Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5435/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında İddiaçı Cavabdeh qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işin aidiyyəti məsələsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığına dair məsələyə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 100.000 manat, ona vəd etdiyi 129.600 manatın bölünərək 27 il ərzində hər ay 400 manat aylıq əmək haqqı və mənəvi zərərə görə 150.000 manatın və mediasiya üçün ödədiyi 50 manatın tutularaq ona verilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(064)-1106/2023 nömrəli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra Füzuli Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(064)-1106/2023 nömrəli qərardadı ilə, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4682/2023 nömrəli, 19 iyul 2023cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materallarından görünür ki, iddiaçı X1 rayonu, Əzizbəyov küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla, Saatlı rayonu, Əlisultanlı kəndində yaşayır. Cavabdeh isə rəsmi qeydiyyat yeri Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual 36-cı maddəsi iddiaçının seçməsinə görə aidiyyəti müəyyən edən halları əhatə edir. Həmin Məcəllənin 36.6-cı maddəsinə əsasən xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Göründüyü kimi, qeyd olunan maddə iddiaçının seçiminə görə alternativ aidiyyəti müəyyən edir və bu seçim iddiaçıya əlçatımlı məhkəməni seçmək üçün əlavə əlverişli hüquqi təminatın yaradılması ilə bağlıdır. Məhkəmənin öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsinin tətbiq edilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı X3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36-cı maddəsinin tələblərinə uyğun olaraq iddianı nə ziyan vuranın yaşadığı yerə görə, nə də ziyan vurma yerinə görə seçməsi müəyyən olunmadığından mülki iş ilkin müraciət edilən məhkəməyə, yəni Füzuli Rayon Məhkəməsinə göndərilməli və məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərini uyğun digər prosessual hərəkətlər edilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı Cavabdeh qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-5435/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5435/2023
08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver