Məhkəmə qərarları › İş №2(103)-5407/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5407/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5407/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun ödənilməsi və girov predmetinə tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-632/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun ödənilməsi və girov predmetinə tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh2 ilə "İddiaçı" ASC arasında bağlanmış xx xxxxxx 2018-ciil tarixli 009CASA182420002 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 3711,11 AZN əsas kredit borcu, 352,77 AZN kreditdən istifadəyə görə faiz borcu, 110,17 AZN cərimə borcu olmaqla, cəmi 4174,05 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "İddiaçı”ASCyəödənilməsi, Cavabdeh1 “İddiaçı" ASC-də olan **********03956713 AZN depozit hesabındakı 6000 AZN məbləğində əmanətə tutma yönəldilməsi, həmin vəsaitin hesabına Cavabdeh2 "İddiaçı" ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin və dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-632/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçı bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə qalıq qalmış borcun ödənilməsi məqsədilə ilə tələbin Cavabdeh2 qarşı yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun məhkəmə iclaslarında iştirakı təmin edilməmiş və bank tərəfindən təqdim edilmiş saxta sənədlər əsasında məhkəmə qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh2 ilə "İddiaçı" ASC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 009CASA182420002 saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin təminatı olaraq onunla bank arasında xx.xx.2018-ci il tarixli 009CASA182420002/G saylı girov müqaviləsi bağlanmış, sonuncu müqaviləyə əsasən iddiaçı bank ilə xx.xx.2018-ci il tarixli əmanət müqaviləsi ilə ona məxsus **********03956713 AZN depozit hesabındakı 6000 manat pul girov predmeti hesab olunmuşdur. Lakin xx.xx.2018-ci il tarixdən bu günədək ona məxsus həmin depozit hesabında pul vəsaiti yoxdur. Buna dair İddiaçı ASC-nin Neftçilər filialından ona təqdim olunmuş xx.xx.2020-ci il tarixli arayışda da göstərilir ki, onunla bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmanət müqaviləsinə xitam verilmiş və həmin hesabda vəsait yoxdur. Həmçinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək olan müddət ərzində **********03956713 AZN hesabı üzrə aparılmış əməliyyatlara dair çıxarışda hazırda həmin hesabda heç bir vəsaitin olmadığı qeyd edilir. Məhkəmə ona məxsus olan hesabda hər hansı bir vəsait olmadığı halda, həmin hesaba tutma yönəltmişdir. Buna görə də qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi Nazim Babayev isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh2 məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası işə onuniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 632/2020 saylı qətnaməsi qismən, yəni girov predmetinə tutma yönəldilməsi hissəsində ləğv edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 009CASA182420002 saylı kredit müqaviləsindən məlum olur ki, cavabdehə 24 ay müddətinə, illik 16 % olmaqla 4540 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli girov müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-də Cavabdeh1 **********03956713 AZN depozit hesabındakı 6000 AZN məbləğində əmanət xx xxxxxx 2018-ci il tarixli 009CASA182420002 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi girov qoyulmuşdur. İş materialarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixli 009CASA182420002 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə 3711,11 AZN əsas kredit borcu və 352,77 AZN faiz, 110,17 AZN cərimə olmaqla, cəmi 4174,05 AZN borcu manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehlərə borcun ödənilməsini təklif etmiş, borcu ödəmədikləri təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən kredit müqaviləsinin ləğv edilməsini, habelə Mülki Məcəllənin 385.1, 739.1 və 741-ci maddələrinə istinad edərək əsas borc, faiz borcu və cərimənin Cavabdeh2 tutulub iddiaçı banka ödənilməsini qət etmişdir. Məhkəmə eyni zamanda Mülki Məcəllənin 269.1 və 295-ci maddələrinə istinad edərək tutmanın girov predmeti olan əmanətə yönəldilməli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh1 qətnamənin ləğv edilməsini və iddiaçı bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə qalıq qalmış borcun ödənilməsi məqsədilə tələbin Cavabdeh2 qarşı yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayət qətnamənin qismən ləğv edilməsinə yönəlmişdir. Buna görə də hazırkı apelyasiya baxışının predmetini qətnamənin girov predmetinə tutma yönəldilməsi ilə bağlı hissəsinin yoxlanılması təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh1 arasında bağlanmış 039567 saylı kompleks bank xidməti müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 saylı Əlavədən görünür ki, Bank əmanətçiyə AZ50BRES00**********03956713 AZN saylı əmanət hesabı açmış və həmin hesaba Cavabdeh1 tərəfindən 6000 AZN məbləğində əmanət yerləşdirilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli girov müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-də Cavabdeh1 **********03956713 AZN depozit hesabındakı 6000 AZN məbləğində əmanət xx xxxxxx 2018-ci il tarixli 009CASA182420002 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi girov qoyulmuşdur. Apelyasiya şikayətinə əlavə olunmuş İddiaçı ASC-nin Neftçilər filialı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 2471 saylı arayışdan görünür ki, 6000 manat məbləğində pulun əmanət kimi yerləşdirilməsinə dair İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmanət müqaviləsinə (hesab nömrəsi--- AZ50BRES00**********03956713 AZN) xx xxxxxx 2018-ci il tarixdə xitam verilmişdir. Halhazırda xx.xx.2020-ci il tarixinə hesabda vəsait yoxdur. Apelyatorun məhkəməyə təqdim etdiyi İddiaçı ASC-nin Əhmədli filialı ilə Cavabdeh1 arasında bağlanmış 039567 saylı kompleks bank xidməti müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı Əlavədən görünür ki, Bank əmanətçiyə AZ66BRES00**********03956716 AZN saylı əmanət hesabı açmış və həmin hesaba Cavabdeh1 tərəfindən 6000 AZN məbləğində əmanət yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən isə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Cavabdeh1 apelyasiya şikayətinə əlavə etdiyi, habelə apelyasiya baxışı zamanı təqdim etdiyi sənədlərdən görünür ki, girov predmeti olan **********03956713 AZN depozit hesabındakı 6000 AZN məbləğində əmanət mövcud deyil. Tərəflər arasında xx xxxxxx 2019-cu il tarixdə yeni əmanət müqaviləsi bağlanaraq AZ66BRES00**********03956716 AZN saylı əmanət hesabına 6000 manat məbləğində əmanət yerləşdirilmişdir. Lakin həmin əmanət hesabında olan əmanət xx xxxxxx 2018-ci il tarixli 009CASA182420002 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi girov qoyulmamışdır. Göründüyü kimi, xx xxxxxx 2018-ci il tarixli 009CASA182420002 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış girov müqaviləsi üzrə əmanət müqaviləsi ləğv olunduğundan hazırkı kredit təminatsız qalmışdır. Buna görə də birinci instansiya məhkəməsi tələbi girov predmeti olan əmanətə yönəlməkdə düzgün nəticəyə gəlməmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında məhkəmə bildirişlərinin sifarişli poçt vasitəsilə onun ünvanına göndərilməsi barədə poçt reyestrləri mövcuddur. Buna görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iddia tələbi tutmanın girov predmetinə yönəldilməsi hissəsində əsassız olduğundan, həmin hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-632/2020 saylı qətnaməsi qismən - “Tələb Cavabdeh1 məxsus olan İddiaçı ASC-də olan **********03956713 AZN depozit hesabındakı 6000 AZN məbləğində əmanətə yönəldilsin, həmin vəsaitin hesabına Cavabdeh2 banka olan borcu ödənilsin.” hissəsində ləğv edilsin, iddia həmin hissədə rədd edilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu İddiaçı ASC-dən tutulub Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar