hadisə nəticəsində "xxxx" MMC-yə 5.286 manat 40 qəpik məbləğində ziyan dəymişdir. Faktla bağlı DYPİ tərəfindən inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. Zərərvuran tərəf Cavabdeh ziyanın ödənilməsindən yayınır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-277/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, vurulmuş ziyana görə 5.286 manat 40 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" MMC-yə (təqdim edilmiş bank rekvizitləri üzrə) ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" MMC-nin nümayəndəsi X3 ərizə təqdim edərək tərəflər arasında artıq barışıq əldə olunduğunu bildirdi və məhkəmə kollegiyasından iddiadan imtina barədə ərizənin qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Eçin oğlu tərəflər arasında barışıq əldə olunduğunu bildirdi və məhkəmə kollegiyasından ərizənin qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının direktoru Etibar Kərimovun iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-277/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" MMC-nin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-277/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Avtomobil X4 "xxxx" MMC-yə dəymiş zərər, Cavabdeh tərəfindən ödənilmişdir. Dövlət əmlakına dəymiş zərərin ödənilməsini nəzərə alaraq iddiadan imtanın qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə görə apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" MMC-nin direktoru Etibar Kərimovun iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının direktoru Etibar Kərimovun iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-277/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" MMC-nin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" MMC-nin direktoru Etibar Kərimovun iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-277/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" MMC-nin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar