Məhkəmə qərarları › İş №2(103)-5447/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5447/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5447/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X7 və Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcu” tələbinə dair iddiaçı Cavabdeh İddiaçı QSC–yə qarşı “pul tələbinə” dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-133/2021 saylı işi üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən ilk iddia ərizə üzrə cavabdeh (qarşılıqlı iddia ərizə üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) iddia ərizəsi (iddia tələbinin dəyişdirilməsi barədə ərizə) verərək, Cavabdeh və müştərək qaydada İddiaçı QSC - nin xeyrinə 001KK.**********01 saylı kredit müqaviləsi üzrə 16865 manat məbləğində faiz borcu və 13723.87 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 30588 manat 87 qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh 20.05.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi əsasında İddiaçı QSC-nin depozit hesabında saxladığı 30000 AZN pul məbləğinə yönəldilməsi, həmin vəsait hesabına İddiaçı QSC-nə olan borcun ödənilməsi, girov qoyulmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh İddiaçı QSC-nin xeyrinə ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddiaçı (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı QSC-yə qarşı 20971 manatın qaytarılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit kartı üzrə kredit müqaviləsi üzrə bank borcalana aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə 20000 manat məbləğində kredit limiti verməyi öhdəsinə götürmüşdür(l cild.səh.10), İddiaçı QSC ilə əmanətçi Cavabdeh arasında bağlanmış 19.05.2016-cı il tarixli müddətli əmanət hesabı müqaviləsi üzrə əmanətçi illik 18% dərəcəsi ilə 19.05.2016cı il tarixdən 19.04.2018-ci il tarixədək 23 ay müddətinə avtomatik bərpa prolonqasiya seçimi əsasında İddiaçı QSC-yə 30000 manat əmanət qoymuşdur (l cild.səh.13), Girovsaxlayan İddiaçı QSC ilə girovqoyan Cavabdeh arasında bağlanmış 20.05.2016-cı il tarixli 001D**********02 saylı girov müqaviləsi ilə girov qoyan 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC-də AZ87ACAB******************** N°-li depozit hesabında saxladığı 30000 manatı girov saxlayan qarşısında girov qoymuşdur (l cild.səh.15), İddiaçı QSC-nin Cavabdeh ünvanladığı 26.09.2019-cu il tarixli xəbərdarlıqla bank borcalana borc ödənilmədiyi təqdirdə borcun tutulması və borcun girov predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir (l cild.səh.17), İddiaçı QSC-nin 08.10.2019-cu il tarixli 10873 saylı maliyyə arayışına əsasən borcalan Cavabdeh 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə 25.09.2019-cu il tarixə əsas borca görə 3996,20 manat, cərimə borcuna görə 13723,87 manat olmaqla cəmi 17720,07 manat borcu vardır. Borcalanın faiz borcu yoxdur (l cild.səh.21).İddiaçı QSC-nin maliyyə arayışına əsasən borcalan Cavabdeh 19.05.2017-ci il tarixli 001KK**********01 saylı kredit müaviləsi üzrə 05.11.2020-ci il tarixə faiz borcuna görə 16865 manat, cərimə borcuna görə 13723,87 manat olmaqla cəmi 30588,87 manat borcu vardır.Borcalanın əsas borcu yoxdur(ll.cild.səh.58). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-63/2018 saylı 13.12.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçılar Cavabdeh, X8, X1, X6, X2, Əliyeva Gülnarə Əli qızının, X13 İddiaçı QSC-yə qarşı kartdan karta köçürülmənin 0,2%-də saxlanmasına və bağlanmış müqavilələrdə göstərilmiş 18%-lə depozit faiz pulunun ödənilməsinə dair iddia tələbləri qismən təmin edilərək cavabdeh İddiaçı QSC ilə bağlanmış mövcud müddətli əmanət hesabı müqavilələrinin təminatı altında verilmiş kredit kartından karta köçürülmənin müqavilə bağlanan vaxt mövcud olmuş 0,2%-lə tutulmasını təmin edilməklə 20.06.2016-cı ildən hazırki vaxta kimi iddiaçılardan artıq tutulmuş məbləğlərinin Cavabdeh, X10, X3, X9, X4, Əliyeva Gülnarə Əli qızına, X15 geri qaytarılması qət edilmişdir (l.cild.səh.65). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11776/2019 saylı 27.09.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilərək, iddiaçılar Cavabdeh və X13 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.12.2018-ci il tarixli 2(004)-63/2018 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməməsi qət edilmişdir (l cild.səh.72). Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2666/2020 saylı 13.08.2020-ci il tarixli qərarı ilə iddiaçılar Cavabdeh, X2 və Əliyeva Gülnarə Əli qızının kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11776/2019 nömrəli iş üzrə 27.09.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır (ll cild.səh.43). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.10.2020-ci il tarixli 9/4000 saylı rəyinə əsasən, 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi üzrə iş materiallarında olan cari hesabdan çıxarış məlumatlarının şərtlərinə müvafi olaraq Cavabdeh banka olan borcu 24.05.2018-ci il tarixə əsas borc üzrə 19996,20 manat, faiz borcu üzrə 9530,86 manat müəyyən olunur. Müqavilə müddəti bitdikdən sonra 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi üzrə 21234.35 manat məbləğində ödəniş olmuş, bu məbləğin 16000 manatı əsas borca, 5234.35 manatı isə faiz borcuna silinmiş, tərəflər arasında bağlanmış 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsinə əsasən cəmi 42234.35 manat mədaxil olmuş, bu məbləğin 5234,35 manatı faiz borcuna, qalan məbləği isə bütövlükdə əsas borca silinmiş, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən müqavilə müddəti bitdikdən sonra yəni 15.07.2019-cu il tarixdə ödənilən 10000 manat məbləğ AZ87ACAB******************** N°-li depozit hesabının vəsaiti hesabına silinmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir (səh.ll cild.səh.1). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.02.2021-ci il tarixli 9/5728 saylı rəyindən müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh 20.05.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan əsas borcu 20102,19 manat, faiz borcu 576,61 manat olmaqla ümumilikdə borcu 20678,80 manat müəyyən olunur. Tədqiqat zamanı məhkəmənin 29.01.2021-ci il tarixdə mərkəzə əlavə sənədlər təqdim olunmuşdur. Həmin əlavə sənədlərlə tanışlıq zamanı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.07.2016- cı il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin 16.08.2016-cı il tarixli qərardadı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.10.2016-cı il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin 29.12.2016-cı il tarixli qərardadı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli qərardadı mövcuddur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.07.2016-cı il tarixli qərardadından müəyyən olunur ki, iş mahiyyəti üzrə baxılıb qurtarana kimi İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh hesablanmış faizlərin və cərimələrin güzəşt müddəti keçdikdən sonra (40 gün) dayandırılmasına dair məhkəmə tərəfindən qərardadın qəbul edilməsi göstərilmişdir. Digər qərardadlarda isə yuxarıda göstərilən xüsusatla bağlı heç bir dəyişiklik olmamışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən borc yarandığı tarixdən növbəti təqvim ayının 10-cu gününə qədər (güzəştli müddət) kredit borcu banka tam ödənildikdə kredit üçün faiz tutulmur. Yuxarıda qeyd olunan kredit müqaviləsinin 2.4-cü bəndinə görə güzəştli müddət borc yarandığı gündən növbəti təqvim ayının 10-cu gününə qədər olan müddətdir. Ona görə də, hazırki tədqiqatla İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə güzəşt müddəti keçdikdən sonra (40 gün) Cavabdeh hesablanmış faizlərin və cərimələrin dayandırılması müddəti 20.07.2016-cı il tarixdən sonrakı dövrü əhatə edir. Belə olan halda hazırki tədqiqatla ekspert tərəfindən İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh hesablanmış faizlərin və cərimələrin güzəşt müddəti keçdikdən sonra (40 gün) dayandırılmaqla hesablanması məhkəmə tərəfindən nəzərə alındıqda hesablamalar və cədvəl məlumatlarına əsasən, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20.05.2016cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh 05.11.2020-ci il tarixə banka olan borcu tam olaraq ödənilməsi müəyyən olunmuş və 05.11.2020-ci il tarixə əsas və faiz borcu qalmamışdır. İş materiallarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh arasında 19.05.2016-cı il tarixdə və 15.11.2018-ci il tarixdə müddətli əmanət hesabı müqavilələri (depozit müqavilələri) bağlanmışdır. Tədqiqat zamanı İddiaçı QSC ilə Cavabdeh arasında 19.05.2016-cı il tarixli müddətli əmanət hesabı müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 18% dərəcəsi ilə 23 ay müddətinədək 30000 manat məbləğində pul vəsaitini bank hesabında yerləşdirmişdir. Həmçinin tədqiqat zamanı İddiaçı QSC ilə Cavabdeh arasında 15.11.2018-ci il tarixli müddətli əmanət hesabı müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 12% dərəcəsi ilə 18 ay müddətinədək 10000 manat məbləğində pul vəsaitini bank hesabında yerləşdirmişdir. İş materiallarından göründüyü kimi, hər iki müddətli əmanət hesabı müqavilələri üzrə hərəkətlər hesabdan çıxarışda öz təsdiqini tapır. Həmin hesabdan çıxarışlardan göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh arasında 19.05.2016-cı il tarixdə və 15.11.2018-ci il tarixdə bağlanmış müddətli əmanət hesabı müqavilələri üzrə hesablanmış faizlər bank tərəfindən düzgün hesablanmışdır. Həmçinin müddətli əmanət hesabı müqaviləsi üzrə bank tərəfindən tərtib olunmuş hesabdan çıxarışa əsasən Cavabdeh depozit hesabında olan pul vəsaiti borclanın kredit borcu üzrə ödənişlərə yönəldiməsi müəyyən edilir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh 15.11.2018-ci il tarixli əmanət müqaviləsindən 15.07.2019-cu il tarixdə 10000 manat, 22.04.2019-cu il tarixdə isə kompensasiya olunmuş məbləğdən isə 11234 manat silinmişdir. Həmçinin iş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi Cavabdeh məxsus AZ62ACAB******************** saylı hesaba kartdan-karta köçürmə etməklə 21000 manat mədaxil edilmişdir. Mədaxil edilmiş məbləğə görə komissiya tutulmamış və bununla bağlı müqavilələrin şərtlərində hər hansı bir qeyd göstərilməmişdir. İlkin ekspertiza tədqiqatı zamanı Məhkəmə Ekspertizası Mərkəzinin 09.10.2020-ci il tarixli 9/4000 saylı rəyi tərtib edilmişdir. Hazırki rəy ilə 09.10.2020-ci il tarixli 9/4000 saylı rəy arasındakı fərq onunla izah olunur ki, hazırki rəydə faizlər güzəşt müddəti keçdikdən sonra (40 gün) dayandırılmaqla hesablanmışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir (ll cild.səh.110). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-133/2021 saylı işi üzrə 31 mart 2021-ci qətnaməsi ilə, ilk iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsinə əsasən faiz borcuna görə 576,61 manat, cəriməyə görə 5 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 611,61 manat İddiaçı QSC-nin xeyrinə tutulması, tutma Cavabdeh olunun İddiaçı QSC-də olan AZ87ACAB******************** N°-li depozit hesabında saxladığı girov predmetinə yönəldilərək həmin hesabda olan pul vəsaitindən 611,61 manat İddiaçı QSC-nin xeyrinə tutulması,İddiaçı QSC-dən ekspertiza tədqiqatının dəyərinə görə 295 manat dövlət nəfinə tutulması,ilk iddia ərizəsi qalan hissədə təmin edilməməsi və Cavabdeh İddiaçı QSC-yə qarşı 20971 manatın qaytarılmasına dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 425.1, 442, 445.7, 467-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə öhdəliklərini müqavilə ilə müəyyən olunmuş vaxtda icra etmədiyindən onun müqavilənin qüvvədə olduğu müddətə faiz borcuna görə banka 576,61 manat borcu qalmışdır. Cavabdeh ilk iddia tələblərinə qarşı etirazına münasibət bildirib qeyd edir ki, iddianın təmini tədbiri qəbul edildiyi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin etmək məqsədi ilə təbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbir olduğundan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə qəbul edilən yekun məhkəmə aktına əsasən iddia tələbləri təmin edilmədiyindən, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.4- cü bəndinə əsasən borc yarandığı tarixdən növbəti təqvim ayının 10-cu gününə qədər (güzəştli müddət) kredit borcu banka tam ödənildiyi halda kredit üçün faiz tutulmaması halı müəyyən edildiyindən ilk iddia ərizəsi faiz borcuna görə 576,61 manat tələbinə, tələbin girov predmetinə yönəldilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidır. iddiaçı tərəfindən hesablanan cərimənin tələb olunan borca görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 15.10.2019-cu il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilə şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. iddiaçının xeyrinə cəriməyə görə borcalandan 5 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən əmanətçi banka hesabında olan pul vəsaitinə tutma yönəlmək səlahiyyəti verdiyindən, araşdırma zamanı bağlanmış müddətli əmanət hesabı müqavilələri üzrə bank tərəfindən faizlərin düzgün hesablanması müəyyən olduğundan, Cavabdeh Parabank SKB-dən aldığı 10000 ABŞ dolları məbləğində kreditə görə hesablanan 6000 manat məbləğində kompensasiya onun borcunun ödənilməsinə yönəldildiyindən, G.Ə.Əliyevaya hesablanan konpensasiyanı Cavabdeh tələb etmək hüququ olmadığından, iddianın təmini tədbiri qəbul edildiyi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin etmək məqsədi ilə müvəqqəti seçilən prosessual tədbir olduğundan qarşılıqlı iddia tələbləri əsassızdır ona görə də təmin edilə bilməz. İlk iddia ərizəsi üzrə cavabdeh (qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal rayonu hakiminin araşdırma zamanı gəldiyi nəticə tam qanunu olması bankın qanunsuz olaraq kartdan-karta köçürülməsinin 40 manatdan 200 manata qaldırılması və depozit faizi üzrə bağlanmış faiz dərəcəsini 18%-dən (mövcud qüvvədə olan əmanət müqaviləsi qüvvədə olduğu halda heç bir məhkəmə tərəfindən icra üçün icraya yönəldilmiş icra vərəqi olmadan mövcud müqaviləni qanunsuz ləğv etməsi) əmanət faizini 10%-ə salması ilə yəni hər ay 460-dan əmanət faizinin 260 manata yəni fakt üçün hər ay 200 manat ziyana salması beləliklə kartdan-karta köçürmə prosesi zamanı hər ay 160 manat, bankın şəxsi istəyi (yəni daxili qaydalara əsasən) vasitəsilə əmanət faizindan qanunsuz tutulmuş faiz puluna görə isə hər ayb 200 manat beləliklə hesablasaq ki, hər ay 360 manat hər müqavilə üzrə bank maxinasiyasına, saxtakarlığa hakiminin münasibət bildirməməsi bir mənalı şəkildə bank fırıldaqçılığından xəbər verir və qanunnla təmizlənməlidir. 13.11,2020-ci il tarixli 2(001)-620/2020 saylı qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin olunsa da qərardadda göstərilmiş suallar həm təkrardır yəni 9 sualda qoyulmuş sualların heç biri məhkəmə mühasibatlıq ekspertizasında araşdırma zamanı 09.02.2021-ci il 9/5728 saylı ekspert rəyinin 5/7-ci səhifəsində göstərilmiş cərimə və faizlərin yönəldilməməsinə dair qərardadda qeyd olunmuş mütləq məcburi iqtisadi və mülkümün qanun tərəfindən qorunacağı vətəndaş və bank fırıldağının qarşısının alınacağı faktı qeyd olunmalı halda Binəqədi rayon hakiminin apelyasiya tərəfindən qəbul olunmuş qüvvədə olan əsas faktoru vacib kimi saymaması, rayon hakimin ekspertiza üçün təyin etdiyi qərardadda da 9 sualla bir fikirin ətrafında yəni 9=1 yazsaq deyərdi ki, heç yanılmarıq və işində nə dərəcədə obyektiv aparılması, iqtisadi uçurumlardan, mülkiyyət hüququnun qorunmamasım qoyulmuş suallar tam təsdiq edir. Yasamal rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli qərardadından müəyyən olunur ki, iş mahiyyəti üzrə baxılıb qurtarana kimi, sözləri qeyd olunmaqla araşdırmanın hazırda son olmamasından və işin konstitutsiya məhkəməsinə verilmiş şikayətə istinadən yekun qərar verilənəcən gözlənilmək zərurətindən irəli gəlir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20.05.2016-cı il tarixli 001KKQQ********** saylı kredit müqaviləsi üzrə Cavabdeh hesablanmış faizlərin və cərimələrin güzəşt müddəti keçdikdən sonra (40 gün) dayandırılmasına dair Məhkəmə tərəfindən qərardadın qəbul edilməsi göstərilmişdir. Digər qərardadlarda isə yuxarıda göstərilən xüsusətla bağlı heç bir dəyişiklik olmamışdır. Yəni qüvvədə saxlanılması ekspert rəyində göstərilmişdir. Yuxarıda qeyd olunan cədvəl məlumatlarına əsasən, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh 05112020-ci il tarixə banka olan borcu tam olaraq ödənilməsi müəyyən olunur (Bax cədvəl məlumatlarına). 05.11.2020-ci il tarixə əsas borc üzrə 0,00manat, faiz borcu üzrə 0,00manat Beləliklə banka borcunun 0 olması məhkəmə mühasibatlıq ekspertizası tərəfindən sübuta yetirilsə də Binəqədi rayon hakimi mühüm hala heçbir hüquqi qiymət verməmişdir. Tədqiqat zamanı məhkəmənin 29.01.2021 -ci il tarixdə mərkəzə əlavə sənədlər təqvim olunmuşdur. Həmin əlavə sənədlərlə tanışdıq zamanı, Yasamal rayon məhkəməsinin 04 iyul 2016-ci il tarixli qərardadı, Bakı Apellasiya məhkəmisinin 16 avqust 2016-ci il tarixli qərardadı, Yasamal rayon məhkəməsinin 29 dekabr 2016-ci il tarixli qərardadı, Yasamal rayon məhkəməsinin 13 iyun 2017- ci il tarixli qərardadı mövcuddur. Ekspert rəyində istinad olmaqla göstərilmişdir. Yuxarıda qeyd olunan cədvəl məlumatlarına əsasən, “İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 20.05.2016-ci il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh 05.11.2020-ci il tarixə banka olan borcu tam olaraq ödənilməsi müəyyən olunur 2016-cı ilin iyun ayında İddiaçı QSC ilə ailəsi və ailəsinə yaxın tanışlar ilə birlikdə 2 il müddətinə əmanət müqavilələri bağlanmışdır. Yasamal Rayon Məhkəməsinə İddiaçı QSC ilə bağladıqları əmanət və kredit müqavilələri üzrə bankın ona qarşı qanunsuz olaraq vurduğu və vuracağı ziyana görə müraciəti olmuş və məhkəmə tərəfindən qanunu həllini tapmışdır. Belə ki, bank müştəriyə bank məhsulu olaraq banka əmanət yerləşdirməyi və qoyulmuş pulun girov münasibətində kredit xətti açır və qoyulmuş pulun girov münasibətində pulun 80% qədərində pul ayırır. O cümlədən həmin pulun kaıtdan- karta köçürülməsi üçün onlayn sistemlə, yəni kart köçürülməsi ilə şərait yaradır. Sonradan məlum olmuşdur ki, bu bank oyunudur və yalnız müştərini bankrot, asılı vəziyyətə salmaqla müflisləşdirməklə çirkli pullara nail olur. Buna sübut iş materiallarına ekspertizanın təyin olunması ilə bağlı işə əlavə etdiyi qərardadın surətidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin iddianın təmini tədbiri qərardadı üzrə iddia təmin olunaraq iş yaranmış cərimə və fazilərin yönəldilməməsinə dair 04.07.2016-cı il tarixli qərardadı onların xeyrinə təmin olunmuş Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası tərəfindən həqiqətən köçürmə faizlərinin 0,2 faizlə köçürülməsi, məbləğlər göstərilmiş və sübuta yetirilmişdir. Əgər Yasamal Rayon Məhkəməsi yaranmış cərimə və faizlərin yönəldilməsinə və hesablanmaması haqda qərardadı 04.06.2016-cı ildə qəbul olunmuşsa və 08.07.2016-cı ildə cavabdeh tərəfindən qəbul etdikləri haqda ştamp-möhürlə qeyd olunmuşsa hansı cərimə və kredit borcunun yaranmasından söhbət gedə bilər? Müvafiq qanuna əsasən məhkəmə qətnamə və qərarları müzakirə olunmur. Bankların isə bu oyunları ancaq müştəriləri aldatmaq məqsədi daşıyır. Digər tərəfdən bütün müqavilələr ən xırda hərflərlə qəsdən yazılır ki, müştəri oxuya bilməyib imza etsin. Başqa bir hal isə ondan ibarətdir ki, dövlətin büdcəsi bağlananda inflyasiya dərəcəsi 7-8% qəbul olunduğu sayılırsa (artırmaq ehtimalı da var) bank onlardan 10-12%-ə götürüb müştərilərə 28-36%dən min bir əzablar yaratmaqla faizinə verir. Müştərini bankrota salacaq bir hal isə bağlanmış müqaviləni 24 ay hesablayıb, 23 ayda pozarsa verdiyi faizlər geri qaytarılır. Belə olan halda müştərinin pulu inflyasiyaya getməklə məhkəmədə qalsın. Başqa bir hal kimi vaxtı ilə torpaq sahəsi almaq üçün yerinin yarısını sata bildiyindən qalan hissəsi satılana qədər başqa yeri almaq məqsədi ilə pul xərclənməsin və infılyasiya getməsin deyə pulunu dollarla almışdı. 2016-cı ildən gedən prosesdə dolların qalxacağını ehtimal etməyərək 105 manatdan aldığı 50000 ABŞ dollarını hesabladıqda bu günkü gün bankdan aldığı və alacağı faizlər göstərdiyi fərqi ödəmir. Belə olan halda bankın qarşı qanunsuz hərəkətləri onu həm evsiz, həm də pulsuz qalmasına səbəb olmuşdur. Digər tərəfdən evini satan zaman bu bankdan qabaq başqa bankdan da dollarla kredit götürmüşlər və 10000 ABŞ dollarına görə düşən kompensasiyadan 6000 manat, 5100 ABŞ dollarına görə isə 4335 manat və ümumilikdə isə 10335 manat da ümumiləşdirilmiş sistemə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən göndərilmiş pul da mənimsənilmişdir. Bankın onun borclu olması və bankın qaytarmalı olduğu məbləğlə bağlı iddia ilə məhkəməyə müraciət etməməyinə səbəb 28.08.2019-cu ildə bank rəhbərinə və digər qurumlara müraciətlərinin cavablanmamasıdır. Bank onun əmanətindən silinmiş pulun qaytarılması ilə bağlı müraciətini hələ də cavablandırılmamışdır. Ümumilikdə bankın qanunsuz olaraq məhkəmə qərarlarına məhəl qoymadan sildiyi 10000 manat, cari hesabdan əsassız olaraq sildiyi 636 manat və 10000 manata görə əmanət müqaviləsinin verəcəyi faizlərin bu günə qədər ayda 100 manat dayandırılmış vaxtdan olan borcu, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmana əsasən 6000 və 4335 manat kompensasiya bu günə qədər 20971 manat ona geri qaytarılmalıdır. Məhkəmə qeyd edilən faktlara əhəmiyyət vermədən, onları araşdırmadan əsassız qərar qəbul etmişdir. Cavabdeh ilə bağlanmış mövcud müddətli əmanət hesab müqavilələrinin təminatı altında verilmiş kredit kartından karta köçürülmənin müqavilə bağlanan vaxt mövcud olmuş 0,2 % ilə tutulmasını təmin etməklə 20.06.2016-cı ildən hazırkı vaxta kimi iddiaçılardan artıq tutulmuş məbləğləri 7 nəfər iddiaçılara geri qaytarılması Yasamal rayon Məhkəməsi tərəfindən qət edilmişdir. Lakin apelyasiya məhkəməsinə 18%-dən 10%-ə salınmasına ilə əsas fakt kimi qiymət verilməmiş və 24194 saylı, 12.11.2018-ci il tarixli ekspert rəyinə həqiqətdə qiymət verilməmiş və belə olan halda mülkiyyətçi hüququnun köçürülmə barədə Kosmosda yerləşən qurum həqiqətən həmin köçürülmənin olduğunu sübuta yetirirsə məhkəmə orqanı həqiqətdə sübuta yetirilmiş halı qiymətləndirmirsə orqanın fəaliyyətinin şəffaflığı haqda düşünmək olarmı? Gün kimi aydındır ki, həqiqətən 0,2 % köçürmə olunub, sübuta yetirilib və bu haqda cərimə və faizlərin yönəldilməməsinə dair qüvvədə olan qərardad vardır. Hansı ki, qətnamə üzrə müştərilərə heç bir faizlərin yönəldilməməsindən söhbət gedə bilməz. Belə uzun illərdən davam edən məhkəmə çəkişməsinə apellyasiya hakiminin naməlum qərar verməsi insanları belə ağır vəziyyətə salması sanki heçnə olmamış bankın heç bir qüvvəyə minmiş və icraya yönəldilmiş, icra vərəqi olmadan depozit faizinin 18% dən 10% salınmasına fikir verməməsi qət etdiyi hissədə göstərilmiş 7 nəfər üzrə pulu tam geri qaytarılması göstərilməsinə nə hüquqi, nə iqtisadi, nə də obyektiv qiymət verməməkdir. Əslində isə 15-20 ildir ki, məhkəmə çəkişməldərində iştirak etmiş və heç bir dəfə də ona sübut olmayıb ki, hansısa məhkəmə yaxud müştəriyə dəyşmiş ziyanı özü ödəmiş olsun və əgər belə ödənişlər olmursa, vətəndaşı güya pul deyilmiş kimi 10-20- 30 və daha çox ziyana salmaq qanunidirmi? Allah izni ilə qəbul edilirmi? Hakimlər o insanın haqqında heç düşürnürmü? Pandemiya dövründə bu adam göstərilmiş miqdarda pulu haradan alıb, dələduzlüq edən banklara ödəyəcək? Belə halı zombiləşmə saymaq olarmı?. Məhkəmə kollegiyasının iclasında iştirak edən İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, kartın şəxsi istifadə üçün götürüldüyünü, ekspertiza rəyinə əsasən banka borcunun olmadığının müəyyən edildiyini, Fərmana əsasən ona verilməli olan pulun banka göndərildiyini, həmin pulla bankın onun borcuna ödəniş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə caavabdeh) İddiaçı QSC-nin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, müddətli əmanət müqaviləsinin 5.4-cü maddəsinə əsasən əmanətçinin hesabında bankın öz xeyrinə borc məbləğindən silmək hüququnun olduğunu, qarşı tərəfin hal-hazırda 576 manat borcu olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-12, 15, 34.1, 36.1, 36.3, 47.4, 48,; Mülki Məcəllənin 269-270, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Qətnamə üzrə maddi hüquq normaların tətbiqində ümumilikdə qüsurlar müəyyən edilməsədə, iddianın təmin edilən hissəsində iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi əsasları ilə həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar mövcuddur. Belə ki, ilk iddia üzrə tələblərin təmin edilən hissəsi üzrə sübutlar mənzərsində, şübhə edilməsinə əsaslar müəyyən edilməyən ekspert rəyi ilə qətnamə qəbul edilənə kimi ilk iddia üzrə cavabdehin borcunun olmadığı müəyyən edilsədə məhkəmə müəyyən məbləğdə faiz və cərimə məbləğlərinin tutulmasına və borcun girova yönəldilməsi barədə qənaətə gəlmişdir. Qətnamə qəbul edilən zaman borcun olmaması mülki prosessual qanunvericiliyin zamana görə geriyə şamil olunması mümkünsüzlüyü ilə keçmiş zamana münasibətdə (ilk iddia üzrə tələbin təmin edilən hissəsində) borcun tutulmasına əsas ola bilməz. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qarşılıqlı iddia dair hissədə tələb sübuta yetirilmədiyindən və tələbin məğzi qanuni qüvvəsin almış məhkəmə aktları ilə artıq müzakirə edildiyindən dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd edilənlərə əsasən ilk iddianın təmin edilən hissəsində qətnəmə (qismən) ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-133/2021 saylı işi üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi qismən- ilk iddianın təmin edilən hissəsində - Cavabdeh 20.05.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsinə əsasən faiz borcuna görə 576,61 manat, cəriməyə görə 5 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 611,61 manatın və tutmanın Cavabdeh olunun İddiaçı QSC-də olan AZ87ACAB******************** N°-li depozit hesabında saxladığı girov predmetinə yönəldilərək həmin hesabda olan pul vəsaitindən 611,61 manatın İddiaçı QSCnin xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilərək yeni qətnamə qəbul edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar