Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5430/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş 170 000 (yüz yetmiş min) manat maddi ziyanın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 80%-i, yəni 24 manat vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qalan 20%-i, yəni 6 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə cavabdehlərin məhkəməyə məlum olan ünvanına göndərilmiş və Cavabdeh1 ünvanda yaşamadığından qətnamə geri qaytarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönləndirilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin təqdim edilməsini xahiş etməsinə baxyamraq qətnamə yalnız xx.xx.2023-cü il tarixdə sonuncuya təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya qeyd edir ki, cavabdehlərin qətnamədən məlumatlı olub-olmamasını yoxlanılması məqsədilə qətnamə üzrə verilmiş icra işinə baxış keçirməklə mümkün olduğu halda məhkəmə hərəkətsizlik göstərmiş, həmçinin Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edilsə də, hansı səbəbdən qətnamənin məhz 1 ilə yaxın müddət keçdikdən sonra təqdim edilməsini aydınlaşdırmamış, apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1304/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5430/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5430/2023
08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver