Məhkəmə qərarları › İş №2(103)-542/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-542/2020

27.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-542/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X7 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-715/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 715/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli əlavə qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia (həcminin artırılması) ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 48240 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyanın əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, qazın alqı-satqısına dair müvafiq müqavilənin bağlanması vəzifəsinin Cavabdeh üzərinə öhdəlik kimi qoyulması və Kürdəxanı qəsəbəsində yerləşən yeni yaşayış massivində iddiaçıya məxsus torpaq sahəsində quraşdırılmış müvəqqəti sayğacın Cavabdeh tərəfindən yeni sayğac ilə əvəz edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-715/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Qətnamə 14.2, 77.1, 21.1, 217.4-cü maddələrinə əsasən İddiaçı cavabdeh “Cavabdeh" İstehsalat Birliyi tərəfindən ona məxsus istixanada qaz xəttinin kəsilməsi nəticəsində təsərrüfat fəaliyyətinin məhv olunmasını, onun və ailəsinin mənəvi sarsıntı və iztirab keçirməsini əsas gətirərək, ona 48240 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyanın dəydiyini göstərsə də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı 2(011)-715/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsində apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosesual Məcəlləsinin 9.3, 14.1, 88, 217.3, 227.2, 227.3, 360, 384.0.2; Azərbaycan Respublikası Konstitusiyasının 26, 60; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli Qərarının 2, 3, 4, 5, 7, 8, 10 bəndlərinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etdiyi zaman izahatında göstərib ki, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən özünə məxsus torpaq sahəsində təsərrüfat fəaliyyəti ilə məşğul olur. Həmin yer üzrə təbii qazdan istifadəyə görə **********8000 saylı abonent istifadəçisidir. xx xxxxxxxx 2017-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları sözü gedən ünvandan 28025656 nömrəli sayğacının dövlət yoxlamasından keçirilməsi üçün çıxarmış və əvəzində müvəqqəti sayğac quraşdırmışlar. Cavabdeh İB-nin göndərilmiş 29/1640-02382-2 saylı xx.xx.2017-ci il tarixli bildirişdə mexanika tipli sayğacın dövlət yoxlaması nəticəsində yararsız hesab edilməsi (plombun siminin qırıq olması, plombun alt hissədən kəsilməsi, hesablayıcı mexanizmin rəqəmlərinin üzərində əzik cızıq izlərinin olduğu) göstərilmişdir. Yoxlamanın nəticəsi ilə razı olmadı. Sayğac yararsız hesab edilə bilər, lakin onda plombun siminin qırıq olması, plombun alt hissədən kəsilməsi, hesablayıcı mexanizmin rəqəmlərinin üzərində əzik cızıq izlərinin olması mümkün deyil. Bəlkə, elə Cavabdeh İB-nin əməkdaşları sayğacı çıxaran zaman, ya da ki, sonradan həmin qüsurlar meydana gəlmişdir. Çünki həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər, yada ki, sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərilərdi. Dövlət yoxlamasını həyata keçirəri şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Bundan başqa xx.xx.2017-ci il tarixli 001040 saylı bildirişdə isə sayğacın təmir edilməsinin tərəfindən 15 gün müddətində təmin edilməsi, əks təqdirdə qaz təchizatının əlavə məlumat verilmədən dayandırılması göstərilmişdir. Müraciətinə heç bir məhəl qoymadan, təsərrüfat fəaliyyətindən başqa bir isi olmayan, dolanışığını həmin təsərrüfat hesabına təmin edən bir kəndlinin ağır çətin maddi vəziyyətə düşməsinə göz yummaqla xx.xx.2018-ci il tarixdə Bakı Regional Qazın Satış Departamentinin nümayəndələri tərəfindən qaz xətti kəsilmişdir. Həmin vaxt ağır xəstə olduğundan qaz xəttinin kəsilməsində iştiarak edə bilməmişdır. xx.xx.2018-ci il tarixli aktda isə aktı imzalamaqdan imtina etməyi göstərilmişdir. Beləliklə də, ilin ən soyuq vaxtında təsərrüfat fəaliyyətinin təbii qaz olmadan həyata keçirilməsinin qeyri-mümkün olduğu bir zamanda istixana təsərrüfatı (30x15x2,2m, 2 ədəd istixana, əkin növü pomidor, xiyar) təbii qazın kəsilməsi ucbatından məhv olmuş və əsaslı maddi ziyan dəymişdir. Qaz xəttinin kəsilməsi və təsərrüfat fəaliyyətinin məhv olması səbəbindən Cavabdeh İB-nin əməkdaşlarının qanunsuz əməlləri barədə teleqramla prezident İlham Əliyev cənablarına müraciət edib. Belə ki, iddia ərizəsinə əlavə etdiyi xx xxxxxx 2017-ci il tarixli inventar aktla da təsdiq olunur ki, İddiaçı məxsus 2 ədəd istixananın ölçüləri 30x15x2,2m-dir və həmin istixanada pomidor və xiyar becərilirdi. İstixanada pomidor ştillərinin sayı 2860 ədəd idi. Hər ştildən 3 kq hazır məhsul götürəcəkdi. 2860x3=8580 kq hazır məhsulu yanvar ayında ən aşağı qiymətlə 3 manata satacaq və bunun nəticəsində 25.740 manat gəlir əldə edəcəkdi. Bundan başqa, istixanada 750 ədəd xiyar ştili əkmişdi və hər ştildən 3 kq hazır məhsul götürəcəkdi. 750x3=2250 kq. Becərilən xiyarın növü “şumal” olduğundan qış aylarında 10 manata satılır. 2250 kq. məhsulu 10 manata satacaq və 22500 manat gəlir əldə edəcəkdi. Yanvar ayında təsərrüfatının artıq yetişməyə başladığı bir vaxtda təbii qazın kəsilməsi nəticəsində məhsullar tamamilə məhv olmuş, ştillər üzərində yetişməyə təzə başlamış, hələ tam yetişməmiş məhsulu satmaqla cəmi 1750 manat gəlir əldə etmişdi. Yazılmış əsassız borcun silinməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edib. Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və 2878,38 manat borcun silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyi zaman iş üzrə yekun qərar çıxarılana qədər qaz xəttinin bərpa edilməsi (iddia təmin tədbiri) barədə vəsatətlə də müraciət etmişdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi S.Səlimovanın xx xxxx 2018-ci il tarixli qərardadı ilə vəsatəti təmin edilmiş, təsərrüfat fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi yeni yaşayış massivinə təbii qazın verilməsi vəzifəsinin Cavabdeh İB-nə həvalə edilməsi qərara alınmışdır. Qərardad dərhal icra edilməli olduğu təqdirdə, cavabdeh qərəzli olaraq qərardadı icra etməmişdir. İcra Baş İdarəsinə şikayət etdikdən sonra, yalnız 2 ay sonra, yəni xx xxx 2018-ci ildə (xx xxxx 2018-ci il tarixdə icra edilməli olduğu təqdirdə) təsərrüfat fəaliyyətini həyata keçirdiyi torpaq sahəsinə təbii qazın verilməsi bərpa edildi. Əgər təbii qaz vaxtında bərpa edilsə idi, yanvar ayında Cavabdeh İB-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində tamamilə itirdiyi təsərrüfat fəaliyyətini bərpa edib dolanışığını təmin edərdi. Çünki mart, aprel ayında təsərrüfatın mövcud olması üçün təbii qaza ehtiyac vardır. Həmin vaxtlar isə təbii qazın olmaması ucbatından təsərrüfat fəaliyyətini bərpa edə bilmədi. Qaz xəttinin kəsilməsi, təsərrüfat fəaliyyətinin məhv olmasına və ailəsinin mənəvi sarsıntı və iztirab keçirməsinə, həyat yoldaşının xəstələnməsinə, borca düşməyinə səbəb olmuşdur. Həyat yoldaşının müalicəsi üçün də xeyli vəsait xərclədi. Təsərrüfat fəaliyyətini bərpa etmək üçün və dolanışıqları təmin etmək üçün “Kapital Bank”-dan kredit götürmək məcburiyyətində qalıblar. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə dəfələrlə müraciət etməyilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə məhkəmə iclaslarına gəlibgetməyilə, cavabdehin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə getməklə xeyli vəsait və vaxt itirmişdir. Onun və ailəsin mənəvi sarsıntı və iztirab keçirməsi nəticəsində mənə 10000 manat məbləğində mənəvi zərər dəymişdir. Məhkəmə sözügedən qətnaməsində maddi və mənəvi ziyana dair istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etmədiyini göstərmişdir. Halbuki, iş materiallarında olan mötəbər sübutlarla da təsdiq olunur ki, məxsus 2 ədəd istixananın ölçüləri 30x15x2,2m-dir və həmin istixanada pomidor və xiyar becərilirdi. Məhkəməyə təqdim etdiyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tətəfındən arayışlara əsasən Bakı ərazisində torpaqda yetişdiricilik edilən istixanada sentyabr ayında əkilən bir pomidor ştilindən və bir xiyar şitilindən hər birindən ayrılıqda 3 kq məhsul almaq mümkündür. Lakin məhkəməyə təqdim etdiyi arayışlara məhkəmə qətnaməsində münasibət bildirilməmişdir. Halbuki, həmin arayışlarla istixanada becərdiyi şitillərin məhsul vermə qabiliyyəti öz təsdiqini tapır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-715/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə, iş üzrə əlavə qətnamə çıxarılaraq, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən sahədə olan istixanada quraşdırılmış müvəqqəti qaz sayğacının Cavabdeh tərəfindən yeni sayğac ilə əvəz edilməsi qət edilmişdir. Qətnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2, 4.6, 4.8, 4.9; Mülki Prosesual Məcəlləsinin 53, 218.3, 229.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçıya məxsus sahədə quraşdırılmış qaz təminatı dayandırılaraq, sayğac növbəti dövlət yoxlamasına göndərilmiş, xx xxxxxxx 2017-ci il tarixdə həmin sahədə G-6 markalı, ******* zavod nömrəsi olan müvəqqəti sayğac quraşdırılmış, iddiaçıya məxsus sahədə quraşdırılmış sayğacın nömrəli plombun siminin qırıq olması, zavod plombunun alt hissədən kəsildiyi, plasmas qapağın yan tərəfində və kranşteynə birləşən qulaqcıqlarında və hesablayıcı mexanizmin rəqəmlərinin üzərində əzik cızıq izlərinin olması müəyyən edildiyindən, dəymiş ziyanın hesablanması qərara alınmış və tərtib olunmuş aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 2880 manat təşkil etmişdir. Məhkəmə qətnaməsi ilə Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 2878,38 manat pulun silinməsi qət edilmiş və həmin qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanunvericilikdə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacının qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsinin, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılmasının qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh (Azərbaycan Respublikası MPM-nin 21.1, 385.1.1, 386, 387; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndi: Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndi; Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli 258 nömrəli Fərmanı; Azərbaycan Respublikası Prezidentinin əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” xx xxxx 2000-ci il 6 saylı Fərmanın 9-cu bəndi; Azərbaycan Respublikası Prezidentinin əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” xx xxxxxx 2009-cu il 7saylı Fərmanın 3cü bəndinə istinadən) apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-715/2019 saylı əlavə qətnaməsini ləğv edib, İddiaçı tələbinin rədd olunması barədə yeni qərar qəbul edərək Cavabdeh İB-nin şikayətini təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi X9 apellyasiya şikayətlərini müdafiə edərək, iş materiallarında olan aktdan da müəyyən edilir ki, Cavabdeh əməkdaşlarının baxış keçirərək istixanaların olduğunu təsdiq etdiklərini, iddialarının rədd olunan hissəsinin təqdim etdikləri sübutlar, mütəxəssislərin və ekspertlərin rəyləri ilə təsdiq olunduğunu bildirmiş, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişlər. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşdə mövcud sübularla müəyyən edilir ki: İddiaçı xx.xx.2017 ərizəsi ilə təsərrüfat fəaliyyətini həyata keçirdiyi ünvan (Kürdəxanı qəsəbəsi Yeni yaşayış massivi) adına əsassız yazılmış 2878,38 manat borcun hansı əsasla yaranması barədə məlumat, silinməsi barədə isə göstəriş verilməsini xahiş edərək, əsassız yazılmış borc silinmədiyi təqdirdə məhkəm müraciət edəcəyini bildirmişdir (səh.7). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı cərimənin silinməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 2878,38 manat pulun silinməsi qət edilmişdir (səh.8). Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (səh.11). xx xxxxxx 2017-ci il tarixli inventar aktla təsdiq olunur ki, İddiaçı məxsus 2 ədəd istixananın ölçüləri 30x15x2,2m-dir və həmin istixanada pomidor və xiyar becərilirdi (səh.19). xx.xx.2018-ci il tarixli akta əsasən, kreditor borcu 3604,98 manat olduğuna görə qaz təminatı qaynaq vasitəsilə dayandırılmış, xx.xx.2018-ci il tarixli akta əsasən, Xətai Rayon Məhkəməsinin 2(011)-3693/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qərarına görə qaz təminatı bərpa olunmuşdur (səh.20,23). xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, X3 Kapital Bank ASC tərəfindən 3000 manat məbləğində kredit verildiyi müəyyən edilir (səh.22). İddiaçı ilə Cavabdeh ilə xx.xx.2016-cı ildə qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır (səh.25). İddiaçı özünün və yoldaşı X1 xəstəliyi barədə sənədlərin nüxsələrini təqdim etmişdir (səh.29-39). xx.xx.2018-ci il tarixli arayışa əsasən müəyyən edilri ki, İddiaçı həqiqətən Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi ev 4 ünvanında yaşayır (səh.41). "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş arayışa əsasən, Bakı ərazisində torpaqda yetişdiricilik edilən istixanada sentyabr ayında əkilən bir pomidor şitilindən minimum 3 kq məhsul almağın mümkün olduğu müəyyən edilir (səh.75).Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayan İddiaçı ondan ötrü ki, həqiqətən də təsərrüfat fəaliyyəti ilə məşğuldur, dolanışığını da təsərrüfat hesabına qarşılayır. Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində İddiaçı məxsus 2 istixana mövcuddur. Hər bir istixananın ölçüsü 16x38-dir. İstixanalarda pomidor və xiyar yetişdirilir. İldə 2 dəfə məhsul becərir. Yaz əkini mart-aprel aylarına, payız əkini isə avqust-sentyabr aylarına təsadüf edir. Payızda əkilən ştillər qış aylarında məhsul verməyə başlayır. Payız əkinindən hər istixanadan təxminən 6000-7000 kq məhsul götürür və hazır məhsulu müxtəlif satış obyektlərinə təhvil verir. xx.xx.2018-ci il tarixdə qaz xəttinin kəsilməsi nəticəsində 2 istixanada yetişməyə başlamış pomidor və xiyar ştilləri tamamıilə məhv olmuş və vətəndaşa ziyan dəymişdir. Hazırda hər iki istixanada pomidor becərilir. Lakin qışın gəlişinə qədər məhsul yığımı başa çatması üçün vətəndaş qaz xəttinin kəsilməsi ilə qarşılaşdığı üçün payız əkinini daha tez həyata keçirir (səh.161) Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Sabunçu rayonu, Kiirdəxanı qəsəbəsində yaşayan İddiaçı Cavabdehnə qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi ilə əlaqədar qaldırılmış iddianın araşdırılmasının nəticələri haqqında ekspertlərin xx.xx.2020-ci il tarixli rəyinə əsasən X11 İnstitutunun əməkdaşları İstixana tərəvəzçiliyi şöbəsinin müdiri, aqrar elmləri doktoru X5 və Bitki mühafizəsi laboratoriyasının müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru X2 Təsərrüfatı Nazirliyinin rəsmi tapşırığı ilə bağlı Cavabdeh İB tərəfindən vətəndaş İddiaçı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi haqqında iddiası araşdırılarkən aşağıdakıları müəyyən ediblər. Aydınlaşdırıldı ki, iddiaçıya məxsus torpaq sahəsində onun 2 ədəd pərdə örtüklü istixanası vardır ki, onların da hər birinin ümumi sahəsi 608 kv.m. (16 x 38m) əkinə yararlı sahəsi isə 590 kv.m-dir. İddiaçının dediyinə görə, 2017- 2018-ci illərdə bu istixanalarda pomidor və xiyar məhsulları yetişdirilmişdir. Pərdə örtüklü qazla isidilən bu istixanaların torpağının strukturu qumsal və yüngül olub, üzvi gübrələrlə yaxşı təmin edilmişdir. Abşeron şəraitində pərdə örtüklü qazla isidilən torpaq əsaslı istixanalarda pomidor və xiyar toxumlarının səpin və əkini iki dövrdə aparılır: yay-payız aylarında (İ əkin dövriyyəsində) avqust-sentyabr aylarında və qış-yaz dövründə, (İİ əkin dövriyyəsi) yəni yanvar-mart aylarında. Məhsulun yığımı 1-ci əkin dövriyyəsində dekabr-may dövründə 5 ay, ikinci əkin dövriyyəsində isə may ayından iyulun sonuna qədər (2,5 ay) keçirilir. Vətəndaş İddiaçı istixanalarında istilik sistemi kimi qazanxanada su qaz yandırmaqla qızdırılır və isti su dəmir borularla dövr etdirilərək, bütün istixananı qızdırır. Qeyd edirik ki, vətəndaş İddiaçı istixanasında şitillik mövcud deyildir və o, əkiləcək pomidor və xiyar şitillərini hər il hazır şəkildə satın almışdır. İddiaçının dediyinə görə o, 2017-ci ildə hər biri 30 qəpikdən olmaqla 2860 ədəd pomidor və 750 ədəd xiyar şitillərini pulla almışdır. Yoxlama zamanı müəyyən olundu ki, pomidor istixanasında bitkilərin əkin sxemi (100+50)x 40 sm, xiyar istixanasında isə (100+50)x 60 sm, yəni 1 ədəd pomidor bitkisinin qida sahəsi 0,3 kv.m, xiyar bitkisininki isə 0,45 kv.m olmuşdur. İddiaçının dediyinə görə 2 istixananın biri tamamilə, o birisinin isə yarısında pomidor, qalan yarısında isə xiyar bitkisi əkilib becərilmişdir. Beləliklə pomidor bitkisi əkilmiş sahə 888 kv.m, xiyar əkilmiş sahə isə 296 kv.m olmuşdur. Pomidorun əkin sahəsində 2960 bitki, xiyar əkin sahəsində isə 658 bitkisini əkmək olardı. Məhkəmənin sorğusunun 2-ci bəndinə cavab olaraq bildiririk ki, pərdə örtüklü məhsul götürmək mümkündür. İstixanada əkilməsi mümkün olan 2960 ədəd pomidor bitkisindən 14800-17760 kq məhsul yığıla bilərdi ki, bunun da hər kq məhsulunun qiyməti 2018-ci ilin rəsmi statistikasına görə 3.0 manat, məhsulun ümumi dəyəri isə 44400-53280 manat təşkil edərdi. Eyni vaxtda istixanada yetişdirilməsi mümkün olan 658 ədəd xiyarın hər bitkisindən 3-4 kq, cəmi 1974-2632 kq məhsul yığmaq olardı. Xiyar məhsulunun hər kq-nın orta statistik qiymətinin 2018-ci ildə 2,75 manat olduğunu nəzərə alsaq, onda məhsulun ümumi dəyəri 5318-7238 manat həddində olardı. Beləliklə, pomidor və xiyar bitkilərinin məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi ziyan (əldən çıxmış faydanın) məbləği 49718- 60518 manat həddində qiymətləndirilir (səh.179). xx.xx.2020-ci il tarixli 2285/2286 saylı ekspert rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən istixanalarda pomidor əkin sahəsində 2960 bitki, xiyar əkin sahəsində 658 bitki əkmək olardı - Pomidorun bir bitkisindən becərilmə texnologiyasından asılı olaraq 5-6 kq, xiyarın bir bitkisindən 3-4 kq məhsul götürmək mümkündür. 2960 pomidor bitkisindən cəmi 14800- 17760 kq məhsul, 658 ədəd xiyar bitkisindən cəmi 1974-2632 kq məhsul yığmaq olardı. Rəyin bioloji tədqiqat və iş materiallarında olan mütəxəssis rəyindən istifadə edilməklə pomidor və xiyar şitillərinin məhv olması nəticəsində aqrotexniki qulluq və çəkiləcək xərclər (şitillərə verilmiş məbləğ xaric) nəzərə alınmadıqda iddiaçıya dəymiş ziyanın məbləği təxminən 53972,70 (47952 + 6020,70) manat müəyyən edilir. O cümlədən: - Pomidor bitkisi 2960 ədəd, məhsuldarlığı ümumilikdə 16280 (2960x5,5 (5-6 kq)) kq x 3,00, manat = 48840,00 manat - 888,00 (2960 ədəd şitil x 0,30m) manat = 47952,00 manat, -Xiyar bitkisi 658 ədəd, məhsuldarlığı ümumilikdə 2303 (658x3,5 (3-4 kq)) kq x 2,70=5 6218,10 manat - 197,40 (658 ədəd şitil x 0,30m) manat = 6020,70 manat. Təqdim edilmiş mütəxəssis rəyində qeyd edilən il ərzində edilləcək aqrotexniki qulluq və çəkiləcək xərclər barədə məlumat əksini tapmadığından əldən çıxmış xalis gəlirin miqdarını müəyyən etmək mümkün olmadı. Belə ki, əldə edilməsi ehtimal edilən dəyərdən qeyd olunan çəkilməsi zəruri olan xərclərin miqdarını çıxdıqdan sonra xalis gəlirin miqdarını müəyyən etmək olar. Ekspertiza xərci isə 100 manat müəyyən edilmişdir (səh193). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-in 21, 385.1, 442, 454, 560, 1096-1099, 1128-1131; MPM-in 14.2, 76.1, 77.1, 78.1, 80- 82, 106.2, 119, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-715/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixliqətnaməsi ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-715/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehdən 26986 manat məbləğində maddi ziyanın əvəzi iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya aid ediməli, ekspertizanın keçirilməsi ilə əlaqədar olan məhkəmə xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, işin araşdırılan və təkzibedilməyən halları ilə müəyyən edilmişdir ki, Abşeron şəraitində pərdə örtüklü qazla isidilən torpaq əsaslı istixanalarda pomidor və xiyar toxumlarının səpin və əkini iki dövrdə aparılır /yay-payız aylarında (İ əkin dövriyyəsində) avqust-sentyabr aylarında və qış-yaz dövründə (İİ əkin dövriyyəsi) yanvar-mart aylarında/. 2018-ci ilin rəsmi statistikasına görə pomidor və xiyar bitkilərinin məhv olması nəticəsində iddiaçıya vurulmuş maddi ziyan (əldən çıxmış faydanın) məbləği 49718-60518 manat həddində (ekspert rəyinə görə təxminən 53972,70 manat) qiymətləndirilir. Ona görə, iddiaçının iddia etdiyi dövr 2018 ci ilin yanvar – may ayların əhatə etdiyindən ekspert rəyi ilə ortalama və təxmini olan zərər məbləğinin yarısı - 26986 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulması qanunauyğundur. İddianın qalan, mənəvi zərər hissədində, iddiaçının özünə aid hərəkətlər həddində mülki məsuliyyətinin risk dairəsini və sübutların aidiyyətini nəzərə alaraq, təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Bundan əlavə, əlavə qətnamədən cavabdeh tərəfindən verilmiş şikayətinin əsasları qətnamə və işin hallarına uyğun gəlmədiyindən, habelə kifayət qədər aparılan müzakirələr zamanı bunlara aydınlıq gətirilmədiyindən, işin aidiyyəti halları iddiaçı tərəfindən təqdim edilən sübutlar (başqa iş üzrə qəbul edilmiş qətnamə) ilə təsdiq edildiyindən o hissədə iddianın rədd edilməsi və ya qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-715/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixliqətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən Xətai Rayon Məhkəməsinin 2(011)-715/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli əlavə qətnaməsindən verilmiş apellyasiya şikayəti rədd edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-715/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixliqətnaməsi ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-715/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehndən tutularaq 26986 (iyirmi altı min doqquz yüz səksən altı) manat məbləğində pul vəsaiti tutularaq maddi ziyanın əvəzi olaraq İddiaçı ödənilsin. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar