Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5408/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, X1 katibliyiilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 25/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(010)-11339/2016 saylı məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12436,68 ABŞ dolları əsas, 2899,07 ABŞ dolları faiz və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı İKB ASC-yə ödənilməsi barədə əmr verilmişdir. Borclu Cavabdeh1 etirazına əsasən Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli, 2(010)-11339/2016 saylı qərardadı ilə hazırki iş üzrə Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(010)-11339/2016 saylı məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12436,68 ABŞ dolları əsas, 2899,07 ABŞ dolları faiz olmaqla cəmi 15335,75 ABŞ dolları və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11807,50 ABŞ dolları əsas, 4490,67 ABŞ dolları faiz və 2431,17 ABŞ dolları dəbbə borcu və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş gün üçün illik 5 (beş) faiz hesablanmaqla 486,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 19216,09 ABŞ dolları 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, 23-M-1-0-974-14 saylı kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 22 faizlə 18 ay müddətinə 15000 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borcu tam ödəmimşdir. xx xxxxxx 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Müqavilənin təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2018-ci il tarixə cavabdehlərin banka xx xxxxxx 2014- cü il tarixli kredit müqaviləsi üzrə 11807,50 ABŞ dolları əsas, 4490,67 ABŞ dolları faiz və 2431,17 ABŞ dolları dəbbə borcu və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş gün üçün illik 5 (beş) faiz hesablanmaqla 486,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 19216,09 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-25/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit və zaminlik müqaviləsi üzrə əsas 11000,79 ABŞ dolları, faiz borcu üzrə 3474,92 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün müddətdən xx.xx.2019-cu il tarixə (5%) hesablanmaqla 486,75 ABŞ dolları, cərimə 100 ABŞ dolları olmaqla, cəmi 15062,46 ABŞ dolları (on beş min altmış iki) ABŞ dolları məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, əlavə ödəniləcək 10 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət nəfinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 245 (iki yüz qırx beş) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə (hesab: adı Dövlət Xəzindarlığı Ağentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE**********002088501) köçürülməsi qət olunmuşdur. Qətnamədən «xxxxxxxxx» ASC apellyasiya şikayəti verərək onun qismən, yəni iddianın təmin olunmadığı hissədə ləğv edilərək iddia tələblərinin tam təmin edilməsini xahiş etmiş, şikayətini məhkəmənin əsassız ekspert rəyinə istinad etməsi, ekspertin verdiyi rəylə iş materialları arasında ciddi fərqlərin olmasına, ekspertin yanlış hesablamalar aparmasına əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, qurumun əvvəlki adı İddiaçı İKB ASC, hazırki adı «xxxxxxxxx» ASC-dir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətlərinin təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qətnamənin iddia tələbinin təmin edilməmiş hissələrində yoxlanılması təşkil edir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə əsas, faiz və cərimə borclarının məbləğlərinə aid hissələrdə dəyişdirilməlidir. Belə ki, işin müəyyən olunan hallarına əsasən, İddiaçı İKB ASC-nin 11 saylı filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 23-M-1-0-974- 14 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən bank borcalana istehlak məqsədilə illik 22 faizlə 18 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh2 zaminlik müqaviləsi bağlanmışdır. Kredit götürən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini bir müddət icra etsə də sonradan icra etməkdən yayındığından bank tərəfindən 11807,50 ABŞ dolları əsas, 4490,67 ABŞ dolları faiz və 2431,17 ABŞ dolları dəbbə pulu və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş gün üçün illik 5 (beş) faiz hesablanmaqla 486,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 19216,09 ABŞ dolları borcu yarandığı iddia edilərək məhkəməyə müraciət edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2541 saylı rəyindən görünür ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdançıxarış və xx xxxxxx 2014-cü il tarixli kredit şərtləri və gecikdirilmiş 5 faiz dərəcəsi əsas götürülməklə Cavabdeh1 banka xx.xx.2019-ci il tarixinə 11000,79 ABŞ dolları əsas borc, 3474,92 ABŞ dolları faiz borcu olması müəyyən edilir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 tutulmalı olan kredit borcunun məbləğlərini düzgün müəyyənləşdirməmişdir. Belə ki, birinci instansiya məhkəmə iş üzrə ekspertiza tədqiqatı təyin edərkən tərəflər arasında bağlanmış kredit müqaviləsinin bitmə tarixini xx.xx.2016-cı il göstərərək həmin tarixi borcun hesablanmasını tələb etsə də, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı bank, ekspertin yanlış hesablamalar apardığını irəli sürmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmuş, bu təyinat əsasında verilmiş ekspert rəyində xx xxxxxx 2014-cü il tarixli 23-M-1-0974-14 saylı kredit müqaviləsinin, eləcə də xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli əlavələrin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixinə İddiaçı İKB ASC-nə 11215,58 ABŞ dolları əsas, 7375,22 ABŞ dolları faiz borcunun təşkil etdiyi vurğulanmışdır. Kollegiya ilkin və təkrar ekspertiza rəylərini təhlil edərək, eyni zamanda iddia tələbinin həcmini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2014-cü il tarixli 23-M-1- 0974-14 saylı kredit müqaviləsinin, eləcə də xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli əlavələr üzrə cavabdehlərdən 11215,58 ABŞ dolları əsas, 4490,67 ABŞ dolları faiz borcu borcu tutulmalıdır. Qətnamənin bank tərəfindən mübahisələndirilən, cavabdehlərdən 100 ABŞ dolları cərimənin tutulmasıilə bağlı hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, bank, borcalanın 11215,58 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 2431,17 ABŞ dolları hesablayıb tələb etmiş, məhkəmə isə tutulmalı olan cərimə məbləğini 100 ABŞ dolları həcmində müəyyənləşdirmişdir. Kollegiyanın qənaətinə görə 100 ABŞ dollarının 11215,58 ABŞ dolları əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1200 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Nəzərə alınmalıdır ki, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: «xxxxxxxxx» ASC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-25/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit və zaminlik müqaviləsi üzrə əsas 11000,79 ABŞ dolları, faiz borcu üzrə 3474,92 ABŞ dolları, cərimə 100 ABŞ dolları olmaqla, cəmi 15062,46 ABŞ dolları (on beş min altmış iki) ABŞ dolları məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq müştərək qaydada alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi” hissələrində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit və zaminlik müqaviləsi üzrə əsas 11215,58 ABŞ dolları, faiz borcu üzrə 4490,67 ABŞ dolları, cərimə 1200 ABŞ dolları olmaqla, cəmi 17393 ABŞ dolları (on yeddi min üç yüz doxsan üç) ABŞ dolları məbləğində pul qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq müştərək qaydada alınaraq «xxxxxxxxx» ASC-yə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə və onlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5408/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5408/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver