Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5425/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayndəsi Nemət Bədirxanovun iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qərardadından iddiaçı “xxxx” ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə 19.11.2020-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Geriqaytarma onunla əsaslandırılıb ki, apellyasiya şikayətini etibarnaməyə əsasən imzalamış nümayəndənin apellyasiya şikayətini imzalamaq səlahiyyəti etibarnamədə göstərilməyib, bu hal isə belə qiymətləndirilir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanıb. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apelyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdırsa o, qaytarılır Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 74.2-ci maddəsinə görə məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırkı iş üzrə apellyasiya şikayətini imzalamış nümayəndə Nemət Bədirxanovun məhkəmə aktlarından şikayət vermək səlahiyyəti iş materiallarında olan etibarnamədə (iş v. 18) xüsusi göstərilib.Odur ki, qərardad ləğv edilməli və apelyasiya şikayəti qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin “apellyasiya şikayətinin qaytarılması barədə” 19.03.2021-ci il tarixli qərardadı ləğv olunsun və iddiaçı “xxxx” ASC-nin qətnamədən verdiyi apellyasiya şikayəti qəbul olunsun. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5425/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5425/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver