Məhkəmə qərarları › İş №2(103)-5412/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5412/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5412/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı X2 Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsindən irəli gələn borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-643/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 2348 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 265.47 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 335.28 ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 2528.24 ABŞ dolları cərimə borcunun, cəmi 5477.02 ABŞ dolları borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında İKM 385 saylı istehlak kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı ASC-nin “Təbriz” filialı tərəfindən Cavabdeh1 15 ay müddətinə, illik 28% dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit ayrılmışdır, kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti göstərilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür, həmçinin bu kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır, zaminlik müqaviləsinin 2.2-ci bəndində qeyd olunmuşdur ki, zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır, lakin Cavabdeh1 xx.xx.2015-ci il tarixli, İKM 385 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, borcunu gecikdirmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq ödənişi etməmiş və beləliklə müqavilənin şərtlərini pozmuşdur, hazırda Cavabdeh1 kredit müqaviləsi üzrə banka 2348 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 265.47 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 335.28 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 2528.24 ABŞ dolları cərimə borcu, cəmi 5477.02 ABŞ dolları borcu qalmışdır, cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir, həmçinin Cavabdeh1 Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərinin həllinə dair” Fərmanının təsir dairəsinə düşən müştərilərin siyahısına daxil deyildir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-643/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə 2348 (iki min üç yüz qırx səkkiz) ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 265 (iki yüz altmış beş) ABŞ dolları 47 (qırx yeddi) sent faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 335 (üç yüz otuz beş) ABŞ dolları 28 (iyirmi səkkiz) sent borc, 100 (yüz) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 3048 (üç min qırx səkkiz) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı X3 ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, onun götürdüyü kredit Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərinin həllinə dair” Fərmanının təsir dairəsinə düşməsinə baxmayaraq, ona bu günə kimi cavab verilmir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-643/2020 saylı qətnaməsi ləğv edilməli iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, cavabdeh tərəf birinci instansiya məhkməsində Cavabdeh1 Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərinin həllinə dair” Fərmanının təsir dairəsinə düşən müştərilərin siyahısına daxil olmadığını qeyd etsə də, bu barədə heç bir sənəd təqdim etməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2020-ci il tarixli, 26-02540-2020 saylı məktubu ilə “X1”na vətəndaş Cavabdeh1 müraciətinə 5 gün müddətində baxılaraq, cavab verilməsi xahiş olunsa da, Cavabdeh1 cavab verilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərman vermişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanın 3.2-ci bəndinə əsasən 1-ci hissəyə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görmələri tövsiyə olunmuşdur. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən işlərin məhkəmədən geri çağrılmasına dair müddət bir ay həddində müəyyən edilməsinə, hazırda isə üç aya yaxın bir müddətin keçməsinə baxmayaraq Fərmanın göstərilən bəndinin icrası təmin edilməmişdir. Bu isə işlərin lüzumsuz yerə təxirə salınmasına, tərəflərin dəfələrlə məhkəməyə çağrılmasına şərait yaratmaqdadır. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən iddiaçı məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə mülki işi baxılmamış saxlayır. Digər tərəfdən qeyd edilməlidir ki, istinad olunan Fərmanda nəzərdə tutulanlarla bağlı işin məhkəmədən kənar həll edilməsinə dair yeni əsaslar yaranmışdır. Məhz bu baxımdan Fərmanda göstərilənlərin tətbiqi mövcud kredit müqavilələri üzrə öhdəliyin icrasının tələb edilməsi imkanlarını məhdudlaşdırır. Tərəflərin, ilk növbədə kreditorun mövcud olan münasibətlərin Fərmanın təsir dairəsinə düşməsi ilə bağlı məhkəməni və borclunu məlumatlandırmaq vəzifəsi vardır. Borclunun isə bu məlumatı aldıqdan sonra kompensasiya əldə etmək, icra edilməyən öhdəliyin qaldığı halda yeni mühüm şərtlərin razılaşdırılan müqavilənin bağlanması imkanı tanınır. Lakin Fərmanda göstərilən son müddətin, yəni 45 gün müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq kreditorun borclunu məlumatlandırmasına dair öz üzərinə düşən vəzifəsini yerinə yetirməmiş və faktiki olaraq hazırkı mülki işin icraatının davam etdirilməsi imkanlarını məhdudlaşdırmışdır. Hər bir halda Fərmanın tələbinə əsasən mövcud kredit münasibətləri üzrə öhdəliyin icrasının tələb edilməsi istisna olduğundan kredit verən təşkilatlara tövsiyyə olunmuşdur ki, məhkəmlərdə başlanmış icraatların geri çağrılmasını təmin etsinlər. Lakin göründüyü kimi, Fərmanın bu tələbinədə əməl olunmur. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci və 391-ci maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1, 384.0.4 və 391 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 643/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı X2 Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsindən irəli gələn borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar