Məhkəmə qərarları › İş №2(103)-5446/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5446/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5446/2023 10.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4519/2022 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "X2" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit borcunun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesabına əlavə olunmuş 544,70 USD məbləğində kredit borcunun silinməsi və 30 manat pul məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4519/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı (şəxs "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "X2" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit borcunun silinməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, müvafiq tələblə əlaqədar “İcra haqqında” Qanunun tələbləri çərçivəsində məhkəməyə müraciət etmək hüququna malik olmasının, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsinin izah edilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4519/2022 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4519/2022 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 4519/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət geri qaytarılmışdır. Daha sonra İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4519/2022 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadından yenidən şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4519/2022 nömrəli, 31 mart 2023cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-4519/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixdə verilmiş şikayət geri qaytarılmışdır. Daha sonra İddiaçı yenidən şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(006)-4519/2022 nömrəli qərardadının ləğv olunaraq iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4519/2022 nömrəli, 18 iyul 2023cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4519/2022 saylı, 31 yanvar 2023- cü və 31 mart 2023-cü il tarixli qərardadları ləğv edilmiş, eyni zamanda, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4519/2022 saylı, 13 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə şikayətin forması konkret olaraq tənzimlənməsə də, qətnamədən verilmiş apellyasiya şikayəti üçün nəzərdə tutulmuş forma məhz qərardaddan verilmiş şikayətlərə də şamil olunmalıdır. Belə ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Göründüyü kimi, İddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi 31 mart 2023-cü il tarixli qərardadı ilə haqlı olaraq şikayətin geri qaytarılması nəticəsinə gəlsə də, daha sonra öz mövqeyini ziddinə olaraq mahiyyəti üzrə şikayətə baxaraq hüquqi qiymət vermiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-4519/2022 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4519/2022 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar