Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5431/2023 28.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, aidiyyət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2023-ci il tarixli, e-2(001)-4634/2023 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5090,84 manat əsas, 906,85 manat faiz, cəmi 5997,69 manat məbləğdə vəsaitin və ödənilmiş 79,98 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2023-ci il tarixli, e-2(001)- 4634/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Qərardad onunla əsaslandırılmışdır ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, Cavabdeh yaşayış yeri Qazax rayonu Cəfərli kəndidir. İş ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır.
4. İddiaçı qərardaddan şikayət verərək ləğv olunmasını, iddia ərizəsinin icraata qəbul edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Şikayətin dəlillərinə görə, iş materiallarına əlavə edilmiş cavadehin şəxsiyyətinin müəyyən edən AR DİN nin İAMAS çıxarışla təsdiq edilir ki, iş üzrə Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 1 cavabdehə aid bütün məlumatlar öz əksini tapmışdır. Bunda başqa Azərbaycan Respublikasının DİN-in BPQMİ-nin MAPS şöbəsindən əldə etdikləri arayışa əsasən Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Ceyhun Hacıbəyli küşəsi ev 66 mənzil 16da qeydiyyatda olduğu öz təsdiqini tapmışdır. Lakin, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi cavadehin hansı ünvanda qeydiyyatda olması ilə bağlı əsas sənəd hesab edilən Azərbaycan Respublikasının DİN-in BPQMİ-nin MAPS arayışını əsas kimi qəbul etməmiş, sənədləri geri qaytarmışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-ci il tarixli, e-2(001)-4634/2023 nömrəli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
8. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarından müəyyən olunur ki, iddia ərizəsi cavabdehin qeydiyyat ünvanının ünvan 2ına əlavə edilmiş, Azərbaycan Respublikasının DİN-in BPQMİ-nin MAPS şöbəsindən 04 iyul 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan ünvan 3ikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyindən, hazırkı halda Azərbaycan Respublikasının DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayış əsas götürülməlidir.
12. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün qanunsuzdur, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməli, şikayət təmin edilməlidir.
13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2023-ci il tarixli, e-2(001)- 4634/2023 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2023-ci il tarixli, e-2(001)- 4634/2023 qərardadı ləğv edilsin, iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev