Məhkəmə qərarları › İş №2(103)-543/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-543/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-543/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1711/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 3500 manat pulunun və ödədiyi dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailəvi yaxın olmuşdurlar. O və rəhmətlik həyat yoldaşı X6 həmişə iddiaçını özlərinə böyük bacı biliblər. Bir gün Cavabdeh iddiaçıya demişdir ki, öz şəxsi evləri “Ağ şəhərə”-ə görə plana düşəcək və evlərinin tikinti işlərini bitirməsi üçün ondan 3500 manat borc pul istəmişdir. İddiaçı X2 adından iltizam yazmasını yalnız bu şərtlə pul verəcəyini bildirmişdir. Çünki Cavabdeh heç bir girov qoymamışdır. Cavabdeh bu fikirlə razılaşmışdır. xx.xx.2013-cü il tarixdə Cavabdeh dilindən iltizam verərək 3500 manat məbləğində borc götürmüşdür. 4-5 aya qədər evin plana düşəcəyini və borcunu qaytaracağını bildirmişdir. O vaxta kimi isə 1500 manat dəyərində məbləği yoldaşının pensiya kartı vasitəsi ilə 2013-cü il iyun ayından başlayaraq hər ay 100 manat ödəyəcəyini bildirmişdir. Bu danışıqlardan sonra Cavabdeh dediklərinə əməl etməmişdir, başqa adama borcu olduğunu və daha sonra ödəyəcəyini demişdir. xx.xx.2019-cu il tarixində evinə zəng edərək yenə borcunu istəmişdir. Lakin Cavabdeh yoldaşının rəhmətə getməsini və pulu ödəyə bilməyəcəyini demişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1711/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı – cavabdehdən 3500 manat pulunun və ödədiyi dövlət rüsumunun tutulması barədə iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1711/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və onun, yəni İddiaçı Cavabdeh qarşı - cavabdehdən 3500 manat pulunun və ödədiyi dövlət rüsumunun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Cavabdeh ilə ailəvi yaxın olmuşlar, özü və rəhmətlik həyat yoldaşı X6 həmişə onu özlərinə böyük bacı biliblər. Bir gün Pərizad ona demiş ki, biz tərəf "Ağ şəhər"-ə görə plana gedəcək. Ona görə istəyirlər ki, evin üstünü qaldırsınlar. Plana gedəndə onlara çox pul versinlər. Onlara əl tutub təcili 3500 manat məbləğində borca pul verməyini evin üstün qaldırdıqlarını bildirmişlər. Bütün qonşuları tikinti işlərini gördüklərini onların da, tez bir zamanda tikinti işlərini bitirmək istədiklərini iddiaçıya bildirmişlər. İddiaçı onlara bir şərtlə borc verəcəyini bildirmiş ki, ona dilindən iltizam yazsın. Çünki əvəzində heç bir girov qoymamışlar. Cavabdeh razılaşmış və xx.xx.2013-cu il tarixdə Pərizad Yusifova dilindən iltizam verərək 3500 (üç min beş yüz) manat məbləğində ondan borc götürmüş və 4-5 aya ev plana gedəndən sonra borcu qaytaracağını bildirmişdir. O vaxta kimi isə 1500 (min beş yüz) manat dəyərində məbləği yoldaşının pensiya kartı vasitəsilə 2013-cü il iyun ayından başlayaraq hər ay 100 (yüz) manat dəyərində qaytaracağını bildirmişdir. Qalan məbləği isə, yəni 2000 (iki min) manat məbləğindəki borcu evləri satılan kimi ödəyəcəyini bildirmişdir. Dediyi vaxt çatdıqdan sonra, borcunu qaytarmalı olduğu halda sözünə sadiq durmamış. O, pulunu tələb edəndə bildirmiş ki, deyilənə görə evlər gələn il, yeni 2014-cü ildən plana düşəcək. İddiaçı cavabdehdən soruşmuş ki, 1500 (min beş yüz) manat kart vasitəsi ilə ödəniş etməli idi niyə ödəməmiş? Cavabdeh bir başqa adama da borcu olduğunu, onu ödədiyini bildirmiş və iddiaçıya demiş ki, sən özgə adam deyilsən, möhlət ver borcunu tam ödəyəcəm. iddiaçı hər dəfə pulunu istədikdə onu aldadaraq vaxtı uzatmağa çalışmış və bu günə kimi borcunu qaytarmamış. Axırıncı dəfə xx.xx.2019-cu il tarixdə evinə zəng edib pulunu istədikdə, cavabdeh ona yoldaşının rəhmətə getdiyini və pulunun olmadığını bildirmiş. İddiaçı əlində iltizamın olduğunu söyləmiş, lakin cavabdeh ona verəcək puluun olmadığını bildirərək borcunu qaytarmaqdan imtina etmiş. Hesab edir ki, mülki iş üzrə mümkün olan sübutetmə vasitəsi tərəflər arasında olan yazılı qəbzdir. Həmin yazılı sübut ilə cavabdehin borcunun məhz 3500 (üç min beş yüz) manat məbləğində olması tam təsdiq olunur. Lakin birinci instansiya məhkəməsi özünün əsasız və qanunsuz qətnaməsi ilə qərəzli olaraq iddia müddətin tətbiq etməklə iddiasının rədd edilməsi barədə əsassız qətnamə qəbul etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X3 iddia tələbinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiaçının Cavabdeh qarşı - cavabdehdən 3500 manat pulunun və ödədiyi dövlət rüsumunun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2013-cü il tarixli iltizamın surətindən görünür ki, X4 İddiaçı 2000 manat borc pul götürmüş, əvəzində heç bir girovu olmadığını bildirmiş və yaya qədər qaytarmasa, cinayət məsuliyyəti daşıdığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli iltizamın surətindən görünür ki, X4 İddiaçı 1500 manat pul borclu olduğunu, pensiya kartı ilə hər ay, yəni iyun ayından 100 manat ödəyəcəyini qeyd etmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 4/909 saylı, xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, espertizaya təqdim olunmuş, Cavabdeh adında olan xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli qəbzlərin əlyazma mətnləri və imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilən ərizədən görünür ki, Cavabdeh məhkəmədən iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında yaranmış münasibətlər məzmunca borc müqaviləsidir və həmin münasibətlər 2013-cü ilin may ayında yaranmışdır İşin materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, iddia tələbi mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsasına görə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hüququnun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan çRespublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair xx xxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.” Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ vardır. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıdan aldığı pul vəsaitinin qaytarılması öz təsdiqini tapmasa da belə, iddiaçı tərəfindən mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən və cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, hazırki iddia təmin oluna bilməz. Göstərilən xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın əsassız olması və iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1711/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar