Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5437/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh6, həmin cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “işlərin qüsurlu və natamam icra edilməsi nəticəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 23.497 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 birgə qaydada tutularaq İddiaçı verilsin. Daha sonra iddianın dəyişdirilməsi barədə ərizə verilib və tələb olunub ki, Cavabdeh2 2.244 manat, Cavabdeh5 6.350 manat, Cavabdeh1 5.140 manat, Cavabdeh4 4.384 manat, Cavabdeh6 5.060 manat tutularaq İddiaçı verilsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehlər Cavabdeh2 və Cavabdeh6, həmin cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Müəyyən olunur ki, tərəflərin arasında şifahi formada podrat müqaviləsi bağlanıb. İddiaçı iddia edib ki, cavabdehlər ona aid olan, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 2183Q ünvanında yerləşən dörd mərtəbəli tikildə 2020-2021-ci illərdə təmir-tikinti işləri görüblər, lakin işləri keyfiyyətsiz və natamam yerinə yetiriblər, keyfiyyətsiz təmir-tikinti işlərinin nəticələrinin aradan qaldırılması və bu işlərin yenidən aparılması üçün göstərilən məbləğdə xərc tələb olunur, ona görə də hesab edir ki, cavabdehlər həmin məbləği maddi zərərin əvəzi kimi ona ödəməlidirlər. Cavabdehlər isə iddiaya etiraz ediblər və bildiriblər ki, təmir-tikinti işlərini keyfiyyətli və iddiaçının tapşırıqlarına uyğun yerinə yetiriblər. Cavabdeh1 metlax işlərini, Cavabdeh2 elektrik işini, Cavabdeh4 kafel-metlax işini, Cavabdeh5 suvaq və döşəmə dolgusu işini, Cavabdeh6 santexnik işini həyata keçirib. Cavabdeh3 isə usta deyil, iddia ərizəsində cavabdeh kimi göstərilsə də, iddianın dəyişdirilməsi barədə ərizədə ondan pul tələb olunmayıb. Tərəflərin arasında yazılı sənəd (yazılı podrat müqaviləsi, pul ödənişi barədə sənəd və s.) tərtib edilməyib, o cümlədən layihə-smeta sənədləri mövcud olmayıb. Bundan başqa, cavabdehlər müəyyən işləri yerinə yetirdikdən sonra iddiaçı başqa ustalar dəvət edərək cavabdehlərin gördüyü müəyyən işlərin nəticələrini sökdürüb və yenidən təmir işləri gördürüb. Bu səbəbdən hansı təmir-tikinti işlərinin məhz cavabdehlər tərəfindən görüldüyünün, cavabdehlərin görməli olduqları təmir-tikinti işlərin həcminin və keyfiyyətinin, bu işlərə sərf edilən əməyin və xərcin müəyyən edilməsi mümkün deyil. Bu halları sübut etmə yükü iddiaçının üzərinə düşür, lakin iddiaçı görülmüş işlər barədə lazımi sənədləşməni həyata keçirmədiyinə, habelə görülmüş müəyyən işlərin nəticələrini sökdürərək başqa ustalara yenidən təmir işləri gördürdüyünə görə, sübutlar təqdim etmək imkanından məhrum olub. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 762-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5437/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5437/2023
22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver