Məhkəmə qərarları › İş №2(103)-5440/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5440/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5440/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X5, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh3 qarşı “kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-63/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və Cavabdeh2 nümayəndəsi və vəkili Sərxan Məmmədov tərəfindənayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC - cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın xeyrinə 68214,68 manat əsas borc, 20180.67 manat faiz borcu, 5277,17 manat cərimə borcu olmaqla, ümumilikdə 93672,52 manat borcun, bildirişin qeydə alınması üçün ödənilmiş 150 manat dövlət rüsumunun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Şamaxı rayonu, Çarhan kəndində yerləşən 3,8054 ha, 0,55 ha və 2,3536 ha olan torpaq sahələrinə, ünvan 1, mənzil 43-ə, ünvan 1, mənzil 44-ə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-63/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli FP-Q-100-011 №-li Kredit Müqaviləsi üzrə yaranmış 62.958 manat əsas, 1292,94 manat faiz, 10951,22 manat gecikdirilmiş vaxt üçün illik 5% ilə hesablanmış borc və 3000 manat dəbbə pulu olmaqla, cəmi 78202,16 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulub iddiaçı”İddiaçı” ASC-nin hesabına köçürülməsi, ödəmənin İddiaçı ASC ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2011-ci il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Şamaxı rayonu, Çarhan kəndində yerləşən 0,55 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin ilkin satış qiymətinin 16.000 manat müəyyən edilməsi, həmin əmlakın ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi, ödəmənin İddiaçı ASC ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2011-ci il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Şamaxı rayonu, Çarhan kəndində yerləşən 2,3536 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi, həmin əmlakın ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi, ödəmənin İddiaçı ASC ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2011-ci il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Şamaxı rayonu, Çarhan kəndində yerləşən 3,8054 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin ilkin satış qiymətinin 74.000 manat müəyyən edilməsi, həmin əmlakın ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi, ödəmənin İddiaçı ASC ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 9/16 saylı evin 44 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməsi, həmin mənzilin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi, ödəmənin İddiaçı ASC ilə Cavabdeh3 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 9/16 saylı evin 43 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 126.000 manat müəyyən edilməsi, həmin mənzilin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh3 verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 43 nömrəli mənzilin və ünvan 1, ünvanında yerləşən 44 nömrəli mənzilin açıq hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində boşaldılması, İddiaçı ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumu əvəzinin 15 manat hissəsinin cavabdehlərdən tutulub iddiaçı “xxxxxxxxxx” ASC-nin hesabına köçürülməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 50 manat hissəsinin “xxxxxxxxxxxx” ASC-dən, 150 manat hissəsinin isə Cavabdeh2 tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********; AZ41NABZ********************,DövlətXəzinədarlığıAgentliyi,KOD210005;VÖEN140155071; MüxbirhesAz41NABZ**********0********** S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Sərxan Məmmədov apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsinin xahiş etmişdir. Həmçinin, qətnamədən iddiaçının nümayəndəsi də apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və ipoteka predmeti olan mənzillər hissəsində təkrar qiymətləndirmə ekspertizası təyin edilərək onun əsasında yeni ilkin satış qiymətinin müəyyən edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətləri mümkün hesab edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi V.Qədirova, həmçinin Cavabdeh2 nümayəndəsi və vəkili S.Məmmədov ərizə təqdim edərək apellyasiya şikayətlərindən imtina etdiklərini bildirmişlər, bu səbəblə də apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci və 369.2-ci maddələrinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə isə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-63/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və Cavabdeh2 nümayəndəsi və vəkili Sərxan Məmmədov tərəfindənayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərindən onların imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə və Cavabdeh2 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-63/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsivə Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindənayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərindən onların imtinası qəbul edilsin və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar