Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5418/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində maddi zərərin əvəzi kimi 2.135,42 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, maddi zərərin əvəzi kimi 2.135 manat, mediasiya xərcinə görə 50 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız oluğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh "xxxx" MMC-nin X1 OBA Marketlər Şəbəkəsində əvvəlcə satıcıkassir, daha sonra administrator işləmiş, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh “OBA Nizami 3” mağazasında çalışdığı zaman üçün xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən inventarizasiya keçirilmiş və inventarizasiyanın nəticələrinə əsasən Cavabdeh "xxxx" MMC-yə 2.135,42 manat məbləğində zərər vurduğu müəyyən edilmişdir. İddiaçı hazırda həmin zərərin ödənilməsini tələb edir. Tələbin irəli sürülməsi üçün iddia müddəti keçib. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə görə, işəgötürən ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Zərərin vurulması xx.xx.2018-ci il tarixdə aşkar edilib. İddia ərizəsi ilə 2 il 11 ay sonra – xx.xx.2021-ci il tarixdə məhkəməyə verilib. Birinci insansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyindən o, iddia müddətinin tətbiqi üçün müraciət edə bilməyib. Cavabdeh iddia müddətinin tətbiq edilməsini apellyasiya şikayəti verərkən apellyasiya şikayətinin məzmununda xahiş edib. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinin və Mülki Məcəllənin 375-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia müddəti keçdiyinə görə qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5418/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5418/2022
23.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver