Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5437/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(010)-5032/2015 saylı qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Azərbaycan” QSC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması barədə” iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 45383.94 USD məbləğində əsas kredit borcu, 2400.34 USD məbləğində əsas məbləğə hesablanmış faiz borcu, 547.99 USD məbləğində hər gecikdirilmiş günə görə cərimə borcu, 14.50 AZN müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin pretenziyanın göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərcinin və 30 AZN (otuz manat) iddia ərizəsi üçün dövlət büdcəsinə köçörülmüş dövlət rüsumunun- cəmi 48332.27 USD (qırx səkkiz min üç yüz otuz iki ABŞ dolları 27 sent) 44.50 AZN (qırx dörd manat 50 qəpik) məbləğində borcun tutularaq «X5 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, habelə, Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 2010-cu il buraxılış ili olan, şassi/ban nömrəsi 5YMGZ0C58ALK13734 olan, **-EL-*** dövlət qeydiyyat nişanlı, qara metal rəngli BMW X6 minik markalı nəqliyyat vasitəsinin hərracdan satılması, satışdan əldə olunan pul vəsaitindən «X5 Azərbaycan» QSC-nin xeyrinə tələb həcmində məbləğin tutulması (ödəniliməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5032/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 45383.94 USD (qırx beş min üç yüz səksən üç ABŞ dollan 94 sent) əsas kredit borcu, 3833.98 USD (üç min səkkiz yüz otuz üç ABŞ dolları 98 sent) əsas məbləğə hesablanmış faiz borcu, 1905.62 USD (bir min doqquz yüz beş ABŞ dollan 62 sent) cərimə borcu, 14.50 AZN (on dörd manat 50 qəpik) bildirişin göndərilməsinə dair poçt xidməti xərcləri və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 30 (otuz) manat iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu- ümumilikdə 51.123.54 USD (əlli bir min yüz iyirmi üç ABŞ dolları 54 sent) və 44.50 AZN (qırx dörd manat 50 qəpik) məbləğində borc “X5 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi və ipoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “BMW X6” minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2010-cu il olan, ban 5YMGZ0C58ALK13734, qara metal rəngli nəqliyyat vasitəsi açıq hərracdan satılsın. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, çatışmayan məbləğ borclunun başqa əmlaklarının satışı hesabına ilə əldə edilən məbləğlərdən “X5 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin 2(010)-5032/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün cavabdehlərin elektron portalda qeydiyyatının təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 5032/2015 nömrəli qərardadı ilə (hakim L.O.Talıbova) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5032/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 5032/2015 nömrəli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 5032/2015 nömrəli qərardadının ləğv edilməsi və mülki işin, cavabdeh tərəfin ərizəsi ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən qeyd olunan qətnamədən xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5032/2015 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5032/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(010)-5032/2015 saylı qərardadından cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət həmin məhkəməninin 23 iyul 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadla razılaşmaq mümkün deyildir. Belə ki, qeyd olunan mülki iş arxiv işi olduğundan onun portalı mümkün deyildir, lakin arxiv işi kimi şikayətin yüklənməsi qaydası izah olunmuş və onlar tərəfindən müəyyən texniki tədbirlər görülmüşdür. Məhkəmə öz mülahizəsinə uyğun qeyri-obyektiv qərardad qəbul etmişdir. Məhkəmə cavabdehləri cavabdeh tərəf kimi, cavabdehlərin nümayəndəsi və vəkili isə nümayəndə və vəkil kimi elektron məhkəmə informasiya sistemə əlavə edilməsi bildirilsə də electron sistemdə qeydə alınmamışdır və bu səbəbdən də elektron portalda bildiriş göndərilməmişdir. Məhkəməyə bildirilmişdir ki, cavabdehlər və onların nümayəndəsi və vəkili elektron sistemdə qeydə alınmamışdır. Məhkəmə tövsiyyə etmişdir ki, elektron portalın qaynar xətti 880 ilə əlaqə saxlayaq. Bu səbəbdən də olan elektron portalın qaynar xətti 880 nömrə ilə dəfələrlə əlaqə saxlamağa calışılmış, xx.xx.2024-cü il tarixdə əlaqə saxlanıldıqda bildirilmişdir ki, qeyd olunan mülki iş arxiv işi olduğundan onun portal mövcud deyil, lakin arxiv işi kimişikayəti yüklənməsi qaydası izah olunmuş və onlar tərəfindən müəyyən texniki tədbirlər görülmüşdür. Bundan sonraşikayət verilmişdir.Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət ümumi formada verildiyini, şikayətin forma və məzmununa riayət olunmadığını və apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilmədiyini qeyd etsədə bunun nədə ifadə olunması məlum deyil. İş üzrə iddiaçı “X5 Azərbaycan” QSC elektron kabinet vasitəsi ilə şikayətə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Suraxanı və Abşeron rayon İcra şöbələrinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak hərrac protokolunun nəticələrinə əsasən qalib alıcı tərəfindən əldə edilmişdir. İcra sənədinin icra edilməsi üçün aidiyyəti üzrə Abşeron İcra şöbəsi tərəfindən Cavabdeh2 xx.xx.2018-ci il tarixində izahatı alınıb.İzahatda borclu Cavabdeh2 sözügedən qətnamə xəbardar olduğunu və yaranan problemin həlli ilə bağlı köməklik istədiyi qeyd olunub. Bundan əlavə digər borclu Cavabdeh1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri və hərrac protokolunun ləğv edilməsi, əmlakın satış qiyməti müəyyən edilməklə yenidən hərracın keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov RM-nin xx.xx.2019-cu il tarix 2(005)- 345/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri və hərrac protokolunun ləğv edilməsi, əmlakın satış qiyməti müəyyən edilməklə yenidən hərracın keçirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq şikayət ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(010)- 5032/2015 saylı qərardadı ləğv edilməli, mülki iş materialları apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. İş materiallarından görünür ki, 18 oktyabr 2023-cü il tarixdə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin 2(010)-5032/2015 nömrəli, xx.xx.2015ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün cavabdehlərin elektron portalda qeydiyyatının təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 5032/2015 nömrəli qərardadı ilə (hakim L.O.Talıbova) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5032/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2024 nömrəli, 22 aprel 2024cü il tarixli qərardadı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 5032/2015 nömrəli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 5032/2015 nömrəli qərardadının ləğv edilməsi və mülki işin, cavabdeh tərəfin ərizəsi ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi, həmçinin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün elektron portala əlavə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən ərizəyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə kimi qiymət verilərək baxılmış və müvafiq qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İşdən görünür ki, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmişdir. Belə olan halda, məhkəmə tərəfindən ümumiyyətlə hər hansı prosessual müddətin bərpasına dair ərizəyə baxıla bilməz. Ərizədən görünür ki, cavabdeh tərəfin xahişi apellyasiya şikayətinin verilməsi üçün onun elektron məhkəmə informasiya sisteminə əlavə edilməsi ilə bağlıdır. Cavabdeh tərəf hesab edir ki, onun tərəfindən prosessual müddət buraxılmamışdır. Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəf elektron məhkəmə informasiya sistemə əlavə edildikdən sonra apellyasiya şikayəti ilə müraciət etdiyi halda, birinci instansiya məhkəməsi tərəfindən şikayətin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilib-verilməməsi araşdırıla (iş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən artıq bununla bağlı araşdırılma aparılmış və sənədlər toplanmışdır) və prosessual müddətin buraxılıb-buraxılmamasına münasibət bildirilə bilər. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərardadında şərh olunan məsələləri araşdırmamış, cavabdeh tərəf elektron məhkəmə informasiya sistemi vasitəsilə apellyasiya şikayəti ilə müraciət etdikdən sonra şikayətin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilib-verilməməsini aydınlaşdırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Digər tərəfdən, məhkəmə cavabdeh tərəfin apellyasiya şikayətini geri qaytarakən qeyd etmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl edilmədən, gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etmədən verilmişdir. Lakin, Elektron Məhkəmə İnformasiya Sisemindən görünür ki, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti Vəkil tərəfindən elektron qaydada imzalanmışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin apellyasiya şikayətinin forma və məzmun tələblərinə uyğun olmadığına istinad etsə də, amma konkret olaraq nəyi pozmağını, hansı qaydalara əməl etməməyini, hansı forma və hansı məzmunu apellyasiya şikayətlərində qeyd etməli olduğunu, lakin yalnış qeyd etdiyini əsaslandırmamışdır. Həmçinin, apellyasiya şikayətindən görünür ki, cavabdehlərin nümayəndəsi və vəkili pozulduğunu və ya düzgün tətbiq edilmədiyini iddia etdiyi maddi və prosessual hüquq normalarını göstərmiş, onun qarşısına düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair izah vermişdir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, birinci instaniysa məhkəməsi hazırki iş üzrə cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytararkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(010)-5032/2015 saylı qərardadı ləğv edilməli, mülki iş materialları apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 397, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(010)- 5032/2015 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5437/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5437/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver