Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5444/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Açar sözlər:(mənzilə sahiblik və istifadə hüqunun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X20 və X4 ibarət tərkibdə, Rafanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(010)-716/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı. 1."xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və İddiaçı (Payçı) arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 49 nömrəli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında 263 saylı mənzil təklif edilmiş, “İcraçı” yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 4-cü giriş, 6-cı mərtəbə, 263 saylı mənzilini “Payçı”ya təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 2."xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və X15 (Payçı) arasında xx.xx.2010-cu il tarixdə bağlanmış yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 138 nömrəli müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasından dəyəri X8 tərəfindən tam ödənilməklə alınmış 1 otaqlı, 51.4 m2 olan, 263 saylı mənzil X9 adına keçirilir. 3.X9 notarial qaydada təsdiq edilmiş xx.xx.2012-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən binanın 4-cü girişində, 6-cı mərtəbəsində, ümumi sahəsi 51.4 m2 olan, 1 otaqlı, 263 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə və sənədləşdirilməsinə razıdır, bununla əlaqədar heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq. 4."xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və Cavabdeh2 (Payçı) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 130 nömrəli müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında X9 adına olan 1 otaqlı, 51.4 m2 olan, 263 saylı mənzil Cavabdeh2 adına keçirilir. 5.İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə "xxxx" MTK-ya ünvanlanmış ərizənin surətindən müəyyən olunur ki, "xxxx" MTK-nın Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasında 51,4 m2 olan, 1 otaqlı mənzilin “Payçı”sı olaraq Kooperativin üzvlüyünə qəbul edilməsini və onunla müvafiq müqavilə bağlanmasını xahiş etmişdir. 6."xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və İddiaçı (Payçı) arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 27 nömrəli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında 263 saylı mənzil təklif edilmiş, “İcraçı” yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 4-cü giriş, 6-cı mərtəbə, 263 saylı mənzilini “Payçı”ya təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 7.xx.xx.2013-cü il tarixli müqaviləyə əlavə olan "xxxx" MTK ilə ödənişlərin ardıcıllığının razılaşdırılması protokolundan müəyyən olunur ki, bu protokol ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən binada yerləşən İV giriş, 6-cı mərtəbə, 263 saylı mənzilin dəyərinin ödənilməsi “Payçı” ilə razılaşdırılmışdır (ilkin ödənişin məbləği - 18.144 manat, ödənilməli qalıq məbləği – 2416 manat). 8."xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, 27 nömrəli maliyyə arayışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binası "xxxx" MTK-nın təsisçilərinin və “Payçı”ların vəsaiti hesabına inşa edilir. Bu binanın İV giriş, 6 mərtəbə, ümumi sahəsi 51.4 m2 olan, 1 otaqlı, 263 saylı mənzilin ümumi dəyərindən 18.144 manat “Payçı” İddiaçı tərəfindən ödənilmişdir. 9.Badu-Kubə” Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, 148 nömrəli maliyyə arayışının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binası "xxxx" MTK-nın təsisçilərinin və “Payçı”ların vəsaiti hesabına inşa edilir. Bu binanın İV giriş, 6 mərtəbə, ümumi sahəsi 51.4 m2 olan, 1 otaqlı, 263 saylı mənzilin ümumi dəyərindən 1.000 manat “Payçı” İddiaçı tərəfindən ödənilmişdir. 10.Badu-Kubə” Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, 165 nömrəli maliyyə arayışının surətindən (imza Ədalət Qəmbərovun imzası deyil)müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binası "xxxx" MTK-nın təsisçilərinin və “Payçı”ların vəsaiti hesabına inşa edilir. Bu binanın İV giriş, 6 mərtəbə, ümumi sahəsi 51.4 m2 olan, 1 otaqlı, 263 saylı mənzilin ümumi dəyərindən 1.416 manat “Payçı” İddiaçı tərəfindən ödənilmişdir 11."xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 50 nömrəli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının surətindən müəyyən olunur ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı (51.4 m2 ) mənzilinin dəyəri X19 tərəfindən tam ödənilmişdir. 12.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-287/2015 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər X3 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin iddiadan imtina edilməsi qəbul edilmiş və mülki iş üzrə icraata həmin hissədə hissəvi xitam verilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbi təmin edilmiş, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13 M saylı evin, İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 otaqlı, ümumi sahəsi 51.4 m2 olan mənzilə sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzilə köçürülməklə, mənzildə yaşamasına və mənzildən istifadə etməsinə cavabdeh "xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir 13.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 4524/2015 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 saylı mülki iş üzrə qəbul etdiyi 18 mart 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni iddiaçılar Cavabdeh2, X10, X16, X11, X22, X5, X12 iddia tələblərinin təmin olunduğu hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 14.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)- 773/16 saylı qərarının surətindən müəyyən olunur ki, iddiaçı "xxxx" MTK və 3-cü şəxs Müvəssəqi Şahin İsməli oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4524/2015 saylı iş üzrə 15 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 15.xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbkar Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 13 M, mənzil 263 saylı mənzilə köçürülmüşdür. 16."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Xidmət göstərən) və İddiaçı (Payçı) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilədən müəyyən olunur ki, “Xidmət göstərən” “Payçı”ya kommunal xidmətlər göstərir, “Payçı”lar aldıqları mənzilin hər m2 -i üçün 0=30 qəpik xidmət haqqı ödəmək öhdəliyini üzərlərinə götürürlər. . a)Birinci instansiya məhkəməsində icraat. 17.İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin ona məxsus olması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı mənzilin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun evi Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı həmin mənzilin ümumi sahəsi 51.4 m2 -dır. Nazim 2013-cü ildə saxta müqavilə əsasında tikinti şirkətinə qarşı iddia qaldıraraq həmin mənzilə köçürülmə hüququ almışdır. 130 saylı, xx.xx.2012-ci il tarixli həmin saxta müqavilə iş materiallarına əlavə edilmişdir. Qətnamə kassasiya məhkəməsində də qüvvədə saxlanılmışdır. Ancaq qətnamədə onun həmin mənzildən çıxarılması qət edilməmişdir. Həmin qətnamələr iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 50 saylı, xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, həmin mənzilin tam dəyəri onun tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir. 49 saylı, xx.xx.2009cu il tarixli müqavilə təsdiq edir ki, həmin mənzilin tikintisi cavabdeh şirkətlə onun arasında razılaşdırılmışdır. O, həmin mənzildə 11 ildir ki, təmir işləri edib yaşıyır. Qonşular da buna şahiddir. Cavabdeh2 onun mənzilinə köçürülməsinə dair məhkəmə qərarının əsasını təşkil edən müqavilə saxta olduğu üçün onun həmin müqavilənin etibarsızlığı faktını yeni açılmış hal üzrə qaldırmaq hüququ vardır. Hazırda isə həmin hüquqi proseduranın tərkib elementi olaraq, onun həmin mənzilə mülkiyyət hüququnun tanınmasına zərurət meydana gəlmişdir. 20.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, mənzili 2009-cu ildə almışdır, maliyyə arayışını isə 2013- cü ildə almışdır. 2010-cu ildən o mənzildə yaşayır. Əgər Nazim onu 2012-ci ildə almışdırsa 2016-cı ilə qədər, məhkəməyə qədər niyə gəlib deməyib ki, bura onundur? Yaşadığı müddətdə kommunalları özü ödəmişdir, o vaxt kommunalı ödəyəndə “+” işarəsi qoyurdular. Bina tikilən yer binanın indiki sədri Rəhiləgilin olub. X14 bir-biri ilə düşməndilər, aralarında qan davası var. Rəhilənin oğlu Ədalətin qohumunu öldürüb və hazırda həbsdədir. Onlar bir-biri ilə düşmənçilik aparır. Burda onun günahı yoxdur. O, mənzili 2009-cu ildə almış, müqaviləni də 2009-cu ildə bağlamışdır. O, həmin mənzildə yaşayanda 20-ə yaxın qonşular orda vardı. Amma 6-cı mərtəbədə o, tək olmuşdur. Sonra 3-cü mərtəbədə Vüsalə adlı qonşu vardı. O da 2011 və ya 2013-cü ildən orada yaşayır. Əvvəl su xətti olmadığına görə pulla su alırmışlar. O, həmin evi 2009-cu ildə almış, özü təmir etdirmişdir və oradan da çıxmaq fikri yoxdur. Onu evdən heç kim çıxara bilməz və başqasına da verə bilməz. Əgər Cavabdeh2 dediyi kimi sənədi düzdürsə, onda 14 ildə bir gəlib deyərdi ki, bu mənzil onundur. O da gedib mənzili ona satanın yaxasından yapışardı. Onların ikisini də aldadıblar. Yəqin Nazim də o mənzilə görə pul ödəmişdir ki, ona kağız veriblər. Amma o, 2009-cu ildə almışdır. Ədalət ikisini də aldatmışdır. Ədalət zəhmət çəksin Nazimə dəyən zərəri ödəsin, o da rahat evində otursun. Qonşu bir gün onun evinə gələndə dedi: “Nuridə xala evin sənədlərini gətir baxım”. O da sənədləri baxmaq üçün gətirdi. Onda qonşu müəyyən etdi ki, onun 2009-cu il müqaviləsi var. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 21.Məhkəmənin əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh1 MTK-nın arasında müqavilə bağlanıb, iddiaçı mənzilin dəyərini tam ödəyib və mənzilin dəyərini tam ödəməsi barədə ona maliyyə arayışı da verilib. Sonradan Cavabdeh2 gəlib deyir ki, onun da həmin mənzilə dair müqaviləsi var və həmin mənzil ona məxsusdur. Qanunvericilikdə konkret şəkildə qeyd olunur ki, əgər bir mənzilə dair iki şəxsin alğı-satqı müqaviləsi varsa, ilkin müqavilə kiminlə bağlanırsa, həmin müqavilə nəzərə alınmalıdır. İddiaçı həmin mənzili 2009-cuildə alıb və 2010-cu ildən orada yaşayır. Yaşadığı müddətdə kommunal xərclərini də ödəyib və bununla bağlı onun qəbzləri də var. Əlavə olaraq qeyd etmişdir ki, vətəndaş pulu ödədiyi andan mənzilin sahibi sayılır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, hazırda həmin qərarın alınması üçün Ali Məhkəməyə ərizə ilə müraciət etmişlər. Belə ki, Nazim müəllimin məhkəməyə təqdim etdiyi qərardan müəyyən olunur ki, onun tərəfindən əvvəllər həmin mənzildən istifadə hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Mübahisəli mənzildə hazırda Nuridə xanımın yaşamasına və mənzilin onun istifadəsində olmasına baxmayaraq, Nuridə xanım həmin mənzillə bağlı birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrində keçirilmiş heç bir məhkəmə prosesinə maraqlarına toxunan şəxs kimi cəlb edilməmiş və eyni zamanda həmin mənzilə yerli baxış belə keçirilməmişdir. Belə olan halda, hazırkı mübahisə ilə bağlı mülki iş baxılmamış saxlanılmalıdır. Odur ki, məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. 23.Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həqiqətən də İddiaçı mənzili 2009-cu ildə alıb və 2010- cu ildən orada yaşayır. Mənzilə kommunal xidmətlər İddiaçı vəsaiti hesabına qoşulub və elə həmin vaxtdan da kommunal xidmətlərdən istifadəyə görə ödənişlərini edir. Cavabdeh2lə isə məsələ belədir ki, Akif Çovdarovun adamı Elçin Həsənzadənin adamları onu və bir neçə şəxsi tutub başlarına torba keçirərək MTN-ə aparmışlar. Orada onlardan 10 mənzili pulsuz zorla almışlar. Sonra isə həmin evlərdən birini X27 Salamova satıb, lakin Nazimin pul verib verməməsini o bilmir. Amma ona mənzilə görə Nazim pul verməyib. Daha sonra isə Akif Çovdarov həbs olundu, Elçin Həsənzadə isə ölkədən qaçıb getdi. Onlara isə dedilər ki, həmin 10 evin alqı-satqı müqavilələri ləğv olunsun və zərərçəkənlərə dəymiş ziyan ödənilsin. Onlar da mənzilləri tikib zərərçəkənlərə qaytarmışlar. Elçin qaçıb getmiş, onlar da yuxarı orqanların göstərişi ilə mənzilləri sahiblərinə təhvil vermişlər. Ali Məhkəmənin qərarına Cavabdeh2 adı necə düşüb bilmir, digər tərəfdən onu məhkəmə proseslərində görməmişdir. Faktiki İddiaçı mənzili əvvəl yəni 2009- cu ildə almışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, mənzili Elçindən almışdır. Bununla bağlı araşdırma da aparılmış, məhkəmələr də olmuş və həmin qərarlar da qüvvədə qalmışdır. 2009-cu ildə bağlanması qeyd edilən müqavilə yenidir və saxtadır. Belə ki, iddiaçı özü “SPACE” TV-də veriliş zamanı müsahibə verərək bildirmişdir ki, mənzili 2013-cü ildə alıb. Ondakı müqavilə 2012-ci ildə bağlanıb və o, mənzili 2012-ci ildə almışdır. Həmin müqavilənin əslini də məhkəməyə təqdim etmişdir. Digər tərəfdən icra məmurunun aktında da deyilir ki, guya o, mənzilə köçürülmüşdür. Amma sadəcə açar təhvil verilib, köçürülmə olmayıb. Çünki, Nuridə oradan çıxmır. O da gedib Nuridəyə demişdir ki, ev onundur və oranı 2012-ci ildəalmışdır. Nuridə də ona demişdir ki, o nə qədər pul veribsə Qənbərov Ədalətdən alıb qaytaracaqdır. O da cavabında istəmədiyini bildirmişdir. Çünki o, pulunu verib evi almışdır və ev onundur. İddiaçı tərəfin iddia ərizəsinin baxılmamış saxlanılmasına dair vəsatəti ilə razı deyil və işə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilməlidir. Belə ki, əsas cavabdeh Ədalətdir. Həmin mübahisəli mənzili 2012-ci ildə o, 2013-cü ildə isə Nuridə almışdır. 2015-ci il tarixdə baş tutan məhkəmə prosesində Ədalət də iştirak edərək bildirmişdir ki, həmin evi 2009-cu ildə Nuridəyə satmışdır. Belə olan halda, Ədalət eyni evi 2 nəfərə satmışdır. Məhkəmələrdə müəyyən qədər iddialar qaldırılmışdır ki, hamısında da Cavabdeh1 rədd cavabı almışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 25.Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, mübahisəli binanın istismarı məhkəmənin qərarı ilə "xxxx" MTK-dan alınıb rəhbəri olduğu "xxxx" MMC-yə verilib. O, İddiaçı qeydiyyata alınanda tanımışdır. Ondan sonra sentyabr ayında Cavabdeh2 gəldi və bildirdi ki, həmin mənzilə qeydiyyata alınmaq istəyir. Cavab olaraq ona bildirmişdir ki, artıq ondan əvvəl həmin mənzilə İddiaçı qeydiyyatdan keçib. Nazim də gedib maşınından sənədləri gətirdi və bildirdi ki, həmin mənzilin sahiblik və istifadə hüququnun ona məxsus olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də var. Hətta bildirdi ki, hazırda həmin iş icra prosesindədir. Ondan bir neçə müddət sonra icra məmurları da gəldi ki, Cavabdeh2 qətnaməyə əsasən həmin mənzildə yaşamaq hüququ var və o, həmin mənzilə köçürülməlidir. Lakin İddiaçı də onlara bildirdi ki, mənzil bir otaqdan ibarətdir və Nazim onunla birgə orada necə yaşaya bilər. Mənzili tərəfin adına onlar yox, "xxxx" MTK keçirib. Yəni Elçinin adından Cavabdeh2 adına mənzili "xxxx" MTK keçirib. İddiaçı isə Cavabdeh2 məhkəmələrdən sonra xəbər tutub. Onun özünə də maraqlıdır ki, eyni mənzilə eyni tərəf arasında iki fərqli tarixlərdə eyni müqavilə necə bağlana bilər. Yəni İddiaçı ilə "xxxx" MTK arasında həm 2009-cu ildə, həm də 2013-cü ildə necə eyni müqavilə bağlanıb və necə ola bilər ki, Qənbərov Ədalət hər iki müqaviləni imzalayır və möhür vurur. Həm də necə olur ki, 2009-cu ildə satılan mənzilə ilkin ödəniş 2013-cü ildə edilir? Bu o deməkdir ki, 4 il Nuridə o mənzildə pul ödəmədən yaşayıb? 26.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 iyun 2024-cü il tarixli, 2(010)-716/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Fəridə Rzayeva) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. 27.Bir ədəd fləşkarta daxil edilmiş video yazıda İddiaçı tərəfindən aşağıdakı ifadələr səsləndirilmişdir: “Mən Cəbrayıllıyam, 1993-cü ildən Yeni Günəşlidə yaşayıram. 2013-cü ildən də mən “X28”nin yanında mübahisəli binadan evi Ədalət Qənbərovdan almışam. Dollarnan da pulunu vermişəm. 22.000 vermişəm, 20.800 yazıb. Mən o evi alanda, hansı evlərin satılıb-satılmaması iləbağlı siyahıya baxmışam. Həmin siyahıda mənim aldığım ev satılmamışdı və boş idi. Dedim Ədalət müəllim, mənim ürəyimə bir dəfə ev dağı çəkilib, ən axırıncı Cəbrayıldan mən gəlmişəm. Bacı balasından balalıyam və mənə mübahisəli ev vermə. 1-ci gündən bacımın balasını saxlıyıram və indi 35 yaşı var. Onu evləndirmişəm və nəvəm var. 1 otaqlı evdi, həmin evi remont eləmişəm və içində yaşayırıq. Özüm də ailə qurmuşam, lakin nikah müəyyən səbəblərə görə pozulub. 2013-cü ildə mən ev almışam. Ədalət də mənim evimi ya 2014-cü ildə, ya da 2015-ci ildə satıb, lakin tarixini 2012-ci il qeyd edib. Ədalət evi Cavabdeh2 satıb. Nazim 1 dəfə evə gələndə ona dedim ki, mən evi alannan 8, 9 il keçib. Mən o evə xərc çəkmişəm, remont eləmişəm. O vaxt nə suyum nə də qazım yox idi. Ordan-burdan su dilənmişəm. İndi hər şeyi hazır eləmişəm, hazırına nazir gəlib? Mənim xəbərim olmadan, mən bilmədən 2016-cı ildə məhkəmə olub. Məhkəmə 2016-cı ildə qərar qəbul eliyib ki, Nazimi köçürsünlər evə və mənnən qalsın. Nazim mənnən harda qalacaqsan? Mən sənə ev vermişəm? İndi sən gəlmisən ki, evi mənim əlimnən alasan? İndi Ədalət də deyir ki, mən Nazimə ev satmamışam, başıma torba salıblar, o evi mənə məcburi yazdırıblar. Ədalət deyir ki, o evi mən sənə satmışam. İcraçılar da gəlib, evimin qapısının zamokunu da söküblər. Nazim bir neçə dəfə mənim evimə gələndə Ədalət müəllimnən də soruşmuşam ki, sənin mənə satdığın evdə Nazim nə gəzir? O da deyir ki, mən Nazimə ev satmamışam və Nazim mənə pul vermiyib. Mən evi 2013-cü ildə almışam. Sənəddə də 2013 qeyd olunub. Ədalət yalan danışır, mən ev alanda həmin ev satılmamışdı. Çünki mən siyahıya baxdım və həmin ev satılmamışdı. Pulu ödədiyim haqqında maliyyə arayışım da var. Mən pul verib ev almışam, müqavilədə 2012-ci il qeyd edilməklə deyil ki, mən ev alanda ev satılmamışdı. Mən ölərəm, amma evimdən çıxmaram. 17.000 Nazim verib, 22.000 dollar da mən vermişəm.
28. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 29.Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı "xxxx" MTK ilə bağladığı xx.xx.2009-cu il tarixli 49 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, İV giriş, Vİ mərtəbə, 263 saylı mənzili bir pay kimi almağı öhdəsinə götürmüşdür. Həmçinin, mübahisəli mənzilə dair iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında eyni məzmunlu xx.xx.2013-cü il tarixli 27 saylı müqavilə və xx.xx.2013-cü il tarixli 50 nömrəli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. 30.Məhkəmə İddiaçı mübahisəli mənzilə dair sahiblik və istifadə hüququnun 2009-cu il tarixindən, yəni onun həmin mənzildə yaşamağa başladığı vaxtdan yarandığı iddia etsə də, məhkəmə bununla razılaşmayaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında müəyyənləşdirilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. 31.İddiaçı və onun vəkilinin izahatı ilə, həmçinin iş materiallarında olan xx.xx.2013-cü il tarixli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı ilə iddiaçı tərəfindən tam olaraq pay haqqının xx.xx.2013-cü il tarixində ödənilməsi sübuta yetirilir. 32.İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın sədri X8 (İcraçı) ilə X15 (Payçı) arasında xx.xx.2010-cu il tarixdə bağlanmış yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 138 nömrəli müqaviləyə əsasən “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanırayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasından dəyəri X8 tərəfindən tam ödənilməklə alınmış 1 otaqlı, 51.4 m2 olan, 263 saylı mənzil X9 adına keçirilir (Ə.N.Qənbərovun ərizəsinə əsasən). 33.Bundan əlavə iş materiallarında olan "xxxx" MTK-nın sədri X8 (İcraçı) ilə Cavabdeh2 (Payçı) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 130 nömrəli müqaviləyə əsasən “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında X9 adına olan 1 otaqlı, 51.4 m2 olan, 263 saylı mənzil Cavabdeh2 adına keçirilir (E.M.Həsənzadənin ərizəsinə əsasən). 34.Bundan əlavə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)- 287/2015 saylı qətnaməsinə əsasən, ilk iddia üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər X3 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin iddiadan imtina edilməsi qəbul edilmiş və mülki iş üzrə icraata həmin hissədə hissəvi xitam verilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbi təmin edilmiş, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13 M saylı evin, İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 otaqlı, ümumi sahəsi 51.4 m2 olan mənzilə sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzilə köçürülməklə, mənzildə yaşamasına və mənzildən istifadə etməsinə cavabdeh "xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 4524/2015 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 287/2015 saylı mülki iş üzrə qəbul etdiyi 18 mart 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni iddiaçılar Cavabdeh2, X10, X16, X11, X22, X5, X12 iddia tələblərinin təmin olunduğu hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-773/16 saylı qərarına əsasən iddiaçı "xxxx" MTK və 3-cü şəxs Müvəssəqi Şahin İsməli oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4524/2015 saylı iş üzrə 15 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra qətnamə icraya yönəldilmiş və xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 13 M, mənzil 263 saylı mənzilə köçürülmüşdür. 35.Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında Cavabdeh2 həmin mənzilə dair sahiblik və istifadə hüququ tanınmışdır. 36.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-287/2015 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, mülki işin materiallarında olan "xxxx" MTK-nın 68 saylı, 16 iyul 2010-cu il tarixli arayışından aydın olur ki, X1 Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzilinin dəyərini tam ödəmiş və keçən müddət ərzində kooperativ üzvü kimi kooperativdən çıxarkən ona payının ödənilməməsi ilə bağlı nə "xxxx" MTK-ya, nə də ki, yeni payçı Cavabdeh2 qarşı tələb irəli sürməyərəkpayının dəyərinin ödənilməməsini mübahisələndirməmişdir. Qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X15 "xxxx" MTKda olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzildən ibarət pay haqqını tam ödədikdən və bu barədə müvafiq maliyyə arayışı aldıqdan sonra "xxxx" MTK-nın razılığı ilə öz payını kooperativin digər üzvü olan Cavabdeh2 vermişdir. Kooperativin keçmiş üzvü olmuş X15 ilə hazırki üzvü olan Cavabdeh2 arasında 13 M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzili ilə bağlı mübahisə yoxdur. 37.Məhkəmə qeyd etmişdir ki, həmin mülki iş üzrə qəbul edilmiş qətnamələr ilə müəyyən edilmiş faktlar məhkəmə proseslərində iştirak edən "xxxx" MTK və Cavabdeh2 tərəfindən mübahisələndirilə və yenidən sübut edilə bilməz. İddiaçı barəsində isə həmin faktlar preyudisial əhəmiyyətə malik olmamaqla, iddiaçı tərəfindən mübahisələndirilə biləndir (bu faktlar onun üçün məcburi qüvvəyə malik deyil). 38.Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilə dair sahiblik və istifadə hüququnun hansı andan yaranması üçün ona dair tam pay haqqınının hansı tarixdə ödənildiyini müəyyənləşdirmək mütləqdir. Belə ki həmin mənzilə dair cavabdeh "xxxx" MTK həm İddiaçı ilə, həm də X15 ilə müqavilə bağlamışdır. İşdə olan materiallarla İddiaçı tərəfindən tam pay haqqının xx.xx.2013-cü il tarixdə, X15 isə xx.xx.2010-cu il tarixdə ödənilməsi müəyyən olunur. Həsənzadə Elçin pay haqqını tam ödədikdən və bu barədə müvafiq maliyyə arayışı aldıqdan sonra "xxxx" MTK-nın razılığı ilə öz payını kooperativin digər üzvü olan Cavabdeh2 vermişdir. Kooperativin keçmiş üzvü olmuş X15 ilə hazırki üzvü olan Cavabdeh2 arasında 13 M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzili ilə bağlı mübahisə olmamışdır. 39.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmçinin iddia rədd edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 40.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 178.1, 178.8-ci; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3-cü; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 82.3, 88, 107, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
41.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin ediləsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 42.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı həmin mənzilin ümumi sahəsi 51.4 m -dır. İddiaçı həmin mənzildə 14 ildir ki, təmir işləri görüb və yaşıyır. Qonşular da buna şahiddir. İddiaçı həmin mənzili 2009-cu ildə almışdır, mənzilə görə pulu tam şəkildə ödədiyindən maliyyə arayışı da almışdır, o, 2010-cu ildən fasiləsiz həmin mənzildə yaşayır. Göründüyü kimi onunla Cavabdeh1 MTK-nın arasında müqavilə bağlanıb, iddiaçı mənzilin dəyərini tam ödəmiş, buna dair rəsmi sənəd olan maliyyə arayışı da var. Sonradan Cavabdeh2 gəlib deyir ki, onun da həmin mənzilə dair müqaviləsi var və həmin mənzil ona məxsusdur. Bu sahəni tənzimləyən maddi hüquq normaları və formalaşmış məhkəmə təcrübəsinə istinadən deyə bilər ki, əgər bir mənzilə dair iki şəxsin alğı-satqı müqaviləsi varsa, ilkin müqavilə kiminlə bağlanırsa, həmin müqavilə əsas götürülərək nəzərə alınmalıdır. İddiaçı olaraq o, İddiaçı həmin mənzili 2009-cu ildə almış və 2010-cu ildən orada yaşayır. Yaşadığı müddətdə kommunal xərclərini də ödəyib və bununla bağlı qəbzləri də məhkəmə baxışına təqdim etmişdir. Qanunun tələbinə əsasən vətəndaş mənzilin pulunu ödədiyi andan mənzilin sahibi sayılır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X8 da təsdiq etmişdir ki, həqiqətən də İddiaçı mənzili 2009-cu ildə alıb və 2010-cu ildən orada yaşayır. Mənzilə kommunal xidmətlər də İddiaçı vəsaiti hesabına qoşulub və elə həmin vaxtdan da kommunal xidmətlərdən istifadəyə görə ödənişlərini edir. Cavabdeh1 nümayəndəsi X8 iddia tələbini qəbul edərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq məhkəmə onun verdiyi izahatı iddianı qəbul etməməsi kimi təqdim etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və İddiaçı (Payçı) arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 49 nömrəli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında 263 saylı mənzil təklif edilmiş, “İcraçı” yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 4-cü giriş, 6-cı mərtəbə, 263 saylı mənzilini “Payçı”ya təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müəyyən edilir ki, İddiaçı mənzilin dəyərini tam şəkildə ödəmiş və borcu yoxdur. Bu isə o deməkdir ki, mənzil üzərində İddiaçı istifadə və sahiblik hüququ yaranmışdır. Lakin bunun əksinə maddi hüquq normalarının tələblərini pozaraq məhkəmə iddia tələbini təmin etməmişdir. Maddi hüquq normasının tələbindən aydın görünür ki, iddiaçının "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) ilə xx.xx.2009-cu il tarixdə bağlanmış 49 nömrəli müqaviləsi var. Bu müqavilə MTK tərəfindən Bakı şəhəri, Suraxanırayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında 263 saylımənzili ona təklif edilmiş, iddiaçı da həmin mənzilin dəyərini tam şəkildə ödəyərək almışdır. “İcraçı” yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 4-cü giriş, 6-cımərtəbə, 263 saylımənzilini “Payçı”ya təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırmasına təqdim olunan müqavilə, maliyyə arayışı, komunal müqavilələrin və vergilərin iddiaçı tərəfindən ödənilməsinə dair mötəbər dəlillər heç biri nəzərə alınmamış, işin faktiki hallarına podrat müqaviləsi ilə bağlımaddi hüquq normasının tələbləri düzgün tətbiq olunmamışdır. Qanunun tələbindən aydın olur ki, iddiaçının "xxxx" Mənzil Tikinti Kooperativi ilə xx.xx.2009-cu il tarixdə bağladığı 49 nömrəli müqaviləyə əsasən o, tam dəyərini ödəyərək əldə etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK inşa etdiyi yaşayış binasında 263 saylımənzilə dair sahiblik və istifadə hüququ var. Bu onun qanunla müəyyən edilmiş hüququdur. Lakin məhkəmə bu maddi hüquq normasının tələbinə zidd olaraq onun bu hüququnu pozmuşdur. Bu mövqe “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında geniş şərh olunub. Belə ki, həmin Plenim qərarının formalaşdırdığı hüquqi mövqeyə görə - Azərbaycan RespublikasıMülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmənin müəyyən etdiyi faktlardan görünür ki, məhkəmə işdə olan sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə, mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş maddi hüquq normalarını işə tətbiq etməmiş, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Bununla da MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur. İş materiallarına əlavə olunan sənədlərdən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və İddiaçı (Payçı) arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 49 nömrəli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləni, "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və X15 (Payçı) arasında xx.xx.2010-cu il tarixdə bağlanmış müqaviləni qarşılıqlı şəkildə qiymətləndirməli, hansı müqavilənin etibarsız olmasına, mülki qanunvericiliyin tələblərini pozmaqla bağlanmasına münasibət bildirməli idi. Çünki belə hallar MTK-larda çox olur və bir mənzilin bir neçə adama satılması ilə bağlı çoxsaylı məhkəmə çəkişmələri olur. Belə olan halda da mənzil kimdədirsə və kimin müaviləsi daha əvvəl bağlanıbsa üstünlük də ona verilir. İşə baxanda görünür ki, iddiaçı olaraq o, mübahisəli mənzili 2009-cu ildə almağı, həmin mənzili təmir edərək 14 ildir orada fasiləsiz yaşamağıı sübut etsə də, cavabdehlərdən Cavabdeh2 Oktay oğlu öz etirazını heç bir dəlil ilə sübut etməmişdir. Niyə görə bu qədər müddətdə evi almışdırsa gəlmirdi, evinə niyə sahib çıxmırdı, niyə görə bu evi alanda gəlib qapını döyüb bir maraqlanmayıb ki, burda kim yaşayır, niyə yaşayır, komunallar niyə iddiaçının adınadır, ona satılan bu evdə iddiaçı nə iş görür. Bütünbu sual doğuran hallardır və cavabdeh öz etirazında bunlara aydınlıq gətirməli idi, lakin gətirməmişdir. Bundan əlavə digər cavabdeh MTK isə iddia tələbini qəbul etmişdir, lakin buna baxmayaraq məhkəmə onun mövqeyini qətnamədə düzgün göstərməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüməhəmiyyəti olan hallar araşdırılmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və İddiaçı(Payçı) arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 49 nömrəli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında 263 saylımənzil təklif edilmiş, “İcraçı” yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 4-cü giriş, 6-cımərtəbə, 263 saylımənzilini “Payçı”ya təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müəyyən edilir ki, İddiaçı mənzilin dəyərini tam şəkildə ödəmiş və MTK borcu yoxdur. Bu isə o deməkdir ki, mənzil üzərində İddiaçı istifadə və sahiblik hüququ yaranmışdır. Lakin bunun əksinə maddi hüquq normalarının tələblərini pozaraq məhkəmə iddia tələbini təmin etməmişdir. Hesab edir ki, məhkəmə iş üzrə müəyyən olunmuş hallara, işə əlavə edilmiş müqavilələrə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə araşdırmamışdır ki, kimin müqaviləsi daha əvvəl olub, belə ki, bu qəbildən olan mübahisələrin həlli zamanı məhkəmənin araşdırmalı olduğu ən mühüm hal ondan ibarətdir ki, müqavilə əvvəlcə kimlə bağlanıb, mübahisəli mənzilı kimdədir, kim istifadə edir, təmir işlərini kim görüb, niyə görə 10 ildən artıq bir müddətdə cavabdeh maraqlanmayıb ki, onun mənzili haradadır, bu barədə iddia qaldırmayıb, niyə görə qaldırdığı iddialarda onu mənzili istifadə edən və ondan əvvəl müqaviləsi olan maraqlı şəxs kimi məhkəmə proseslərinə cəlb etməyib, bunda marağı olmayıb. Hesab edir ki, qeyd olunanlar məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına səbəb olmuşdur. İş materiallarından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi bir mənzili 2 nəfərə satıb, iddiaçının da müqaviləsi var, işdə digər cavabdeh olan Cavabdeh2 də. Belə bir halda məhkəmə müqavilələrin hansının etibarlı olması məsələsini araşdırmalı idi. Mənzilin Cavabdeh2 aid olması və iddiaçının bu mənzilə aidiyyatının olmaması iş üzrə əhəmiyyəti olan mühüm hallardır və bu hallar mötəbər dəlillərlə sübut edilməlidir. Lakin iş materiallarına və məhkəmə qətnaməsinə baxanda məlumolur ki, bu hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin yeganə mövqeyi belədir ki, Cavabdeh2 tərəf olduğu və İddiaçı qərəzli şəkildə məhkəmə prosesindən kənar tutulan bir işdə evə köçürülmə ilə bağlı iddiası təmin olunmuşdur. Həmin işdə bir daha qeyd edir İddiaçı tərəf olmamışdır, cavabdeh Badu Kubə MTK olub, nədənsə İddiaçı varlığı gizlədilib. Həmin iddia tələbi üzrə Cavabdeh2 mübahisəli mənzilə köçürülmüşdür. Hazırda isə onlar (iddiaçı) öz müqavilələrini təqdim edərək bildirir ki, Cavabdeh2 əvvəl bu evi almışlar, təmir etdirib yaşayır, komunal müqavillələr də onların adınadır. Məhkəmə isə ortalıqda olan bu müqavilələrin hansının etibarlı olmasını araşdırmaq əvəzinə evə köçürülmə tələbini əsas götürür ki, artıq buna Ali Məhkəmə qiymət verib və o araşdıra bilməz. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş işin hallarına uyğun olmayan bu xüsusatlar araşdırılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan preyudisiallıq ilə bağlıməsələlər onların hazırki işinə aidiyyatı yoxdur, həmin qətnamədə evə köçürülmə araşdırılıb, MTK da burada cavabdeh olub, hansı ki, iddiaçıya da Cavabdeh2 da mənzili satan şəxsidir. O qanunsuz əməllərini ört basdır etmək üçün qanun pozuntusuna da gedər. Qeyd olunanlar onu göstərir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun gəlmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 43.Cavabdeh2 apellyasiya şikayəinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, hazırkı apellyasiya şikayətinin heç bir əsası yoxdur. Şikayət ərizəsi tərtib olunarkən hüquqi əhəmiyyət kəsb edən heç bir mötəbər sübutlara istinad olunmamış, Cavabdeh1 MTK ilə gizli sövdələşməyə gedərək məhkəmələrdə süründürməçilik, saxta sənədlərlə vaxt uzatmaqla öz qanunsuz əməllərini gizlətməyə çalışırlar. Qeyd edir ki, hazırda mübahisə predmeti olan mənzilə dair 2015,2016-cı illərdə bütün məhkəmə instansiyaları cavabdehin xeyrinə qətnamə qəbul etmiş və yekun olaraq AR Ali Məhkəməsi də onun xeyrinə qərar qəbul etmişdir. Nə məhkəmələrin davam etdiyi, nə də hazırda hazırkı iddiaçı həmin ünvana dair heç bir alqı-satqı müqaviləsi olmamış, məhkəmələrdə maraqlı, üçüncü şəxs kimi üzə çıxmamışdır. Belə ki, həmin dövrdə MTK-nın hazırkı mübahisəli mənzilə dair müqavilələri, maliyyə arayışları, arxiv sənədlər məhkəməyə təqdim olunmuş, hazırki iş üzrə iddiaçıya dair heç bir müqavilə, maliyyə arayışı və digər sənədlər olmamışdır. Eləcə də iddiaçı iddia ərizəsində xx.xx.2009-cu il tarixli müqaviləyə istinad etsə də həmin tarixə qeyd olunmuş müqavilənin təsdiq olunmuş surətindəki möhürdə fərqli olaraq iş materiallarına sübut növü kimi əlavə etməmişdir. Yenə də iddiaçı iddia ərizəsinin əsasını təşkil edən həmin dövrdə Cavabdeh1 MTK-nın sədri olmuş eyni adamın adından 27 və 165 saylı maliyyə arayışlarına gözlə görünə bilən fərqli imzalar atmışdır. Maraqlı məqam ondan ibarətdir ki, hazırki iddia tələbi təmin olunacağı təqdirdə tərəflərdən asılı olmayaraq eyni mənzili iki alıcıya satılması kimi faktl təsdiqlənmiş olacaq ki, bu da MTK rəhbərinə qarşı cinayət tərkibli sübutlar yaradır. Eləcə də iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, təqdim olunmuş müqavilələrin nömrəsi və imzaların fərqli olması iddiaçının bilərəkdən məhkəməyə yalan ifadə verməsi kimi hallar iddiaçının əməlində CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olması ehtimalını yaradır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
44.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. 45.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədi, etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 46.İş üzrə digər Cavabdeh1 MTK və üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: 47.13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
48. 29-cu maddəsinin İ-İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 49.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 50.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 51.Maddə 422.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu şikayət, ərizə və ya protestə yazılı icraat qaydasında baxır. 52.Maddə 423.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. 53.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
54.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 55.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 57.Belə ki, işin araşdırılmış halları ilə məlum olmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-287/2015 saylı qətnaməsinə əsasən, ilk iddia üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər X3 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin iddiadan imtina edilməsi qəbul edilmiş və mülki iş üzrə icraata həmin hissədə hissəvi xitam verilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbi təmin edilmiş, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13 M saylı evin, İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 otaqlı, ümumi sahəsi 51.4 m2 olan mənzilə sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzilə köçürülməklə, mənzildə yaşamasına və mənzildən istifadə etməsinə cavabdeh "xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. 58.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-287/2015 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, mülki işin materiallarında olan "xxxx" MTK-nın 68 saylı, 16 iyul 2010-cu il tarixli arayışından aydın olur ki, X1 Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzilinin dəyərini tam ödəmiş və keçən müddət ərzində kooperativ üzvü kimi kooperativdən çıxarkən ona payının ödənilməməsi ilə bağlı nə "xxxx" MTK-ya, nə də ki, yeni payçı Cavabdeh2 qarşı tələb irəli sürməyərəkpayının dəyərinin ödənilməməsini mübahisələndirməmişdir. Qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X15 "xxxx" MTKda olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzildən ibarət pay haqqını tam ödədikdən və bu barədə müvafiq maliyyə arayışı aldıqdan sonra "xxxx" MTK-nın razılığı ilə öz payını kooperativin digər üzvü olan Cavabdeh2 vermişdir. Kooperativin keçmiş üzvü olmuş X15 ilə hazırki üzvü olan Cavabdeh2 arasında 13 M saylı evin İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 51.4 kv.metr olan mənzili ilə bağlı mübahisə yoxdur. 59.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 4524/2015 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-287/2015 saylı mülki iş üzrə qəbul etdiyi 18 mart 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni iddiaçılar Cavabdeh2, X10, X16, X11, X22, X5, X12 iddia tələblərinin təmin olunduğu hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 60.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)- 773/16 saylı qərarına əsasən iddiaçı "xxxx" MTK və 3-cü şəxs Müvəssəqi Şahin İsməli oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4524/2015 saylı iş üzrə 15 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra qətnamə icraya yönəldilmiş və xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 13 M, mənzil 263 saylı mənzilə köçürülmüşdür. 61.Bununla bağlı kollegiya qeyd edir ki, “M.İbrahimovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli Qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir: -İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malikdirlər. Qanunverici bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcud olmamasını təmin etmək məqsədi ilə qanuni qüvvəyə minmiş qətnamələrə yuxarı instansiya məhkəmələri tərəfindən yenidən baxılması imkanını nəzərdə tutur; -Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır; -Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması institutu bir tərəfdən məhkəmə qərarlarının icrasının məcburiliyini tanıyan, digər tərəfdən isə yeni açılmış hallar və ya əvvəlki məhkəmə baxışında işin düzgün həll edilməməsinə təsir göstərmiş əhəmiyyətli maddi və prosessual hüquq pozuntuları olduqda, onların aradan qaldırılması zəruriliyini qəbul edən beynəlxalq hüquq normalarına da uyğundur; -İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 30 iyul 2009-cu il tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 8 yanvar 2009-cu il tarixli Qərarlar); -Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır; -Beləliklə, məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. 62.Göründüyü kimi iddiaçı tərəfindən müabhisələndirilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13 M saylı evin, İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 otaqlı, ümumi sahəsi 51.4 m2 olan mənzilə hazırki iş üzrə Cavabdeh2 sahiblik və istifadə hüququnun tanınması barədə qüvvədə olan məhkəmə aktları mövcuddur. 63.Hazırki halda İddiaçı işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malikdir. 64.Konstitusiya Məhkəməsinin qərarında şərh olunanlardan göründüyü kimi Qanunverici bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcud olmamasını təmin etmək məqsədi ilə qanuni qüvvəyə minmiş qətnamələrə yuxarı instansiya məhkəmələri tərəfindən yenidən baxılması imkanını nəzərdə tutur. 65.Belə ki, MPM-in 423.2-ci maddəsinə əsasən işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. 66.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırda mübahisələndirilən mənzillə bağlı cavabdeh X2 və istifadə hüququnun tanınması barədə qüvvədə olan məhkəmə qətnamələri mövcud olduğundan, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan halların araşdırılması qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipinə zidd olmaqla məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilməməsi ilə nəticələnir. 67.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. 68.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 69.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 70.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 71.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 72.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(010)-716/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov